Emosiya mövzusunda imtahan işi



Yüklə 38,4 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü38,4 Kb.
#42972
1   2   3   4   5   6
referat 3305

Frustrаsiyа – insаnın rеаl və yа хəyаli mаnеələrlə rаstlаşdığı zаmаnı düşdüyü psiхi vəziyyətdir.

E.P.İlin frustrasion emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depresıyanı aid edir. Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər. Bəziləri insani məqsədə çatmağa təhrik edir, motivin qüvvəsini artırırlar, başqaları isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtinaya sövq edirlər.

Kədər, sıxıntı, depressiya isə ikinci qrupa daxil olan emosiyalardır. Kədərin funksiyasını müəyyən edərkən K. Izard qeyd edir ki, kədər insan həyatının ümumi tempini ləngidir və bununla ona "dönüb geriyə boylanmaq" dünyaya başqa gözlə baxmaq və dəyərləndirmək imkanı yaradır. Forster depressiyanin adaptiv davranış vərdişlərinin itirilməsi onların qaçma reaksiyaları ilə (şikayətlər, xahişlər, ağlamaq, əsəbilik) əvəz olunması ilə xarakterizə olunduğunu söyləyir.

Pərtlik, utanma, günahkarlıq və ikrahı E.P.İlin kommunikativ emosiyalar kimi təqdim edir. Tədqiqatçının fikrincə bu emosiyalar insanın yaxın ətrafla qarşılıqlı münasibətinin xüsusiyyətlərini əks etdirirlər. Məsələn, utanma qabiliyyəti fərdin onu əhatə edən insanların fikir və hisslərini nəzərə alma meylini ifadə edir. Günahkarlıq emosiyası isə səhv davranışa görə cəza almaqla bərabər, insanı, situasiyanı düzəltmək, hadisələrin normal gedişini bərpa etmək istiqamətində stimullaşdırır. K.İzardın qeyd etdiyi kimi günah və utanc olmadığı təqdirdə insanlar əxlaqi və etik normalara əməl etməzdilər və günahkarlıq hissini tanımayan cəmiyyət dünya üzündə ən qanunsuz və təhlükəli cəmiyyət olardı.

Emosional halətlər içərisində stress tədqiqatçıların diqqətini xüsusi olaraq çəkən hadisədir. Çox vaxt stress əsəb sisteminin emosional yüklənməsi zamanı insanda yaranan həddən artıq qüvvətli və uzunmüddətli psixoloji gərginlik haləti kimi müəyyən olunur. Stress fərdin fəaliyyətini dağıdır, onun davranışının normal gedişini pozur. Stresslər tez-tez və uzunmüddətli olduqları halda yalnız psixoloji vəziyyətə deyil, həm də insanın fiziki sağlamlığına mənfi təsir göstərirlər. Bu səbəbdən orqanizmdə baş verə biləcək ciddi somatik pozuntulara yol verilməməsi üçün uzunmüddətli stress halında olan insan gecikmədən psixoloji yardım almalıdır.


Yüklə 38,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin