Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Meteoroloji Ģəraitin normalaĢdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix27.12.2023
ölçüsü5,01 Kb.
#198887
1   ...   26   27   28   29   30   31   32   33   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Meteoroloji Ģəraitin normalaĢdırılması. 
İstehsalat mühitində ən əlverişli 
mikroiqlim şəraiti yaratmaq üçün CH-245- 71 sanitariya normalarına əsasən 
istehsalat binasının işçi zonası döşəmədən və ya meydancadan 2 m hündürlükdə 
olmalıdır. İlin soyuq və isti vaxtlarında, istehsalat binasının xarakteristikasından və 
işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu, nisbi nəmliyi 
və hərəkət sürəti normalaşdırılır. Bu məqsədlə texnoloji proseslər təkmilləşdirilir, 
ağır zəhmət tələb edən proseslər mexanikləşdirilir, idarəetmə avtomatlaşdırılır, 
ventilyasiya, ekranlaşdırılmalar və s. tətbiq edilir.
İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları
İstehsalatda bir sox proseslər və işlər toz ayrılması ilə müşayiət olunur ki, bu 
da insan orqanizminə, xüsusən tənəffüs orqanlarına zərərli təsir göstərir. İstehsalat 
tozları bəzən iş zonasında istehsal mühitini də pisləşdirir və maşınların sürtünən 
hissələrinin dağılmasına səbəb olur. Bundan əlavə istehsalat tozları yanğın-
partlayış təhlükəli ola bilər. 
İstehsalat tozları mənşəyinə görə üzvi, qeyri üzvi və qarışıq olur.
Üzvi tozlara bitgi və heyvan mənşəli tozlar, məsələn ağac tozu, pambıq 
parça, un, tiftik və s. tozlar aiddir. 
Qeyri-üzvi tozlara mineral tozlar, məsələn kvars, sement, saxsı, metal tozları 
və s. aiddir.
Qarşıq tozlar isə üzvi və qeyri-üzvi tozlardan ibarət olur.
Toz nəfəs yoluna, ciyərlərə, gözlərə və dəriyə zərərli təsir göstərir. Tozlu 
havada nəfəs aldıqda tozun təxminən yarısı burun nahiyəsinin selikli qişasında 
tutulub qalır ki, bu da onu qıcıqlandırır və iltihab prosesinə səbəb olur. Tozların 
uzun müddətli təsirindən burun nahiyəsinin süzgəcli xassəsi zəifləyir, nəticədə 
nəfəs yollarının digər hissələrində də xroniki iltihab prosesləri inkişaf edir. 


Mineral tozlar (əhəng, sement) əsasən dəriyə qıcıqlandırıcı təsir göstərir. 
Onlar dəriyə düşdükdə tər vəzilərini bağlayır, dərinin mikroblara qarşı 
müqavimətini azaldır və müxtəlif iltihab proseslərinin yaranmasına səbəb olur. 
Gözün buynuz təbəqəsinin tozla tez-tez zədələnməsi onun tutqunlaşmasına və ləkə 
düşməsinə gətirib çıxarır.Toz hissəciklərinin ölçüləri kiçik olduqca orqanizmə 
nüfuz etmə dərinliyi və təhlükəliliyi də artır. Hissəciklərin ölçülərinə görə tozlar üç 
qrupa bölünür: görünən tozlar (

10 mK), mikroskopik tozlar (10…0,25mK) və 
ultramikroskopik tozlar (

0,25 mK) 
Görünən tozlar əsasən burun nahiyəsində tutulur, mikroskopik və 
ultramikroskopik tozlar isə ciyərlərə nüfuz edir. Hissəciklərin ödçüləri kiçik 
olduqca tozun fiziki- kimyəvi aktivliyi artır, tozun ümumi səthi böyük olduqca isə 
həll oluma qabiliyyəti yüksəlir. 
Ölçüləri 10 mK-dan böyük olan tozlar tez çökür, buna görə də istehsalat 
otaqlarının havasında ölçüləri 5 mK-a qədər olan tozlar çoxluq (80% qədər) təşkil 
edir. Səthi kələ-kötür, iti uclu tozların təsiri daha təhlükəlidir, çünki bunlar selikli 
qişada çiyər və dəri toxumalarında yara tökülməsinə səbəb olur.
Zərərsiz tozlar mikrobların keçiricisi rolunu oynaya bilər. Tozlar ətraf 
mühitdən zərərli qaz və buxarları adsorbsiya etdikdə təhlükə daha da artır. Tozların 
əksəriyyəti elektrik yükləri ilə yüklənmiş olur. Belə hissəciklər neytral hissəciklərə 
nisbətən ciyərlərdə daha çox tutulub qala bildiyi üçün daha zərərlidir. 
İstehsalatın sanitariya-gigiyena şəraiti pozulduqda tozların müntəzəm 
təsirindən işçilərdə pnevmokoniz (pnevma-nəfəs, konios-toz deməkdir, yunan 
sözüdür) xəstəlikləri əmələ gəlir. Bu xəstəliklərin ən ağır forması silisium 
tozlarından (silikoz) və asbest tozlarından (asbes toz) yaranır. 
Silisium tozlarının güclü təsiri onunla izah edilir ki, onların tərkibində ki, 
sərbəst silisium oksidi toxuma mayeləri ilə reaksiyaya girərək silisium turşusu (H
2
SiO
3
) əmələ gətirir. Bu isə orqanizmdə bərpa olunmayan dəyişikliklərə səbəb olur. 
Sement tozu ilə uzun müddət nəfəs aldıqda ciyərlərin xəstələnməsi-pnevmakonioz, 
sement tozu gözlərə təsir etdikdə isə konyuktivit (gözün selikli qişasının iltihabı) 
əmələ gəlir.
Əhəng, kalsium-karbid tozları nəmliklə reaksiya nəticəsində yanıq və yara 
əmələ gətirir. 
Asbes tozu ciyərlərin fibrozunu törədir, gil, kaolin tozları da böyük 
qatılıqlarda uzun müddət təsir etdikdə pnevmakanioz yaradır. Şüşə lifi yuxarı nəfəs 
orqanlarını qıcıqlandıraraq astma xəstəliyinə səbəb olur, dəriyə təsir etdikdə isə 
qaşınma və səpki yaradır. 
Tozun insan üçün digər təhlükəsi havada küllü miqdarda olmasıdır. Lakin 
onun təhlükəsi insanın nəfəs alma intensivliyindən və görülən işin növündən 
asılıdır. Məsələn, insan sakit vəziyyətdə dəqiqədə 10…12 l hava qəbul edirsə, 
fiziki əməkdə bu 50-70 l/dəq-ə qədər artır. Deməli, tozlu mühitdə ağır fiziki iş 
görən işcilər daha tez xəstələnir. 
Sanitariya normalarına (SN-245-81) və DÜİST(12.1.007-76)-ə əsasən iş 
zonasının havasında tozun buraxıla bilən qatılığı müəyyənləşdirilmişdir.
Mütəxəssislər istehsalatda havanın tozluğuna, onun dispersliyinə və 
tərkibinə müntəzəm nəzərət etməlidirlər. 


İstehsalat mühitinin tozluluğunu qiymətləndirmək üçün havanın vahid 
həcmində olan tozun cəki miqdarını, onun tərkibini, zəhərliliyini, həll olunma 
qabiliyyətini, eləcədə hissəciklərin formasını bilmək lazımdır. 
Havada tozun qatılığını təyin etdikdən sonra onu sanitariya normaları ilə 
müəyyən edilmiş buraxıla bilən qatılıqla müqaisə edirlər. Daha sonra texnoloji 
prosesin (toz mənbələrinin) xüsusiyyətlərini, havanın tozla çirklənmə dərəcəsini 
təhlil edib, tozun işçi zonaya daxil olma yollarını araşdırıb, tozluqdan mühafizə 
tədbirlərini hazırlayırlar. 
Əgər tozlu proses qapalı fazalarda gedirsə və ya iş zamanı ətraf mühitdən 
izolə edilmişdirsə, hermetikləşdirmə yolu ilə toz sızan və ya onun iş zonasına daxil 
olduğu kanalları bağlamağa calışırlar. 
Əgər texnoloji prosesin və ya emal edilən materialın keyfiyyəti nəmlikdən 
asılı deyildirsə, onda materialın quru emalını nəm emal ilə əvəz etmək olar. Tozla 
mübarizənin səmərəli üsulu toz halında olan maddələri dənəvər maddələrlə əvəz 
etməkdir.
İstehsalat otağında toz kiçik zonada əmələ gəldikdə onun pnevmatik 
sorulmasını təşkil etmək əlverişlidir.
Göstərilən üsullarla tozun iş zonasına daxil olmasının qarşısını almaq 
mümkün olmadıqda yerli ventilyasiya, bütün otağın havası tozla cirkləndirdikdə 
isə ümumi ventilyasiya qurulur.
İş zonasına intensiv sürətdə buraxıla bilən qatılıqdan çox tozlu hava daxil 
olursa, fərdi mühafizə vasitələrindən, xüsusi iş paltarı, eynəklər, respiratorlar, 
başlıqlardan istifadə edilməlidir.
İş zonalarının havasını zərərli maddələrdən qorumağın ən səmərəli üsullarını 
tam 
mexanikləşdirmə, avtomatlaşdırma və tozlanan proseslərin tam 
hermetikləşdirilməsidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin