Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


MÜHAZĠRƏ 3  Əmək mühafizəsinin hüquqi və təĢkilati məsələləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

MÜHAZĠRƏ 3 
Əmək mühafizəsinin hüquqi və təĢkilati məsələləri. 
Plan: 
1. Əmək hüququnun qanunvericilik mənbələri 
2. Əmək Təhlükəsizliyi Standartlar Sistemi 
3. İş vaxtı 
4. İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
5. İşçilərin və iş yerlərinin attestasiyası 
Əmək hüququnun qanunvericilik mənbələri 
Əmək mühafizəsinin hüquqi əsasları dedikdə qüvvədə olan qanunvericilik 
sistemi başa düşülür. 
Əmək hüququnun mənbələri əmək hüquq normalarının tətbiq olunduğu 
səlahiyyətli orqanların normativ məzmunlu aktlarıdır. Əmək hüququnun mənbələri 
səlahiyyətli dövlət orqanlarının yaradıcılıq fəaliyyətinin nəticəsidir. Əmək 
hüququnun mənbələrinin vəzifələri, rolu və funksiyaları bir-birilə qarşılıqlı 
əlaqəlidir. Onların hamısı cəmiyyətin, dövlətin, eləcə də işçilərlə işəgötürənlərin 
maraqlarını əks etdirir. 
Əmək hüququnun mənbələrini onları qəbul edən orqanlara görə aşağıdakı 
kimi sinifləşdirmək olar: 
a) 
Azərbaycan Respublikasının ali qanunvericilik orqanı tərəfindən qəbul 
edilən normativ aktlar (qanunlar, qərarlar) 


b) 
Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən 
qəbul edilən normativ aktlar ( fərmanlar, qərar və sərəncamlar) 
c) 
Mərkəzi dövlət idarəçilik orqanları tərəfindən qəbul edilən normativ 
aktlar (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 
və digər nazirliklər, komitələr və baş idarələr tərəfindən qəbul edilən aktlar) 
d) 
Yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən qəbul edilən 
aktlar 
e) Müəssisə, idarə və təşkilat rəhbərlərinin həmkarlar təşkilatı ilə 
razılaşdırılaraq, yaxud onların birgə qəbul etdikləri aktlar. 
Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan 
Respublikasının 12 noyabr 1995 – ci ildə qəbul edilmiş Konstitusiyası tutur. (24 
avqust 2002-ci ildə bu Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir). 
Azərbaycan Respublikası Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olub, 
respublikanın qanunvericilik sisteminin əsasıdır. Bütün başqa qanunlar və dövlət 
orqanlarının bütün aktları Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir. 
Konstitusiyanın 35, 37, 38, 39, 41 -ci maddələrinə uyğun olaraq hər bir 
vətəndaşın əmək hüququ, istirahət hüququ, sosial – təminat hüququ, sağlam ətraf 
mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ vardır. Konstitusiyanın 
35-ci maddəsində deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə 
olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğuliyyəti 
və iş yeri seçmək hüquqi vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, 
heç biri ayrı – seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi 
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır”. 
Konstitusiyadan sonra əmək hüququnun mənbələri içərisində başlıca yeri 
Azərbaycan Respublikası Əmək məcəlləsi tutur. Əmək məcəlləsi 1999 – cu il 
iyulun 1- dən qüvvəyə minmişdir. Məcəllə 13 bölmə, 48 fəsil, 317 maddə və 2 
əlavədən ibarətdir. 
Azərbaycan Respublikası Əmək məcəlləsi məcəllələşdirilmiş qanundur. 
Əmək məcəlləsinin I bölməsində ümumi normalar 
II bölmədə kollektiv müqavilə və saziş 
III bölmədə əmək müqaviləsi 
IV bölmədə iş vaxtı 
V bölmədə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
VI bölmədə əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və 
təminatları 
VII bölmədə əmək və icra intizamı 
VIII bölmədə işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti 
IX bölmədə əməyin mühafizəsi 
X bölmədə qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək 
münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri 
XI bölmədə əmək mübahisələri 
XII bölmədə işçilərin sosial sığortası 
XIII bölmədə yekun normaları göstərilmişdir 
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi aşağıdakılardan 
ibarətdir. 


- əmək məcəlləsindən 
- Azərbaycan Respublikasının müvafiq qanunlarından 
- Müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti çərçivəsində qəbul etdiyi 
normativ hüquqi aktlardan 
- əmək, sosial iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının 
bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən. 
Azərbaycan Respublikasının Əmək məcəlləsi işçilərlə işəgötürənlər arasında 
yaranan əmək münasibətlərinin, habelə onların müvafiq dövlət hakimiyyəti 
orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi 
münasibətlərini tənzim edir. 
Normativ hüquqi aktlar bir qayda olaraq bu aktları qəbul etmiş orqanın 
tabeliyində olan ərazidə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası 
Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının qanunları 
yalnız Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir. 
Bunlardan fərqli olaraq lokal normativ hüquqi aktlar isə onu qəbul edən konkret 
müəssisənin ərazisində qüvvəyə malikdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Respublika 
Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Əmək 
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ aktları, Nazirliklərin baş 
idarələrinin və komitələrinin normativ aktları, yerli icra hakimiyyəti və bələdiyyə 
orqanlarının normativ aktları, əmək hüququnun mənbəyi olub, qanunvericilik 
sistemini təşkil edir. 
Əmək müqaviləsi - işçi ilə işəgötürən müəssisə arasında bağlanan 
kontraktdır. Əmək məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqavilələri 
sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işə götürən, digəri isə 
işçidir. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 
Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi 
məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir və iki nüsxətən az 
olmayaraq tərəflərin imzası ilə təsdiq edilir. Əmək müqaviləsi müddətsiz və ya 5 
ilədək müddətə bağlana bilər. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə 
görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan 
bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 
Əmək müqaviləsi işçinin peşəkarlığlıq səviyyəsini, müvafiq əmək funksiyalarını 
icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə 
bağlana bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. Sınaq 
müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.
Kollektiv müqavilə. Əmək məcəlləsinin 29 - cu maddəsinə görə kollektiv 
müqavilənin bir tərəfi işə götürən, digər tərəfi isə həmkarlar ittifaqı təşkilatıdır, 
yaxud kollektivdir. Kollektiv müqavilə bir ildən 3 ilədək bağlana bilər. 
Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən, kollektiv 
müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
Kollektiv müqavilənin məzmununda müəssisənin istehsal və iqtisadi fəaliyyətinin 
səmərələliliyinin yüksəldilməsi, əməyin ödənilməsi qaydaları və müxtəlif 
ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti 
haqqında şərtlər, əmək və icra intizamı, əmək mübahisələri və s. kimi məsələlər öz 


əksini tapır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin