Emosiya mövzusunda imtahan işi



Yüklə 38,4 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü38,4 Kb.
#42972
1   2   3   4   5   6
referat 3305

Emosiya nədir?

"Emosiya nədir?" sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. Emosiya (latınca «emoverre» həyəcan keçirmək deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirməkdir.

V.Cеyms emosiyanı hiss etməyə "cəhd" kimi müəyyənləşdirir, P.K.Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər". S.L.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir. N.S.Nemovun tərifi belədir: "emosiyalar orqanizmin ümumi vəziyyətinin və aktual tələbatlarının ödənilməsi prosesinin təsiri nəticəsində insanda yaranan elementar yaşantılardır".

Psixoloqların fərqli şərhlərini ümumiləşdirən belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə (situasiyaya, başqa insanlara, özünə və s.) münasibəti ilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.

Z.M.Abolin emosiоnal yaşantıarın formal,dinamik parаmetrləri üzərində xüsusilə dayanır:

a) zaman parametrləri- müddət, fasiləsizlik, sürət, diskretlik, periodiklik ve s.

b) intensivlik və dərinlik emosional yaşantıların qüvvəsi kimi.

Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pаntоmimika, jestlər, vokalizasiyadır.

Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 6 əsas katеqoriyadan ibarətdir:

1. məhəbbət, sevinc, xoşbəxtlik;

2.təəccüb;

3. iztirab, qorxu;

4. qətiyyət. qəzəb;

5. ikrah;

6. nifrət;




Yüklə 38,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin