QACAR - 1912-13-cü illərdə 17-ci Nijeqorod draqun alayında rotmistr rütbəsində
xidmət edib. Birinci Dünya Müharibəsində on səkkizinci ġimal draqun polkunun
komandiri, 1918-ci ildən isə Milli Orduda üçüncü Ləzgi polkunun komandiri
olmuĢdur. 1920-ci ildə Gəncə üsyanından sonra Türkiyəyə mühacirətə getmiĢdir.
1914-16-cı illərdə dördüncü və üçüncü dərəcəli “Müqəddəs Anna” ordenlərilə
(üzərində “Ġgidliyə görə” yazısı ilə) təltif olunmuĢdur.
Polkovnik ƏHMƏD BƏY MƏHƏMMƏD OĞLU DĠBĠROV - Ġkinci
piyada Zaqatala alayının komandiri. 1860-cı ildə Balakən rayonunun Mahmalar
kəndində anadan olub. Müsavat zabiti olduğuna görə iyirminci ildə həbs edilib.
ġəki qalasında bir neçə il saxlanıb. Azad edildikdən sonra 1930-cu ildə yenidən
həbs edilib. Ġki ay sonra həbsxanada ürək partlamasından vəfat edib.
Polkovnik CAHANGĠR BƏY KAZIMBƏYOV - Üçüncü piyada Gəncə
alayının komandiri. 1920-ci il mayın 24-dən 30-dək bolĢeviklərə qarĢı olan Gəncə
üsyanının fəal iĢtirakçısı. 1888-ci ildə Gəncədə anadan olub. Hərbi təhsilini
Peterburqda alıb. Birinci Dünya Müharibəsində iĢtirak edib. 1918-ci ildə Gəncədə
Milli Azərbaycan Ordusunun yaradılmasında çalıĢıb. Ġyirminci ildə Gəncə üsyanı
yatırıldıqdan sonra Ġstambula mühacirətə gedib. Az sonra marĢal Yuzef
Pilsudskinin dəvəti ilə VarĢavaya köçüb. PolĢa ordusunda diviziya komandiri olub.
“Prometey” cəmiyyətində istilaçı ruslara qarĢı mübarizədə həyat yoldaĢı Vəliyə
xanım Xoyskiylə birgə çalıĢıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəĢr edir,
“Azəri-türk” dərnəyini yaradırlar. Böyük Vətən müharibəsi vaxtı PolĢa iĢğal
olunanda əsir düĢür. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə
Ġtaliyada yaĢayır. Əllinci ildə yenidən Ġstambula gəlir, ağır güzəran keçirdiyindən
Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunda əməkdaĢlıq edir.
1953-cü ildə Amerikada nəĢr edilən “Azərbaycan” Milli jurnalının 12-ci
nömrəsində polkovnik Cahangir bəy Kazımbəyovun “Gəncə üsyanı haqqında
xatirələr” adlı sanballı yazısı dərc olunmuĢdur. 1955-ci ildə Berlində Sovet
çekistlərinin əlilə qətlə yetirilmiĢdir.
Polkovnik MEHDĠ BƏY EYNALl OĞLU SULTANOV - 1880-ci ildə
Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləĢirdi - ġ.N.)
komandiri. 1920-ci ildə bolĢevik istilasından sonra Azərbaycan diviziyasında
üçüncü alayın komandiri olmuĢdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən
müsavat hərbi təĢkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs
düĢərgəsinə sürgün edilmiĢdir.
1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili ĠĢlər Komissarlığı xüsusi
üçlüyünün qərarı ilə güllələnmiĢdir.
Polkovnik HÜSEYNQULU ĠSKƏNDƏR XAN OĞLU XOYSKĠ - 1912-
14-cü illərdə üçüncü Qafqaz atıcı alayında kapitan rütbəsində xidmət edib. 1917-ci
ildə Gəncədə cavanlardan ibarət “Zelyonaya qvardiya” adında əsgəri təĢkilat
yaratmıĢdı. 1919-20-ci illərdə Gəncə Ģəhər qubernatorunun müavini olub. Ġyirminci
180
ildə bolĢevik-daĢnak təzyiqindən mühacirətə getmiĢdir. 1955-ci ildə Ġstambul
Ģəhərində vəfat etmiĢdir. Atası Ġskəndər xan Xoyski imperiya ordusunda general-
mayor rütbəsində xidmət etmiĢdir. Ġskəndər xan 1820-ci ildə ġəkidə anadan
olmuĢdur.
Polkovnik ġAHZADƏ SƏDRƏDDĠN BƏHMƏN MĠRZƏ OĞLU
QACAR - 1918-19-cu illərdə Bakı qəzasının hərbi rəisi. 1919-cu ilin sonlarından
bolĢevik çevriliĢinə qədər hərbi Nazirliyin dəftərxana rəisi oiub. 1920-ci ilin
aprelində bolĢeviklər güllələyib.
Birinci Dünya Müharibəsindəki xidmətləri dərəcəli “Müqəddəs Stanislav və
üçüncü dərəcəli “Müqəddəs Anna ordenlərilə qiymətləndirilib. ġuĢada Ģahzadə
Bəhmən Mirzənin ailəsində anadan olub.
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır.
Sürəyya xanım atasını belə xatırlayırdı: “Atam Sədrəddin Qacar hərbi qulluqçu
olsa da, yaxĢı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmiĢdi. Notları hələ də
qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam GünəĢ xanım
Tağıbəyovanın da hərdən bir oxumağı vardı. Ev iĢləri görəndə zümzüməsi
kəsməzdi. Atam güllənəndən sonra ailəmiz ġuĢadan Bakıya köçdü...”
* * *
1993-cü ilin iyun ayında Çingiz xanın və sonuncu Krım xanı ġahin Gərayın
nəslinin davamçısı əlahəzrət Ģahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda
“Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi müsahibəsində demiĢdir:
...Sülaləmizin Rusiyada qalan hissəsinə gəldikdə isə, vətəndaĢ müharibəsi
və inqilab zamanı bolĢeviklər bizim ailənin bir neçə üzvünü öldürmüĢdülər.
Qvardiya zabiti, Qafqaz caniĢinin müavini, senator, Sultan ġahzadə Krım Gəray
Nikolay Aleksandroviç (1886-1921) ingilis qızı ilə evlənmiĢdi. VətəndaĢ
müharibəsi vaxtı o, Petroqradda acından öldü. Ailəmizin digər üzvü, inqilabdan
əvvəl imperiya ordusunun generalı, Birinci Dünya Müharibəsində “Dikaya
diviziya”nın komandirlərindən biri general-leytenant Sultan ġahzadə Klıç Gəray
(1893 - 1947) bolĢeviklərə qarĢı vuruĢmuĢ, sonra mühacirətə getmiĢdi. Ġkinci
Dünya Müharibəsində o, kazak qoĢunlarının komandiri olmuĢ, ağqvardiyaçı
general P.N.Krasnovla birlikdə bolĢeviklərə qarĢı vuruĢmuĢdu. Sonra tutularaq
Avstriyaya gətirilmiĢ və SMERġ-ə verilmiĢdi. Moskvada isə gizli məhkəmə
tərəfindən mühakimə edilmiĢ və 1947-ci il yanvarın on yeddisində edam
olunmuĢdu.
* * *
1994-cü
ildə
“Voennaya istoriya jurnalının yeddinci sayında
B.A.Enqelqartın “Kamertajın xatirələri məqaləsi dərc olunmuĢdu. Məqalədə
həmyerlimiz, dünya Ģöhrətli ĢərqĢünas-alim Mirzə Kazım bəyin nəvəsi Lev
181
Aleksandroviç Kazım bəyin (1876-?) istedadlı rəssam, həm də döyüĢkən zabit
olmasından söhbət açılır. 1896-cı ildə Peterburqdakı Paj hərbi korpusunu bitirən
Lev Kazım bəy imperatriça Aleksandra Feodorovna alayının Ulan leyb-
qvardiyasında ən yaxĢı zabitlər sırasında xidmət etmiĢdir. Müəllif onun Birinci
Dünya müharibəsindəki fəaliyyəti haqda yazır:
“ ...Bir baĢqa oğlan yaxınlaĢdı. Bu bir az monqol tipini xatırladan solğun
bənizli, balaca Lev Kazım bəy idi. O, ətrafındakılardan yaĢ yarım böyük
olduğundan onlara bir az saymamazlıqla yanaĢırdı. O, həm də çox dalaĢqan idi.
UĢaq vaxtı biz onunla çox dalaĢardıq.
Lakin bu təkcə bizim korpusun divarları arasında deyil, lap saçlarımız
ağardıqdan sonra belə dostluq əlaqələrimizin saxlanılmasına mane ola bilmədi.
Kazım bəy qeyri-adi rəssam ola bilərdi. Bu qiyməti ona bizə rəsmdən dərs deyən,
professor Aleksandr Novoskoltsev vermiĢdi. Lakin ilk əvvəl çılğın qvardiya
süvariliyi, sonra isə ailənin maddi təlabatını ödəmək üçün məcburi xidmət Kazım
bəyin rəssam kimi özünü sınamasına və istedadının inkiĢafına imkan vermədi.
Müharibə baĢlanarkən, o Reveldə (indiki Tallin Ģəhəri) kəndli bankının Ģöbə
müdiri idi. Lev Aleksandroviç dözə bilmədi, mundir geyinərək qırx yaĢlı kornet
kimi bütün müharibəni birlikdə keçdiyi doğma alaya qayıtdı. Cəbhələrdə süvari
zabiti kimi ad-san qazandı. Onun döyüĢ xidmətləri ordenlərlə təltif olundu.
BolĢeviklərə xidmət etmək istəməyən kornet Lev Kazım bəy 1920-ci il fevralın 2-
də Novorossiyskdən “ĠrtıĢ gəmisində ailəsilə birlikdə zadəgən qüruru ilə Rusiyanı
tərk edib xaricə getdi. 1923-cü ildə yaranmıĢ mühacirlər təĢkilatında -
mladorusların monarxiya ittifaqına rəhbərlik etdi. Qaçqın rusların arasında onun
soyadı çox məĢhur idi. Onun oğlu da mladorusların liderlərindən idi.
Podpolkovnik LƏTĠF BƏY MƏMMƏDLĠ OĞLU ĠBRAHĠMBƏYLĠ -
Bakı realnı və Tiflis üç illik hərbi məktəblərini bitirib. Birinci Dünya
Müharibəsində yüz əlli üç saylı Bakı alayının tərkibində zabit kimi vuruĢub.
Kapitan rütbəsində Qars vilayətinin komendantı olub. DöyüĢ xidmətlərinə görə
orden və medallarla təltif olunub. 1884-cü il dekabrın iyirmi doqquzunda Salyanda
anadan olub. Müsavat ordusunda Bakı Qala batalyonunun komandiri idi.
ġahzadə-kapitan FĠRĠDUN MĠRZƏ SEYFULLA OĞLU QACAR -
Birinci Dünya Müharibəsi illərində general Doxturovun komandanlıq etdiyi altmıĢ
altıncı Butırsk süvari alayında xidmət edib. 1916-cı ildə döyüĢlərdə fərqləndiyinə
görə üçüncü dərəcəli “Müqəddəs Anna” ordenilə (qılınc və bantla birgə) təltif
olunub. 1919-cu il fevralın 23-dən Azərbaycan Milli ordusunda kapitan rütbəsilə
xidmətə baĢlayıb. 1920-ci il aprelin 28-də Bakıda bolĢevik-daĢnak qoĢunları ilə
döyüĢdə qəhrəmanlıqla həlak olub. ġahzadə Firidun Mirzə 1890-cı ildə Tiflisdə
anadan olub.
ġahzadə - podpolkovnik MƏMMƏDQULU MĠRZƏ QACAR - 1910-cu
ildən birinci Kuban-kazak alayının komandiri. Birinci Dünya Müharibəsində
döyüĢlərdə göstərdiyi fəallığa görə ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”
182
(qılınc və bantla birgə), ikinci və dördüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və
üzərində “Ġgidliyə görə” yazısı ilə) ordenlərilə təltif olunub. 1872-ci ildə anadan
olub, 1920-ci ilin mayında bolĢeviklər Nargin adasında güllələyiblər.
Podpolkovnik FUAD XAN HƏSƏN XAN OĞLU TALIġXANOV – Tiflis
kadet korpusunu bitirib. Çar ordusunda rotmistr rütbəsinə qədər yüksəlib. 1918-
1920-ci illərdə Birinci CavanĢir piyada alayının yavəri olub. Sovetlər vaxtı Qızıl
Orduda müxtəlif hərbi vəzifələrində çalıĢıb, podpolkovnik rütbəsinə qədər
yüksəlib. 1930-cu ildə Gəncədə hərbi müfəttiĢlikdə iĢləyəndə həbs edilib. 1896-cı
ildə Lənkəranda zadəgan ailəsində anadan olub.
Polkovnik FĠKRƏT ƏBÜLFƏT OĞLU AĞALAROV - 1868-ci il
noyabrın 10-da Tiflisdə anadan olub. ġuĢa realnı məktəbində və 1885-ci ildən
1888-ci ilədək Nikolayev Ģəhərindəki hərbi məktəbdə təhsil alıb. Birinci Dünya
Müharibəsində iĢtirak edib. Milli Orduda birinci Azərbaycan süvari alayının
komandiri idi.
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd
iyul tarixli teleqramı:
“Cənab hərb naziri Zati-alilərinə!
Qarabağın xalq milisi sıralarında Moskva Ġnstitutunun tələbələri Ġsgəndər
bəy Sultanov və keçmiĢ Qarabağ süvari alayının əsgəri XankiĢi Nuru oğlu xidmət
edirlər. Onlardan birinə - ləzgi alayı ilə birlikdə bolĢeviklərə qarĢı döyüĢlərdə
iĢtirak etmiĢ Sultanova Türk hərbi ordeni “Məcidiyyə”, ikincisinə - XankiĢi Nuru
oğluna axırıncı müharibənin (Birinci Dünya Müharibəsi nəzərdə tutulur - ġ.N.)
Georgi Kavaleri ordeni verilmiĢdir.
Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur - ġ.N) zamanı onlar
böyük bacarıq və Ģücaət göstərmiĢlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək
xahiĢ edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları haqqında
sərəncam verəsiniz.”
ġtabs-kapitan RƏHĠM ALLAHQULU OĞLU RƏHĠMOV - 1893-cü ildə
Naxçıvanın BaĢ NoraĢen kəndində anadan olub. 1916-cı il mayın birində Tiflis
hərbi məktəbini bitirib. 1916-cı il avqustun 19-dan on üçüncü Qafqaz atıcı alayında
döyüĢüb. Həmin ilin dekabr ayında sol çiynindən yaralanıb. Göstərdiyi Ģücaətə
görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni (qılınc və bantla birgə) təltif
olunub. 1917-ci il mayın 20-də podporuçik, dekabr ayında isə poruçik rütbəsi
verilib və on ikinci rotaya komandir təyin olunub. 1917-ci il noyabrın iyirmi
doqquzunda Ģtabs-kapitan rütbəsi alıb.
1918-ci il dekabrın on dördündə könüllü olaraq ikinci Azərbaycan süvari
alayında xidmətə baĢlayıb. Hərbi tədris komandasının rəisi təyin olunub. 1919-cu il
mayın iyirmi ikisində yeddinci rotanın komandiri təyin olunub.
Azərbaycandakı aprel çevriliĢindən sonra taleyi məlum deyil.
ġtab-rotmistri ALLAHYAR MÖVSÜM OĞLU ƏMĠRCANOV - 1907-ci
ildən 1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb və orada
183
xidmət edib. Birinci Cahan Müharibəsində “Dikaya diviziya”da qulluq edib.
Göstərdiyi hərbi Ģücaətlərə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı ilə
təltif olunub. 1897-ci il mayın on birində Nuxada (ġəki) bəy ailəsində anadan olub.
Rotmistr HACIAĞA MƏMMƏDƏLĠ OĞLU ĠBRAHĠMBƏYLĠ –
Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1914-
15-ci illərdə Birinci Dünya Müharibəsində iĢtirak edib. 1890-cı il dekabrın
səkkizində Salyanda məmur ailəsində anadan olub.
1946-cı ildə nəĢr olunmuĢ “Səməd bəy Mehmandarov” kitabçasının
müəllifi. Həmin kitabçasında Mehmandarovla ilk görüĢünü belə xatırlayır:
“Mehmandarov mənə yaxınlaĢıb çox nəzakətlə soruĢdu:
“Rotmistr, görünür siz vaqonda yer tapa bilməmisiniz... Mənim kupemdə
bir boĢ yer vardır.”
Mən generala rəsmi təzim edib cavab verdim: “Yox, general həzrətləri,
mənim yerim vardır, özü də sizin kupenizdədir.” O, cavabında “Aha, yaxĢı oldu,
mən çox Ģadam” - dedi. Bu zaman ikinci zəng vuruldu. General Səməd bəy
Mehmandarovla vaqona daxil olduq.
Səməd bəy çox söhbətcil və çox yaxĢı yol yoldaĢı imiĢ. O, mənimlə bəzən
rusca, bəzən də azərbaycanca danıĢırdı. O, ahəstə-ahəstə danıĢırdı, hər sözünü
ölçüb-biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danıĢıq tərzi, səsi, sakit və
qəti tonu, özünü sərbəst hiss etməsi göstərirdi ki, bu adam uzun və maraqlı həyat
sürmüĢ, böyük vəzifə sahibi olmuĢ, Ģanlı igid əsgər həyatı keçirmiĢdir. Səməd bəy
Mehmandarov yolda mənə bir çox maraqlı və faydalı Ģeylər danıĢdı.”
ġtab-rotmistri Ģahzadə FĠRĠDUN ALLAHVERDĠ OĞLU QACAR -
Tiflisdəki Klassik Gimnaziyanı və Müəllimlər institutunu, 1916-cı ildə isə Tiflis
kadet korpusunu bitirib. 1892-ci ildə məĢhur Qacarlar ailəsində anadan olub.
Müsavat ordusunda ikinci artileriya briqadasında birinci batareyanın zabiti.
ġtab-rotmistri ZEYNAL BƏY SADIQOV - Ġkinci Qarabağ süvari alayında
dördüncü bölüyün komandiri. 1917-ci il iyunun 30-dan “Qafqazın yerli əhalisindən
təĢkil olunmuĢ diviziya”nın Azərbaycan alayında kəĢfiyatçı kimi hərbi xidmətə
baĢlayıb. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruĢub. Əla döyüĢ
xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav”
(qılınc və bantla birgə), yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs
Anna” (qılınc və bantla birgə), iyunun 17-də dördüncü dərəcəli “Müqəddəs Anna”
(üstündə fövqəladə “Ġgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən 1917-ci il
iyunun 28-dək Qərb cəbhəsində gedən döyüĢlərdə ikinci, üçüncü, dördüncü
dərəcəli “Müqəddəs Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif
olunmuĢdur. ġtab-rotmistr rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan
ordusunda almıĢdır.
ġtab-rotmistri ZÜLFÜQAR NƏZƏR OĞLU SULTANOV - 1894-cü ildə
Zəngəzurun Pircəvan kəndində anadan olub. Ġkinci Tiflis kiĢi gimnaziyasını və
184
Petroqrad Hərbi Tibb Akademiyasını bitirib. Müsavat ordusunda əvvəl poruçik,
sonra isə Ģtab-rotmistr kimi xidmət edib.
Rotmistr SƏLĠM BƏY SULTANOV - Kürd süvari divizionunun
komandanı.
ġtabs-kapitan YUNĠS ġƏKƏROV - Kürd atıcı batalyonun komandiri.
Poruçik
OSMAN
AĞA
GÜLMƏMMƏD
AĞA
OĞLU
GÜLMƏMMƏDOV- 1914-cü il sentyabrın birindən 1917-ci ilin avqustunadək
Birinci Dünya Müharibəsi illərində süvari alayında döyüĢüb. DöyüĢ yolu Avstriya
və Rumın cəbhələrində olub. Sıravi əsgər kimi xidmətə baĢlayan Osman ağaya
l915-ci ilin avqustunda kiçik uryadnik rütbəsi verilib. Həmin il Avstriya
cəbhəsində Briqen Ģəhəri uğrunda gedən döyüĢlərdə yaralanıb. 1916-cı ilin mart
ayında baĢ uryadnik və 1917-ci ilin iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub.
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüĢlərində bolĢeviklərə qarĢı
vuruĢub. Onun süvari dəstəsi düĢməndən yüz altı nəfər aĢağı rütbəli əsgər, üç zabit,
bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb.
Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın 15-də Bakı
döyüĢlərinin ən fəal iĢtirakçısı olub.
Avqustun on yeddisində Bakıya hücum zamanı bolĢeviklərlə döyüĢlərdə
kornet Osman ağa Gülməmmədov süvari kəĢfiyyat dəstəsində olarkən Balaxanı
kəndinin Ģimal-qərb hündürlüyündən rəqibin arxasına keçərək onu Bakı Ģəhəri
istiqamətində geri çəkilməyə məcbur etmiĢdi. Bu zaman özünü çatdırmıĢ bölük
Nobel çənləri yanında mövqe tutmuĢ və düĢmən bölüyünə həmlə etməyə
baĢlamıĢdı. DüĢmən bölüyünün cinahında olan kornet Osman ağa Gülməmmədov
pulemyot və tüfəng atəĢi ilə qarĢılandı. O, yaralıları itirsə də, nadir Ģücaət və
mərdliklə, fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü və sayca xeyli
çox olmasına baxmayaraq, əlbəyaxa döyüĢdə onun müqavimətini qırdı. DüĢmənin
bir hissəsi qırıldı, qalanları isə qaçdı. Həmlə zamanı cəsur kornet Osman ağa
Gülməmmədovun mindiyi at yaralandı, lakin buna baxmayaraq, o, düĢməni qıra-
qıra onun sıralarını viran etmiĢdi. Bu güclü hücuma davam gətirməyən düĢmən bir
zabit, bir həkim, qırx doqquz əsgəri itirdi və üç pulemyotu qoyub qaçdı.
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı.
Bizim piyada isə bundan müvəffəqiyyətlə istifadə edə bildi.
DöyüĢlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet-
süvari qoĢununda birinci zabit rütbəsi və general Nuru paĢanın əmrilə Türkiyənin
beĢ qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu.
Arxiv sənədlərində yazılır ki, təsvir edilmiĢ döyüĢdə adını çəkdiyimiz
kornet Osman ağa Gülməmmədovun komandası altında vuruĢan süvarilər öz
imzaları ilə onun qəhrəmanlığını Ģəhadət edirlər: Həmzə Ġsmayıloğlu, milis yunkeri
Kərim Yaqubov, praporĢik PaĢa bəy Rüstəmov, milis yunkeri Dəmir PaĢa oğlu və
baĢqaları.
185
Poruçik Osman ağa Gülməmmədovun 1919-cu ilin martın altısında tərtib
olunmuĢ Ģəxsi iĢindən öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə
quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy ailəsində anadan
olmuĢdur. Birinci Dünya Müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa
görə ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü
və dördüncü dərəcəli “Müqəddəs Georgi” medalı ilə təltif olunmuĢdur.
Azərbaycan Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may
1918-ci il tarixli 26 saylı əmri ilə Gülməmmədova hərbi Ģücaətlərinə görə
starĢinalıq imtiyazı ilə poruçik rütbəsi verildi, vəzifəsi yüksəldilərək üçüncü
bölüyün komandiri təyin olundu. Əmrin ikisini də Hərbi Nazir vəzifəsini
müvəqqəti icra edən general-leylenant Əliağa ġıxlinski təsdiq etmiĢdi.
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında xidmət üçün bölüyü ilə
birgə Qusara göndərilir. ġimal sərhədlərimizin qorunmasında general Denikinə
qarĢı mübarizə aparan poruçik Osman ağa Gülməmmədov nümunəvi
qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında keçirilən baxıĢ-yoxlamasında
onun sıralarında döyüĢdüyü birinci Azərbaycan süvari alayı hərbi Nazirin Ģəxsi
təĢəkkürünü qazanır.
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düĢmən təhlükəsi kəskin
surətdə artır. Erməni-daĢnak qoĢun birləĢmələri martın iyirmi birindən iyirmi
ikisinə keçən gecə Xankəndində yerləĢən birinci CavanĢir piyada alayının
kazarmalarına qəfil basqın edir. Novruz bayramı axĢamı Xankəndinə hücum edib
Əskəran yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin odlu
döyüĢlərin fəal iĢtirakçısı olur. Aprelin ikisində onun bölüyü daĢnakların
Əskərandan qovulmasında mərdliklə vuruĢur.
Ġyirmi səkkiz aprel istilasından sonra müsavat zabiti Osman ağa
Gülməmməd ağa oğlu Gülməmmədov Türkiyəyə mühacirətə getməyə məcbur
olmuĢdur.
“1937-ci il fevralın yeddisində maarifçi-qadın Mədinə xanım Qiyasbəylinin
altıncı dindirilməsindən:
Sual: - Osman ağa Gülməmmədov sizə tanıĢdır?
Oavab: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919 -1920-ci illərdə
görmüĢəm. Azərbaycanın sovetləĢməsindən sonra o, Azərbaycan alayı ilə
Türkiyəyə getdi.
Sual: - Sizi müsavatçılarla nə bağlayırdı?
Gavab: - Bizim millətçi nəzərimiz, qohumluğumuz və bu adamların
mədəniyyəti.”
Respublika Mərkəzi Dövlət Arxivində praporĢik Gülağa Məhəmmədağa
oğlu Gülməmmədovun cəmi bir səhifəlik Ģəxsi xidmət vərəqi saxlanılır.
1919-cu il martın birində tərtib olunmuĢ xidmət vərəqində göstərilir ki,
Gülağa Gülməmmədov Birinci Azərbaycan süvari diviziyasında xidmət etmiĢdir.
O, 1899-cu il dekabrın altısında Qazax qəzasının Salahlı kəndində zadəgan
186
ailəsində anadan olmuĢdur. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan
Ģöbəsini və 1918-ci il yanvarın otuzunda Gəncə praporĢiklər məktəbini birinci
dərəcə ilə bitirmiĢdir. Az müddət Birinci Müsəlman süvari alayında xidmət edən
podpraporĢik Gülağanı bilik və bacarığına görə diviziyanın qərargah rəisi təyin
edirlər.
PraporĢik Gülağa Gülməmmədov 1920-ci il aprel çevriliĢindən sonra əmisi
poruçik Osman ağa Gülməmmədovla birlikdə Türkiyəyə mühacirətə getmiĢ və hər
ikisi türk ordusunda hərbi xidmətini davam etdirmiĢlər.
Poruçik MƏHƏMMƏD BƏY ASLANBƏYOV - Birinci Azərbaycan
süvari alayının zabiti, 1894-cü il martın on altısında Dağıstan vilayətinin Kürə
nahiyəsində bəy ailəsində anadan olub. Teymurxan - ġura Ģəhər ədadiyə
məktəbində və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə
təhsil alıb.
Hərbi xidmətə 1914-cü il oktyabrın birində baĢlayıb. 1915-ci il fevralın
birində Qafqaz cəbhəsindəki döyüĢən orduda əla xidmətinə görə praporĢik rütbəsi
verilib. Həmin il fevralın yeddisində, yüz əlli beĢinci Quba piyada alayına keçirilib.
Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik rütbəsi
alıb. 1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayında birinci
bölüyün komandiri təyin olunub. Həmin il avqustun iyirmi doqquzunda 1207
nömrəli əmrlə Ģtab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində daĢnak-
bolĢeviklərə qarĢı döyüĢlərdə igidliklə vuruĢub. Poruçik Məhəmməd bəyin
qəhrəmanlığını general Nuru paĢa Türkiyənin “Hərb medalı” ilə qiymətləndirib.
1918-ci il iyulun səkkizində BaĢ Qərargah rəisi, polkovnik Həbib Bəy
Səlimov Birinci Azərbaycan alayının komandirinə belə bir məlumatla müraciət
etmiĢdir:
“Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi,
süvari Azərbaycan alayının bir çox zabitlərindən xeyli yaxĢı göstərmiĢdir. Ona
görə də, onun təminat almaq üçün, alaylardan birinə qəbul edilməsi yaxĢı olardı.
Alayın bir çox zabitləri Tiflisdə eyĢ-iĢrətlə məĢğul olduqları halda, o dəstədə
yorulmadan çalıĢır.
Əla və çalıĢqan zabit olduğuna görə mən poruçik Məhəmməd bəy
Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun ki, iĢə can yandıran
belə zabitlər çox azdır. Dəstədəki xidmətdən - kimin iĢə sadiq olduğu, kiminsə
paqon və pul üçün xidmət etdiyi aydın oldu.
Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı.”
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov
Birinci Dünya Müharibəsi illərində Azərbaycan süvari alayında da namus və
qeyrətlə vuruĢmuĢdur. O, “Ġgidliyə görə” medalı ilə və “Müqəddəs Anna”
ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), “Müqəddəs Stanislav”
ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla birgə (1915-ci il dekabrın 20-də),
“Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla (1916-cı il iyulun
187
on yeddisində), 1918-ci ildə Bakı uğrunda döyüĢlərdə göstərdiyi igidliyə görə
Türkiyənin “Hərb medalı” ilə təltif olunmuĢdur.
Poruçik SAYAD ZEYNALABDĠN OĞLU ZEYNALOV - 1918-ci ilin
noyabrında Gəncədəki podpraporĢiklər məktəbini bitirib. Birinci Dünya
Müharibəsində “Dikaya diviziya”nın Tatar-Azərbaycan alayında xidmət edib.
SSRĠ Mərkəzi Dövlət Hərbi Arxivindən 1975-ci ildə aldığımız sənəd bir daha bunu
təsdiq edir:
“Sizin sorğunuza cavab olaraq bildiririk ki, arxiv materiallarında Tatar
süvari alayının yunkeri, praporĢik Sayad Zeynalovun xidmət dəftərçəsi saxlanılır.
Sənəddə deyilir ki, o, 30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol
quberniyasındakı Qazax qəzasının vətəndaĢıdır. 1914-cü ildə könüllü olaraq Tatar
süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporĢik, sonra isə
yunker rütbəsi alıb.
1914-cü il sentyabrın iyirmisindən Avstriya - Macarıstan və Almaniya
döyüĢlərinin iĢtirakçısı olub. “Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsilə
təltif edilib.
“Müqəddəs Georgi” ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi
vardı. Birinci dərəcəli orden ən yüksək hesab olunurdu. Ordenin devizi belə idi:
“Əla xidmət və cəsurluğa görə”. Odur ki, “Müqəddəs Georgi” ordeninin bütün
dörd dərəcəsinə yalnız “fövqəladə dərəcədə fərqlənən, xüsusi rəĢadət, mərdlik, əla
əsgəri rəĢadət göstərən hərbi qulluqçular layiq görülürdülər”.
1917-ci ildə vətənə qayıdan Sayad Zeynalov 1918-ci ildən Milli Orduda,
əvvəlcə birinci Tatar-Azərbaycan alayında, sonra isə üçüncü ġəki süvari alayında
xidmət edib. Qarabağda, Göyçayda və Bakıda daĢnak-bolĢeviklərə qarĢı döyüĢlərin
fəal iĢtirakçısı olub.
Ġyirmi səkkiz aprel çevriliĢindən sonra Qazax milis Ģöbəsinin rəisi, “El
yardımı komitəsi”nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə
iĢləyib. Otuz yeddinci ildə Müsavat zabiti kimi həbs olunub, 1942-ci ildə sürgündə
dünyasını dəyiĢib.
Poruçik MAHMUD ĠBRAHĠM OĞLU ƏFƏNDĠYEV - Qoridəki
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan Ģöbəsində təhsil alıb. 1915-ci
ildə Telavi praporĢiklər məktəbini bitirib. 1890-cı il iyulun iyirmi dördündə Qazax
qəzasının Salahlı kəndində kəndli ailəsində anadan olub. Müsavat ordusunda rota
komandiri idi.
Poruçik HACIBALA HACIMƏMMƏD OĞLU ABBASOV - ġamaxıda
realnı məktəbi və Xarkovdakı texniki məktəbi bitirib. Rus dilini yaxĢı bilirmiĢ,
savadlı imiĢ. 1914-cü ildə Birinci Dünya Müharibəsində iĢtirak edib. Müsavat
ordusuna 1918-ci ildə könüllü gəlib. 1898-ci il iyulun dördündə ġamaxıda kəndli
ailəsində anadan olub.
Poruçik ƏYYUB MƏQRUB OĞLU KÖÇƏRLĠNSKĠ - Vladiqafqazdakı
realnı məktəbi bitirib. 1900-cü il avqustun iyirmi ikisində ġuĢada zadəgan ailəsində
188
anadan olub. 1918-ci il sentyabrın on beĢində Bakının daĢnak-bolĢeviklərdən azad
olunmasında iĢtirak edib.
Poruçik HÜSEYN SƏMƏD OĞLU RƏHĠMOV - Ġkinci Tiflis kiĢi
gimnaziyasının beĢ sinfini və 1920-ci il aprelin iyirmi dördündə Gəncə hərbiyyə
məktəbini bitirib. 1893-cü ildə Bakıda meĢĢan ailəsində anadan olub.
Poruçik MƏMMƏD HÜSEYN OĞLU SADIQOV - Gimnaziya təhsili
alıb. 1919-cu ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1893-cü ildə Salyanda
anadan olub.
Podporuçik MAHMUD MƏMMƏD OĞLU MAHMUDZADƏ – Birinci
Bakı gimnaziyasını və Gəncə praporĢiklər məktəbini 1919-cu ildə bitirib. Fars və
türk dillərini mükəmməl bilib. 1893-cü ilin yanvar ayında Lənkəranda meĢĢan
ailəsində anadan olub. 1920-ci ildən sonra Bakı Ģəhər sovetində vergi müfəttiĢliyi
idarəsinin rəisi iĢləyib. Bakı Ģəhər Sovetinin üzvü, 1922-ci ildən “Azərbaycan
müstəqilliyi uğrunda!” gizli hərbi təĢkilatın fəallarından biri olub. 1923-cü ilin iyul
ayında Zaqafqaziya “ÇK”-sı həbs edib, sürgünə göndərib.
Podporuçik MĠR ƏHMƏD MĠR AĞAƏLĠ OĞLU MĠRCAVADOV -
Bakıda ruhani təhsil alıb. 1919-cu ildə Gəncədə praporĢiklər məktəbini bitirib.
1895-ci il iyunun on səkkizində Bakıda meĢĢan ailəsində anadan olub.
Podporuçik MEYDAR ABBAS OĞLU MƏDƏTOV - Qusardakı Ali-
ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Gəncə praporĢiklər məktəbini
bitirib. 1898-ci ildə Bakının Balaxanı kəndində anadan olub.
Podporuçik HƏMĠD ĠSKƏNDƏR OĞLU MUSTAFAYEV - Qori
Ģəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan Ģöbəsini bitirib.
1914-18-ci illərdə Bakıda müəllim iĢləyib. 1918-ci ildə Gəncədə türk hərbi
məktəbini bitirib. 1898-ci il sentyabrın səkkizində Qazaxda anadan olub.
Podporuçik MƏLĠKMƏMMƏD SƏTTAR OĞLU MƏLĠKOV – Bakıda
üçüncü ali-ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan
hərbiyyə məktəbini bitirib. 1896-cı il martın on birində Bakıda meĢĢan ailəsində
anadan olub.
Podporuçik MƏSTAN ZEYNAL OĞLU MƏSTANZADƏ - BeĢsinifli
Bakı realnı məktəbini və 1920-ci ildə Azərbaycan hərbiyyə məktəbini bitirib.
1899-cu ildə ġamaxıda meĢĢan ailəsində anadan olub.
Podporuçik MĠRMEHDĠ MĠRƏHMƏDOV - Ali ruhani təhsili var. 1920-
ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. 1894-cü ildə
Bakıda anadan olub.
Podporuçik MAHMUD ƏSƏDAĞA OĞLU MUSTAFAYEV - 1918-ci
ildə Gəncə praporĢiklər məktəbini bitirib. 1899-cu il martın on birində Qazax
qəzasının Salahlı kəndində anadan olub.
Podporuçik TOFĠQ ġƏRĠF OĞLU MĠRZƏYEV - Tiflis gimnaziyasının
və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan hərbiyyə məktəbini bitirib. Ġran
təəbəsidir. 1900-cü il dekabrın birində Tiflisdə anadan olub. Sovetlər vaxtı
189
Azərbaycan diviziyasının birinci polkunun qərargah rəisi olub. 1930-cu ildə keçmiĢ
Müsavatçı kimi həbs edilib.
Unter-zabit CƏMĠL BƏY BAĞIR BƏY RƏFĠBƏYOV - 1918-ci ildə
Gəncədə altı aylıq unter-zabit məktəbini bitirib. Həmin ili müsavat ordusunun
birinci piyada polkunda Qarabağda erməni daĢnaklarına qarĢı vuruĢub. Müsavat
hökuməti süqut etdikdən sonra Qızıl Ordunun on altıncı diviziyasının iki yüz qırx
dördüncü polkunda vzvod komandiri kimi xidmət edib. 1921-ci ildə ikinci kəndli
süvari polkunda 1924-cü ilə kimi xidmət etdikdən sonra ordudan tərxis olunub.
Müsavat zabiti olduğuna görə 1928-ci ilin yayında həbs edilib, iyirmi il müddətinə
Novosibirsk, Çustinsk və baĢqa həbs düĢərgələrinə sürgün olunub.
Dostları ilə paylaş: |