ĠƏMĠstan nəZĠRLĠ


PraporĢik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi.  Feldfebel



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   16   17   18   19   20   21   22   23   24

PraporĢik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi. 
Feldfebel  -  Rota  komandirinin  təsərrüfat  üzrə  müavininə  verilən  hərbi 
rütbə. 
Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balalarına verilirdi. 
ġtab-rotmistri - Süvari qoĢunda qərargah zabiti. 
Kvartirmeystr - Orduda qoĢunu yerləĢdirmə iĢlərinə baxan məsul Ģəxs. 
Poruçik  -  Çar  ordusunda  podporuçiklə  Ģtabs-kapitan  arasında  olan  zabit 
rütbəsi. 
Uryadnik  -  Orduda  tağım  komandirinin  müavini.  Rütbə  əsasən  Kazak 
qoĢunlarında xidmət edənlərə verilirdi. 
Realnı məktəb - Ġnqilabdan əvvəl orta məktəb. 
MeĢĢan  ailəsi  -  ġəhərdə  xırda  alverçilərdən,  sənətkarlardan  və  aĢağı 
təbəqəli qulluqçulardan olan ailələri 1920-ci ilə qədər belə adlandırırdılar. 
Podporuçik  -  1920-ci  ilə  qədər  çar  və  Müsavat  ordusunda  kiçik  zabit 
rütbəsi. 

204 
 
Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı 
hərbi orta  məktəb. Varlı ailələrin uĢaqları  yeddi-səkkiz  yaĢında bu  məktəbə qəbul 
olunurdu. 
PodpraporĢik  -  Yeni  təĢkil  edilmiĢ  əsgəri  heyətdə  fərqlənən  hərbi 
qulluqçuya verilən kiçik rütbə. 
 
TÜRK ĠRSĠNĠ ÖYRƏDƏN GENERAL 
 
ġöhrətli  generalımız  Səməd  bəy  Mehmandarovun  1918-20-ci  illərdəki 
fəaliyyəti  xalqımız  qarĢısında  əvəzsizdir.  Onun  Milli  Ordunun  yaradılmasındakı 
müstəsna  rolu,  1918-ci  il  dekabrın  25-də  Azərbaycan  xalqına  müraciəti,  əsgər  və 
zabit heyəti qarĢısında ata nəsihətli (həmin il Səməd bəy Mehmandarovun 63 yaĢı 
vardı  -  ġ.N.)  çıxıĢları  və  nəhayət,  güclü  Vətən  təəssübkeĢliyi  qırx  minə  yaxın 
əsgəri olan nizami ordu yaratmağa səbəb oldu. 
Səməd  bəy  Mehmandarov  haqlı  olaraq  yazırdı  ki,  düĢmənə  qarĢı  mübarizə 
tədbirlərindən  biri  də  xalq  içərisində  sağlam  milli  hisslərin  yaradılmasıdır.  Bu 
vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə 
zəruridir.  Yuxudan  yenicə  oyanmıĢ  xalqda  sağlam,  milli  hissi  oyatmalıyıq...  Xalq 
arasında  türk  irsinin  milli  hisslərini  və  vüqarını  qaldırmaq  üçün  xalqı, 
qoĢunlarımızı onun tarixi keçmiĢi ilə tanıĢ etməliyik. 
1918-1920-ci  illərin  arxiv  qovluqları  açıldıqca  bizə  məlum  olur  ki,  Milli 
Ordu  tariximiz  çox  zəngin  olmuĢdur.  O  da  məlum  olur  ki,  hərb  tariximizi 
zənginləĢdirən Əliağa ġıxlinskinin rəhbərliyi ilə onların silahdaĢları general Həbib 
bəy  Səlimovun,  Məmməd  bəy  Sulkeviçin,  ġahzadə  Əmir  Kazım  Mirzə  Qacarın, 
Cavad bəy ġıxlinskinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy QaytabaĢının 
misilsiz fəaliyyəti olmuĢdur. 
Port  Arturda,  Birinci  Cahan  savaĢında  və  1918-20-ci  illərdə  Ģərəfli  döyüĢ 
yolu keçən general Səməd bəy Mehmandarovun haqqında araĢdırmalar apardıqca o 
illərin sənədlərində və qəzetlərində onun çıxıĢlarına, nitqlərinə rast gəlmək olur. 
Tarixi sənədlərdən xəbərsiz olan bəzi tədqiqatçılar keçərək yazırlar ki, niyə 
Səməd bəy Mehmandarovun,  Əliağa ġıxlinskinin, Həbib bəy Səlimovun və baĢqa 
sərkərdələrimizin  Napaleon,  Kutuzov,  Suvorov  kimi  müdrik  fikirləri  hərbi-elmi 
əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər damğası vururlar. 
YetmiĢ altı ildən sonra belələrinə general Səməd bəy Mehmandarovun Azərbaycan 
Hərbiyyə məktəbinin ikinci buraxılıĢında, 1926-cı il sentyabrın 15-də elədiyi tarixi 
çıxıĢ cavab verir. 
Həmin  il  Azərbaycan  Hərbiyyə  məktəbində  Səməd  bəy  Mehmandarov 
topçuluqdan  rusca,  Əliağa  ġıxlinski  isə  Azərbaycan  dilində  mühazirələr 
oxuyurdular. 
 
 

205 
 
AZƏRBAYCAN HƏRBĠ MƏKTƏBĠNĠN 
2-ci BURAXILIġI HAQQINDA 
15 sentyabr 1926-cı il 
 
YoldaĢlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi təbrik edirik. 
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu müstəqil yolda 
sizi çətin və məsul iĢ gözləyir. Həmin iĢin bacarıqla və vicdanla yerinə yetirilməsi 
sizin  tabeliyinizdə  olan  adamların  döyüĢ  hazırlığı  səviyyəsindən  asılıdır.  Öz 
xidməti  və  döyüĢ  təcrübəmdən  istifadə  edərək  sizin  üçün  bu  əlamətdar  gündə 
həmin iĢ haqqında bir neçə söz demək istəyirəm. 
Azərbaycan  hərbi  məktəbini  qurtaran  sizlər,  yoldaĢlar,  həmiĢə  möhkəm 
yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də olsa, tam bilik vermir, 
gəncləri  gələcək  özünütəkmilləĢdirməyə  hazırlayaraq  buraxır.  Bu  cəhəti  biz  hərbi 
qulluqçular, xüsusilə yadda saxlamalıyıq, çünki ümumiyyətlə hərbi iĢdə, əsasən də 
qüdrətli  mübarizə  vasitəsi  olan  artilleriyada  öz  əksini  tapan  hərbi  texnika  böyük 
müvəffəqiyyətlərə nail olmuĢdur. 
Texnika  və  taktika  bir-birilə  ayrılmaz  surətdə  əlaqədardır  və  texnikanın 
inkiĢafi taktika sahəsində böyük dəyiĢikliklərə səbəb olur. Daimi yeni hərbi-texniki 
kəĢflər sayəsində artilleriya atəĢinin gücü ilbəil artır, döyüĢün üsullarını və taktiki 
xüsusiyyətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyiĢdirir. Buna görə 
də müasir tələblərdən geri qalmamaq üçün, yoldaĢlar, siz yorulmadan öz üzərinizdə 
ciddi  çalıĢmalı  geri  qalmamaq  üçün  cari  hərbi  ədəbiyyatı  diqqətlə  izləməlisiniz. 
BaĢqa sözlə, yenə də öyrənmək lazımdır. Bu tələblərə əməl etsəniz siz öz yerinizə 
layiq olacaqsınız və tabeliyinizdə olanların hüsnü-rəğbətini qazanacaqsınız. 
Texnikanın  inkiĢafı  və  artilleriya  atəĢinin  artan  gücü  ilə  yanaĢı,  mən 
deməliyəm  ki,  irəli  getmək  coĢqunluğu  ideyası  ilə  ruhlanan  qoĢunlarda  əsas  amil 
insandır, texnika isə ikinci dərəcəlidir, çünki texnikanı da insan idarə edir. 
Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaĢlar, mən demiĢdim 
ki, hərbi iĢ yaradıcı iĢdir, bu iĢdə təcrübə və praktikanın böyük əhəmiyyəti vardır, 
bu təcrübə və praktika bir çox nəzəri müddəaları üstələməlidir. Bunu deməklə mən 
nəzəriyyənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənəd nəzəriyyəsi həmin 
praktikadan  doğmuĢdur.  Əgər  bu  belədirsə  onda  bacarıq,  təcrübə  və  praktikanı 
hansı vasitələrlə mənimsəmək olar? 
Müharibə dövründə bacarıq və təcrübə Ģəxsi praktika ilə, sülh dövründə isə 
sülh  və  müharibə  dövrlərində  göstəriĢlərini  rəhbər  kimi  qəbul  etdiyimiz 
nizamnamələrini  əsaslı  surətdə  öyrənməklə,  taktiki  tapĢırıqla  çölə  çıxmaqla, 
ikitərəfli manevrlərlə, komanda heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə 
və  baĢqa  üsullarla  qazanılır.  Bunları  mən  geniĢ  izah  etməyəcəyəm,  öyrənilməsinə 
böyük əhəmiyyət verdiyim hərb tarixi üzərində dayanacağam. 
Hərb  tarixini  öyrənmək  dünyagörüĢünü  geniĢləndirir,  tənqidə  qabil  olan 
adamın zəkasını,  fərasətini və  bacarığını inkiĢaf etdirir. Hərb tarixini öyrənməklə 

206 
 
siz  ovcunuzun  içi  kimi  bu  və  ya  o  tərəfin  səhvini  görürsünüz.  Görürsünüz  ki,  nə 
etmək  olar  və  nə  etmək  lazım  deyil.  Hərb  tarixini  öyrənməklə  siz  çox  mürəkkəb 
vəziyyətdən  baĢ  çıxarmaq,  həmin  vəziyyətə  uyğun  bu  və  ya  digər  qərar  qəbul 
etmək vərdiĢləri qazanırsınız. Hərb tarixini öyrənməklə siz qoĢunların müharibədə 
çəkdikləri əziyyətlərin qarĢısını almağa təminat verirsiniz. 
Mən  belə  fikirləĢirəm  ki,  hərb  tarixini  öyrənməyin  əhəmiyyətini  baĢa 
düĢmək üçün bu deyilənlər də kifayətdir. 
Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr etdiyiniz sahədə 
müvəffəqiyyət  qazanmağınız  üçün  hərb  tarixi  kitabı  hər  bir  hərbi  qulluqçunun 
stolüstü kitabı olmalıdır. 
Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiĢ rəislərinizi sevindirəcək, çünki 
onlar  sizin  müvəffəqiyyətlərinizdə  öz  zəhmətlərinin  və  öz  məsləhətlərinin  bir 
hissəsini görəcəklər. 
Sizinlə  vidalaĢanda  sizə  demək  istədiyim  bunlardır.  Ġndi  isə,  yoldaĢlar, 
mənim ən xoĢ və səmimi arzularımı qəbul edin. 
 
ALĠM-GENERAL 
 
MəĢhur  generalımız  Əliağa  ġıxlinski  hərb  elmi  ilə  müntəzəm  məĢğul  olan 
yeganə  sərkərdəmizdir. O, ötən əsrin  sonlarından baĢlayarq Rusiyada dərc  olunan 
müxtəlif qəzetlərdə, “Artilleriya Zabitləri Məktəbinin xəbərləri” jurnalında
26
 hərbi 
elmi-publisistik  məqalələrlə  çıxıĢ  etmiĢdir.  1910-1914-cü  illərdə  Luqa  Ģəhərində 
nəĢr  olunmuĢ  “Səhra  topların  cəbhədə  iĢlədilməsi”,  “Divizion  miqyasında  topçu 
manevrlərin  təĢkili  üçün  təlimat”,  “Topçu  zabitləri  məktəbində  Əliağa  ġıxlinski 
tərəfindən  oxunmuĢ  mühazirələrin  xülasəsi”,  “Öz  qoĢunlarının  baĢı  üstündən  top 
atıĢı  haqqında”  kitabları  Port-Artur  qəhrəmanı  Əliağa  ġıxlinskiyə  Ģan-Ģöhrət 
gətirmiĢdir. 
1918-1920-ci illərdə və Sovetlər dövründə də general Əliağa ġıxlinski hərb 
elmi  mövzusunda  silsilə  məqalələrin  və  hərbi  kitabların  müəllifi  olmuĢdur.  Onun 
1926-cı ildə “Azərbaycan hərbi redaksiyası” tərəfindən nəĢr olunmuĢ 300 səhifəlik 
“Rusca-türkcə  qısa  hərbi  lüğətli  hərbi  nizamnamələrin,  hərbi  elmi  ədəbiyyatın 
tərcümə olunmasında böyük əhəmiyyət kəsb etmiĢdir. Nadir nüsxəyə çevrilən lüğət 
bu gün də misilsiz dəyərə malikdir. 
1920-ci  ildə  onun  təĢəbbüsü  ilə  yaranan  Bakı  qarnizonunun  Hərbi  Elmi 
Cəmiyyəti,  “Hərbi  bilik”  jurnalı  və  “Hərbi  nəĢriyyat”  bizə  “Əliağa  ġıxlinski 
Azərbaycanda  hərb  elminin  banisidir”  -  Sovetlər  dövründə  onun  XI  Orduda 
məcburi  xidmət  etməsi,  bolĢeviklərin  ona  çar  və  müsavat  generalı  kimi  mənfi 
münasibəti  onun  əlyazmalarında,  müasirlərinin  xatirələrində  açıq-aydın  bilinir. 
Totalitar  rejimin  “gözükölgəli”  etdiyi  general  Əliağa  ġıxlinski  ona  görə  də  bu 
                                                           
26
 Bu jurnal 1912-ci ildə Əliağa ġıxlinskinin təĢəbbüsü ilə Sankt-Peterburqda nəĢr olunmuĢdur – ġ.N. 
 

207 
 
illərdə bütün gücünü, biliyini hərb elmi ilə məĢğul olmağa daha çox sərf etmiĢdir. 
Onun  “Hərbi  bilik”  jurnalında  və  “Kommunist”,  “Bakinski  raboçi”  qəzetlərində 
“Gələcək  müharibədə  toplar”,  “Topların  piyada  və  süvarilərlə  qarĢılıqlı 
əməliyyatı”,  "Topların  dağlıq  yerlərdə  atəĢ  xüsusiyyəti  haqqında”,  “Alay  topları 
haqqında” silsilə məqalələri dərc olunmuĢdur. 
Bu  günlərdə  “Kommunist”  qəzetinin  1926-cı  il  fevral  ayı  nömrələrini 
vərəqləyərkən  məĢhur  sərkərdəmizin  indiyədək  bizə  məlum  olmayan  dəyərli  bir 
məqaləsinə  rast  gəldik.  “Darılmaq  istəməz”  adlı  məqalədə  tam  artilleriya  generalı 
Əliağa  ġıxlinski  bu  gün  də  vacib  olan  dilimizin  saflığından,  istər  danıĢığımızda, 
istərsə də yazılarımızda türkləĢməni, türk hərbi istilahlarını daha vacib bilir. 
O yazır: “Dili türkləşdirmək istəyənlər Azərbaycanın uca dağlarında, dərin 
dərələrində  yaşayan  kəndlərə,  yenə  kəndlərə  getməlidirlər.  Şəhərlərdə  türk  sözü 
qalmamışdır.  Onların  yerlərini  ərəb,  fars,  rus  sözləri  tutmuşdur.  Xüsusən,  hərbi 
istilahlar üçün kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü 
silaha  aid  sözlər  orada  işlənir.  Şəhərdə  isə  işlənən  sözlərin  çoxu  dükan-bazar, 
arşın-girvənkəyə  aiddir.  Biz  kəndlərimizdə  saxlanmış  sözləri  tapmalı,  yığmalı  və 
yaşatmalıyıq.  Unudulmuş  türk  sözləri  yalnız  danışmaq  üçün  deyil,  ən  gərəkli 
kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun”. 
General  Əliağa  ġıxlinskinin  yetmiĢ  dörd  il  əvvəl  qələmə  aldığı  “Darılmaq 
istəməz” məqaləsinin üslubuna, cümlə quruluĢuna toxunmadan təqdim edirəm. 
 
DARILMAQ ĠSTƏMƏZ 
 
“Müvəqqəti  topçu  təlimnaməsi”nin  (atıĢ  qaydalarının)  tərcüməsi  Səttarov 
yoldaĢı  çox  acıtmıĢdır  (“Kommunist”  №  81).  YoldaĢın  tənqidi  kəskin,  fəqət 
büsbütün  haqsızdır.  Məqalə  yeni  araya  çıxmıĢ  təlimnaməni  görməyən  gənc 
topçularımızın  ürəklərini  qopara  bilər.  Buna  görə  də  cavab  verməyi  özümə  borc 
bildim. 
Azərbaycan  Xalq  Maarif  Komissarlığı  yanında  düzəlmiĢ  “Ġslahat” 
komisyonu  dilimizdən  yad  sözlərin  çıxarılmasını  və  yerlərinə  mümkün  olduqca 
türk sözləri qoyulmasını qərara almıĢdır. Hərbi nəĢriyyat komisyonu da bu yol ilə 
getməyə  çalıĢır.  Əlbəttə,  yanlıĢımız  olmaya  bilməz.  YanlıĢsız  kim  iĢləyə  bilər? 
Təlimnamə  müvəqqətidir.  Bir  ya  iki  ildən  sonra  dəyiĢdiriləcəkdir.  O  vaxtadək 
komandalarımızın  sınağı  (təcrübəsi)  və  yazıçılarımızın  tənqidlə  yanlıĢlarımızı 
düzəldə  biləriz.  Fəqət  tənqidi  də  bilikli  adamlar  etməlidirlər.  Bir  çoxları  hər  il 
istilah  dəyiĢdirilməyəcəyini  söyləyə  bilərlər.  Ancaq  öz  dilini  ədəbiyyat  və  elmə 
uydurmaq üçün uzun-uzun illər çalıĢmalı  və  götürülmüĢ  münasibətsiz  sözlər daha 
uyarları  ilə  dəyiĢilməlidir.  Tərcümə  etdiyimiz  rus  təlimnamələrində  də  200  ildən 
artıq  iĢlənən  istilahların  çoxu  inqilabdan  sonra  dəyiĢdirilmiĢdir.  Bəzi  istilahlar 
1922-ci  ildən  indiyədək  2-3  dəfə  dəyiĢdirilmiĢdir.  Ġndi  Səttarov  yoldaĢın 
anlamadığı və tənqid etdiyi sözlərə keçəlim. Təlimnamədə yazılmıĢ: 

208 
 
1)  “Gecikdirənli  və  gecikdirənsiz  -  toqquĢmalı  tapası  və  həmçinin 
ölçülməli tapası olan qumbara”. Bunu tərcüməsi belədir: 
“Qranata  s  vzrıvateləmi  s  zamedleniem  i  bez  zamedleniə,  a  takje  s 
distanüionnoy trubkoy”. 
Bunlar topçu istilahlarıdır. Kim olursa-olsun, topçuluq iĢi ilə tanıĢ deyilsə - 
bu istilahları anlamaz. 
2) “Danə” fars sözüdür. Və əsl mənası taxıl toxumudur. Osmanlı türkləri bu 
sözü (400-500 il bundan əvvəl) “atdığına” uyduranda topun gülləsi yumru və bütün 
idi. Bu güllələrə rusca (qranata) deyil, (yadro) deyilir. Ġndiki top gülləsinin içi barıt 
ilə  doldurulmuĢ.
27
  Yenə  ona  qumbara  deyilir.  Osmanlılar  əski  adı  (danəni)  -  yeni 
gülləyə də qoymuĢlarsa bizə bu, əl verməz. 
3) Təpə. Ġnsan və heyvan bədəninin yuxarısına, dağın baĢına, hər bir Ģeyin 
yuxarı ucuna və bir də kiçik dağa deyilir. Təpəyə rusca bir neçə məna verilə bilər.  
(Temya)-xolma, verĢina. Təpə, yaxud tipa ĢüĢənin ağzını qapayan tıxaca deyilir ki, 
ruscası  (propkadır).  (ġəmsəddin  Samini
28
  sözlüyünün  370  və  878-ci  səhifələrinə 
baxın).  Topçuluqda  təpə  top  gülləsinin  ağzına  burulan  və  yeri  gələndə  onun  iç 
barıdına  od  verən  alətə  deyilir  ki,  ruscası  (trupkadır).  Bununla  təpə  ilə  tipanın 
arasında böyük fərq vardır. 
4) Mərmi.  Ərəb  sözüdür.  Mənası  da  “Atılan  Ģey”  deməkdir.  “Roma”  atdı, 
tulladı  “atdıq”  isə  türk  sözüdür:  “Atdıqdan”  yaranıb.  Dilimizin  qanuni  üzrə 
uydurulmuĢ  sözdür  ki,  mənası  mərmidir.  “Atdıq”  istilahının  doğruluğunu 
göstərmək  üçün  iki  cümlə  alalım:  “Atdığınız  nədir?”  -  Qumbaradır.  QonĢu 
batareyanın atdığı nədir? - ġirapeneldir”. 
5)  Rusca  (vzrıvatel)  və  ya  (udarnayə  trubka)  dəniləni.  Osmanlılar 
“musadəməli” yerinə biz türk sözü “toqquĢmalı” iĢlədirik. 
6) “Təyyarə” osmanlılar  uçar Ģeyə deyirlər. Uçaya təyyar  deyirlər. Maarif 
komissarlığının istilahlar komisyonu və hərbi nəĢriyyat komisyonunun qəbul etdiyi 
üsula  görə  bütün  Avropa  və  Amerikada  iĢlənən  texniki  istilahlar  -  məsələn: 
ayroplan,  avtomobil,  lokomativ  və  sonra  -  türkcəyə  çevrilməlidir.  Fəqət  rusun 
(letçik)inə  -“uçucu”  və  (samolet)una  –  “uçqaç”  deməyi  biz  “təyyarə”  və 
“təyyar”dan daha yaxĢı sanırıq. 
7) ġöbə ərəb sözüdür və əsl mənası türkcə - butaqdır. (Osmanlı ləhcəsində 
“dal”,  “budaq”,  ġ.Sami  sözlüyünün  778-ci  səhifəsinə  baxın).  Ruscada  (otdel) 
sözünün əsl mənası ayrılmıĢ ĢiĢin adıdır. Türkcə “butaq-butaq ayrılmaq” təbiri çox 
iĢlənir. Ərəbcə “Ģöbə” deməkdən isə öz dilimizcə “butaq” deyə bilərik.  
                                                           
27
 Ġllərin saralıb-solmuĢ sətirlərində bu cümləni oxumaq mümkün olmadı - ġ.N. 
28
  ġəmsəddin  Sami  (1850-1904).  MəhĢur  türk  leksikoqrafı  və  yazıçısı.  ġərqdə  altı  cildlik  “Qamus 
üləlam”  ensiklopediyasının,  iki  cildlik  “Qamusi-fransəvi”  və  yenə  iki  cildlik  “Qamusi-türki”  kimi 
qiymətli  türk  dillərinin  izahlı  lüğətinin  müəllifidir.  ġəmsəddin  Saminin  əsərlərində  Azərbaycana  dair 
məlumatlar  vardır  Onun  “DəmirĢi  Gavə”  pyesi  1920-ci  il  aprel  çevriliĢindən  əvvəl  Azərbaycan 
səhnəsində tamaĢaya qoymuĢdur – ġ. N. 
 

209 
 
8)  NiĢangah  -  fars  sözüdür.  Əsl  mənası  “niĢan  qoyulan  yer”dir.  Türkiyə 
ordusu  Azərbaycana  gəlincəyə  qədər  heç  kəs  top  və  tüfəngi  niĢana  doğrultmaq 
üçün  olan  alətə  niĢangah  deməzdi.  Deyilməməlidir  də,  çünki  bu,  yanlıĢ  bir 
istilahdır. 
NiĢangah yerinə biz  “tuĢlamağ”  yazdıq. Fəqət bu söz Səttarov yoldaĢı çox 
acıtmıĢdır.  Və  öylə  acıtmıĢdır  ki,  özü  də  bizim  ağır  günahlarımıza  uğradan 
sözündən yeni söz çıxarmıĢdır (düzümləmə). “TuĢlamağ”ı biz “tuĢlama” sözündən 
düzəltdik. “TuĢlama” isə “navodka”, “pritslivanie” sözlərinə ən yaxın türk sözüdür. 
9) TuĢlama - yəni tuĢ qoyma, quĢ tutma. “TuĢ” isə - “muzey” sözü, yaxud 
bəzi qəzalarda iĢlənən sözlərdən degildir. 
Azərbaycanın  Qazax,  Gəncə,  Ağdam,  Cəbrayıl  və  baĢqa  qəzalarında, 
Gürcüstanın  Borçalı,  Sığnaq  qəzalarında,  Ermənistanın  Ġrəvan,  Yeni  Bəyazid, 
Sürməli və baĢqa qəzalarında bu söz bəllidir. 
“TuĢ” sözü yalnız Zaqafqaziya “muzeylərində” deyil, baĢqa türk ölkələrində 
də  iĢlənir.  Cığatay  ləhcəsində:  “tuĢ”-  tərəf,  “səmt”  deməkdir:  “TuĢlamağ”, 
“TuĢnlamaq”,  “duĢlatmaq”  -  qarĢı-qarĢıya  gəlmək.  “Hər  tuĢda  “  -  hər  səmtdə 
deməkdir. “TuĢ çağı” - günorta, yəni gün baĢ üstündə olan çağ deməkdir. 
Qırğız  ləhcəsində:  “TuĢda”  -  qarĢıda.  “TuĢuna”  -  üz-üzə”.  “TuĢçu”  - 
qarĢılayıcı deməkdir. 
BaĢqır ləhcəsində: “TuĢyanı” – “Günorta səmti” deməkdir. 
Altay ləhcəsində: “TuĢdamaq, qarĢılamaq, qabaq-qabağa” deməkdir. 
Səttarov  yoldaĢ  tuĢlamaq  yerinə  “düzənəmək”  deyir.  Türk  dilində  belə  söz 
yoxdur, ola da bilməz. 
“Düzən”  əsl  türk  sözüdür,  mənası  da  ərəbcə  tərtib,  nizam  (ġ.Sami  626-cı 
səhifə),  rusca  isə  (poryadok)dur.  Səttarov  yoldaĢ  göstərdiyi  “qayda”  (pravilo) 
deməkdir. 
Səttarov  yoldaĢın  arzusu  çox  böyükdür:  Onu  yaratmaq  mümkün  deyildir. 
YoldaĢ  Səttarov  kənddən  yeni  gələn  əsgərlərin  və  bütün  xalqın  topçu 
təlimnaməsini  görən  kimi  anlamasını  istəyir.  Bütün  xalqa  bu  heç  lazım  deyildir. 
Topçu  əsgərlərinə  də  bu  təlimnaməyə  öncə  komandanlar  ağızdan  və  göstəriĢlə 
öyrədirlər. 
Ancaq bundan sonra istilahları öyrənmiĢ savadlı əsgərlər təlimnaməni özləri 
oxuyub anlaya bilərlər. Yalnız Azərbaycanda deyil, bütün ölkələrdə bu böylədir. 
Elm, fənn və sənət kitablarını anlamaq üçün ya bir iĢlə tanıĢ olmaq və ya bir 
öyrədiciyə müraciət etmək lazımdır. Əsgərlərə komandanları öyrədir. 
Yeni çıxmıĢ təlimnamənin istilahlarına  alıĢanadək  komandanlarımız  da  bir 
qədər çətinlik çəkəcəklər. Fəqət bu çətinlik 2-3 həftədən artıq sürməyəcəkdir. 
Səkkiz  il  bundan  əvvəl  Azərbaycana  gələn  türk  ordusu  içimizə  bir  neçə 
ərəbcədən  alınmıĢ  hərbi  istilahlar  atıb  getmiĢdir.  Nədən  isə  biz  bu  yad  sözləri 
atmaq  istəmirik.  Bizə  deyirlər  ki,  eĢidilməmiĢ  türk  sözlərini  ortalığa  çıxarmayın. 

210 
 
Fəqət  Türkiyə  ordusu  gəlməmiĢ  ərəbcə  hərbi  istilahlar  Azərbaycanın  hansı 
qəzalarında eĢidilmirdi? 
Dili  türkləĢdirmək  istəyənlər  Azərbaycanın  uca  dağlarında,  dərin 
dərələrində  yaĢayan  kəndlərə,  yenə  kəndlərə  getməlidirlər,  Ģəhərlərdə  türk  sözü 
qalmamıĢdır.  Onların  yerlərini  ərəb,  fars,  rus  sözləri  tutmuĢdur.  Xüsusən,  hərbi 
istilahlar üçün  kəndə üz çevirməlidirlər. Çünki topoqrafiya istilahları və hər dürlü 
silaha aid sözlər orada iĢlənir. ġəhərdə isə iĢlənən sözlərin çoxu dükan-bazar, arĢın-
girvənkəyə  aiddir.  Biz  kəndlərimizdə  saxlanmıĢ  sözləri  tapmalı,  yığmalı  və 
yaĢatmalıyıq.  UnudulmuĢ  türk  sözləri  yalnız  danıĢmaq  üçün  deyil,  ən  gərəkli 
kitablarımıza yazılmalıdır ki, bu sözləri öyrənmək oxuyanların yarağı olsun. 
Danə, mərmi, təyyarə, Ģö`bə, niĢan alma, tərtib və bunlar kimi ərəb, ya fars 
sözlərini öyrənə bilən türklər qumbara, atdıq, uçqaç, budaq, tuĢlama, düzən  və bu 
kimi türk sözlərini də öyrənə bilməzlərmi? 
(“Kommunist” qəzeti, № 38-39, 14-15 fevral 1926-cı il). 
Əliağa ŞIXLİNSKİ 
 
ĠLK HƏRBĠ MEMUARIMIZ 
 
General Əliağa ġıxlinski içərisindən çıxmıĢ olduğu Azərbaycan xalqına 
bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib.  
Əliağa  ġıxlinskinin  “Xatirələrim”i  son  dərəcə  maraqlı  və  ibrətlidir. 
Bunu  bütün  vətənimizin  geniĢ  oxucu  dairələrinə  tövsiyə  etməli,  ordunun 
komanda heyəti onunla tanıĢ olmalı, topçular isə öyrənməlidirlər. 
Əliağanın  aldığı  hərbi  tərbiyə,  təhsil,  orduda  xidməti,  Ģanlı  döyüĢ 
fəaliyyəti  və  keçdiyi  yol  elə  bir  həyat  nümunəsidir  ki,  öz  Vətəninin  Ģərəf  və 
namusunu,  azadlıq  və  istiqlaliyyətini  qorumaq  kimi  müqəddəs  bir  vəzifəyə 
layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlidir. 
Yevgeni BARSUKOV, general-mayor, 
hərb elmləri doktoru, professor, 
Dövlət mükafatı laureatı. 
 
Durğunluq  dediyimiz  illərdə  Ģöhrətli  sərkərdəmiz  Əliağa  ġıxlinskinin 
“Xatirələrim”  hərbi  memuarına  izahlar  və  qeydlər  fəsli  əlavə  etməklə  yenidən 
nəĢrə  hazırladım.  (1982-1984).  Kitabı  hansı  nəĢriyyata  təqdim  edirdimsə  bir  iki 
aydan  sonra  özümə  qaytarırdılar  ki,  çar  və  müsavat  generalı  olub,  nəĢr  edə 
bilmərik.  Nəhayət,  mərhum  xalq  yazıçımız  Ġsmayıl  ġıxlıya  müraciət  etdim.  Daha 
doğrusu,  ondan  kömək  istədim.  Qovluğu  götürüb  Ġsmayıl  müəllimlə  birgə 
nəĢriyyata getdik. Mübahisələr, yersiz iradlar baĢlandı, nə baĢlandı... 
Vüqarla əyləĢib, səbrlə bu nadanları dinləyən Ġsmayıl ġıxlının əvəzinə mən 
əsəbiləĢirdim.  Yerimdə  otura  bilmirdim.  Onun  səbrinə  heyran  qalmıĢdım.  Dinib 

211 
 
cavab vermək istəyirdim. Düzü, Ġsmayıl müəllimdən çəkinirdim. O biri tərəfdən də 
burdakıların hamısı məndən yaĢca böyük idi. 
Qocalar  o  qədər  “alovlu”  danıĢırdılar  ki,  biri  asqırdı,  biri  öskürdü, 
üçüncüsünün səsi xırıldayanda Ġsmayıl ġıxlı eynilə qəhrəmanı Cahandar ağa sayağı 
sərt səslə: 
Qurtardınız? - dedi. Sizin üçünüzə bircə sualım var. Bu kitabı 1944-cü ildə 
hamımızın yaxĢı tanıdığı filosof-alim Heydər Hüseynov yazdırıb, cəmisi yeddi min 
nüsxə nəĢr etdirib. Elə bir vaxtdakı Mircəfər Bağırovun qılıncının dalı da  kəsirdi, 
qabağı da. Təbiidir ki, Stalin də hakimiyyətdə idi. Ġndi deyin görüm, siz ağıllısınız, 
vətənpərvərsiniz yoxsa Heydər Hüseynov? Nə deyirsiniz?.. Aparaq bu kitabı rusca, 
ermənicə çap etdirək? Öz nəĢriyyatımız, öz dilimiz ola-ola... 
Üçlərdən  heç  biri  dinmədi.  Otağa  ağır,  çox  ağır  bir  sükut  çökmüĢdü.  Mən 
fəxrlə,  həm  də  böyük  qürur  hissiylə  döyüĢdən  qalib  çıxmıĢ  sərkərdə  -  kiĢi  kimi 
əyləĢən  Ġsmayıl  ġıxlıya  baxdım.  Baxırdım  və  düĢünürdüm  ki,  ürəyi,  varlığı 
Azərbaycan  üçün  yanıb-yaxılan  Ġsmayıl  ġıxlılar  niyə  azdır...  Amma  ötəri  də  olsa 
gördüm  ki,  əzəmətli  Ġsmayıl  ġıxlının  yaraĢıqlı  üzünün  əti  əsəbdən  titrədi.  O, 
ĢümĢad barmaqları ilə eynəyini düzəldib: 
-  Gedək,  ġəmistan,  -  deyib  ayağa  durdu.  Bir-iki  addım  atar-atmaz  baĢda 
əyləĢən qoca yumĢaq səslə: 
- Ġsmayıl, qoy qovluq qalsın, baxarıq, yuxarılarla məsləhətləĢərik, dedi: 
Ġsmayıl müəllim sərt hərəkətlə geriyə dönüb: 
-  Yuxarıları  bəhanə  gətirməyin,  dedi.  Siz  kitabı  plana  salın,  yuxarılarla 
özüm danıĢaram... 
1984-cü  ildə  general  Əliağa  ġıxlinskinin  “Xatirələrim”  kitabı  uzun 
əziyyətdən  və  mübahisələrdən  sonra  “AzərnəĢr”də  rus  və  Azərbaycan  dillərində 
altmıĢ min tirajla nəĢr olundu. 
Yeni  nəĢr  olunmuĢ  “Xatirələrim”  kitabından  üç  nüsxəni  Moskvaya,  hərbi 
Sovet Ensiklopediyasının baĢ redaksiyasına göndərdim. Əlavə məktub da yazıb baĢ 
redaksiyaya  iradlarımı  da  bildirdim  ki,  rus  general-mayorları  və  polkovnikləri 
haqqında  ensiklopediyanızda  məqalələr  var.  Amma  general-leytenant  Səməd  bəy 
Mehmandarov, nə də Əliağa ġıxlinski haqqında sətir belə yoxdur. Bunu necə baĢa 
düĢək?  Nə  üçün  belə  Ģöhrətli  generalların  haqqında  səkkiz  cildlik  “Hərbi  Sovet 
Ensiklopediysı”nda qısaca bir məqalə verilməyib. Əgər general ġıxlinski haqqında 
məlumatınız yoxdursa, onun haqqında yazıb sizə bildirirəm. Həm də kitabından üç 
nüsxə sizə göndərirəm, ordan daha geniĢ məlumat ala bilərsiniz. 
Düz  bir  aydan  sonra  “Hərbi  memuar  ədəbiyyatı”  redaksiyasının  baĢ 
redaktoru  V.Makeyevdən  cavab  məktubu  aldım.  O  yazırdı  ki,  məktubunuzu  və 
general-leytenant Əliağa ġıxlinskinin kitablarını aldıq. Generalın kitabını rəy üçün 
SSRĠ  Müdafiə  Nazirliyinin  Hərbi  Tarix  Ġnstitutuna  göndərdik.  Yaxın  günlərdə 
onlardan aldığımız rəyi sizə bildirəcəyik. 

212 
 
Nəhayət,  1986-cı  il  iyulun  26-da  “Hərbi  nəĢriyyatdan  sevindirici  cavab 
aldım. Bu dəfə hərbi-memuar redaksiyasının baĢ redaktor əvəzi A.Kryukov yazırdı 
ki,  general-leytenant  Əliağa  ġıxlinskinin  kitabını  redaksiyada  oxuduq  və  onun 
yenidən çapını hərbi-tarixçi alimlərlə məsləhətləĢdik. Kitab onların da çox xoĢuna 
gəldi,  institut  əməkdaĢları  “Xatirələrim”  kitabının  çox  qiymətli  olmasını  xüsusi 
qeyd etdilər. Lakin kitabın yenidən çap olunması üçün azı beĢ il növbəyə durmaq 
lazımdır. 
BaĢ  redaktor  A.Kryukov  mənə  göndərdiyi  cavabında  M.V.Frunze  adına 
Hərbi  Akademiyanın  Hərb-sənəti  tarixi  kafedrasının  baĢ  müəllimi,  polkovnik 
L.Zaytsevin  general-leytenant  ġıxlinski  kitabının  yeni  nəĢri  üçün  yazdığı  rəyi  də 
göndərmiĢdi. 
Düzü  rəyi  oxudum  fərəhdən  heyrətə  gəldim.  Ona  görə  ki,  polkovnik 
L.Zaytsev  böyük  bir  ürəklə  və  hərarətlə  yazdığı  altı  səhifəlik  makina  yazısında 
Əliağa  ġıxlinskini  xalqının  həqiqi  qəhrəmanı,  alovlu  vətənpərvəri  adlandırırdı. 
Port-Artur,  Birinci  Dünya  müharibələrindəki  və  artilleriya  sahəsindəki  misilsiz 
xidmətlərini xüsusi qeyd edirdi. Kitabın yenidən çapına tam məsuliyyətlə redaktor 
kimi  cavabdeh  olduğunu  bildirirdi.  Təəssüflənirdi  ki,  nə  üçün  kitab 
respublikamızda çox az  - cəmisi 30 min (ruscası) tirajla nəĢr olunub. Bunları ona 
görə  qeyd  edirəm  ki,  “AzərnəĢr”də  mənim  kitaba  yazdığım  izahlar  və  qeydlər 
fəslində  məhz  bu  sözləri  “xalqımızın  qəhrəman  oğlu,  igid  generalı  ixtisar 
etmiĢdilər. 
Əlavə olaraq polkovnik L.Zaytsev bildirirdi ki, “Birinci Dünya müharibəsi” 
adlı  iri  həcmli  xatirələr,  reportajlar,  oçerk  və  sənədlər  məcmuəsini  nəĢrə 
hazırlayırıq. Sizin göndərdiyiniz general Əliağa ġıxlinski kitabından “1916-cı ilin 
yayında  Qərb  cəbhəsində”  fəslini  bütövlükdə  mən  həmin  məcmuəyə  daxil  etdim. 
Kitab 1989-cu ilin tematik planına daxil edilib. 
Həmin  ili  607  səhifəlik  məcmuədə  Əliağa  ġıxlinskinin  xatirələrindən  bir 
parça bu kitabda dərc olundu. Lakin sovet hakimiyyəti dağıldığına görə  generalın 
kitabı Moskvada iĢıq üzü görmədi... 
M.V.Frunze  adına  Hərbi  Akademiyanın  hərb-sənəti  tarixi  kafedrasının  baĢ 
müəllimi,  polkovnik  L.Zaytsevin  Ģöhrətli  generalımız  Əliağa  ġıxlinskinin  kitabı 
haqqında 3 iyun 1986-cı ildə yazdığı rəyin oxucuların xoĢuna gələcəyinə əminəm. 
Ona görə də möhtərəm oxuculara təqdim edirəm. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin