İqtisadi tələblərə binanın 1 sahəsinin və ya 1 həcminin dəyərinin müəyyən edilmiş həddən artıq olmaması,layihə hazırlanmasında, bilavasitə tikintinin aparılmasında və bəzək işlərində israfçılığa yol verilməməsi,səmərəli icra üsullarının seçilməsi,tikinri müddətinin qısaldılması,əmək məhsuldarlığının yüksədilməsi,nəqliyyat və əlavə xərclərin azaldılması,maddi və əmək resurslarının azaldılması;
-memarlıq tələblərinə binanın eksteryer və interyerinə uyğun olan bədii tərtibat verilməsi,binanın xarici elementlərinin yerləşdiyi yerin ümumi kompozisiyası ilə uyğunlaşdırılması,şəhər salma prinsipləri nəzərə alınması, milli memarlıq ənənələrinə cavab verilməsi və i.a. daxildir.