Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   2   3   4   5   6   7   8   9   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

 
Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar 
Azərbaycan Respublikasının Əmək məcəlləsinin 3-cü maddəsinə uyğun 
olaraq əmək qanunvericiliyində işlədilən əsas məfhumlardan aşağıdakıları 
göstərmək olar. 
1. Müəssisə- mülkiyyətçinin təşkilati –hüquqi formasından, adından və 
fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə 
müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı və ya nümayəndəliyi 
2. İşçi - isə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayacaq 
müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs 
3. İşə götürən- tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi 
bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüquna malik 
mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, 
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs
4. Əmək kollektivi – işə götürənlə əmək münasibətlərində olan, normativ 
hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata 
keçirmək və qanuni mənafelərini kollektiv halda müdafiə etmək səlahiyyətinə 
malik iş yerlərində çalışan işçilərin birliyidir. 
5. Əmək müqaviləsi – işə götürənlə işçi arasında fərdi qaydada bağlanan 
əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən 
yazılı müqavilə. 
6. Kollektiv müqavilə- işə götürənin, əmək kollektivinin və ya həmkarlar 
ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi,
məişət və digər münasibətləri tənzimləyən müqavilədir 
7. Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və 
işə götürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında 
bağlanan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və digər 
sosial, müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair 
tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.
8. İş yeri- işçinin haqqı ödənilməklə vəzifəsi üzrə əmək müqaviləsi ilə 
müəyyən edilmiş işləri yerinə yetidiyi yer. 
9. Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə 
vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin məcmusudur 
10. Əmək şəraiti- işçilərin öz əmək funksiyasını səmərəli və faydalı yerinə 
yetirmək üçün minimum normaları nəzərdə tutulan, habelə əmək müqaviləsində 
tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur 
11. İşçilərin nümayəndəli orqanı- əmək, sosial, iqtisadi hüquqlarını və 
qanuni mənafelərini müdafiə etmək məqsədilə işçilərin könüllü birləşib 
yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən 
həmkarlar ittifaqları təşkilatları 


12. Kollektiv əmək mübahisələri – kollektiv tələblərindən törəyən fikir 
ayrılığıdır. 
13. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin və ya sazişin şərtlərinin, 
tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə əmək məcəlləsinin və digər 
normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işə götürənlə işçi arasında 
yaranan fikir ayrılığıdır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin