•
insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar,
pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sırıqlı şalvar və gödəkcələr.
•
əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər;
•
ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar;
•
başın mühafizəsi üçün - ləçəklər, xüsusi quruluşlu baş geyimləri, kaskalar;
•
sifətin mühafizəsi üçün - maskalar, sipərlər, pastalar;
•
tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar,
müxtəlif
tipli əleyhqazlar, skafandrlar;
•
görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz
sınmayan şüşə, sifəti tamam örtən ekranlar;
•
eşitmə orqanlarının
mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq
tıxacları;
•
hündürlükdən yıxılmaqdan mühafizə üçün
- qoruyucu kəmərlər, kəndirlər,
sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.;
•
titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı
ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri;
•
elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar,
izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin
xalçalar və s.;
•
radioaktiv şüalanmadan mühafizə üçün
- xüsusi qurğuşun və şüşə
kostyumlar, xüsusi izoləedici ekranlar;
Sadalanan fərdi mühafizə vasitələri dərs və ya məşğələlər zamanı şagird və
tələbələrə mövcud normativ tələblərə uyğun olaraq verilir.
Fərdi mühafizə vasitələr dövlət əmlakıdır, onu işçilərə pulsuz verirlər.
İş paltarı və digər fərdi mühafizə vasitələrinin verilməsi Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 222-ci
maddəsinə və qüvvədə olan
qanunvericilik normalarına müvafiq olaraq həyata keçirilir. Qanunvericilik
normalarına əsasən əmək şəraiti zərərli və təhlükəli olan işlərdə,
habelə xüsusi
temperatur şəraitində görülən və ya çirklənmə ilə əlaqədar olan işlərdə müəyyən
edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər digər fərdi mühafizə
vasitələri verilir. İşəgötürən fərdi mühafizə vasitələrinin saxlanmasını,
təmizlənməsini, yuyulmasını, qurudulmasını, dərmanlanmasını
və təmir
olunmasını əvəzsiz təşkil etməyə borcludur.
Dostları ilə paylaş: