Polkovnik Əbülfət ağa ġaxtaxtinski
1896-cı fevralın 26-da 77-ci Tengin süvari alayında xidmət edən Əbülfət
ağa Nəcəf oğlu ġaxtaxtinski podpolkovnik rütbəsi alıb. Əbülfət ağa 1858-ci ilin
oktyabr ayında ġərur-Dərələyəz qəzasının ġahtaxtı kəndində zadəgan ailəsində
anadan olmuĢdur. Onun nüfuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa,
Behbud ağa, Ġsasultan ağa, Həmid ağa ġaxtaxtinski kimi görkəmli Ģəxsiyyətlər
bəxĢ edib.
Ġlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa ġaxtaxtinski 1877-ci
ildə Peterburq Texnologiya Universitetinə daxil olub. Tələbə yoldaĢı, ilk marksist
Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuĢ yığıncaqlara təhrik etdiyinə görə
bir il sonra - dekabr ayında universitetdən xaric edilib. Mənzilində aparılan axtarıĢ
zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan
qafqazlı tələbələrin “Ġmdadiyyə” adlı gizli təĢkilatın üzvüdür. O, Moskvada təhsil
alan həmyerlisi Nəcəf bəy Vəzirova məktubunda yazırdı ki, qaranlıq və cəhalətdən
qurtarmaq üçün laxlamıĢ imperiya zülmünü kökündən kəsmək, məhv etmək
lazımdır. “Ġmdadiyə”nin nizamnaməsini aldım. YaxınlaĢan yay “Ġmdadiyə”nin əsas
müddəalarının müzakirəsini təxirəsalınmaz vəzifəmizə çevirir. Müzakirə ona görə
lazımdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğrunda hərəkət
142
edə bilək. Biz öz məqsədimizə nail olmaq üçün bütün vasitələri nəzərdən
keçirməliyik. Həmin
məqsəd kifayət qədər aydın və dəqiq Ģəkildə
müəyyənləĢdirilməlidir. Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjua
rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli kəsmək
üçün mümkün qədər çox iĢlək əl hazırlamaqdır. Biz vasitə və vəsait axtarırıq,
deməli onda iĢçi əllər, ağırlığı öz üzərinə götürən qüvvələr tərbiyə etməliyik. Biz
tərəqqipərvər adamlar kimi nəzərlərimizi yalnız cəmiyyətin aĢağı təbəqələrinə
yönəltməliyik.” Ələ keçən məktubdan sonra Əbülfət ağa ġahtaxtinskinin üzərində
gizli polis nəzarəti qoyulmuĢdu. Ekstren yolla Lazarev adına ġərq dilləri
institutuna daxil olmuĢ Əbülfət ağa oranı bitirdikdən sonra Rusiyada ona nə
diplom, nə iĢ verilməmiĢdi. O, Almaniyaya getmiĢ, Heydelberq Universitetində
diplom iĢi müdafiə edərək bakalavr dərəcəsi almıĢdı.
Demokratik baxıĢlarına və monarxiyaya qarĢı çıxıĢlarına görə Rusiyaya
qayıdan Əbülfət ağa ġaxtaxtinskini heç bir qulluğa götürməmiĢdilər.
1880-ci ildə iyirmi iki yaĢlı Əbülfət ağa ġaxtaxtinski Peterburqdakı yunker
məktəbinə daxil olub, qısa müddətdə oranı fərqlənmə diplomu ilə bitirib.
Bir il sonra, avqust ayının səkkizində zabit rütbəsində yetmiĢ yeddinci
Tengin süvari alayında xidmətə baĢlayan Əbülfət ağa ġaxtaxtinski qısa müddətdə
divizion komandiri təyin olunub.
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə
məxsus Ģəxsi hərbi kitabçasında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə
Müqqədəs Stanislav ordeninin üçüncü dərəcəsilə, 1900-ci ildə isə Müqəddəs Anna
ordeninin üçüncü dərəcəsilə təltif olunmuĢdur.
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa ġahtaxtinski bir sıra
Ģərq dillərilə yanaĢı, alman, fransız və ingilis dilini də mükəmməl bilirmiĢ. Ona
görə də Ġsveçrə ordusunun manevrlərinə müĢahidəçi kimi ezam olunmuĢdur.
Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi
verilib.
Polkovnik Əbülfət ağa ġaxtaxtinskinin Ģəxsi iĢinin təltifat “qrafasında”
aldığı xarici ölkə orden-medallarının da sayı göstərilir. O, Ġranın “ġire-XorĢid”
ordeninin dördüncü dərəcəsilə (1889-cu il), Buxara Omirtinin ikinci dərəcəli
“Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə Ġranın üçüncü dərəcəli “ġire-
XorĢid” ordenilə (1900-ci il) və “Fransa-Sudan xilasetmə cəmiyyəti”nin Yuxarı
Reyn Ģəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.
1904-05-ci illərdə rus-yapon müharibəsində iĢtirak edən Əbülfət ağa
ġaxtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə
yerinə yetirib.
Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də
maarifçilik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Volfanq
Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan Azərbaycan dilinə tərcümə
edib.
143
Port-Artur döyüĢlərindən sonra polkovnik Əbülfət ağa ġaxtaxtinskinin
komandir olduğu 202-ci Qori süvari alayı Qori Ģəhərində yerləĢirdi. 1911-ci ilin
yayında vətəninə növbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki
azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli
Səbri “Mühitim... təhsil illərim” xatirə qeydlərində yazır:
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət
ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa
Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz
qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu özü ilə Qoriyə -
Zaqafqaziya müəllimlər seminariyasına aparmışdı. Mən məramımı heç kəsə
bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən
günün səhərisi mən də onun ardınca yollandım. Sənədlərimi də özümlə
götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə
gələndə Xəlili və polkovnik Əbülfət ağanı orada gördüm. Əbülfət ağanın
təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı. Birlikdə seminariya
direktorunun yanına getdik.
Sabahı günü lövhədə - imtahan verəcək cavanların adları siyahısında öz
adımı görüb sevindim.
İmtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci
imtahandan sonra direktor polkovnik Əbülfət ağaya dedi:
Etot polosatıy malçişka budet prinyat... (Əli Səbri “Ömürdən yarpaq
düşür” kitabı, 1983-cü il, səh. 129, 130-da).
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa ġahtaxtinski 1913-cü il
martın 13-də Kutaisi Ģəhərində vəfat edib. Doğma kəndi ġahtaxtıda dəfn edilib. O,
XIX əsrin görkəmli jurnalisti Ġsasultan ġaxtaxtinskinin (1851-1894) kiçik qardaĢı
idi.
* * *
1918-ci ildə fevralın 22-də Zaqatala dairəsinin camaatı adından Həmzət bəy
Xəlilov Zaqafqaziya komissarlığında çıxıĢ edib. Natiq bildirib ki, onun yenicə
yaratdığı Ləzgi süvari alayı Gürcüstan ordusuna yox, general Əliağa ġıxlinskinin
Müsəlman korpusu heyətinin sıralarına daxil olacaqdır. Lakin nə gürcülər, nə də
ermənilər Həmzət bəyin yaratdığı süvari alayını Tiflisdən çıxarılmasına razılıq
vermək istəmədilər. Ona görə ki, Tiflisdə yaĢayan ermənilər Ģaiyə yaymıĢdılar ki,
yeni yaranan Ləzgi süvari alayı Müsəlman korpusu ilə birləĢib Laqodexi-Balakən
ərazisində yaĢayan gürcüləri qıracaqlar. Ermənilərin fitvası ilə Snoris-Sxali
stansiyasında bir qrup gürcü ziyalısı və səkkizinci gürcü alayı Ləzgi süvari alayının
qabağını kəsib. Həmzət bəy Xəlilov yazır ki, mənim Ģəxsi nüfuzumun hesabına
gürcü ziyalıları qarĢıdurmaya yol vermədilər. Alayı sağ-salamat Laqodexi çölünə
gətirib, orada yerləĢdirdik.
144
Alaya Ģahzadə polkovnik Xosrov Mirzə Qacar komandir təyin olundu.
Sonralar Zaqatala alayı adını daĢıyan bu hərbi birləĢmə Azərbaycan ordusunun
sıralarında Qarabağda daĢnaklara, Bakıda və baĢqa ərazilərimizdə bolĢeviklərə
qarĢı döyüĢlərdə qəhrəmanlıqla vuruĢdu.
Həmzət bəy Xəlilov (1860-1930) tanınmıĢ mədəniyyət xadimi, 30 ilə yaxın
Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru, professor mərhum Ramazan
Xəlilovun (1901-1999) atası idi.
Podpolkovnik Xasay xan Usmiyev
Podpolkovnik Xasay xan Usmiyev Mehdiqulu xan Xasay xan oğlu Usmiyev
1895-ci il fevralın 26-da podpolkovnik rütbəsi alıb. O, məĢhur Ģairə XurĢudbanu
Natəvanın böyük oğludur. 1855-ci ildə ġuĢada anadan olub. 1874-cü ildə
Peterburqdakı zadəgan balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-
türk müharibəsi - (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının
komandiri olmuĢdur. Onun ötən il Gürcüstan Dövlət Mərkəzi arxivindən əldə
etdiyimiz fotoĢəklinin altında da “1877-ci il, Dunay” yazılıb. Ġki il cəbhələrdə
böyük igidlik və Ģücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə
ordenlə təltif olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidliyə
görə), üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli
Müqəddəs Anna (qılınc və bantla birgə) və müqəddəs Vladimir ordeninin dördüncü
dərəcəsinə layiq görülüb. Əlbəttə, qısa müddətdə belə yüksək kavaler ordenlərinə
qeyri-adi igidlik göstərmiĢ zabitlər təltif olunurdu. ġübhəsiz ki, knyaz Mehdiqulu
xana bu igidlik irsən keçmədi. Axı, onun atası general-mayor Xasay xan Usmiyev
(1808-1866) idi! Ötən əsrin məĢhur tədqiqatçıları Firudin bəy Köçərli, Mir Möhsün
Nəvvab, Məhəmmədağa Müctəhidzadə və baĢqaları iftixarla yazırlar ki, cənab
knyaz Mehdiqulu xan alicah knyaz Xasay oğludur. O, əlahəzrət qüdrətli Çingiz
xanın nəslindəndir.
Qafqaz Əlahiddə ordusunun süvari qoĢunlarında xidmət edən knyaz-
podpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə
də təltif olunub. O, 1887-ci ildə müqəddəs Stanislav ordeninin ikinci, 1891-ci ildə
Müqəddəs Anna ordeninin ikinci dərəcəsini və 1881-ci ildə Ġranın “ġire-XorĢid”
ordeninin üçüncü dərəcəsini ala bilib.
Klassik üslubda Vəfa təxəllüsü ilə Azərbaycan və fars dillərində Ģerlər
yazan knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 1900-ci il sentyabrın 5-də
Tiflisdə Mixaylovski küçəsindəki yüz qırx səkkiz saylı mülkündə vəfat edib. Öz
vəsiyyətinə görə Ağdamdakı Ġmarətdə ata-babalarının yanında dəfn olunub.
Haqqında nekroloq verən “Kaspi” qəzeti (1900-ci il, № 200) yazırdı:
“Nadir şərq kitablarını yığmaq və oxumaq onun ən sevimli məşğuliyyəti olmuşdu.
Bu kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir vəsait əsirgəməzdi.
Onun şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı”.
145
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını
qeyd edirlər. Lakin nə Tiflis, nə də Bakı arxivlərində Mehdiqulu xanın general
olması haqqında sənədə rast gəlmədik. Bütün sənədlərə onun son rütbəsi
podpolkovnik göstərilir. ġübhəsiz ki, tədqiqatçılar onu atası general-mayor Xasay
xan Usmiyevlə səhv salırlar.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin elmi fondunda
Mehdiqulu xan Usmiyevin 1877-ci ildə Dunay cəbhəsindən ailəsinə yazdığı
məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim edirik:
Birinci məktub:
Bu gün ki, ibarət olsun aprelin 12-si padiĢah cəmi qoĢunu bir yerə cəm edib
davanı elan etdi və bu gün axĢamadək hər tərəfdən qoĢun hərəkət edir. Amma biz,
yəni Nikolay Nikolayıçin hüzurunda onlar hənuz padĢah Peterburqa gedənədək
KiĢinyovda olarıq, ondan sonra biz həm hərəkət edirik. Amma hansı tərəfə hərəkət
olmağın yazmağa məzun degiləm. ĠnĢallah, mümkün olduqca hər məkandan təbl
irsal olar. Xatircəm olun mənim üçün çəndən düĢvar əmir yoxdur. Ağabikədən və
Bilqeyisdən soruĢ ki, mənim Ģəklimi tanıyırlarmı!
Mehdiquluxan,
q. Kişinyov,
12 aprel 1877q.
* * *
Ġkinci məktub:
Keçib BulayeĢt Ģəhərinə ki, Ruminiyanın Ģəhərlərindəndir varid olduq. Kim
bilərdi ki, mənim bu səfərim bu növ bəndülhəd olar. Bu gün beĢ gün izafədir ki,
qələdən
18
çıxıb müsafirət əzmin etmiĢəm. Bu əmr, o növ asan dəgilmiĢ ki, təsəvvür
olurdu. Əlxüsus davanın ittifaqı məni çox müqəyyəd etdi. Xülasə qeydi
nəkərdəyəm ki, moyəssər Ģəvəd... Ağbikə və Bilqeyis mənim Ģəklimi görəndə
yəqin bir Ģeyi zehinlərinə gəlmir ki çünki ki əslin bəndül-həd qeybəti surəti
zehindən zayil edir. Əlhəmdülillah hər növ salamatlıq və asudə xatırlıq vüsuldur.
Nigranlıq həmin sizlər tərəfindəndir. Kağız yazmaqda kütahlıq olmasın, mənə
gələn kağızları zakaznoy edin və əgər firəng dilini bilən olsa ünvanı firəngcə
yazdırın.
Mehdiquluxan,
12 may.
* * *
Üçüncü məktub:
Bu haladək səndən kağız vüsul olmayıb, əgərçi til rəf`e nigaranlıq etdi.
Amma təfsilən bilmirəm ki, necəsən və uĢaqlar necədirlər. Velikiy Knyaz Xaç suya
düĢən zamanda inĢallah məni məzun edər və mən qələyə azim olaram. Hər vəqt və
18
ġuĢa Ģəhəri nəzərdə tutulur. – ġ. N.
146
hər poçt ilə kağuz yazıb əhvalatdan müxəbbir et. Zəhranı və Ağabikəni, Rüstəm
bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam.
Vəssalam.
Mehdiquluxan.
* * *
Dördüncü məktub:
Bu Ģəhərdə varid ola...
Ona-bəna bunca gəlməyə ektifa edüb əhval-pürsan pəriĢanlıq cəndan
yoxdur. Bir müddət Odessada olarıq, sonra sərhədə əzm olar onlar sonra nə olar
bilmirəm. Oraya kağız təxir ilə çatır. Ancaq salamatlıq olsa kafidir. Ağabikəni,
Bilqeyisi, Əzizəni didə busə ol.
Bu kağıza cavab göndər. Vəssalam. Əmanə xanım kağızı burada bənə vüsul
oldu.
Mehdiquluxan,
17 fevral.
* * *
ġahnəzərov oraya varid olub, sənə irsal olan Ģeyləri yetirməkdən xəbər yaz
və Əkbərə corab anamın və bacımın xoĢuna gəlsə yazın irsal olsun.
Mehdiquluxan.
* * *
BeĢinci məktub:
Ruhum bu gün sübh vaxtı Ağstafaya varid oldum. Yollar nəhayət
xarabdırlar. Amma bir vaqiə ariz olmayıb hər cəhətdə salamatlıq hasildir.
UĢaqlardan çox nigaranəm. Bu səfər uĢaqları, ələlxüsus Ağabikəni müfariqəti çox
müəssirdir.
Xasayı, Ədil xanı, Əzizəni didə bus ol. Amma Ağabikənin sənə dəxli
yoxdur. Vəssalam.
Mehdiquluxan.
* * *
Qubernator ilə Ərzi rahda mülaqat oldu. MüĢarəleyh Gəncəyə azimdir.
Mehdiquluxan.
* * *
Qvardiya polkovniki Ģahzadə Xanbaba xan Qacar 1899-cu il fevralın 26-da
podpolkovnik rütbəsi alıb. 1877-78-ci illərdə rus-türk müharibəsinin fəal iĢtirakçısı
Ģahzadə Xanbaba xan Qacar qırx beĢinci ġimal-draqun alayının komandiri kimi
147
döyüĢ qabiliyyətinə görə müqəddəs Stanislav ordeninin ikinci və üçüncü dərəcəsi
ilə (qılınc və bantla birgə), Müqəddəs anna ordeninin üçüncü dərəcəsilə və
müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsi ilə təltif olub. O, 1907-ci ilin may
ayında polkovnik rütbəsi alıb.
Ġmperatorun yüksək dərəcəli əmrinə əsasən polkovnik Xanbaba xan və
böyük qardaĢı general-mayor Rzaqulu Mirzə Qacar Əlahəzrət titulunu daĢıyır,
üstəlik də Ģahzadə nəslindən olduğuna görə ildə altı yüz manat təminat alırdılar.
1866-cı ildə mayor Xanbaba xan Qacar atasının dostu Mirzə Fətəli
Axundovun böyük qızı Seyrəbəyimlə ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad -
Mələksima adlı qız və Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-
ci ildə Seyrəbəyim vəfat edir. Ġki uĢağın anasız qalması Mirzə Fətəliyə çox ağır
təsir edir. Onların yad qapazı altına düĢməməsi və sevimli kürəkəni Xanbaba xanın
“xoĢəxlaq, savadlı, təmiz cavanlardan biri” olması xatirinə Mirzə Fətəli Axundov
ikinci qızı Nisə xanımı da bir il sonra ona ərə verir.
M.F.Axundov 1876-cı il mayın 18-də dostu Manekçi Sahibə yazırdı:
“Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə
Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim
imperatorun ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir.
Günah işlərin və bəd əməllərin yanından belə keçməz. Mənim kimi o da şərab
içmir, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil
ayırmışam. Qızımdan və haman Xanbaba xandan iki nəvəm vardır”.
Böyük dramaturqun Ģəxsi arxivində saxlanan məktubların əksəriyyətində
polkovnik Xanbaba xan Qacar belə səmimiyyətlə yad edilir.
Tiflisdə dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı ildə iki gün (11, 12
noyabrda) onun ölümü haqqında birinci səhifədə nekroloq vermiĢdir:
“Uzun sürən ağır xəstəlikdən sonra ġahzadə Bəhmən Mirzənin oğlu,
mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik Xanbaba xan Qacar
noyabrın doqquzunda vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən
götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq”.
Polkovnik ġahzadə Xanbaba xan Bəhmən Mirzə oğlu Qacar 1849-cu ildə
Tiflisdə anadan olmuĢdur.
* * *
Podpolkovnik Ġbrahim bəy Davatdarov 1851-ci ildə Bərdənin Ərəblər
kəndində anadan olub. 187l-ci ildə ilk zabit rütbəsi alıb, yüz əlli beĢinci Quba
süvari alayı xidmət edib. 1893-cü il fevralın 6-da podpolkovnik rütbəsi alıb. 1877-
78-ci ildə rus-türk müharibəsində iĢtirak edib. Həmin müharibədə göstərdiyi
Ģücaətə görə 1877-ci ildə dördüncü dərəcəli müqəddəs Vladimir (qılınc və bantla
birgə), ikinci dərəcəli müqəddəs Stanislav (qılıncla birgə), 1879-cu ildə ikinci
148
dərəcəli Müqəddəs Anna (qılıncla birgə) ordenlərilə təltif olunub. 1884-cü ildə
əlahəzrət imperatorun təĢəkkürünü alıb.
1902-ci ildə qəflətən vəfat edən podpolkovnik Ġbrahim bəy Davatdarovun
həyat yoldaĢı məĢhur Qarabağ ziyalısı Əhməd bəy CavanĢirin qızı Həmidə xanım
idi. Onların iki övladı - qızı Mina xanım (1890 - 1928) və oğlu Müzəffər (1900-
1959) Davatdarovlar olub. 1907-ci il iyunun 15-də Həmidə xanım CavanĢir məĢhur
dramaturqumuz Cəlil Məmmədquluzadəyə ərə gedib.
* * *
1918-ci il noyabrın 18-də podpraporĢik Xosrov bəy Heydərbəy oğlu
ġirinbəyov Gəncədəki praporĢiklər məktəbini birinci dərəcə ilə bitirib. O, 1896-cı
il mayın 16-da ġuĢa qəzasının Xankəndində zadəgan ailəsində anadan olub. Ġlk
təhsilini Qori müəllimlər seminariyasında alıb. 1918-ci il iyunun 30-da Gəncə
praporĢiklər məktəbinə yunker qəbul olunan Xosrov bəy ġirinbəyov üç ay sonra
piyada qoĢunları yunkeri kursunu bitirib. Əla oxuduğuna və nizam-intizamlı zabit
olduğuna görə hərbi məktəbdə saxlanılıb. 1919-cu il yanvarın üçündə Əlahiddə
Qazax batalyonuna hərbi xidmətə göndərilib.
PodpraporĢik Xosrov bəy ġirinbəyov Azərbaycanda aprel çevriliĢi
ərəfəsində Ağstafa stansiyasında hərbi komendant vəzifəsində çalıĢıb. BolĢeviklər
gələndən sonra etibarsız müsavat zabiti kimi komendant köməkçisi təyin edilib.
1936-cı ildə Azərbaycan Sənaye Ġnstitutunu bitirən Xosrov bəy ġirinbəyov
ömrünün axırınadək neftayırma mühəndisi iĢləyib. O, 1948-ci ildə Bakıda vəfat
edib.
* * *
1915-ci il noyabrın 28-də Qafqaz cəbhəsində igidliklə döyüĢən Sultan bəy
Hüseynzadəyə Ģtabs-kapitan rütbəsi verilib.
1914-cü ildə Birinci Cahan savaĢında mərdliklə döyüĢən igid zabit Sultan
bəy Hüseynzadə göstərdiyi qəhrəmanlığa görə imperiyanın yüksək ordenləri ilə
təltif olunub. Onun döyüĢ xidmətləri dördüncü dərəcəli müqəddəs Anna, üçüncü
dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli müqəddəs
Anna (qılınc və bantla birgə), ikinci dərəcəli müqəddəs Stanislav (qılıncla birgə),
dördüncü dərəcəli müqəddəs Vladimir (qılınc və bantla birgə) ordenlərinə layiq
görülüb.
1918-ci ildə Azərbaycan Milli Ordusu yarananda onun sıralarında könüllü
xidmətə baĢlayan Ģtabs-kapitan Sultan bəy Hüseynzadə həmin il sentyabrın
səkkizindən Əlahiddə Azərbaycan korpusunun qərargahında xüsusi tapĢırıqlar
zabiti kimi xidmət edib.
1918-ci ilin iyun-sentyabr aylarında ġamaxı, Kürdəmir döyüĢlərində
bolĢevik-daĢnaklara qarĢı mərdliklə vuruĢan Sultan bəy Çoban-Dədə kəndi
149
uğrunda gedən döyüĢlərdə kontuziya alıb. 1920-ci ildə birinci CavanĢir süvari
polkunda ikinci rotanın komandiri olub. Aprel çevriliĢindən sonra taleyi məlum
deyil.
PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI
1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur qalası uğrunda döyüşlərin
iştirakçısı iki sərkərdənin - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu
oxuculara məlumdur. Təəssüf ki, onların da həmin illərdəki döyüş yolları indiyədək
xalqımıza çatdırılmamışdır. Hərb tariximizin bu açılmamış səhifələrində arxiv
sənədləri əsasında tədqiqat aparanda məlum oldu ki, indiyədək adı və xidməti
unudulmuş general Hüseyn xan Naxçıvanski, şahzadə - general Əmir Kazım Mirzə
Qacar, Əsədbəy Talışxanov, şahzadə - podpolkovnik Əliqulu Mirzə Qacar,
polkovnik İlyas bəy Ağalarov, Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov,
Zülfüqar Bağırbəyov da Port-Artur müharibəsində mərdliklə vuruşmuşlar.
“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmiĢinci səhifəsində
Əliağa ġıxlinskinin altı nəfər döyüĢçü-zabit və iki qadınla birgə çəkilmiĢ Ģəklini
dərc edib. ġəkilaltı yazıda oxuyuruq:
“Port-Artur müdafiənin igid artilleriya komandiri Əliağa ġıxlinski SuiĢin
kəndinin yaxınlığındakı Drakonovıy Xrebet dağına atəĢ açaraq yaponların
hücumunu dəf etmiĢdir. Podpolkovnik ġıxlinski göstərdiyi rəĢadətə görə
“Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə təqdim edilmiĢdir. ġəkildə
ortada artilleriya komandiri Əliağa ġıxlinski, zabit Mixaylov, ġiĢkin, KaramıĢev,
Qyünter, ġuleykin və baĢqaları”.
Üçüncü istehkamda olan bu hadisəni illər keçəndən sonra Əliağa ġıxlinski
belə xatırlamıĢdır:
“Tamamilə açıqda duran toplarının atəĢi, hücum edən yapon piyada
qoĢununu geriyə oturtdu. AtıĢma səsini eĢidən polkovnik Mehmandarov general
Nadeinin yeraltı qazmasından çıxaraq yanıma gəldi. FikirləĢdim ki,
ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanıĢ olduqdan sonra dedi:
-YaxĢı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə
göndərirəm.
Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə
qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi
Pobedonessov ordeninə təqdim edildim”.
Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da
Ģəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb:
“Yeddinci ġərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy
Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə
dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”.
150
“Niva”nın yetmiĢ birinci səhifəsində gözəl, zərif naxıĢlarla iĢlənmiĢ bir
buynuz Ģəkli də verilib. Port-Artur döyüĢlərinin komandanı general Anatoli
Mixayloviç Stesselə Zaqatala Ģəhər cəmiyyəti tərəfindən hədiyyə olunan bu
buynuz gümüĢlə iĢlənib. ġəklin altında oxuyuruq: “Zaqatala Ģəhər sakinlərindən
general-adyutant A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”.
“Niva” jurnalı təkcə birillik nömrələrində Azərbaycan xalqının müharibəyə
könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruĢan
oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq
ki, Port-Arturda Ə.ġıxlinski və S.Mehmandarovdan baĢqa da yapon samuraylarına
qarĢı döyüĢən həmyerlilərimiz olmuĢdur. General-mayor Əsəd bəy TalıĢxanov,
Hüseyn xan Naxçıvanski, Ġbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy
Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov, poruçik Ağababa
Sadıqov və hələ adını bilmədiyimiz onlarca baĢqaları.
Dövrdən, quruluĢdan asılı olmayaraq oğullar həmiĢə Vətənin əsgərləridirlər.
Vətən nə vaxt təhlükə qarĢısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar.
Ġyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə eloğullarımız da bir səslə ayağa
qalxıb Vətənin müdafiəsinə gediblər.
Ötən on doqquzuncu əsrin ortalarında Qarabağ igidlərinin, ġirvan alayının,
Kəngərli döyüĢçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarĢı qeyri-adi
qəhrəmanlıqlarının Ģahidi olan xalqımızın böyük mütəfəkkir oğlu M.F.Axundov
fəxrlə deyirdi: “doğmamıĢ Qafqazda analar qorxaq”.
Hələ bir xeyli əvvəl (1828-ci ildə) məĢhur rus tarixçisi, general Platon
Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı:
“Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları
döyüĢdə görmək lazımdır: bunlar ĢimĢəyi xatırladır, bunlar qəzəblənmiĢ allahın
birdən-birə düĢmənlər içərisində düĢərək ölüm və dəhĢət saçan oduna bənzəyirdi.
Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ də
heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək,
qorxmaz və cəsur süvari kimi döyüĢürdülər”.
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun
“Port-arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on
altısında komandan A.Stessel qalanı yaponlara danıĢıqsız təslim etmək istəyəndə
polkovnik S.Mehmandarov və onun zabit heyeti qəti etiraz edərək necə
əsəbiləĢmiĢdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki,
qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə
Rusiyaya qayıtmaq istəmirdi.
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, -
Mehmandarov onun üstünə qıĢqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib
yumruğunu havada oynatdı.
- Əlahəzrət, xahiĢ edirəm, məni təhqirlərdən qoruyasınız, - kapitan
Vamezon hirsindən pörtmüĢ halda Stesselə müraciət etdi.
151
- Hər Ģeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik
Mehmandarov, sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.
Qızğın mübahisələr baĢlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi
kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər”
(A.Stepanov, “Port-Artur”. səh. 777-778).
* * *
1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi baĢlananda polkovnik
Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təĢkil olunmuĢ ikinci Dağıstan
süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də
Lan-Lun-Qou kəndi uğrunda ağır döyüĢlər aparmıĢdır. Bir neçə gün kəndi ala
bilməyən döyüĢçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək
sürətli zərbə ilə yaponları kənddən vurub çıxartmıĢlar. Bu güclü döyüĢ səhnəsi
məĢhur rəssam Mazurovskinin yağlı boya ilə iĢlədiyi rəsmdə əbədiləĢmiĢdir.
Əsərdə alay döyüĢçülərinin qızğın həmləsi və süvari polkovniki Hüseyn xan
Naxçıvanskinin obrazı ustalıqla iĢlənmiĢdir.
MəĢhur rus jurnalist A.Kvitka Port-Arturda müharibə baĢlananda könüllü
cəbhəyə getmiĢ və döyüĢlərdə jurnalist-zabit kimi iĢtirak etmiĢdir. Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmıĢdır. 1908-
ci ildə Sankt-Peterburqda nəĢr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var.
Səhifə 181-də: “AxĢam üstü Bensixuda süvari - qvardiyaçı Hüseyn xan
Naxçıvanskinin təĢkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və
süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təĢkil olunmuĢdu.
...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da
ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı
aypara niĢanlı dalğalanan dəstə göründü. Alay cərgələnmiĢ tağımlarla kalon boyu
uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axĢam saat onda
Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski,
podpolkovnik Byuntiq və knyaz Tumakov heyətimə daxil olanda səhər saat on bir
olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri
döyüĢlərdə hamıdan seçilirdi. Onları bir Ģeydə qınamaq olardı, o da həddindən
artıq cəsur olmalarında.,.”
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının
cəsurları üç yapon nəqliyyatını məhv etmiĢlər...”
Ġgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarĢı
apardığı döyüĢ məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı,
üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “Ġgidliyə görə” ordenlərilə təltif
olunmuĢdur.
152
Rus-yapon müharibəsindəki sərkərdəlik fəaliyyətinə görə Hüseyn xan
Kəlbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor
rütbəsi verilmiĢdir.
Dostları ilə paylaş: |