Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə10/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Xorasan olaylarına giriş
BuxaraXeyvə əmirləri Çingiz Xan imperatorluğunun kiçik qalıqları olan özbək toplumuna hökm etməkdəydilər. Onlar türkmən xanlıqları ilə sıx irtibatdaydılar. Türkmən xanlıqlarının xorasandakı Qacarlara qarşı dirənişlərini dəstəkləyirdilər.

Səfəvi şahları və sonra da Nadir Şah bir çox kürd sərkərdələrini ailələri və qəbilələri ilə bir yerdə Xorasana yerləşdirmişdilər. Bu şəkildə bir sınır qvardiyası oluşdurmağı düşünmüşdülər. Türkmənlər isə kürdlərin buraya yerləşməsinə başdan bəri qarşı çıxmış və onları öz düşmənləri kimi görürdülər. Bu coğrafiyada yerləşdirilən kürdlər isə özlərini özbək və türkmən qarşısında qorumaq zorunda qalmışdılar. Mərkəzi iqtidarların da himayəsini arxasına alan kürd silahlı dəstələri özbək-türkmən təhlükəsini önləmək üçün bir arac kimi kullanılmaqda idi.

Lakin kürdlər artıq dörd nəsl idi burada yaşamaqda idilər, yerli əhalinin dəyərlərinə zamanla uyum sağlamışdılar. Bəzən də öz mənafelərini yerli əhali ilə birləşməkdə görürdülər.

Xatırlatmaq gərəkir ki, Türküstanın uzantısı olan Xorasanın savaşçı qəbilələri bəzən bir liderin ətrafında birləşib və cahangüşalığa, fütuhata başlayıb qısa ömürlü imperatorluqlar qururdular. Dehli padşahlığı bunlardan birisidir.

XVII əsrdə Səfəvi şahları bu qəbilələrin dağınıqlığından yararlanıb hakimiyətlərini o ərazilərə qədər götürməyi başarmışdı. Ancaq sonralar İsfahan mərkəzli Səfəvi iqtidarı çökdüyündə, bu bölgələrin xanları üsyana qalxmış və Səfəvi mirası nə varsa, hamısını yerlə yeksan etmişdilər.

Nadir Şah iqtidara gəldikdən sonra onları öz dağlarına tərəf geri püskürtdü. Lakin bu ərazilərin insanlarının savaş qabiliyətinə bələd olduğu üçün bir çoxunu öz ordusunda yerləşdirdi. 1747-ci ildə Nadir Şahın öldürülüşündən sonra Abdaliyan qəbiləsindən olan Nadir Şahın Əhməd Xan Dəvərani adında bir sərdarı varislik iddiasında bulundu. Bu da ona Xorasanın işlərinə müdaxilə haqqı verirdi. Əhməd Xan Dəvərani heyrətamiz işlər görməyə başladı. Dehliyə təkrar hücum etdi. Qısa sürədə böyük bir imperatorluq qurmağı başardı. Onun imperatorluğu Herat, Bəlx, Qəndhar, Keşmir, Lahur, Multan, Pişavər, Kabil, Bəluçistan və bütün Xorasandan ibarət idi. Onun imperatorluğu varisləri tərəfindən parçalandı. Ancaq Əhməd Xan soyundan olan şahzadələr öz iddialarını sürdürməkdə idilər. Qacarlar bəzən bu şahzadələri bir-birinə qarşı qoyub, hər iki tərəfin savaşaraq çökmələrini sağlayırdı. Artıq Abdaliyan sərkeş, üsyankar rəiyyətlər kimi bir sosial status almış durumdaydılar. Herat və Qəndhar isə Qacar dövlətinə vergi ödəyən bağımsız əmirliklər şəklindəydilər.

Xorasan xanlarının üsyanlarını yatırmaq amacı ilə bu bölgəyə gələn Abbas Mirzənin başqa planları da var idi. O, Qacariyə dövlətinin sınırlarını Ceyhuna tərəf genişlətmək fikrindəydi. Xorasan üsyanlarını yatırmaq üçün öncə Heratı ələ keçirməyi düşündü. Lakin Abbas Mirzəni rahatsız edən ciddi bir hadisə var idi: İngiltərə məsələsi. Abbas Mirzə bilirdi ki, Hindistanda bu qədər güclənmiş olan İngiltərə gec-tez Türküstana doğru açılmağa başlayacaqdır. Qarşısında belə bir güclü dövləti görməsi onun xəyallarını al- üst edirdi.

Herat o zaman bağımsız bir əmirnişin idi. Buraya Kamiran Mirzə hökm etməkdə idi. Abbas Mirzə öncə Heratı almağı ağlına qoymuşdu.

Abbas Mirzənin Xorasana gəlişi ingilisləri çox rahatsız etməyə başlamışdı. Mərkəzi Asiyada Rusiya ilə İngiltərənin çıxarlarının qarşı-qarşıya gəldiyi bir dönəmdə Azərbaycan ordusunun Xorasana gəlməsi İngiltərəni əndişələndirməyə başlamışdı. Ingilislər düşünürdülər ki, Abbas Mirzə ruslarla gizlin anlaşaraq Xorasana gəlmişdir. Rusiyanın Abbas Mirzəyə hərbi yardımından ehtiyat edirdilər.


Xorasan olayları
Peyğəmbər soyundan olduğu söylənilən Məsumə xanımın məzarı bir sürü ziyarətçini şor suları ilə məşhur olan Qum şəhərinə sövq etmişdi. Bir çox dövlət adamları məzarlarının burada olmasını arzu edirdi, Məsumənin məzarının yanında! Sanki bu dünyada etdikləri zülm və sitəmləri Məsumənin aracılığı ilə o dünyada hesablarından sildirə biləcəklərmiş kimi bir xurafi inanc mövcud idi. Qısa bir sürədən sonra həyata göz yumacaq olan Fətəli Şah da Məsumənin məzarının yanında axirət dünyası üçün yer ayırmışdı. Bu üzdən də özünün də məzarının burada olacağını düşünən Şah bu məkanın onarımına çox əhəmiyət verməkdə idi.

Abbas Mirzə öz ordusu ilə bir yerdə bu məkandan keçməkdə idi. İstəyənlərə gedib Məsumənin məzarını ziyarət etmələri üçün izn verdi. Ordu Xorasana doğru hərəkətinə davam etməkdə idi. Damğanda Azərbaycandan gələn çaparlar Abbas Mirzənin yolunu gözləməkdə idilər. Ordu Damğana çatarkən Azərbaycan əyalətinin elbayı təyin edilən Feridun Mirzənin məktubunu Abbas Mirzəyə verdilər. Feridun Mirzə, Abbas Mirzənin oğlu idi. O, Kirmana yollanarkən oğlunu Təbrizin hakimi olaraq təyin etmişdi. Abbas Mirzə Təbrizdə olub bitənlərdən xəbərdar oldu. Feridun Mirzə atasına Laçın Xanın yazdığı bir diləkçəni də göndərmişdi. Abbas Mirzə Laçın Xanın bu diləkçəsinə bir sonraki düşərgədə, yəni Şahrudda cavab yazacaqdı. Abbas Mirzənin bu məktubunu olduğu kimi gətiririk:54

“Laçın Xan, Sizin diləkçəniz Feridun Mirzə tərəfindən Damğanda mənə çatdırıldı. Sağlığınızın yerində olması məni çox sevindirdi. Rəcəb ayında Xorasana gəlmənizi istəmişsiniz. Bu istəyiniz gerçəkdən də mənim hədsiz sevincimə səbəb oldu. Umarım ki, bütün işlərinizi yerbəyer edib və üç ayın içində Xorasanda olursunuz. Əmin-əd Dövlə cənablarına yazacağam ki, Tehrana gəldiyinizdə Sizi qarşılasın və dərhal izn alıb Xorasana gətirsin. Oğlum Feridun Mirzəyə da yazmışam ki, bütün səfər ehtiyaclarınızı və bütün istəkləriniz, nə varsa yerinə yetirsin. Siz də çəkinməyin və Təbrizdə nə ehtiyacınız olursa Feridun Mirzəyə söyləyin. Sənin Tiyul*un haqqında da Feridun Mirzəyə yazmışam. Onlar sənin mülkündür, necə istəyirsən elə də düzənlə. Bu, artıq sənin biləcəyin işdir. İstəsəniz Tehrandaki Məhəmməd Mirzə**nın Tiyuluna da baş çəkib və istədiklərinizi əldə edə bilərsiniz. Məhəmməd Mirzə Mehranabaddaki tiyulunu çox gözəl vəziyətə gətiribdir. Yaxşı imarətlər tikmiş və tikməkdədir. Tanrı izn verərsə, özünüz yaxından görəcəksiniz. Mənim sağlığımla ilgili sorular sormuşsunuz. Tanrı Sizdən razı olsun. Siz Azərbaycana çox xidmətlər etmişsiniz. Bu haqda nə qədər də yazsam azdır. Sizin xidmətləriniz haqda öz evladım Məhəmməd Mirzəyə yazmışam. Bu arada Sizin bacınız oğlu Zal Bəyə Tehrandan xələt göndərməyi unutmuşam. Bu səbəbdən də öz əynimdəki arxalığımı göndərirəm. Ona vermənizi rica edirəm. Sizin evladınız və bacınız oğlu mənim də evladlarım kimi sayılırlar. Zal Bəyi öz atasının adı Zəki Xan adı ilə çağırsanız, daha yaxşıdır. Xorasana çatdığımda təkrar məktub yazacağam.

Şahrud_”__55'>Naib-üs Səltənə Abbas Qacar Vəliəhd- Şahrud55
Bu məktubun ləhni Abbas Mirzəni yaxşı bir ailə başçısı kimi göstərməkdədir. Məsələn Azərbaycan ordusuna əməyi keçən insanları tiyulla ödülləndirməsi diqqəti cəlb etməkdədir. Şahzadənin duyğusal və qəlbi həyatı da burada sərgilənməkdədir. Bu məktubda Şahzadə haqlı insanları çox incə yöntəmlə dəyərləndirməyi başaran bir sərkərdə kimi sezilməkdədir. Abbas Mirzənin bu insancıl davranışları sonralar hətta onun rəqibləri tərəfindən də ovgü ilə anımsanacaqdır.

***


Abbas Mirzənin Azərbaycan ordusu ilə Xorasana gəlmə xəbəri sürətlə yayılmışdı. Qış səssizliyinə dalmış türkmən çadırlarında artıq bu haqda söhbət edilirdi. Azərbaycan ordusunu Xorasana yaxınlaşması həyəcan yaratmağa başlamışdı. Adətən qış fəslində bu bölgələrdə islaq və ürək bulandırıcı qoxusu olan keçə alaçıqların içində insanlar bahar fəslində edəcəkləri işlər və savaşlar haqda danışardılar. Türkmənlərdə savaşa qatılmaq üçün məcburiyət yox idi. Sadəcə bir kişi alaçığının önünə savaşa hazırlıq anlamını daşıyan bir kiçik bayrağı taxdığında o alaçığın ətrafını könüllü savaşçılar alırdı. Savaşmaq üçün məcburiyət söz konusu olmasa da o coğrafiyanın özəlliyi insanları savaşmağa zorlamaqda idi. Türküstan coğrafiyası kaos və savaş coğrafiyası kimi təsbit edilmişdir. Savaşsız mümkün deyildi. Türküstan coğrafiyasının özəlliyi budur. Burada uzun sürəli bir sərmayənin və zənginliyin oluşması mümkün olmamışdır. Çünkü bir yerdə bir az zənginlik birikdiyi zaman başqa güclü və fürsəti yaxşı dəyərləndirən qəbilə tərəfindən talan edilmişdir. Bu hadisə tarix boyu bir təsəlsül şəklində davam etmişdir. Bu üzdən də bu bölgədə soylu bir aristokrasi oluşmamışdır. Bir qəbilə və ya bir sülalə iqtidara gəldiyində özündən bir öncəki nailiyətlərin kökünü kəsirdi. Rişəsini qurudurdu ki, təhdid ünsürləri ortadan qaldırılsın. Bu çəkişmə və kaos davam edə-edə gəlmişdir. Çadırnişin türkmənlər üçün, özəlliklə onların savaş aracları olan atların yemini təmin etmək çox önəmli məsələ idi. Azərbaycan ordusu yaxınlaşdıqca onlar bütün problemlərini göz önündə bulundurmağa başlamışdılar. Artıq yüksək səslə danışanların səsləri səssizliyə bürünmüşdü.

Daima Şahzadənin adı dillərdə dolaşırdı. Azərbaycandan bu qədər uzaq olan bu coğrafiyada Abbas Mirzənin məğlubiyətlərı haqqında heç bilgiləri yox idi. Ancaq onun ordusunun topları və ağır silahları ilə ilgili çox söz-söhbət gəzirdi. Vur-qaç savaşının mütəxəssisi olan türkmənlərin qorxusu ağır silahlardan, xüsusən toplardan idi. Çünkü vurduqlarından sonra artıq qaçışa imkan qalmırdı. Savaş teknolojisi gəlişdikcə vur-qaç savaşçılarının da fütuhat istedadları tarixə gömülüb qalırdı. Artıq sürətlə qaçan atlarla, qıyqacı ox atmaqlarla tarix yaratmaq qeyri-mümkün hala gəlməkdə idi. Uzun mənzilli toplarla on minlərcə süvari sürüsünü uzaqdan atışla darmadağın etmək mümkün idi.

Şahzadə haqqında bəzi mitolojik söyləntilər də ortalıqda dolaşmaqda idi. Bəziləri deyirdilər ki, Şahzadə kürd xanlarına bənzəməz. Onu gedib öz sarayında ziyarət etmək çətin məsələdir. Sadəcə təslim olmaqla bu işin olması mümkündür. Həm də onu altun-filanla aldatmaq da çətin məsələdir. Daş kimi bir qəlbi var.

Türkmən kəndləri aclıq və səfalət içində qıvrılıb durmaqda idi. Bəzi türkmən xanları Bocnurd, Dərgəz, QoçanSərəxs kimi türkmən şəhərlərinə casuslar göndərib bu şəhərlərin hakimlərinin və əhalisinin Abbas Mirzəyə olan tutumunu öyrənməyə çalışırdılar. Məşhəd şəhərinin icra işlərindən sorumlu və Əhmədəli Mirzənin vəziri olan Mirzə Musa türkmənlərlə gizlin-gizlin irtibat qurmağa başlamışdı. Türkmən xanları bütün türkmənləri öz yanlarında bulundura bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər. Şiə Azərbaycan ordusunun gəlib Sünni Türkmənistana hökm edəcəyinin mümkün olmayacağını təbliğ edirdilər. Digər tərəfdən, Əhmədəli Mirzənin Abbas Mirzəyə qarşı həsədini, nifrət və kinini də körükləməyə başlamışdılar. Əhmədəli Mirzə başından bəri Abbas Mirzəni sevməməkdə idi. Xorasan xanları onun bu duyğusundan yararlanmağa çalışırdılar. Əhmədəli Mirzə də özünü xanların dəstəyi ilə gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bir çapar həyəcanlı bir şəkildə xəbər gətirdi ki, Azərbaycan ordusu Şahrudu tərk etmiş və Bəstama yaxınlaşmaqdadır. Bu qadisin tutub dilini kəsdilər ki, niyə belə bəd xəbərlər gətirirsən!

***

Abbas Mirzəyə qarşı bir plan oluşdurmaq amacı ilə şahzadə Əhmədəli Mirzə, Mirzə Musa, Rzaquluxan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin qatılımı ilə bir şura düzənləndi. Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın. Məşhəd əhalisinə də təbliğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər ki, qış boyunca Abbas Mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, Şahzadə ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni ehtiyac üzündən dağılacaqdır. Baharda isə Abbas Mirzə ordusunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı.



Bu şurada qərara alındı ki, Abbas Mirzənin Məşhədə yaxınlaşmasına izn verilsin. El el xanlardan Abbas Mirzəyə itaətə hazır olduqları haqda məktublar gəlirdi. Lakin Abbas Mirzə öz ehtiyatını əldən vermədən dərin-dərin düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. Bu şurada toplanan insanlar Şahzadənin illər boyu sürən savaşlarda birikdirdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar. Bu planlar Abbas Mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas Mirzə ona ard-arda gələn bu məktubların arxasındaki təhdid planlarını dərhal sezə bilmişdi. Abbas Mirzənin Məşhədin yaxınlığında bir kürd qalasını amansızca məğlub etmə xəbəri Məşhədə gəldiyində bu şuradaki ittifaq öz-özünə çözülməyə başladı. Artıq birlikdən deyil, hər ağızdan bir səs çıxmağa başlamışdı. Xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli Mirzə və onun vəziri Abbas Mirzəyə olan sonsuz nifrətlərinə rəğmən ona qarşı gəlməməyi düşündülər. Abbas Mirzəni qarşılamaq üçün göstəri hazırlıqlarının başlanmasına əmr verildi. Lakin üzlərində qorxu əlaməti açıqca görünməkdə idi. Azərbaycan ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas Mirzə bilgi əldə etdikdən sonra onlarla necə davranacağından əndişələnirdilər. Bu şura haqqında Abbas Mirzə ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi Həsənəli Mirzə kimi Məşhəd valisi Əhmədəli Mirzəni da Tehrana göndərdi.

Abbas Mirzə, Səbzvara hərəkəti zamanı oğlu Məhəmməd Mirzə də yardımçı alayı ilə atasına qatıldı. Qış çox ağır keçməkdə idi. Şahzadə xəbərdar oldu ki, yenicə tərk etdiyi Sultan meydan şəhərinin yaxınlığında kiçik bir kənd vardır. Güclü qalaları və savunması olan bu kənddə Rzaquluxan, kürd elxanları barınmaqda idi. Çöllükdə yapılmış olan bu qala uzaqdan görünürdü. Abbas Mirzə, müxtəlif tayfalardan savaşçı kimi kürd elxanlarına və Rzaquluxana qatılan birliklərin pusquda olmasından ehtiyat edirdi. Abbas Mirzə əmr verdi ki, möhkəm mıxlanmış darvaznı dövüb və Şah adına təslim olma ixtarı versinlər. Şahzadə hələ xuşunətə, zora əl atmamışdı. Təslim çağrısına cavab gəlmədiyi üçün Azərbaycan ordusuna atəş əmri verildi. Bu qalanı ələ keçirmək neçə gün zaman alacaqdı. Palçıq qalanın divarlarını top mərmiləri söküb yerlə bir edirdi. Durumu bu şəkildə görən Rzaquluxan Şahzadəyə bir çapar göndərib onun pis qarşılanmasının günahkarı saxludaki yetkililər olmuşdur deyə öz günahlarının bağışlanmasını istəmişdi. Lakin Rzaquluxanın bu hiyləsi də baş tutmadı. Qalaya hücüm daha da şiddətləndi. Qala təslim alındıqdan sonra Abbas Mirzə qalaya zorla gətirilmiş silahlı qrupları cəzalandırmadan azad buraxdı. Onlar öz evlərinə döndülər.

Abbas Mirzə təhdid ünsürlərini bir-bir dəf etdikdən sonra özü ilə bərabər gətirdiyi on minlərcə insanın ehtiyaclarını təmin etmək haqqında düşünməyə başladı. Xorasanı ağır qış şərtləri öz istilasında bulundurmaqda idi. Ordusunun ehtiyaclarını Məşhəd, Nişabur və Səbzvar arasında paylaşdırdı. Bahardaki yeni əməliyatlara daha güclü ordu lazım idi. Oğlu Təhmasibi Azərbaycandan hərbi birliklər gətirmək üçün Təbrizə göndərdi.

Istiqrar öncə zorluqla sağlanıldı. Xosrov Mirzənin başçılıq etdiyi ordudan və Yusif Xanın əmrində olan ağır topxanadan xəbər yox idi. Bunlar Kirmanı tərk etdikdən sonra qumsal çöllüyə varmişdılar, bu üzdən ağır bir səfər çətinlikləri ilə qarşı qarşıyaydılar. Su qıtlığı qumsal çöllüyün bütün güvənliyini təhdid edirdi. Hər ehtimala görə onların qumsal küləklər və ya başqa səbəblər üzündən yollarını azması böyük fəlakətə səbəb ola bilərdi. Belə bir hadisə bütün ordudan əl üzmək anlamında idi. Bütün ordu susuzluqdan qumsallığın içində məhv ola bilərdi.

Ancaq Məşhədə xəbər gəldi ki, Xosrov Mirzə öz ordusu ilə qumsal çöllərdən uzaqlaşmış və insan yaşayan yerlərə yaxınlaşmışdır. Təbəs vahələri Xosrov Mirzəni yaxşı qarşılamışdı. O bölgənin kiçik xanları hətta Xosrov Mirzəyə qatılıb, öz hörmətlərini Abbas Mirzəyə bildirmək üçün Xorasana yola düşmüşdülər. Ancaq Təbəsin yaxınlığında olan və möhkəm qalaları ilə səciyələnən Tərşiz şəhəri düşmənlik etməyə başladı. Bu şəhərin mühasirəsi və alınması iki ay sürdü. Ən sonda bu nahiyənin Məhəmməd Xan Qərai adında bir xanının Xosrov Mirzə ilə iş birliyi nəticəsində şəhər zəbt edildi. Məhəmməd Xan Qərai özü istiqlaldan yana idi. Ancaq bəlli səbəblər üzündən 1832-ci ildə Azərbaycan ordusuna yardım etmək zorunda qalmışdı. O kiçik şəhərdə 10.000 xəlvər buğda ehtikar edilmişdi. Xosrov Mirzə bu buğdanı öz əsgərləri arasında paylamaq yerinə bazarda satışa buraxıb gələrini orduya xərclədi. Bu qədər buğdanın satışa buraxılması Tərşiz əhalisini sevindirmişdi. Çünkü o soyuq qış günlərində ehtikar üzündən şəhərdə aclıq hiss edilməyə başlamışdı.
***

Bahar gəlmiş və Məşhədin, Nişaburun bağları meyvə ilə dolmuşdu. Abbas Mirzə yeni savaşlar üçün hazırlıq görməyə başlamışdı. Abbas Mirzəyə qarşı çıxan xanların heç birinin qalaları Əmirabad qalası qədər möhkəm və savunma açısından mükəmməl deyildi. Əmirabad Məşhəd və Qoçan arasında yerləşməkdə idi. Rzaquluxan Azərbaycan qalalarından təsirlənərək bu qalanın savunma sistemini oluşdurmaq üçün səkkiz il zaman sərf etmişdi. Bu baharda Abbas Mirzənin ilk hədəfi bu qalanı almaq idi. Bu qalada Yusif Xan adında bir tatar hökm sürməkdə idi. Onun yaxşı saxlusu var idi. Bu saxlunun nəfərləri müxtəlif qəbilələrdən təşkil edilmişdi. Yusif Xanın əmrində bir neçə top da var idi.

Şahzadənin bəklədiyi yardimçı alaylardan az bir qismi gəlib çatdı. Ancaq Rzaquluxan Abbas Mirzənin intizamlı ordusunun üstünlüyündən xəbərsiz deyildi. Bu üzdən də riskə girib Azərbaycan ordusu ilə üz-üzə savaşa girmədi. Qoçana sığınıb və orada savaş hazırlıqları yapmağa başladı. Rzaquluxan bir az da Əmirabadın dirənəcəyinə ümid bağlamışdı. Qalanın mühasirəsi onun çevrəsində xəndək qazmaqla başladı. Xəndək qazmaq, yəni mühasirənin ciddi şəkildə başlanması anlamında idi. Abbas Mirzə, Xosrov Mirzənin və topçu Yusif Xanın yetərincə irəli getdiklərini görüb hücumu ertələdi. Onlara əmr verdi ki, mühasirə edilənlərlə danişmaq mümkün olan bir yerdə qərarlaşıb onlara təslim olma çağrısında bulunsunlar. Bütün çağrılar geri çevrildi. Təslim olmağa yaxınlaşmadılar. Abbas Mirzə qalanın atəşə tutulmasına əmr verdi. Qarşı tərəfdən də top atəşi ilə cavab verildi. Hər iki tərəf ağır itki verməyə başladı. Azərbaycan ordusunun içində qəzəb bağırtıları get-gedə artırdı. Çünkü qazılan xəndəklərdə bir çox Azərbaycanlı öldürüldü. Bu üzdən Azərbaycan ordusu daha da intiqamçı bir rəftarla savaşmağa başlamışdı. Cahangir Mirzə yazır ki, Əmirabad divarlarının xəndəklərində bir neçə yabancı mütəxəssis öldü. Abbas Mirzənin Laçın Xana yazdığı bir məktubda da bu haqda məlumat verilməkdədir. Bu yabancılar kimlər olmuşlar? Fərarı ruslar mı olmuş əcəba? Bu yabancılar haqqında övücü bir şeylər yazmaq istərdik, lakin onların kimlikləri haqqında heç bir bilgi və qaynaq yoxdur. Həm Abbas Mirzə, həm də Cahangir Mirzə bu savaşda yabancıların öldüklərini yazmışlar. Ancaq onların kimlikləri haqqında heç bir ipucu buraxmamışlar.

Abbas Mirzə mühasirə edilənlərin dirənişlərini təqdir etsə də bu dirənişin qısa sürədən sonra qırılacağına tam əmin idi. Ağır topların qalaya atəş açmalarına əmr verildi. Top mərmiləri qalanın divarlarını yıxıb aşırırdı. Divarlar elə dağılmışdı ki, artıq mühasirə olunanlar gözlə görünürdü. Onlar daşı daşın üstünə qoyub səngər düzəltməyə çalışırdılar. Təkrar top atışları qalanı toz-torpağa bürüdü. Qalanın içində saxlanılan barıt anbarına mərmi isabət etmişdi və partlayışın səsi hər kəsi dəli etməkdə idi. Artıq Azərbaycan ordusunun qalanın divarlarından dirmaşaraq içəri girməyə ehtiyac qalmamışdı. Böyük-böyük dəliklər açılmışdı. Bu dəliklərdən içəri keçmək çox rahat idi. Dirənişin qırılmasına az zaman qalmış topxananın rəyisi Yusif Xan bir düşmən gülləsi ilə öldü. Abbas Mirzənin çox yaxın dostu Laçın Xanın oğlu Yusif Xanın ölümü Şahzadəni çox etkilədi. Yusif xanın ölümü ilə də Abbas Mirzə öz vicdanında özünü Laçın Xana daha çox borclu sanırdı. Lakin necə olursa-olsun bu qalanı ələ keçirmək zorundaydı. Yusif Xanın məqamını alay komutanı olan Qasım Xana verdi və ona əmr etdi ki, qalaya hücum edən Bəhram Mirzəyə kömək etsin. Azərbaycan ordsusu hücumun son aşamasına başlamışdı. Hər tərəfdə hücum təbli çalınırdı. Bayraqdarlar Azərbaycan ordusunun bayraqlarını qalanın müxtəlif yerlərində yüksəltmişdilər. Azərbaycan ordusu viranə qalmış və tüstülənən qalaya tam daxil olmuşdu. Abbas Mirzə bir tərəfdən qalanın içindəki ailələrin, var-dövlətlərinin əsgərləri tərəfindən yağmalanmasını istəmir, digər tərəfdan də bu qədər savaşdan sonra yağmalama istəyində olan əsgərlərini haqlı sayırdı. Bu üzdən iyirmi min tümən əsgərlərinə ödül ayıraraq şəhərin yağmalanmasını əngəllədi. Bu savaşla ilgili Şahzadənin Laçın Xana yazdığı bir məktubdan parçalar gətirirk:

“...Laçın Xan, Sizin yeriniz boş idi. Oğlunuz Yusif Xan böyük qəhrəmanlıqlar göstərdi. Bütün Azərbaycan ordusunun üzünü ağ etdi. Bu qəhrəmanlıq Sizin soyunuza xas olan bir şey. Tanrı izn verərsə, Heratın fəthində Siz özünüz də iştirak edərsiniz.”56 Sonra məktubunu Laçın Xana aid işlərlə davam edir və bu ibarələrlə bitirir: “Mənim boynumda olan Sizin haqqınızı ödəyə bilmək üçün Tanrı mənə ömür versin və yardımçım olsun.”57

Abbas Mirzə Azərbaycan ordusunu xərabə qalmış və tüstülənən qalanın yaxınlığında yerləşdirdi. Bu arada Məhəmməd Mirzə öz alayı ilə atasına qovuşdu. Məhəmməd Mirzəyə özəl bir görəv tapşırıldığı üçün qalanın mühasirəsinə qatılamamışdı. Abbas Mirzə tam bu savaşa qərar verdiyi zaman xəbər gəldi ki, Xeyvənin əmiri Allahqulu Törə, bütünü ilə türkmənlərin yaşadığı Sərəxs şəhərinin yaxınlıqlarına varmış və Sərəxsin türkmən hakimi Salur Xanla gizlin irtibata keçmişdir. Türkmənlərin Sərəxsdə bir kölə bazarı var idi. Bu bazarda müxtəlif yerlərdən yağmalanmış var-dövlətlər də satılırdı.

Sərəxs və digər şəhərlərin hakimi ilə özbək əmirinin gizlin irtibatları var idi. Abbas Mirzə düşündü ki, Əmirabad savaşında məğlub olarsa arxadan da Allahqulu Törə, Azərbaycan ordusuna hücum edəcəkdir. Bu üzdən oğlu Məhəmməd Mirzəni Sərəxsdə özündən ayırdı. Məhəmməd Mirzə Sərəxsin ətrafında yerləşib və heç bir təhrikedici hərəkətdə bulunmadan özbəklərin üzərindən diqqətini ayırmadı. Əmirabadın Azərbaycan ordusu tərəfindən alınma xəbəri gəldikdən sonra Xeyvə əmiri Məhəmməd Mirzəyə ədəbli və möhtərəmanə bir məktub yazıb göndərdi. Sonra da öz ordusu ilə bir yerdə Xeyvəyə yola düşdü.
***

Abbas Mirzə öz işini hələ tam bitirməmişdi. Əmirabadın 10 ağaclığında yerləşən Qoçanı da ələ keçirmək zorunda idi. Qoçan üsyankar kürd xanlarının mərkəzi idi. Rzaquluxanın isə get-gedə rahatsızlığı artırdı. Düşünürdü ki, niyə gözləməlidir ki, Abbas Mirzə gəlib onu yuvasında bassın. Xorasan bölgəsində Azərbaycan ordusu bütün ordulardan üstün durumda idi. Abbas Mirzə isə bütün iradəsi ilə üsyankar şəhərləri təslim etmkdə qərarlı idi. Rzaquluxan düşünürdü ki, Abbas Mirzə də başqaları kimi hədiyələr qarşısında əfv etməsini bilər, sadəcə hədiyələrin dəyərini artırmaq lazımdır.

El xanı Rzaquluxanın elçiləri bir neçə kərə Şahzadənin qərargahına gəlib və çeşidli şəkildə təkliflərini təqdim etdilər. Azərbaycan ordusu Qoçana tərəf hərəkətə başlarkən bu elçilərin sayı çoxalmağa başlamışdı. Abbas Mirzə bütün hallarda yalnız qeydsiz-şərtsiz təslim olmağı önərirdi. Ancaq Qoçana tərəf yürüş etməyə də tələsmirdi. Çünkü Əmirabad savaşı Azərbaycan ordusunda bəzi boşluqlar oluşdurmuşdu. Bu üzdən də Şahzadə, fərari ruslardan oluşan alayın və Azərbaycanda Təhmasib Mirzənin əmrində olan Mazəndəran alayının yardıma gəlməsini bəkləyirdi.

Qoçan saxlusunda 12.000 nəfər bulunmaqda idi. Bu saxlunun tərkibi bəluçlardan, bocnurdlulardan, zəfəranlılardan və çinaranlulardan oluşmaqda idi. Ancaq el xanının təbii müttəfiqləri olan türkmənlərin sayı hamısından çox idi.

Mühasirə başlamışdı. Saxlunun nəfərləri qalanın dəliklərindən mühasirənin tamamlanması üçün edilən işləri görə bilirdilər. Qısa bir sürədən sonra ağır topların atışları gecə vaxtı başladı. El xanının cəsarəti Xeyvə əmirinin ordusunu geri çəkməsi ilə sönməyə başlamışdı. Atış gücləndikcə Rzaquluxanın qorxusu artırdı. Təkrar Şahzadəyə elçi göndərib və daha çox hədiyələr və´dində bulundu. Şahzadənin cavabı isə əskisi kimi idi: Tam təslimiyət. Rzaquluxan durumu belə gördüyündə təslim olmaqdan başqa çarənin olmadığını düşündü. Təslim olmaq üçün şəxsən özü Abbas Mirzənin hüzuruna gedib və təslimiyətini elan etməli idi. Abbas Mirzənin vəziri Qaimməqamın ən kiçik oğlu Rzaquluxanı gətirmək üçün getdi. Təslim olmağı ölüm kimi dəyərləndirən Rzaquluxan əyninə bir kəfən geydi. Əlinə bir sıyrılmış qılınc alıb Şahzadənin hüzurunda qarnını söküb özünü öldürməyi düşünmüşdü. Abbas Mirzə dəima belə düşünürdü ki, cəsarətli bir rəqib zərurət icabı təslim olarsa, onunla xoş davranmaq lazımdır. Bu üzdən də Rzaquluxan hərbi ehtiramla qəbul edildi. Abbas Mirzə onun cəzalandırılmasından vaz keçdi. Lakin sonradan Şah, Abbas Mirzənin bu şəxsı səliqəsinə uyğun davranmadı. Rzaquluxanın bayrağı altında olan saxlunun sərkərdələri azad buraxıldılar.

Qoçanın bütün savunma sistemini söküb dağıtdılar. Lakin qalanın içi bir o qədər də zərər görmədi. Şahzadə qalanın içinə girib Rzaquluxanın qorxunc sarayına daxil oldu. Əmr verdi ki, hamamı isitsinlər. Günlər boyunca yuyunmamış Şahzadə buranın hamamında yuyundu. Sonra Rzaquluxanın böyük oğlunu qəbul etməyə razılıq verdi. Bu oğlan anası tərəfindən Abbas Mirzəyə bir neçə hədiyə gətirmişdi. Bu hədiyələrin rəmzi anlamı var idi.58

Bu əşirət yapılı toplumda başçıların ailəsi bir sülalə oluşdururdu. Bölgənin yaşamı və düzəni onların iradəsindən və nüfuzlarından asılı olurdu. Bu sülalə dağıldığında bölgəni kaos bürüyürdü. Bu səbəbdən Abbas Mirzə, Rzaquluxanın oğlu Sam Xanı onun yerinə hakim təyin etdi. Hakim təyin etdi ki, bu ailəyə olan sayqı və ya qorxu səbəbilə bölgədəki kaos önlənsin.59 Lakin qalanı təkrar onarıb səngər halına dönüşdürməsini, böyük ordu oluşdurmasını ona yasaq etdi. Bununla da Sam Xan heç bir zaman atasının intiqamını almaq amacı ilə bölgədə özünə müttəfiq arama kimi bir duyğuya heç qapılmadı.

Bölgədə istiqrarın tam sağlanması amacı ilə Salur Xanın əmrində olan Sərəxs də bütünü ilə ələ keçirilməli idi. Bu türkmənlər dirək olaraq öz çıxarları uğrunda savaşmırdılar. Özlərinə bənzər tayfalar üçün silah təşkil edirdilər və qarşılığında isə kölə alırdılar. Onların Xeyvə əmiri ilə geniş ticari əlaqələrinin təməlində də bu durmaqda idi.

Sərəxsin mühasirəsinə başlamadan öncə bir neçə zəruri iş üçün Məşhədə getdi. Hələ Qoçanda ikən Herat hakimi Kamran Mirzənin oğlu Yarməhəmməd Xan Şahzadənin ziyarətinə gəldi. Bu qonaq da Xorasan xanlarını bir-bir məğlub edən Azərbaycan ordusunu yaxından görmək istəmişdi. Yarməhəmməd Xan nə qədər Abbas Mirzənin qarşısında hörmətlə davransa da, Abbas Mirzə Heratın da Qacar imperatorluğunun bir parçası olmasını qonağına söyləməkdən vaz keçmədi. Abbas Mirzə, böyük bir ədəb və nəzakətlə Yarməhəmməd Xanı qəbul etmişdi. Xosrov Mirzəni isə görəvləndirmişdi ki, onu yola salmaq üçün Məşhədə qədər yola salma törəninə eşlik etsin. Məşhəddə isə ən yaxşı bir evi onun qalması üçün nəzərdə tutdular. Ancaq Yarməhəmmədi qorumaqla görəvli olan gözətçilər Abbas Mirzənin həyatının sonuna qədər onu (Yarməhəmmədi) əsir kimi saxladılar.

O zaman bütün şəhərlərin mühasirəsi bir-birinə bənzəməkdə idi. Eyni yöntəmlə mühasirə edilən Sərəxs Abbas Mirzənin qələbəsi ilə sonuclandı. Şahzadə Qoçanda olduğu kimi türkmənlərin də istəklərini böyük bir qətiətlə rədd etdi. Onlara da təslim olmamaları təqdirdə savaşın qaçınılmaz olacağını söylədi. Bu savaşda Salur Xanın müxtəlif hiylələri üzündən şəhər təslim alındıqdan sonra Abbas Mirzə əsgərlərinin yağmalama istəyinə müsbət cavab verdi. Bu şəhərdə illər boyu kölə alış-verişi sonucunda barınan altun və gümüşlərin Azərbaycan əsgərləri tərəfindən talan edilməsi başlandı. Başqa yerlərdə olduğu kimi Sərəxsin də savunma sistemi çökərtildi. Salurların cəsarəti basılmışdı və onların məğlubiyəti Türküstanda böyük əks-səda oyatdı. Abbas Mirzə bu sınırın qorunması üçün ciddi önləmlər almağı düşündü. Ən yaxşı güvənlik önləmi bu idi ki, Qacar ərazisinə gələn karvanların Salur türkmənlər tərəfindən qorunacağını Xeyvə əmirinə qəbul etdirsin. Həm də Xeyvə əmiri ona tabe olan köçəri qəbilələrin Xorasana hücumlarını əngəlləməyi üzərinə götürməli idi.

Bu qələbənin mənəvi tərəfi var idi ki, Şahzadə öldükdən sonra hamısı yoxa çıxdı. Lakin Qacar dövlətinin etibarı qorunmuş və Şahzadənin Ceyhuna qədər uzanma istəyi gerçəkləşmişdi. Sərəxs Macərası bitdikdən sonra Şahzadə Məşhədə geri döndü. Şahzadəyə xəbər gəldi ki, bir yabancı gəlmiş və Şahzadə ilə görüşmək istəyir. Şahzadə bu yabancının qarşılanması üçün gərəkən bütün işləri etdi. Ancaq yabancı ilə qarşılaşdığında heyrətdən nə edəcəyini bilmirdi. Qarşısında Təbriz dostu Mək Nil durmaqda idi. Şahzadə çox sevinmişdi. Sonra da uzun-uzun bir yerdə müzakirələrə və söhbətlərə başladılar. Şahzadə deyirdi: “Xatırlayırsan mı, sənə söyləmişdim ki, Doğudaki savaşlarımda mənə eşlik et? Siz mənim dəvətimi ciddiyə almamışdınız. Ancaq bir az gecikmə ilə gəlmişsiniz. Amma hər halda səni bir zamanlar xəyalımda təsəvvür etdiyim yerdə görməkdəyəm”. Abbas Mirzə unutmamışdı ki, Tufarqanda ruslarla müzakirə zamanı ingilislər ona çox böyük yardım etmişdilər.

Rusiya ilə İngiltərənin Mərkəzi Asiya ilə ilgili olaraq yeni rəqabətləri başlamışdı. Mək Nil bu siyasət icabı Abbas Mirzə ilə görüşmək üçün görəvləndirilmişdi. Çünkü Abbas Mirzə ilə əskidən münasibətləri var idi. O, Xorasanda və Türküstanda İngiltərənin çıxarlarını təqib edəcək ən uyğun diplomat idi. İngiltərə, bölgəni tanımaq üçün önəmli yatırımlar yatırmağa başlamışdı. Mək Nildən başqa bir çox ingilis, türkmən milli paltarlarına bürünərək və ya din adamları şəklində bölgədə görəv yapmağa başlayacaqlardı. Xüsusən də türkməncəni, ərəbcəni və farscanı öz ana dilləri kimi öyrənib danışan ingilislər ən çox din adamları, din xadimləri və dərvişlər biçimində bölgədə dolaşmaqdaydılar. Çünkü dini otoritənin kütlənin mənəviyatı və əxlaq sistemi üzərində olan egemenliyi daha yüksək səviyədə idi. Bu vəsilə ilə ingilis dərvişlər həm bölgənin özəlliyini yaxşı tanıyır və mərkəzə bilgi verirdilər, həm də kütlənin dini ehtiyaclarını bərtərəf edirdilər. Beləliklə də bu dərvişlər kütlənin inanc nəbzini əllərində tutaraq istədikləri istiqamətə yönləndirə biləcəklərdi. Sonralar ingilis dərvişlərin bu çalışmaları nəticəsində İngiltərə, Mərkəzi Asiya ilə bağlı çox başarılı və tutarlı siyasət izləyəcəkdi. Bütün qəbilələrin özəlliklərin bilmək üçün ingilislər, hətta köçəri tayfaların içində belə illər boyu onlar kimi yaşayacaq və onlar kimi yaylağa, qışlağa köç edəcəkdilər.



Mək Nil Xorasanda və Türküstanda Abbas Mirzənin önəminə şahid olmaqda idi. Başqa bir rəsmi ingilis məmuru türkmənlərin və özbəklərin içində öz işi ilə məşğul idi. Bu məmur söylədiyində ki, Abbas Mirzə ruslarla savaşarkən məğlub olmuşdur, kimsə inanmırdı. Türkmənlər və özbəklər arasında “qorxunc Şahzadə” ifadəsi hörmət və ehtiram yaradırdı. Mək Nil, Abbas Mirzənin fikirlərini və xəyallarını o qədər öyrənmişdi ki, Şahzadənin də Send*də gözü olduğunu bilmişdi. Send isə İngiltərənin çox önəmsədiyi bir bölgə idi. Buraya nə Abbas Mirzəni, nə də Rusiyanı buraxmaq fikrində idi. Çünkü Sendin başqa güclər əlində olması Hindistandaki İngiltərə mənafeyini təhdid edə bilərdi. Send, İngiltərə üçün Hindistanla ilgili olaraq güvənlik sınırı sayılırdı. Bu səbəbdən də bu bölgənin qorunması ilə bağlı hər türlü tədbirləri almışdı. İngiltərə üçün bölgədə mərkəz tabeli güclərin olması bir təhdid ünsürü sayılırdı. Kiçik xanlıqların kiçik bölgələrdə yarım dövlət şəklində olması İngiltərə üçün daha əlverişli idi. Bu üzdən də Abbas Mirzənin bütün bölgəni bir mərkəzə tabeetmə istəyi İngiltərəni rahatsız etməkdə idi.
***
Qış fəsli bir daha əməliyatları durdurmuşdu. Abbas Mirzəni müvəqqəti olaraq tərk edən xəstəlik təkrar baş qaldırmışdı. Qış günləri onun Tehrana səfər etməsi üçün uyğun deyildi. Baxmayaraq ki, Tehranda olub və Herata hücum konusunda Şahla məşvərət etmək, həm də 1832-ci ilin yay savaşlarıyla ilgili Şaha bilgi vermək istəyirdi. Şahzadə payızın əvvəllərində Azərbaycan ordusunun böyük bir qismini azad edib evlərinə göndərdi. Şahzadəyə görə, artıq onlar yorulmuşdular, evlərinə, Azərbaycana dönüb ailələrinin yanında yaşamaları gərəkirdi. Evlərinə dönənlərin çoxu Azərbaycanın kiçik məchul kəndlərindən idi. Bu gün Abbas Mirzənin xatirələri və hörməti Azərbaycanda hələ də yaşayırsa, bunun səbəbi də elə budur. Şahzadə Azərbaycanda bütün xalq təbəqələrinin tanıdığı bir şəxsiyət idi. Onun ölümündən sonra isə bu geri dönən əsgərlər çocuqlarının adını Abbas Mirzə qoyacaq və Şahzadə ilə bağlı xatirələrini nağıllaşdırıb öz çocuqlarına və nəvələrinə danışacaqlardı. Baxmayaraq ki, Abbas Mirzə Xorasanda öldü ancaq onun mənəviyatına sahib çıxan, hətta yasını saxlayan Azərbaycan oldu. Azərbaycan xalqı onun adını öz nağıllarına, tarixi xatirələrinə qazdı. Abbas Mirzə öldükdən sonra Azərbaycanda yeni doğulan çocuğun adını “Abbas Mirzə” qoyurdular. Azərbaycan xalqı, onu kürdlərin talanından qurtaran, rusların zülmündən azad etməyə çalışan bir kişinin adını əbədiləşdirib hər gün ağzında tələffüz etmək üçün Abbas Mirzənin adını çocuqlarına verirdi, çocuqlarının Abbas Mirzə kimi Azərbaycana sahib çıxmalarını istəyirdi. Abbas Mirzənin ölüm xəbəri Azərbaycanda duyulduğunda Urmiyədə, Ərdəbildə, Zenganda, Muğanda, Xoyda, Gəncədə, Qarabağda, Şəkidə, Bakıda, Naxcıvanda və Azərbaycanın adları bilinməyən kəndlərində dünyaya gələn çocuqların adı “Abbas Mirzə” olaraq qoyuldu. Abbas Mirzə zorla və hiylə ilə Azərbaycandan ayrıb Xorasana göndərsələr də ruh olaraq Azərbaycan ona sahib çıxdı. Çünkü Abbas Mirzə öz ruhunu və mənəviyatını Azərbaycana buraxmışdı. O, bunu Azərbaycanda xalqın daha rifah içində yaşaması üçün gerçəkləşdirdiyi reformlarla isbatlamışdı. Abbas Mirzə, Azərbaycanı, ancaq və ancaq Azərbaycanı çağdaş dünyanın bir parçası etmək istəyirdi.

Şahzadə, gedənlərin yerini yeni və daha gənc olan birimlərlə doldurmağı qərarlaşdırmışdı. Baharda Xosrov Mirzə özü ilə bərabər yeni alaylar gətirəcəkdi. Şahzadə bilirdi ki, onun istəyinə QarapapaqAyrımlı* tayfaları rədd cavabı verməzlər.

Qışın səssizliyinə batmış bu bölgələrdə yapılması gərəkən bir sürü işlər var idi. Bu ərazilər Nadir Şahdan sonra ilk kəz olaraq mərkəzi iqtidara tabe edilirdi. Lakin biri digərinin ardınca gələn məktublar Şahzadəni Azərbaycana bağlayırdı. Abbas Mirzə isə Azərbaycanda oğlu Feridun Mirzəni öz yerinə təyin etmişdi. O, bütün Azərbaycan xanlarını zorla özünə tabe edib və onlardan əkinçilərin, rəiyyətlərin haqlarını tanımalarını istəmişdi. Gələn məktublar isə xanların təkrar başqaldırılarından danışırdı. Abbas Mirzə əndişələnirdi ki, xanların başqaldırısı onun Azərbaycanda etdiyi bütün işləri alt-üst edər, Şahzadənin şöhrətinə zərər verər. Abbas Mirzə məktublarının birində yazır: “Vəliəhdin olduğu qədər Şahın düşməni yoxdur”60 Abbas Mirzənin bu ləhni göstərir ki, Azərbaycanda durum heç də yaxşı deyilmiş və xanların baş qaldırıları təhdid halına dönüşmüş imiş. Abbas Mirzə, Feridun Mirzəyə yazır: “Umarım ki, səlamətsiniz. Orada işlərin öz məhvərində yürüməsi üçün gərəkən özəni göstərmənizi istəyirəm. Azərbaycan məmləkəti mənim evim və əhalisi isə öz evladımdır. Məni buraya bütün ölkə düzeyində istiqrar sağlansın deyə Azərbaycan xalqı görəvləndirib göndərmişdir. Ömür vəfa edərsə öz evim Azərbaycana dönəcəyəm. Gərəkən bütün şeyləri sənə söyləmişəm, təkrar təkid edirəm ki, Azərbaycanda istiqrarın qorunması üçün lazım olan təlaşları edin. Bunu da bilmiş olun ki, bütün Azərbaycan xalqının sizi sevməsi gərəkir...”.61

Abbas Mirzə yazdığı məktublarında qeyd edir ki, bu məktubları gecənin gec saatlarında yazmışdır. Məktublarda və fərmanlarda tarix yazılmamışdır. Bu səbəbdən də bu fərmanların və məktubların təxmini tarixini məktublarda işarə etdiyi hadisələrlə müəyyən etmək mümkündür. Abbas Mirzəni qardaşlarının hiylələri və düşmənçilikləri çox üzməkdə imiş. Burada onun qəzəbini və əndişələrini ifadə edən bir məktubunu gətiririk. Bu məktub qardaşlarından birinə və böyük ehtimalla öz oğlu kimi sandığı Qasım Mirzəyə yazılmışdır:

“Hörmətli və məqamlı qardaşım! Məktublarınız vasitəsi ilə sağlığınızın yerində olmasını öyrənincə çox sevindim. Uzun zaman idi bir-birimizlə əlaqə saxlaya bilməmişdik. Ancaq sanmazdım ki, mənim qardaşım qəflət edib məni unudar”.62 Sonra eyni məktubda Şahzadənin xatirələri onu Laçın Xana doğru sövq edir. Laçın Xanın Osmanlı ilə savaş zamanı onun haqqında etdiyi fədakarlıqdan və qəhrəmanlıqdan danışır, Laçın Xana nə qədər borclu olduğunu söyləyir. Bu məktubların sətirləri arasından bəzi hadisələrin ayrıntılarını üzə çıxarmaq mümkündür. Bu məktublardaki verilərdən, məlumatlardan yola çıxaraq Çobanoğlu savaşlarının bəzi təfərrüatını da anlamaq mümkündür. Eyni zamanda Abbas Mirzənin məktublarında o zamana görə çox yüksək səviyədə olan bir vətənsevərlik duyğusu bulunmaqdadır. Çünkü o dönəmlərdə vətən məhfumu yox idi. Vətən məfhumunu milli dövlət olqusu doğmuşdur. İmperatorluq duyğusu daha çox yayğın idi. Lakin bütün davranışlarında və məktublarında Abbas Mirzə özünü sanki İmperatorluğa deyil, Azərbaycan adlı vətənə mənsub bilməkdədir. Feridun Mirzəyə yazdığı məktubunda “mənim evim Azərbaycandır” yazaraq xitab edir. Digər bu kimi yazılarında, davranışlarında da Abbas Mirzə Azərbaycana mənsub olduğunu açıqca və israrla söyləməkdədir. Eyni zamanda Xorasanda bulunduğu müddətcə Azərbaycanda gerçəkləşdirdiyi reformlara bənzər bir işlər etməməsi də gösətərir ki, O, burada uzun zaman qalmaq fikrində olmamış və reformlarının uzantısını Azərbaycana döndüyündə davam etmək istəmişdir. Məktublarından bəlli olur ki, Xorasanda bulunduğu zaman xəstəliyi şiddətləndikcə fikrən və xəyalən daha çox Azərbaycanı düşünməyə başlamışdır.

Nadir Şah və varislərinin aqibəti Şahzadəni çox düşündürürdü. Dehlinin fatehi ən istedadlı və başarılı oğlunun gözünü kor edərək, Avşarlar səltənətinin gələcəyini qaranlığa gömmüşdür. Sonra da Nadir Şahın qardaşı oğulları tac taxt mirası uğrunda bir-birinin canına düşdülər. Bunların arasında başarılı olan Adil şah, Nadir soyuna yaxın olan bütün insanların gözlərini kor etdi ki, daha varislik iddiasında olacaq kimsə qalmasın. Abbas Mirzə bunları ağlından keçirdiyində dərin əndişəyə dalırdı. Din xadimlərinin, qardaşlarının və digər rəqiblərin fitnəsi nəticəsində bir neçə kərə onun özü də Nadir Şahın oğlu kimi az qala fəda edilməkdə idi. Bu olayları göz önündə bulunduran Şahzadə ən istedadlı evladlarının gələcəyindən əndişələnirdi.

Abbas Mirzə 2 il Xorasanda qaldı. Bu zaman içərisində xəstəliyinin onu get-gedə ölümə tərəf götürdüyünü hiss edirdi. Ancaq heç durmadan məmləkətin işləri ilə uğraşır və Herat savaşı üçün hazırlıq görürdü. Abbas Mirzənin adı təkrar dünya gündəminə girmişdi. Ancaq bu dəfə ruslarla savaşaraq deyil, Türküstandaki zəfərlərindən dolayı idi. Bu üzdən Abbas Mirzə və Azərbaycan ordusu Türküstanda çıxarları olan böyük dövlətlər üçün təhdid ünsürü olmağa başlamışdı. 1832-ci ilin yayında Hindistanda yayımlanan ingilis dilli bir qəzetdə bu sətirlər gözə dəyməkdə idi: “Qacariyədən gələn bir məktuba görə, Abbas Mirzə otuz min ordu ilə Herata hücum etməyə hazırlaşır. Rusiyanın Abbas Mirzəyə yardım etməsi sanılır.” Sonra da bu xəbər üzərinə “Mərkəzi Asiyada böyük hadisələrin baş verməsi bəklənir.” başlıqlı təhlillər eyni qəzetdə yer almaqda idi. Əslində Abbas Mirzə, Rusiya ilə bir ittifağa girmə məsələsini düşünməkdə idi. İngiltərəni də ən çox rahatsız edən bu idi. Lakin hissiyatı buna izn vermirdi. Türkmənçay antlaşmasından sonra ruslara qarşı dərin bir nifrət daşıyirdi. Nə qədər öz duyğularını gizlətməyə çalışsa da ancaq bu konuda başarılı ola bilmirdi. Ruslarla ittifağa girə bilmirdi. Digər tərəfdən, düşünürdü ki, əski düşmənlərlə ittifağa girmək yeni problemlər ortaya çıxara bilər. Bəlkə də bu, onun duyğularının uydurduğu bəraət idi. Abbas Mirzə Mərkəzi Asiyada yayılma politikasının İngiltərənin çıxarları ilə nə qədər kontaktda ola biləcəyi haqda hesablar edirdi. Çünkü İngiltərə Hindistanla sınırlı qalmayıb və Türküstana doğru uzanmaq istəyirdi. Bu amac uğrunda isə bir sürü casuslar Türküstana göndərmişdi. Mərkəzi Asiya toplum və qəbilə yapısını (strukturunu) dərindən öyrənməkdə idi.

Doktor Vulf adında müəmmalı və macəraçı bir ingilis Mərkəzi Asiyada elmi araşdırma yapmaqda idi. Şahzadə, Xorasanı yönətdiyi müddətcə bu müəmmalı adam Məşhəddə qalırdı. Vulf araşdırmaları nəticəsində panik və həyəcan yaradacaq xəbərlər uydurub toplumun içində yaymaqda uzman idi. Məsələn, 1832-ci ildə yazırdı: “Bu diyarda xəbərlər çox tez yayılır. Hər yerdə söylənilir və inanılır ki, vəliəhd Abbas Mirzə bir rus qızı ilə evlənmiş, dinini də dəyişdirib xristian olmuşdur. Buna qarşılıq isə Rusiya Abbas Mirzəyə Xeyvəni işğal etmək üçün əlli minlik ordu vermişdir.” Bu şayiələr hardan qaynaqlanırdı? Abbas Mirzənin Batı həyatına özənimi bu şayiələrin yaranması üçün psikolojik zəmin hazırlamaqda idi. Abbas Mirzənin Türküstandaki hərbi davranışlarını öz çıxarlarına qarşı görən İngiltərə isə bu şayiənin toplum tərəfindən gerçək kimi qəbul ediləcəyini yaxşı bilirdi. Lakin Abbas Mirzə Hind fatehləri Moğul şahzadələr kimi iqtidar uğrunda bu işlərə gedəcək karakterə sahib deyildi. Abbas Mirzə bir neçə kərə məktublarında yazmış ki, “... başıma gələn bütün müsibətləri Tanrı sınağı kimi anlamışam.” Bəlkə də bu şəkildə Tanrı iradəsinə güvənərək məğlubiyətlərinin acısını azaltmaq istəmişdir. Digər tərəfdən, Abbas Mirzənin bir rus şahzadə ilə evləndiyini axtarmaq yersizdir. Çünkü Şahzadənin həyatında belə bir hadisə olmamışdır. Sadəcə Abbas Mirzənin gürcülərlə çox yaxın dostluq münasibətləri var idi. Abbas Mirzənin reformist olması, gürcülərlə sıx münasibəti, toplumun bütün reformist düşüncəyə qapalı olması, İngiltərənin artıq Şahzadənin Türküstan qələbələrindən əndişələməyə başlaması, Şahzadənin rəqiblərinin və din xadimlərinin düşmənçiliyi hamısı bir yerdə bu şəkildə şayiənin yaranmasına uyğun zəmin yaratmaqda idi. Şahzadənin din dəyişdirmə şayiəsi onun bütün nüfuzunu ortadan qaldıra bilərdi. Çünkü İslam ayinində bu tür davranış irtidad və ya mürtədlik (dindən çıxma) olaraq bilinməkdədir ki, bunun da cəzası çox ağırdır.

1832-ci ildə Baqration şahzadələrinin yönətimindən çıxmış Gürcüstanda yeni bir ayaqlanma və qiyam başlamışdı. Erkli soyundan olan üç şahzadə xanım da bu ayaqlanmaya qatılmışdılar. Bunlar əskidən olduğu kimi yenə də Abbas Mirzə ilə ittifaqdan yanaydılar. Çünkü təqribən 25 il boyunca Abbas Mirzənin Gürcüstana olan münasibətindən çox məmnun idilər. Bir müəmma kimi saxlanılan Laçın Xandan başqa digər gürcü Şahzadələrin də Azərbaycana mühacirəti davam edirdi. Abbas Mirzənin dirək müdaxiləsi nəticəsində Fətəli Şah, Aleksandr Mirzə ilə tac-taxtını itirmiş padşah kimi davrandı. Bu üç Şahzadə xanımın biri Erklinin nəvəsi Tamara idi. Tamara xanım yeraltı örgütləndirmə istedadı nəticəsində gürcüləri gizlincə təşkilatlandıra bilmışdı. Tamara daima ruslara qarşı müttəfiq axtarırdı. Beyt-ül Müqəddəsi ziyarət adı ilə Orta Doğuya getmiş və Misir Əmiri Məhəmmədəli ilə gizlincə görüşmüşdü. Digər Şahzadə xanım isə Tekla idi. Tekla yaşlanmış, saçlarının bəm-bəyaz olmasına rəğmən bir gənc xanım kimi Gürcüstanın istiqlal davasına qatılmışdı. Bu şahzadə xanımlar yurdlarına vəfalı qalaraq dirənişlərinin cəzasını Gürcüstandan Rusiyanın soyuq Sibirlərinə sürgün edilərək çəkəcəklərdi. Üçüncü şahzadə xanım isə Ribsime idi. Ribsime öz oğulları ilə bu dirənişə qatılmışdı. Heç şübhəsiz ki, Abbas Mirzə və gürcü Şahzadələri arasında gizlin münasibətlər olmuşdur. Bu münasibətləri Laçın Xan da düzənləyə bilərdi. Həmin şahzadə xanımların xristian oluşları isə toplumda fərqli fikir yaratmağa başlamışdı. Abbas Mirzənin bunlarla evlilik planı yapma kimi görüşü ortaya çıxmışdı. Şübhəsiz ki, Gürcüstan olayları ilə ilgilənən Tehranda oturan Şahzadənin düşmənləri bu şayiələrin yaranmasında və necə yaranmasında planlar çizmişdilər. Abbas Mirzənin Mərkəzi Asiya ilə ilgili davranışlarından və istəklərindən xoşlanmayan İngiltərə də onun düşmənləri cərgəsində yer almağa başlamış və bu şayiələrin necə yaranıb yayaılmasına yardımçı olmaqda idi.
***
Qış fəsli bitmək üzrə idi. Abbas Mirzənin ağrıları şiddətlənmişdi, lakin bununla belə Xosrov Mirzənin gətirməkdə olduğu hərbi birimlər haqqında düşünməyə başlamışdı. Xəstəliyinin bu şəkildə gücləndiyi bir halda belə Herata hücumun komutanlığını özünün etməsini düşünürdü. Bu barədə fərarı rus albayları ilə də müzakirələr edirdi. Bu rus zabitləri qısa bir sürə sonra Məhəmməd Mirzənin, Samsam Xanın və Abbas Mirzəyə bağlılığı ilə bilinən Bufskinin komutanlığında edəcəkləri böyük işləri ilə parlayacaqlardı.

Abbas Mirzə həyatındaki ən son Növruz bayramını Məşhəddə keçirib və Tehrana yola düşdü. Şah, Xorasan olayları ilə bilgi əldə etmək üçün Şahzadənin Tehrana gəlməsini istəmişdi.

Ən son üsyankar xanlar da təslim olmuşdular. Bu xanlar içində ən önəmlisi Heydəri xanı idi. Abbas Mirzə, Herat savaşının ayrıntılarını atası ilə müzakirə etmək üçün tələsirdi. Bilirdi ki, hiyləgər vəziri Qaimməqam içdən-içə onun bu əməlindən narazıdır. Sonra da anladı ki, Qaimməqam Herata hücumu önləmək üçün Şaha yanlış bilgilər vermişdir. Şahın Herata hücum edilməsindən yana olduğu bəlli idi. Lakin Qaimməqam Abbas Mirzənin sağlıq durumunun yaxşı olmadığını bəhanə gətirərək Şahı ikna etməyə çalışmışdı. Qaimməqam deyirdi ki, Herata hücumun komutanlığını sağlığı yerində olmayan Abbas Mirzəyə burxmaq divanəlikdir. Qaimməqam komutanlığın Məhəmməd Mirzəyə verilməsindən yana idi.

O dönəmin tarixi ilə məşğul olan əksər araşdırmaçılar Abbas Mirzəni vəzirinin təsiri altında olan birisi kimi tanımlamaqdalar. Ancaq Abbas Mirzənin Qaimməqama göndərdiyi mesajlar və Şahzadənin məktubları araşdırıldığında bəlli olur ki, Şahzadə bu vəziri keçmiş xidmətlərindən və ya verə biləcəyi faydalardan dolayı vəzirlik məqamında bulundurmaqda imiş. Çünkü məktublarında Qaimməqamdan razı qalmadığı açıqca sezilməkdədir. Abbas Mirzə Qaimməqama yazır: “ Necə oldu ki, pis niyyətli adamların sözlərini qəbul etdin və bizim iltifat və hörmətlərimizi görməzlikdən gəldin. Hər zaman sizə demişdim ki, ləcbazlıq, inadkarlıq etməyin, təkəbbürlü davranmayın. İnsan heç bir zaman şeytana uymaqla yararlı çıxa bilməz”.63 Yola düşmə zamanı Abbas Mirzə hər zamankından daha artıq bitkin və yorğun görünürdü. Ancaq yenə də Tehrana yola düşdü.

***

Başkəndə yaxınlaşdığında sarayın məmurlarından biri olan Yəhya Xan silahlı dəstələrlə Şahzadəni qarşılamağa gəldi. Şahzadənin nəzdində Xorasanın məğlub xanları da bulunmaqda idi. Bu xanlarla əsir kimi davranılmırdı, sadəcə hər ehtimala görə Xorasandaki üsyanları durdurmaq amacı ilə saxlanılmaqdaydılar. Lakin Şah istəmişdi ki, bu məğlub xanlar başkəndə girmədən öncə məmurlara təhvil verilsin. Onların əllərini boyunlarına bağlayıb başkənddə gəzdirmək, xalqa göstərmək üçün zəncirlədilər. Çünkü Fətəli Şah üsyankar xanları bu şəkildə cəzalandırmaqdan xoşlanırdı. Həm də onların zəncirlənmiş şəkildə saraydaki törən protokolunda yerlərini almaları qərarlaşdırılmışdı. Şahın bu tür davranışı zamanın vəhşi ədalət anlayışı ilə örtüşməkdə idi. Hüquq və məhkəmə anlayışının olmadığı yerdə şəxsi intiqam hissləri öz hökmünü verməkdə idi. Məğlub və məhkum xanlar özləri Şahın bu davranışından heyrətlənməmişdilər, çünkü onlar da öz iqtidar yörələrində bu şəkildə davranmaqdaydılar.



Qoçan el xanı, Heydəri xan və önəmsiz sərkərdələrdən heç biri edam edilmədi. Onlar Azərbaycanın ən uzaq və məchul kəndlərinə sürgün edildilər. Qoçan el xanı Azərbaycana yollanarkən bir səhər karvansaraların birində ölü olaraq bulundu. Digərləri də yarım əsir kimi ömürlərini sona ərdirdilər. Onlardan biri Osmanlıya qaçıb Bursada yerləşdi.

Ancaq Yəzdin yağısı Rzaquluxanın ölümü başqa tür oldu. O, keçmişdə Məhəmmədəli Mirzənin ailəsinin dar-nədarını əlindən almış və evlərindən bayıra atmışdı. Məhəmmədəli Mirzə məhbusu tələb etdi. Rzaquluxanı Şahzadə Məhəmmədəli Mirzənin iqamətgahına aparıb bir odaya buraxdılar. Bütün ailə üyələri hər kəs əlinə biçaqdan, qayçıdan, qəmədən, baltadan bir şey alıb ona hücum etdi. Rzaquluxan paramparça edildi.

Atasından bir çox insanlıq dərsi almış Cahangir Mirzə belə, bu öldürmə macərasını adi bir hadisə kimi yazmaqdadır.

Təşrifat işləri sona ərdikdən, xanların hesablarına yetişildikdən sonra Şah, Abbas Mirzə ilə ikili söhbət üçün zaman ayırmışdı. Əmr verdi ki, Abbas Mirzəni ən yaxşı bir sarayda yerləşdirsinlər. Bu imarəti Şah sevgililərindən biri olan Nuşafərin üçün yapdırmışdı. Şah, oğluna hər tür iltifat yağdırmağa başlamışdı. Çünkü imperatorluğu bir çox bəlalardan ancaq Abbas Mirzə qorumuş, bir çox şahzadənin öhdəsindən gələ bilmədiyi Xorasanda da Fətəli Şahın otoritəsini ancaq Abbas Mirzə sağlamışdı. Lakin Şahzadənin düşmənləri yenə də aktiv idi. Şahzadəyə qarşı bir şey edə bilməyəcəklərini görüb, Abbas Mirzə ilə bərabər gələn və müxtəlif yerlərdə yerləşdirilən adamlara qarşı plan hazırlamağa başladılar. Şahın sarayının güvənliyi əvvəlki kimi deyildi. Bəzən oğurluqlar olurdu. Törən mərasimləri üçün nəzərdə tutulan bir çox altun yoxa çıxdı. Yalnız bəlli olmadı ki, bu altunlar şübhə yaratmaq üçün qəsdən gizlədildi, yoxsa gerçəkdən də oğurlandı. Şaha aid olan bütün əşyalar müqəddəs sayılırdı. Bu altunların ortadan yox olması sadəcə maddi ziyan olaraq deyil, həm də Şahın qüdsiyətinə qarşı çirkin plan kimi anlaşılırdı. Bəlkə bu oğurlanmış əşyadan vaz keçilə bilərdi, lakin elə ki, bunun arxasında Şahın canına qəsd planı dilə gətirildi, məsələ çox ciddiləşməyə başladı. Şahzadənin xidmətçilərini suçlamaqla onun öz şəxsiyətinə də zərbə vururdular. Dərbarda çalışan fitnə uzmanları bilmirdilər ki, artıq bu kimi hadisələrlə Abbas Mirzənin şəxsiyətini şübhə altına ala bilməzlər. Şah üçün Xorasanda istiqrarın sağlanması hər şeydən önəmli idi. Digər tərəfdən, oğurlanan altunların bir neçə qatı məğlub xanlardan altun alınıb mərkəzə, Şaha hədiyə olaraq gətirilmişdi. Fətəli Şah o an keçmişdə din xadimlərinin və digərlərinin təsirinə düşərək, Abbas Mirzədən şübhələnməsi dolayısıyla peşmanlıq duyğusuna qapılmışdı. Şah açıqca görürdü ki, Xorasanın fatehini xəstəlik çökərtmək üzrədir. O, düşünürdü ki, fateh oğluna qarşı ədalətli davranmayıbdır.


***
Şahın bir çox qadınları içində öncədən Tavus xanım olaraq tanınan, sonra da Tac-əd Dövlə olaraq bilinən xanımın ayrıca bir yeri var idi. İsfahandan olan bu qadın yazıb oxumağı da başarırdı, bəzən Şahla məktublaşaraq əlaqə saxlayırdı. Bu qadının üstünlüyü başqa qadınlara da təhmil edilmişdi və Şahın qadınları onun ayrıca bir yerinin olması ilə barışmışdılar, çünkü o həm də bir din xadiminin qızı idi. Padışahın bir çox sirlərini bilməkdə idi. Şah da onun sirdaşlıq etməsinə xoş görü ilə baxırdı. Qadınlar içində yalnız onun “Çeşmə imarəti”nə gəlmə haqqı var idi.64 Çeşmə imarəti Fətəli Şahın ən önəmli sarayı idi.

Abbas Mirzənin bu önəmli yerdə istirahət etməsi, bir növ onun Xorasandaki əmməllərini təqdir etmə mahiyəti daşımaqda idi. Abbas Mirzə özünü bütün səfərləri boyunca yanında bulundurduğu doktor Karməkin müalicəsinə buraxdı. Çeşmə imarəti bütün dedi-qodulardan uzaq olduğuna görə Şahzadənin dincəlməsi üçün uyğun məkan idi. Orada xidmətçı qadınların və kişilərin sayı çox az idi. Kimsə xəbər vermədən oraya girə bilməzdi.



Bir gecə Şah, oğlu ilə uzun saatlar bir yerdə olmaq istədi. Şahzadə bu fürsəti gözləməkdə idi. Çünkü varislik və vəliəhdlik haqqında Şahın təkrar rəsmi və kətbi görüşünü öyrənmək istəyirdi. Lakin Şahzadə öz ölümünün yaxında baş verəcəyini xatırladıb, özündən başqa kimi varis olaraq nəzərdə tutduğunu şahdan öyrənmək istəyirdi. Şah bu soruya cavab verməkdən çəkinirdi. Ancaq Şah ilk kəz olaraq oğlunu bu qədər uzun dinləməyə başlamışdı. Abbas Mirzə qardaşlarının ittihamları qarşısında vaxt tapıb özünü savuna bilməmişdi. O gecə Abbas Mirzə illər boyu çəkdiyi əziyətləri dilə gətirir və ürəyini atasına boşaldırdı. Bütün hər şeydən xəbərdar olub, ancaq susub və Şahın verəcəyi ədalətli qərarı bəklədiyini söylədi. Şahzadə atasına anlatmağa çalışdı ki, Azərbaycanda başlatdığı reformların dinə qarşı heç bir yönü yoxdur və ayaqda dura bilməmiz üçün bu reformların sürətini gücləndirməliyik. Din xadimləri müctəhidlərin söylədiyi kimi, ruslarla savaşa səbəb olan onun islahatları olmamışdır. Abbas Mirzə atasına anlatdı ki, Tufarqanda ruslarla müzakirə yürütdüyündə onun çəkdiyi əzabları din xadimləri və qardaşları çəkmədilər. Onlar Azərbaycanı mənim qədər sevmədikləri üçün Azərbaycanın böyük bir qisminin ruslar tərəfindən işğal edilməsinə üzülmədilər. Ancaq mən GülüstanTürkmənçay müqavilələrinin sancılarını hələ də yaşayıram və son nəfəsimə qədər də yaşayacağam. Mənim yurdum, yuvam olan bu məmləkətin parçalanma ağrıları ruhumu incitməkdədir. Bilirəm ki, sağlığım Azərbaycanı təkrar bütövləşdirməyə müsaidə etməyəcək. Bu da mənim üçün çox ağır bir dərddir. Məzarımda belə Azərbaycanın parçalanma ağrılarını yaşayacağam. Çünkü Gəncədən, Dərbənddən, Qarabağdan, Naxcıvandan rusların zülmündən qaçan Azərbaycanlılar din xadimlərinə və mənim qardaşlarıma sığınmırdılar. Onlar Azərbaycan ordusuna, mənə sığınırdılar. Mənə sığınan bu insanlara bir iş görə bilmədiyim üçün gündə yüz dəfə ölürdüm. Çünkü məni ayaqda tutan Azərbaycan əhalisi və Azərbaycan ordusu oldu. Xorasanda sabitliyi sağlayan da Azərbaycan ordusu, Azərbaycan oğulları oldu. Padşahım, mən bütün şəxsiyətimi Azərbaycana borcluyam, Tehran bütünü ilə mənə qarşı çıxdığında arxamda duran Azərbaycan oldu, həyatıma məna verən, məni cəsarətləndirən Azərbaycan xalqı oldu. Bütün ruhumla, vicdanımla və vücudumla Azərbaycana borcluyam. Bu durumda öz ordumu sonucunu öncədən təxmin etdiyim bir savaşa soxarmı idim? Abbas Mirzə atasına xatırlatdı ki, İrəvanın işğalından öncəki rusların daha yüngül barış planı ilə Asəf-əd Dövlə, Hüseyn Xan, Şahzadələr və bu savaşı cihad olaraq dəyərləndirən din xadimləri müxalifət etdilər. Şahım da onların bu tutumları qarşısında savaşdan yana oldu. Tufarqan müzakirəsində ingilislərdən yardım istəmək zorunda qaldığında nə qədər aşağılanıb, əzab çəkdiyini söyldi, savaşdan yana tutum sərgiləyən din xadimlərinin onun başkəndi Təbrizin dirənməməsi üçün necə də ilahi fərman çıxarıb, fətva verdiklərini dedi. Şah bütün bunları bilməkdə idi, ancaq surətində ölüm əlamətlərini görən oğlunu dinləmək istəyirdi. O xatırlayırdı ki, bir neçə kərə çevrəsindəkilərin təsirinə düşərək az qala Nadir Şahın oğluna etdiyini etmək istəmişdi. Şah həm oğlunun söylədiklərinin təsirinə qapılaraq, həm də onun bu qədər yorğun və düşgün olduğunu gördüyü üçün gözlərindən yaş axmağa başlamışdı. Abbas Mirzəni bağrına basıb yanağından öpdü. Abbas Mirzə təkrar danışmaq istəyirdi, ancaq Şah onun susmasını istədi və dedi: “Hər şeyi söylədin, hər şey anlaşıldı. Başqa heç bir şey söyləmə”.65

Şahzadə oğluna xitabən yazdığı məktubda deyir: “Şah iltifat göstərib və ağlar gözləri ilə mənim üzümdən öpdü. Danışmamdan sonra gözlərindən yaş axa-axa Tanrıya səcdə etdi”.66

Abbas Mirzənin bu görüşlə ilgili oğlu Məhəmməd Mirzəyə yazdığı məktubda verilən bilgi ilə Cahangir Mirzənin “Tarix-e no” kitabında verilən bilgilər örtüşməkdədir.

Sonraki günlərdə Şah oğlunu ikna etməyə çalışdı ki, Xorasana dönməsin. Şah yay fəslini Həmədanda istirahət etmək istəyirdi. Abbas Mirzədən da onunla bərabər Həmədana gəlməsini istədi. Lakin Abbas Mirzə Herata hücumun planlarını hazırlamaq üçün Xorasana dönməkdə qərarlı idi. Təkrar Abbas Mirzə hiss etmişdi ki, Şah sanki Qaimməqamın təsirinə düşmüşdür. Möhkəm bir iradə ilə söylədi ki, hələ mənim istirahət etmə zamanım gəlməmişdir, mən bir savaşçıyam və savaşçının da yeri və istirahət mərkəzi savaş meydanlarıdır.



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin