1
ġƏMĠSTAN NƏZĠRLĠ
TOPOQRAF –
GENERAL
ĠBRAHĠM AĞA
VƏKĠLOV
BAKI – “ZAMAN” – 2002
2
Elmi redaktoru: Qərib Şamil oğlu Məmmədov
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü,
biologiya elmləri doktoru, professor.
Üz qabığında Ġ.Vəkilovun tərtib etdiyi milli xəritədən istifadə olunmuĢdur.
ġəmistan Nəzirli. Topoqraf-general Ġbrahim ağa Vəkilov. Bakı,
“Zaman” nəĢriyyatı, - 2002. 296 səh. və 32 səh. Ģəkillər.
Azərbaycanda elə nəsillər var ki, həkim, maarifçi, mühəndis, elm xadimi
yetiĢdirməklə yanaĢı, onların hərbçi oğulları da olmuĢdur. Hələ imperiya və
Cümhuriyyət dövründə Qacarlar nəslindən səkkiz, Naxçıvan Kəngərlilərindən beĢ,
Bakıxanovlardan üç, CavanĢirlərdən dörd, Yadigarovlardan üç, ġıxlinskilərdən iki,
TalıĢxanovlardan dörd nəfər general yetiĢmiĢdir. Bunlar bir nəslindən sayca çox
olanlardır.
Nüfuzlu Vəkilovlar nəsli isə Azərbaycan hərb tarixinə topoqraf-general
Ġbrahim ağa Vəkilovu (1853-1934) bəxĢ etmiĢdir.
Hərb
tariximizdə
müstəsna
xidmətləri
olmuĢ
topoqraf-general
Zaqafqaziyada yeganədir - nə özündən əvvəl və sonra, nə də müasirləri arasında bu
sahə üzrə belə ali hərbi rütbəli mütəxəssis olmayıb.
Tədqiqatçı, polkovnik-leytenant ġəmistan Nəzirlinin yeni kitabında general-
mayor Ġbrahim ağa Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin
(1811-1891), general-mayor Həbib bəy Səlimovun (1881-1920), Həsən ağa
Bakıxanovun (1833-1898), Ağası bəy AvĢarovun (təx.1830-?), Ģahzadə Rzaqulu
Mirzə Qacarın (1837-?), Tərlan bəy Əliyarbəyovun (1892-1956), Əsəd bəy
TalıĢxanovun (1857-1919), polkovnik Bəhram bəy Nəbibəyovun (1884-1930),
Qalib bəy Vəkilovun (1888-1937), Gəray bəy Vəkilovun (1884-1952), kapitan
Bahadır bəy Vəkilovun (1889-1920) və baĢqa görkəmli hərb xadimlərinin ömür
yolu zəngin faktlar əsasında qələmə alınmıĢdır.
Kitabda həm də ötən yüz illiklərdə indiyədək açılmayan səhifələr barədə
(Hərb tariximizdə nələr olmuĢdur?) oxuculara ilk dəfə məlumat verilir.
ġ 4702060106 qrifli nəĢr
AB № 022039 – 45
© Ş.Nəzirli - 2002
3
TOPOQRAF-GENERAL ĠBRAHĠM AĞA VƏKĠLOV
Xalqımızın yetirdiyi elə Ģəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif
mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. YaĢadığı dövrdə, illərdə bunların
fəaliyyəti geniĢ iĢıqlandırılsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub.
Xalqımız üçün gördükləri əvəzsiz iĢlər ört-basdır edilib. Totalitar rejimin “müsavat
generalı” damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaĢlardan qeyb
olub. Böyüməkdə olan gənc nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu
Ģəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu gün
bizim üçün böyük məktəbdir.
Topoqraf-general Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilov da belə unudulmuĢ
Ģəxsiyyətlərdən biridir.
1853-cü il mayın 7-də keçmiĢ Yelizavetpol quberniyası Qazax qəzasının
Qırax Salahlı kəndində anadan olan Ġbrahim ağa Vəkilov on bir yaĢında atadan
yetim qalıb. Atası PaĢa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə
saxlayan anası Tükəzban xanım Yusif ağa qızı Ġbrahimin fəhmi, fərasəti ilə daha
çox öyünür, qürrələnirdi.
General Ġbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi:
1900-cü mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənablarının 7 yanvar
1900-cü il tarixli 80 nömrəli yazılı müraciəti əsasında mən Qazax Qəzası II
sahəsinin Pristavı vəzifəsinin icraçısı Poruçik Kolomeytsev bu tarixdə gizir PaĢa
Xəlil ağa, mayor Əli Vəkil Qazaxlı və Pənah Bəy Vəkilov Qazaxlının nə vaxt və
hansı valideynlərdən doğulduqlarını aydınlaĢdırmaq məqsədilə dindirilmə
aparmaqla Salahlı kəndinin uzunömürlü sakinləri Molla Nəsib Oruc oğlunu,
Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, Ġbrahim Əfəndi oğlunu, Məmməd
Panbıq BəĢi oğlunu, Əmirxan Hacı oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud
oğlunu, yerli ruhanilər Molla Usub Əfəndini, Məmməd Əfəndi oğlunu və Molla
Məmməd Zərif oğlunu dəvət etmiĢəm. Onların Ģəhadətləri inandırıcıdır və
qabaqcadan Ģəhadətlə gətirilərək dindirmiĢəm və yuxarıda ərz olunan məsələ ilə
əlaqədar onlar bunları demiĢlər: bizə dürüst məlum olduğu kimi gizir PaĢa Ağa
qanuni valideynləri - atası Xəlil Ağadan və anası Fatma Xanım Əlibəy qızından
doğulmuĢdur; gizir Xəlil Ağa, mayor Əli Ağadan və ġəhriyar Xanım Hacı Qasım
Ağa qızından doğulmuĢdur; mayor Əli Ağa Pənah Ağadan və Zöhrə xanım
Abdulla Ağa qızından, Pənah bəy isə Məmməd ġərif Ağadan və anası Yetər Xanım
Yolçu qızından doğulmuĢlar. Fəqət onların məhz nə vaxt anadan olmalarını
doğulduqları dövrdən xeyli ötüĢdüyünə görə bilmirik. Yuxarıda ərz olunanlarla
əlaqədar mən, Pristavın vəzifələrinin icraçısı qərara aldım: Hazırkı protokolu
tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək.
II Sahənin Pristavı Kolomeytsev
1
1
Sənədin əsli ġöhrət Vəkilovda saxlanılır. – ġ.N.
4
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiĢ və hərbi topoqraflar
Korpusunun Kapitanı Ġbrahim bəy Vəkilova onun xahiĢi əsasında təhvil
verilmiĢdir. Bunu da Zaqafqaziya Sünnü Ruhani Ġdarəsi imza və dövlət möhürü ilə
təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis Ģəhəri.
İdarənin rəisi Zaqafqaziya Müftisi:
Mirzə Hüseyn əfəndi Qayıbzadə
Möhür
katib: imza,
katibin köməkçisi: imza.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı
nömrəli qovluqda Ġbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki
üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb
həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə
Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə Ġbrahim Peterburqdakı hərbi topoqrafiya
məktəbinə daxil olur.
1879-cu ildə Ġbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib,
praporĢik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz
hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalıĢır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkiliĢlərlə məĢğul olan
Ġbrahim ağa Vəkilov 1883-cü ildə Rus-Ġran komissiyasının tərkibində Xəzər
dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iĢtirak edir.
Belə bir ciddi iĢi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə,
Ġbrahim ağa Vəkilovun xidməti Ġran hökumətinin ən yüksək “ġire-XorĢid”
ordeninə layiq görülür. BeĢ il Qafqaz hərbi dairəsinin topoqrafiya Ģöbəsinə
rəhbərlik edən Ġbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik
çəkiliĢlərlə məĢğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan Ġbrahim ağa Vəkilov
dörd il rus səfirliyində yaĢayaraq xüsusi tapĢırığı yerinə yetirir. Mayor rütbəsində
yenidən Qafqaz hərbi dairəsində mühüm iĢlər icraçısı iĢləyir.
1901-ci ildən Ģöbə rəisi podpolkovnik Ġbrahim ağa Vəkilov Qars vilayətinin
Rus-Türk sərhədlərində topoqrafik çəkiliĢə rəhbərlik edir və Bosforun hərbi
xəritəsini hazırlayır.
1912-13-cü illərdə Rus-Ġran hökumətinin danıĢıqlarına əsasən polkovnik
Ġ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy Ģəhərlərində keçirilən
topoqrafik çəkiliĢlərə də baĢçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüĢən
ordu qərargahında fəaliyyət göstərən polkovnik Ġbrahim ağa Vəkilov 1917-ci il
inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü
dərəcəli Vladimir ordenlərinə layiq görülür.
Ġbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor
rütbəsinə layiq görülmüĢ yeganə Ģəxsiyyətdir.
5
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında yə Zaqafqaziya Xeyriyyə
Cəmiyyətinin sədri vəzifəsində çalıĢan Ġbrahim ağa sonralar Bakıda və Gəncədə
fəaliyyət göstərir.
1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təĢkilində fəal çalıĢanlardan
olmuĢdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və Ģəhər
sovetlərinin seçkilərinə rəhbərlik etməyə göndərmiĢdi. Vəkilovun nüfuzu yeni
yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləĢməsinə güclü
təkan vermiĢdi.
1918-ci il iyunun 23-də Respublika daxili iĢlər nazirinin əmrilə polkovnik
Ġbrahim ağa Vəkilov Gəncənin qubernatoru təyin olunur. Goran mahalında və ayrı-
ayrı kəndlərdə sığınacaq tapmıĢ daĢnak tör-töküntülərinə divan tutan qubernator
onları tərksilah etmiĢdi. Onun daxili iĢlər nazirinə göndərdiyi 1919-cu il 23 mart
tarixli məlumatında bildirilirdi ki, Gəncə qəzasında daĢnak irticasının və xarici
müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar aĢkar edilmiĢdir. Yerli bolĢeviklərlə
birləĢən ermənilər müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmıĢlar.
Onların baĢçısı qolçomaq CümĢüd Voskanov həbs edilmiĢdir.
1919-cu ilin martında Novruz bayramı münasibətilə milli ordunun paradı
keçirilirdi. Respublika Hərbiyyə naziri Səməd bəy Mehmandarov və bir qrup
parlament üzvü parad-nümayiĢdə iĢtirak etmək üçün Gəncəyə gəlmiĢdi. Gəncə
qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri
Ġbrahim ağa Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər
ordudakı nümunəvi xidmətinə görə Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilova general-
mayor rütbəsi verilmiĢdi.
Ay yarım sonra (1919-cu il martın 14-də) general Ġbrahim ağa Vəkilov
hökumətin 248 nömrəli əmri ilə BaĢ Qərargahda hərbi topoqrafiya Ģöbəsinin rəisi
təyin olunmuĢdu. O, rusların aprel iĢğalına qədər bu vəzifədə qeyrət və vicdanla
çalıĢmıĢdı.
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında
BaĢ Qərargah Ġdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya Ģöbəsinin
rəisi general-mayor Ġbrahim ağa Vəkilov idi. Ġpək sapla iĢlənmiĢ bayrağın bir
üzündə əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Qurandan:
“Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmıĢdı. BaĢ Qərargah Ġdarəsinin
verdiyi beĢ saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və
hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iĢtirak edən
Ġbrahim ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə
dostlaĢmıĢdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalıĢırdı. Bu fakta Mirzə
Cəlilin həyat yoldaĢı Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim”
kitabında da rast gəlmək olar. Həmidə xanım yazır: 1907-ci ildə Qarabağda
çəyirtkə və aclıq gözlənilirdi... Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri
6
Ġbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bizim rayonun qaldığı çıxılmaz
vəziyyətdən xəbər tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma
altı yüz manat pul göndərmiĢdi.
Polkovnik Ġbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz
kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri
seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik Ġbrahim ağa Vəkilovu səsə
qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər.
Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə
Əlimərdan bəy TopçubaĢov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə, RəĢidbəy
Ġsmayılov, Ġmadəddin Sübhanqulov, Kamal Əfəndi Ünsizadə, Məmmədhəsən
Ġmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və baĢqaları seçilir.
Bizdə Mirzə Cəlillə general Ġbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq
edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan “Molla
Nəsrəddin” jurnalının on ikinci sayındandır. Həmin sayda Ġbrahim ağa haqda iki
dostluq Ģarjı verilib. Birinci Ģarjda küçədə Ġbrahim ağaya rast gələn ziyalı
müsəlmanların hamısı ona baĢ əyir, xoĢ təbəssümlə təzim edirlər. Onlar deyirlər ki,
sən Xeyriyyə Cəmiyyətini təĢkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik.
Ġzof Rotterin məharətlə çəkdiyi bu Ģəklin altında belə yazılıb: “Ġbrahim ağa
Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmiĢdən əvvəl”.
Ġkinci Ģarjda isə Ġbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baĢ
götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək “Bunlara nə
oldu?” - deyir. Bu “ziyalı” müsəlmanların kimisi qaçır, kimisi də gizlincə tindən,
dalandan qorxa-qorxa Ġbrahim ağaya baxır. Hərbi formalı Ġbrahim ağanın indi
küçədə əlləri təəccüblə açıq qalıb. ġəklin altında oxuyuruq: “Xeyriyyə
Cəmiyyətinin sədri seçiləndən sonra”.
Əsrin əvvələrində Ġbrahim ağa bir topoqraf kimi çox məĢhur olub. Qırx ilə
yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən Ġbrahim ağa Vəkilovun xidmətləri
Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), Ġranın “ġire-XorĢid” ordenilə
(1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna
ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü
dərəcəsilə (1903) qiymətləndirilib.
1902-ci ildə Tiflisdə nəĢr olunmuĢ “Rus imperatorluğunun coğrafi birliyinin
Qafqaz Ģöbəsi xəbərləri” kitabının (XV cild) iki yüz əlli səkkizinci səhifəsindəki
xəbər eloğlumuzun fəaliyyəti barədə xoĢ təsəvvür yaradır: “Podpolkovnik İbrahim
ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarım
verstlik miqyası (məsafədən) çəkilişini davam etdirmək tapşırığını almışdı. İndiyə
kimi çəkiliş şöbə tərəfindən əla aparılmışdı. Podpolkovnik İ.Vəkilovun coğrafi
çəkiliş şöbəsində kollej assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik
Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”.
1920-ci
ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və
respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor Ġbrahim ağa
7
Vəkilov olmuĢdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiĢ
Milli ġuranın üzvü idi.
1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz
Donanmasının əmrində oxuyuruq:
“Hərbi topoqrafiya Ģöbəsinin rəisi Ġbrahim ağa Vəkilov yoldaĢ hərbi
topoqrafiya kurslarının təĢkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə
də yeni topoqrafların yetiĢdirilməsinə səmimi və vicdanla yanaĢmasına görə,
topoqrafçıların birinci buraxılıĢının təntənəsi günü, ümumi iclasın qərarlarına
əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdir.
Hərbi Dəniz Donanmasının Xalq komissarı
Qərargah rəisi”.
Yeni gələn Ģura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa
da, Ġbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini dayandırmayıb. Ehtiyac içində
yaĢayan general ömrünün son günlərində hökumətə yazdığı ərizəsində bildirirdi:
“Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur.
Oğlumun darısqal evinin kiçik bir küncündə yaĢayıram...”
Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitabçası”nın
“rütbəsi” yazılan qrafasında Sovet hökumətinin hansısa xəbis ürəkli bir
nümayəndəsi general-mayor sözlərinin üstündən tuĢla qara xətt çəkib.
Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız milli
diviziyalarda deyil, həm də Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-
Geodeziya Ġdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr Ġncəsənət
Abidələrini və Təbiəti Mühafizə Komitəsində iĢləyəndə karına gəlmiĢdi.
General Ġbrahim ağa Vəkilovun zəngin arxivi ilə tanıĢ olduqca Ģəkil və
sənədlərdə fədakar, vicdanlı, xalqını, millətini sevən bir insanın dolğun obrazını
açıq-aydın görmək olur.
Ġstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb
dövrünü öyrənmək üçün generalın məqalələri kifayət qədər material verir. Onun
Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində mühafizə olunan əlyazmasında
sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general Ġbrahim
ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-20-ci illərdə Milli Azərbaycan
ordusundakı misilsiz xidmətinin yalnız bir hissəsidir. Hətta, onun sovetlər
dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil:
1)
Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373-a nömrəli əmrin surəti, 4-cü §
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdim.
2)
Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi Ġcra Komitəsinə
8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamıĢam.
3)
Azərbaycan Mərkəzi Ġcraiyyə Komitəsinin 23/XI-1922-ci il tarixli jurnal
qərarının çıxarıĢını yazmıĢam.
8
4)
Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347
nömrəli vəsiqəsini tərtib etmiĢəm.
5)
Azərbaycan SSR Mərkəzi Ġcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli
qətnaməsinin çıxarıĢını yazmıĢam.
6)
Köçərilər haqqında məqaləm “Azərbaycanı Tədqiq Edən və Öyrənən
Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib.
7)
“Yeni kənd” jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə
Texnikumunun yaradıcısı kimi mənim fotoĢəklim verilib.
8)
T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı” kitabı mənim
tərtib etdiyim xəritə ilə birlikdə nəĢr olunub.
9)
a) Azərbaycanın, b) Bütün Qafqazın, v) Avropanın, q) Asiyanın, d)
Amerikanın (ġimali və Cənubi), i) türk xalqlarının Asiya və Avropada
məskunlaĢmasının xəritələrini tərtib etmiĢəm.
ALĠM SÖZÜ
General Ġbrahim ağa Vəkilovun sərkərdəlik fəaliyyətindən baĢqa ayrı-ayrı
sahələrdə də xalqımız qarĢısında xidmətləri çox olmuĢdur. Azərbaycan
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də Ġbrahim ağadır.
Bu dəyərli xəritənin taleyi necə olmuĢdur? Bu milli xəritə nə az, nə də çox,
yetmiĢ ildən artıq xalqımızdan gizlədilmiĢ, sovet dövründə ondan istifadə
olunmamıĢdır. YaddaĢlardan qeyb olunan xəritənin yeganə nüsxəni qeyrətli alim,
coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu günümüzə qədər
saxlaya bilmiĢdir.
- Malik müəllim, general Ġbrahim ağa Vəkilovun kartoqrafik xəritəsi
sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir?
- Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi və təbii
xəritəsi” kartoqrafik bir əsərdir. O, məĢhur dünya alimlərinin və kartoqraflarının
tərtib etdikləri xəritələrlə müqayisədə nəinki onlardan geri qalmır, hətta onlardan
çox-çox üstündür. Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi,
fiziki və s.) əks etdirınəklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləĢdirmək
ideyası ilk dəfə general Ġbrahim ağa Vəkilova müyəssər olmuĢdur. O, bir xəritədə
həm siyasi, həm də təbii məkanları birləĢdirmiĢ və nəticədə dərin məzmunlu,
zəngin təfsilatlı, asan oxuna bilən orijinal kartoqrafik əsər yaratmıĢdır. Xəritənin
təhlilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi axtarıĢlar
aparmıĢ, topoqrafiya, toponimika, tarix, onamistika, eləcə də coğrafiya elmlərinin
öyrənilməsinə xüsusi diqqət yetirmiĢdir. Xəritə qırmızı rəng çaları ilə iĢlənmiĢ, ay-
ulduz bayrağı ilə birgə çap olunmuĢdur. Onun üçün l:420000 miqyas seçilmiĢdir. O
dövr üçün hər yerdə-ölkədə ondan asanlıqla istifadə etmək üçün ingilislərin
iĢlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki əhəmiyyətini xeyli artırmıĢdır.
Xəritədə verilən marĢrut iĢarələrinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir.
9
Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. ĠnĢa olunmuĢ, inĢa olunan,
ensiz dəmir yolları, araba, Ģosse yolları və axan çay aydın nəzərə çarpan Ģəkildə
çəkilmiĢdir. Onun təhlili göstərir ki, müəllif topoqrafiyanı əla bildiyindən iri
yaĢayıĢ məntəqələri ətrafında, ayrı-ayrı sahələrdə bağları, Ģorluqları, bataqlıqları da
göstərmiĢdir. Xüsusilə, Xocavənd, Lənbəran, Kvartaboyəhmədli ərazilərində
bağlıq sahələr daha çox qeyd olunmuĢdur.
-
Malik müəllim, bəs, təbii yer adları necə iĢlənmiĢdir? Onlar rus
xəritə və mənbələrindəki kimi dəyiĢdirilmiĢ, yoxsa türkcəsi saxlanılmıĢdır?
-
General Ġbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer adlarının türkcə
iĢlənməsidir. Məsələn, Kür-Araz ovalığında Muğan bozqırı, Mil bozqırı, ġirvan
bozqırı kimi adlar saxlanılmıĢdır. Təbii coğrafi yer adları isə indikilərdən az
fərqlənir. Məsələn: Dəli Məhəmmədi.
Xəritədən kifayət qədər maraqlı məlumatlar almaq olar. Xüsusilə, tarixi
adların verilməsi onun dəyərini daha da artırır (Qarabulaq, Əbdəllər, Korusu,
Tərtər, Ġrəvan, Tiflis). Salyan və Sabirabad ərazisində bir çox qalaların adları
(Mahmud qala, Cavad qala, ġin qala, Əbul qala) tarixi məna kəsb edir. Xəritədə bu
qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsi, göstərilməsi də
elmi cəhətdən çox maraqlıdır. Xəzər dənizi boyu - Dərbənddən Astaraya qədər
çoxlu burunların və ətəkələrin hamısı türk - Azərbaycan adı ilə göstərilmiĢdir.
Müəllifin silsiləni sıralar, aĢırımı aĢma, çölü bozqır, kəndi köy kimi yazması da
dilçilik baxımından çox maraqlıdır.
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyiĢdirmiĢ
və təhrif etmiĢlər. Həmin baĢabəla “tədqiqatçılara” Ġ.Vəkilovun xəritəsi tutarlı
cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. türk mənĢəli adlar
bunlara əyani misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər,
hidronimlər, oykenimlər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar
erməni tədqiqatçılarını ifĢa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər.
Ġbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə kartoqrafik
əsəridir. Xəritənin tarixçi, dilçi, coqrafiyaçı alimlər və siyasətçilərin dərindən
təhlilinə ehtiyacı var. Ġndiki dövrdə bəzi mübahisəli məsələlərin (ad, sərhəd)
aydınlaĢdırılmasında ondan istifadə etmək vacibdir. Xəritədə göstərilmiĢ, indi isə
unudulmuĢ türk mənĢəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola
bilər.
Azərbaycan Respublikasının qonĢu dövlətlərlə sərhədlərinin xəritədə
göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin Qafqazı yaxından
tanımasından irəli gəlir.
Ġbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi və təbii
xəritəsi” adlı məzmunlu kartoqrafik əsəri qəza sərhədlərini (siyasi vəziyyəti) çox
əyani göstərən bir xəritədir.
Ġstedadlı topoqrafik-xəritəçi Ġbrahim ağa Vəkilovun bu xəritəsinin üzərində
kiçik əl gəzdirməklə yenidən çap olunması vacibdir. Mənə belə gəlir ki,
10
Ġ.Vəkilovun əlimizə gəlib çatmayan çoxlu əsəri hələ də müxtəlif arxivlərdə öz
tədqiqatçısını gözləyir.
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı addımlar bizi
unutdurulmuĢ məĢhurlarımızla daha yaxından tanıĢ olmağa, onların əsərlərinin
toplanıb çap olunmasına köməklik göstərəcəkdir.
Ġbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində apardığı iĢlər
onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bunun üçün gənclərə Vətən
təəssübkeĢliyi, milli hiss, keçmiĢimizə qayğı kimi mənəvi keyfiyyətlər
aĢılanmalıdır.
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbaycan
Ensiklopediyasında bir sətir belə yoxdur.
Dostları ilə paylaş: |