Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

MÜHAZĠRƏ 7 
 
BĠNALARIN QIZDIRILMA, VENTĠLYASĠYA, ĠġIQLANMA 
SĠSTEMLƏRĠ VƏ ONLARA VERĠLƏN GĠGĠYENĠK TƏLƏBLƏR 
Plan
1.
Binaların isidilməsinin təşkili
2.
Binaların ventilyasiya sistemləri və onlara verilən tələblər 
3.
Binaların işıqlanma sistemləri və onlara verilən gigiyenik tələblər 


Binaların isidilməsinin təşkili 
İş zonasında havanın normal əmək şəraitinə uyğun temperaturunu təmin 
etmək üçün yerli və mərkəzi isitmə sistemləri tətbiq edilir.
Yerli isitmə sistemində istilik mənbəyi kimi sobalar, qaz və elektrik cihazları 
işlədilir ki, bunlar bilavasitə isidilən otaqlarda qurulur. Yerli isitmə sistemləri əsas 
istehsalatdan uzaqda yerləşmiş, sahəsi 500m
2
-ə qədər olan otaqların qızdırılması 
üçün tətbiq olunur. Bütün digər hallarda mərkəzi isitmə sistemindən istifadə 
olunur.
Mərkəzi isitmə sistemləri istilik daşıyıcısının növünə görə: su, buxar və hava 
sistemlərinə; istilik daşıyıcısının parametrlərinə görə: aşağı və yüksək təzyiqli su 
və buxar sistemlərinə; istiliyi otağa vermə üsuluna görə: konveksiyalı və şüalı; 
sirkulyasiya üsuluna görə: təbii (cazibə qüvvəsi ilə) və süni (nasoslar) sistemlərə 
bölünür.
İnsanların müntəzəm və ya uzun müddət (2 saatdan çox) işlədiyi bina, tikili 
və otaqlar, habelə texnoloji şərtlərə görə müsbət temperatur saxlanılan otaqlar 
sanitariya normalarında göstərilmiş hədlərə qədər isidilməlidir.
İstehsalat otağında hər bir işləyənə 50m
2
– dən çox sahə düşdükdə isitmə 
sistemi ilə havanın tələb olunan temperaturu yalnız daimi iş yerlərində təmin edilir, 
İş yerlərindən kənarda isə temperatur normadan aşağı ola bilər.
Mərkəzi isitmə sistemlərinin istilik generatorları qızdırılan otaqlardan 
kənarda qoyulur. İsidici sistemlər əmək mühafizəsi cəhətdən aşağıdakı tələbləri 
ödəməlidir: 
a) bütün mövsüm ərzində otaqların havası müntəzəm qızdırılmalı.
b) yanğın və partlayışa təhlükəsiz olmalı 
ç) istiliyin miqdarı tənzimlənə bilməli 
c) ventilyasiya sistemi ilə əlaqələndirilməli.
d) otaqların havasını zərərli ayrılmalarla və pis iylərlə çirkləməməli. 
e) istismarı və təmiri asan olmalı 
Otaqda havanın temperaturu o vaxt hesab olunur ki, xarici və daxili 
divarların yaxınlığında temperaturlar fərqi ən çoxu 2
o
S, otaq hündürlüyünün hər bir 
metrində isə ən çoxu 2,5
0
S olsun. Otaqda gün ərzində temperatur dəyişkənliyi su 
ilə isidilmə sistemində 2,3
0
S-dən soba ilə isidilmədə isə 4,5
0
S –dən artıq 
olmamalıdır.
İstilik daşıyıcısı kimi su və buxar tətbiq edildikdə bunlar xüsusi 
qazanxanalarda qızdırılır və otaqlarda qoyulmuş qızdırıcı cihazlara borular 
vasitəsilə verilir.Hava ilə isidilmə sistemində otaqlara verilən hava kaloriferlərdə 
qızdırılır. 
Sanitariya-gigiyena cəhətdən su ilə isidilmə sistemləri daha əlverişlidir. 
Bunlar suyun 100
0
S-ə qədər və 100
0
S-dən çox qızdırılması sistemlərinə ayrılır. 
Suyun sistemdə hərəkətini su nasosları və ya ejektor qurğuları təmin edir.
İnzibati-məişət otaqlarının isidilməsi üçün qızdırıcı panellərdə tətbiq edilir.
Otaqda qızdırıcı cihazlar, bir qayda olaraq, pəncərələrin altında, eyni ox üzrə 
qurulur. Əgər iş yeri pəncərənin yanında yerləşirsə, o aşağı enən soyuq hava 
axınlarından mühafizə olunmalıdır. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin