ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   24

KÖÇƏRLĠ  (1881-1954).  Vəkilovlar  nəslinin  görkəmli  qadın  nümayəndələrindən 
biri də məĢhur maarifçi Badisəba xanım Mustafa ağa qızı Vəkilova - Köçərlidir. O, 
xalqımız qarĢısında əvəzsiz xidmətləri olan ədəbiyyatĢünas Firidun bəy Köçərlinin 
həyat yoldaĢı idi. Xatirələrdən məlum olur ki, Badisəba xanım Firidun bəyin ömür-
gün yoldaĢı olmaqla yanaĢı, onlar həm də əqidə, məslək birliyi ilə yaĢamıĢlar. Hələ 
Qori  Ģəhərində  yaĢayanda  Firidun  bəy  Köçərli  “Azərbaycan  ədəbiyyatı  tarixi 
materialları” adlı çox dəyərli  əsərini yazarkən əlavə  və düzəliĢlərdən sonra əsərin 
üzünü yenidən köçürmək lazım olurdu. Badisəba xanım Firidun bəyin bu qiymətli 
əsərinin  üzünü  böyük  həvəs  və  məhəbbətlə  bir  neçə  dəfə  yazmıĢdı.  Firidun  bəy 
Köçərlinin  ölümündən  sonra  Badisəba  xanım  ədəbi-pedaqoji  fəaliyyətini 
dayandırmayıb.  Onun  təĢəbbüsü  ilə  1925-1926-cı  illərdə  Firidun  bəyin 
“Azərbaycan  ədəbiyyatı  tarixi  materialları”  əsəri  ilk  dəfə  Bakıda  iĢıq  üzü  görüb. 

40 
 
Badisəba  xanım  səmərəli  fəaliyyətini  ilk  dəfə  xalqımıza  mərhum  yazıçı  Hacağa 
CümĢüdlü “Badisəba” sənədli povestində (AzərnəĢr, 1963-cü il) çatdırmıĢdır. 
Badisəba xanım Vəkilova - Köçərlinin Respublika Əlyazmalar Ġnstitutunun 
arxivində  (Arx.24,  Q-l)  1948-ci  il  aprelin  20-də  öz  dəsti  -  xəttilə  yazdığı 
“Tərcümeyi-hal”ı  saxlanılır.  Onu  olduğu  kimi  ilk  dəfə  təqdim  edirik:  “Mən 
Badisəba  Mustafa  ağa  qızı  Köçərli  1881-ci  il  martın  ikisində  Qazax  rayonunun 
Salahlı kəndində anadan olmuşam. 
Hələ beş yaşım  tamam olmamış atam vəfat edib. Anam Fatma xanım Paşa 
ağa qızı səkkiz uşaqla dul qalıb. On altı yaşında ikən 1897-ci ildə böyük qardaşım 
Məmməd ağanın məktəb yoldaşı Firidun bəy Köçərliyə məni ərə veriblər. Sonralar 
Firidun  bəy  Köçərli  Qori  Seminariyasının  müəllimi  olmuşdur.  1920-ci  ilə  qədər 
evdar  qadın  olmuşam.  Yoldaşım  öləndən  -  sonra  1921-ci  ildə  Maarif 
Komissarlığının əmrilə Bakı Pedaqoji Texnikumunda tərbiyəçi olmuşam. Yoldaşım 
müəllim  olduğuna  görə  məni  evdə  oxutmuşdu.  1922-ci  ildə  Bakı  Pedaqoji 
İnstitutunun Ümumi şöbəsində təhsilimi davam etdirmişəm. 1925-ci il mayın 1-də 
Maarif Komissarlığının əmrilə Zaqatala Pedaqoji Texnikumunu təşkil etmək üçün 
məni oraya direktor göndərdilər. 
1929-cu  ilin  sentyabr  ayına  qədər  Zaqatalada  işlədim.  Həmin  ilin  oktyabr 
ayının  beşində  Maarif  Komissarlığının  əmrilə  Quba  Pedaqoji  Texnikumunda 
təsərrüfat işləri pozğun olduğuna görə məni o rayona müdir müavini göndərdilər. 
Az müddət işlədikdən sonra xəstələndim. Bakıya qayıdıb beş ay müalicə olundum. 
1930-cu  ilin  oktyabr  ayında  Respublika  Maarif  Komissarlığının  əmrilə 
Nuxa  iki  nömrəli  uşaq  evini  təşkil  etməyə  göndərildim.  O  vaxtdan  bu  günə  qədər 
burada direktor vəzifəsində işləyirəm. Zəhmətimi hökumət qiymətləndirib: 1945-ci 
ildə  Azərbaycan  Respublikasının  Əməkdar  müəllimi  adı  ilə,  1946-cı  ilin  mart 
ayında “Şərəf nişanı” ordeni və həmin ildə “Qafqazın müdafiəsinə görə” medalı 
ilə təltif olunmuşam. 
Qohumlarından  bir  qardaşım  və  bir  bacım  var.  Qardaşım  Kirovabadda 
(indiki  Gəncə  -  red.)  işləyir  və  pensiya  alır.  Bacım  isə  evdar  qadındır.  Xarici 
ölkədə qohumlarım yoxdur. 
Nuxa iki nömrəli uşaq evinin direktoru Badisəba xanım Köçərli. 
 
ġƏHADƏTNAMƏ 
 
Verilir qız xeylağı Mədinə xanım Mehdi ağa qızı Vəkilovaya ondan ötrü ki, 
o,  təqdim  etdiyi  sənədlərdən  göründüyü  kimi,  Rusiya  Ġmperiyasının  təbəəsi, 
Yelizavetpol quberniyası Salahlı kəndinin əhli, zadəgan qızı, 1886-cı il iyulun 9-da 
doğulmuĢ, Məhəmməd dininə etiqadlıdır. 
Müqəddəs  Nina  Tiflis  Qızlar  məktəbində  fənlər  kursunu  bitirmiĢ  və  ona 
1904-cü il iyunun 2-də verilmiĢ 162 nömrəli attestatdan məlum olur ki, əla tərbiyə 
ilə birlikdə Ġlahiyyat dərsindən əla, kilsə-slavyan və ədəbi dildə rus dilindən yaxĢı 

41 
 
və  rus  dilində  inĢadan  kafi,  riyaziyyatdan  kafi,  ümumi  və  rus  coğrafiyasından 
yaxĢı,  ümumi  və  rus  tarixindən  yaxĢı,  təbiət  tarixindən  kafi,  fizikadan,  riyazi  və 
fiziki  coğrafiyadan  kafi,  hüsnxətdən  yaxĢı  və  əl  iĢindən  əla  qiymətlər  almıĢ; 
gimnaziya  kursunun  qeyri-icbari  fənlərindən  pedaqogikaya,  fransız  və  tatar 
dillərinə  və  rəsmə  əla  yiyələnmiĢ;  sonra  o,  Mədinə  xanım  Vəkilova  elə  həmin 
qızlar  məktəbinin  VIII  əlavə  sinfinə  daxil olmuĢ, eləcə  də  Ġlahiyyət dərsinin, ana 
dilinin  və  hesabın  ibtidai  tədris  üsulları  ilə  tanıĢ  olmuĢ  və  dərs  ili  ərzində  ona 
verilən  bütün  nəzəri  və  praktik  iĢləri  kifayət  qədər  yerinə  yetirmiĢdir.  Onun, 
Mədinə  xanım  Vəkilovanın  ev  müəllimi  olmaq  arzusunu  nəzərə  alaraq  və  onun 
təqdim  etdiyi  təsdiqedici  Ģəhadətnamələri  tam  qənaət  bəxĢ  hesab  edərək  ona, 
Mədinə xanım Vəkilovaya 1870-ci il mayın 24-də (iyunun 5-də) Ali tərzdə təsdiq 
edilmiĢ  Xalq  Maarifi  Nazirliyinin  qızlar  gimnaziyaları  haqqında  fərmanın  4-cü 
paraqrafına  müvafiq  olaraq  rus  dilini  tədris  etmək  hüququ  və  göstərilən  ada 
müqabil  səmərə  və  üstünlüklər  olmaqla  ev  müəllimi  adını  daĢımaq  hüququ 
verilmiĢdir.  Bunun  təsdiqi  olaraq  ona,  Mədinə  xanım  Vəkilovaya  lazımi  imza  və 
Qafqaz  Təhsil  Dairəsi  Popeçiteli  Dəftərxanasının  möhürü  olan  bu  Ģəhadətnamə 
verilir. 
Tiflis şəhəri, 
1905-ci ilin 4 iyun günü. 
Qafqaz Təhsil Dairəsinin 
Popeçiteli 
Dəftərxana müdiri 
 
ġƏHADƏTNAMƏ 
 
Verilir  Qazax  qəza  idarəsindən  Salahlı  kənd  sakini  Məmməd  Ağa  Pənah 
Ağa  oğlu  Vəkilova  ondan  ötrü  ki,  o,  Qazax  qəzasının  Salahlı  kəndinin  yerli 
ağalarındandır.  Adı  ağaların  1860-cı  ildə  tutulmuĢ  kameral  siyahısında  öz  atası 
Pənah Ağanın ailəsində 83-cü nömrə altında qeyd olunmuĢdur. Cənab Yelizavetpol 
qubernatorunun  5  sentyabr  1870-ci  il  tarixli  50/9  saylı  sərəncamı  ilə  Qazax  qəza 
idarəsinə göndərilmiĢ Ağalar Komissiyasının ağalar və bəylər siyahısında isə onun 
ağalar  və  bəylər  rütbəsi  qəbul  olunmamıĢdır.  Həmin  rütbəyə  təqdim  edilənlərin 
siyahısında  Məmməd  Ağa  Pənah  Ağa  oğlu  göstərilməmiĢdir.  Dövlət  möhürü 
basılmıĢ imza ilə təsdiq edilir. Yanvarın 28-ci günü 1871 il. Dağkəsəmən kəndi. 
QAZAX QƏZA RƏİSİ 
Mayor 
 

42 
 
UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ 
 
Məni  çox  kefsiz  və  bir  az  da  könülsüz  qarĢıladı.  Əvvəlcə  baĢa  düĢə 
bilmədim, bu etinasızlıq mənim gəliĢimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə, 
nəzakət  xatirinə  “keçin,  əyləĢin”  -  dedi.  Bu  tənha  yaĢayan  qocanın  tərtəmiz 
geyimindən, ev Ģəraitindən hiss etmək olurdu ki, çox səliqəli adamdır. 
Qoca  əvvəl  eynəyini  çıxartdı,  sonra  da  dizinin  üstündəki  kitabı  qatlayıb 
kənara  qoydu.  Ġri  Ģkafin  enli  siyirtməsini  çəkib  dərindən  nəfəs  ala-ala,  qara 
məxməri parçaya bükülmüĢ bağlamanı açdı. Balaca bir Ģəkil tapıb iĢığa tərəf tutdu. 
Ġri ala gözlərini geniĢ açıb “budur  - atam, - dedi, buyur, bax!”  “Atam”  - deyəndə 
səsi qırıldı. Bu qocanın bütün varlığını qəribə, təsvirolunmaz bir kövrəklik titrətdi. 
Udqunub üzünü yana döndərdi. 
Mən  Ģəkli  alıb  baxdım.  Bu,  cavan,  çox  yaraĢıqlı  bir  zabitin  ötən  əsrdə 
çəkilmiĢ Ģəkli idi. 
-  Faris  baba,  -  dedim,  -  bəs  sənədləri?  Təkcə  bu  Ģəkillə  nə  eləmək  olar? 
Mümkünsə  sənədləri  də  tapın,  birgə  baxaq,  elə  buradaca...  Heç  yerə 
aparmayacağam. 
O,  könülsüz  geri  döndü,  ağır  addımlarla  yenidən  Ģkafa  yaxlaĢdı.  Xeyli 
əlləĢdi.  Bayaq  oxuduğu  kitabı  o  küncdən  bu  küncə  qoyur,  dəftəri  açıb  baxır, 
arasından heç nə tapa bilməyib əsəbiləĢirdi... 
Səbrim tükənmiĢdi, onun  əhvalı  mənə də təsir etmiĢdi. Nəhayət, Ģkafın tək 
gözündən götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruĢdu: 
- Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri? 
-  Faris  baba,  atanız  xalqımızın  hərbi-topoqrafiya  tarixində  yeganə  general 
olub.  Ġstəyirəm  qəzetdə,  jurnalda  onun  barəsində  bir  yazı  ilə  çıxıĢ  edim,  qoy 
bugünkü gənclik xalqımızın belə bir Ģöhrətli generalı olduğunu bilsin. 
-  Mənim  atam  çoxdan  unudulub,  -  deyə  incik  halda  əlini  yellədi.  Ani 
fasilədən sonra əlavə etdi: - Bəlkə, elə belə yaxĢıdı. Müsavat generalı kimin nəyinə 
lazımdır?.. - Ġndi baĢa düĢdüm ki, qoca məni nəyə görə könülsüz qarĢıladı. 
- Bir vaxt özüm çox çalıĢdım ki, üzə çıxsın, generallar arasında onun da adı 
çəkilsin.  O  da  Azərbaycan  üçün,  xalqı  üçün  can  qoyub,  cəbhələrdə  vuruĢub, 
gecəsi-gündüzü topoqrafiya çəkiliĢlərində keçib. 
-  Hələ  1883-cü  ildə  rus-Ġran  komissiyasının  tərkibində  Xəzər  dənizindən 
Əfqanıstana qədər olan sərhədlərin dəqiqləĢdirilməsində iĢtirak edib. Belə bir ciddi 
iĢi  vaxtından  əvvəl  yerinə  yetirən  atamın  xidməti  Ġran  hökumətinin  ən  yüksək 
“ġire-XorĢid”  ordeninə  layiq  görülüb.  O,  Krımın,  Dağıstanın  və  bütün  Qafqazın 
topoqrafik  xəritəsini  tərtib  edib.  1892-ci  ildə  Türkiyəyə  ezam  olunan  atam  Qars 
vilayətinin  rus-türk  sərhədlərində  topoqrafiya  iĢlərinə  rəhbərlik  edib.  Cənubi 
Azərbaycanın  Təbriz,  Xoy,  Urmiya  və  baĢqa  Ģəhərlərinin  də  topoqrafik  çəkiliĢinə 
atam  rəhbərlik  edib.  Hər  gələn  bir  sənədini,  Ģəklini  istədi,  elə  o  gedən  oldu.  - 

43 
 
Kövrək-kövrək, - mən də ki, belə, gördüyün kimi, qocaldım, əldən düĢdüm. Sənəd, 
Ģəkil  aparanların  da  ünvanını,  telefonunu  itirdim.  O,  insafsızlar  da  nə  atam 
haqqında yazdılar, nə də Ģəklini qaytardılar. 
-  Mən  burda  baxacam,  heç  nəyi  heç  yerə  aparan  deyiləm.  Qeydlərimi  də 
burada eləyəcəm... 
- YaxĢı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla, de görüm atamın sorağını 
sənə kim verib? - zəndlə üzümə baxıb soruĢdu. 
-  Bir  marĢalın  “Mənim  xatirələrim”  adlı  yeni  kitabı  çıxıb.  Orda  atanız, 
polkovnik  Ġbrahim  ağa  Vəkilovun  Sərdarabad,  BaĢ  Abaran  əməliyyatındakı 
fəaliyyətindən  geniĢ  məlumat  verilir.  Qərargah  rəisi  polkovnik  Ġbrahim  ağa 
Vəkilovun  hərbi  döyüĢlərdə  məharətini  marĢal  bütün  ordu  heyətinə  nümunə 
göstərir, - dedim. 
Üz-gözündən  gördüm  ki,  bu  fakt  onu  hədsiz  dərəcədə  sevindirdi.  Məndən 
qabaq əl uzadıb qovluğu özü açdı. 
...1978-ci ilin yazında Faris bəy Ġbrahim ağa oğlu Vəkilovla tanıĢlığım belə 
oldu.  Həmin  il  atası  haqqında  “Azərbaycan”  jurnalında  çıxıĢ  etdikdən  sonra 
yenidən onun görüĢünə getdim. 
Faris  baba  jurnalı  aldı,  yazını  o  üz-bu  üzə  vərəqlədi.  Divanda  yanaĢı 
əyləĢdik. 
- Oxu, - dedi, - görüm nə yazmısan? 
Yarıya çatmamıĢ sərlövhəsini bir də soruĢdu. 
-  “Qəribə  tale”,  -  dedim  və  dönüb  ona  baxdım.  Onun  ağıllı,  iri  gözlərində 
yaĢ damcıları görüb dayandım. 
- Daha oxuma, özüm oxuyacam, - deyib buz kimi əlilə biləyimdən yapıĢdı, - 
atamı yad etdiyiniz üçün hamınıza minnətdaram... 
Faris  bəy  nə  az,  nə  çox,  ömrünün  on  səkkiz  ilini  doğma  Azərbaycandan 
uzaqda,  əzab-əziyyətlə  sürgündə  keçirmiĢdi.  Neçə  inqilabın,  neçə  müharibənin 
sınaqlarından sayıq çıxmıĢdı. Çünki amalı düz, əqidəsi pak olmuĢdu. Harda, hansı 
Ģəraitdə olmasına baxmayaraq, qəlbində bir çırağın iĢığı yanmıĢdı. O çırağın da adı 
Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə qarsımıĢdı ki, qapısını 
elə bərk çırpmıĢdı ki, o, hələ də özünə gələ bilmirdi. 
Birinci Dünya müharibəsi baĢlananda Texnologiya Ġnstitutunun beĢinci kurs 
tələbəsi  Faris  bəy  Vəkilov  Petroqradın  Putilov  zavodundakı  top  emalatxanasının 
müdafiəsinə  səfərbər  olunur.  Gənc  mühəndisin  bu  zavoddakı  yaxĢı  fəaliyyəti  onu 
pillə-pillə  ucaldır.  1916-cı  ildə  yaxĢı  xasiyyətnamə  ilə  Petroqraddakı  məĢhur 
“Feniks”  zavodunda  baĢ  mühəndis  təyin  olunur.  Bir  il  sonra  oktyabr  tufanları 
zamanı  bu  səhmdar  idarə  öz  fəaliyyətini  dayandırır.  Faris  bəy  Tiflisə  -  ailəsinin 
yanına  qayıdır.  O,  bolĢevik  Əliheydər  Qarayevlə  birgə  ictimai-siyasi  iĢlə  məĢğul 
olur. 
Onlar 
Peterburqda 
fəaliyyət 
göstərən 
“Azərbaycan  Həmyerliləri 
cəmiyyəti”ndə tanıĢ olmuĢdular. 

44 
 
1918-1920-ci  illərdə  Faris  bəy  Azərbaycan  Respublikasının  Gürcüstan 
hökuməti yanında səlahiyyətli nümayəndəsi kimi mühüm vəzifədə çalıĢır. 
Azərbaycanda  aprel  iĢğalından  sonra  təqib  olunan  ziyalılardan  biri  kimi 
Fransaya mühacirətə gedir. Parisdəki “Reno” zavodunda konstruktor iĢləyir. BeĢ il 
Paris Ģəhərində iĢləyən Faris bəy Vəkilov mühacirətdə olan həmyerlimiz general-
mayor  Məmmədsadıq  bəy  Ağabəyzadə  ilə  görüĢür,  texniki  biliyini  artırır.  Lakin 
Vətən həsrəti, ata məhəbbəti onu Azərbaycana qayıtmağa məcbur edir. 
“Parisdə  müvəqqəti  qaldığıma  əmin  idim,  tez-tez  Azərbaycanda  qalmıĢ 
atamla əlaqə saxlayırdım. 1925-ci ildə atam  yazırdı  ki,  məni Peterburqdan Ģəxsən 
tanıyan  Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinin  birinci  katibi 
Əliheydər  Qarayev  təklif  edir  ki,  Vətənə  qayıdım  və  hadisələr  zamanı  dağılmıĢ 
təsərrüfatların  bərpa  edilməsində  iĢtirak  edim.  Mən  bu  təklifdən  çox  məmnum 
oldum. 
Sovet  konsulluğundan  lazım  olan  sənədləri  aldım  və  1926-cı  ilin  fevral 
ayında  öz  həyat  yoldaĢım  ilə  birlikdə  Bakıya  qayıtdım.  Əliheydər  Qarayev  məni 
səmimi qarĢıladı. Mənzil almağa  kömək etdi  və leytenant  ġmidt adına zavoda iĢə 
göndərdi”. 
...AxĢam qonĢusu  mənə  zəng eləyib dedi ki,  Faris baba  sabah sizi görmək 
istəyir. Mümkünsə ona baĢ çəkin.  
iĢdən  bir  az  tez  çıxıb  onun  yanına  gəldim.  Biz  neçə  ilin  dostu,  hətta 
deyərdim, qohum kimi görüĢdük. 
- Ġndi  mənim  sənə iĢim düĢüb,  - dedi.  - Xəbərin  varmı, atamın dayısı oğlu 
Ġbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır. 
Həmin  günü  mənə  çoxlu  Ģəkil,  sənəd  göstərdi.  Səxavət  əli  açılan  Faris 
babanın mənə hədiyyə verdiyi Ģəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası 
Ġbrahim  ağa  Vəkilov  topoqrafiya  çəkiliĢi  zamanı  təsvir  olunub.  Hər  iki  Ģəklin 
orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 
2-də böyük rus yazıçısı Lev Tolstoya öz övladlarının islam dinini qəbul etmələrinin 
mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı.  
Faris  baba  bu  məktubun  fotosurətini  və  öz  əlilə  rus  dilində  yazdığı 
xatirələrini avtoqrafla mənə verdi. 
-  Oğul,  -  dedi,  -  mənim  ömrüm  qurtarır,  səninki  isə  baĢlayır,  qoy  bunlar 
səndə  qalsın.  Amma  mən  tənha  qocaya  tez-tez  baĢ  çək,  sənə  lazım  olan  çoxlu 
materiallar verərəm... 
 
GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV 
 
Bu  dəfə  söhbətimizin  əsas  mövzusu  Faris  babanın  əmisi  Ġbrahim  ağa 
Usubov  oldu.  General-mayor  Ġbrahim  ağa  Usubov  1872-ci  ildə  Qazax  qəzasının 
Qıraq  Salahlı  kəndində  dünyaya  gəlib.  Sənədlərdən  öyrənirəm  ki,  generalın  atası 
Musa  ağa  da  rus  ordusunun  zabiti  olub.  Ġran  Ģahzadəsi  Abbas  Mirzənin  qoĢunları 

45 
 
1826-cı  ildə  Azərbaycana  hücum  edəndə  atası  Musa  ağa  və  əmisi  Süleyman  ağa 
Usubovlar  Qazax  süvari  dəstəsində  mərdliklə  vuruĢmuĢlar.  Sonralar  PolĢa 
müharibəsindəki nümunəvi xidmətinə görə Musa ağa Ģtabs-kapitan rütbəsinə qədər 
yüksəlib.  
Faris  baba  sənədlərindən  birini  açır,  titrək  barınağını  üstündə  gəzdirə-
gəzdirə: 
-  Fikir  ver,  əmim  də  Əliağa  ġıxlinski  və  atam  kimi  Tiflisdəki  kadet 
korpusunu  bitirib,  özü  də  əla  qiymətlərlə,  -  deyir,  -  1890-cı  ildə  Xarkov  piyada 
Hərbiyyə məktəbinə daxil olur. Həmin məktəbi əla qiymətlərlə bitirib Ģtabs-kapitan 
rütbəsində  əsrimizin  əvvəllərində  baĢlayan  rus-yapon  müharibəsində  iĢtirak  edir. 
Port-Artur  döyüĢlərində  mərdliklə  vuruĢan  əmim  müqəddəs  Georgi  ordeninin 
dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur. Podpolkovnik rütbəsi alır. 
Həmyerliləri,  artilleriya  generalları  Əliağa  ġıxlinski  və  Səməd  bəy 
Mehmandarovla  çiyin-çiyinə  vuruĢan  podpolkovnik  Ġbrahim  ağa  Usubov  rus-
yapon müharibəsində az Ģücaət göstərmir. Port-Artur döyüĢlərindən sonra yenidən 
Xarkov  Ģəhərində  hərbi  xidmətə  baĢlayır.  1910-cu  ildə  Ġbrahim  ağa  Usubov 
Tiflisdə yaĢayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 
kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. 
Müsahibimdən soruĢdum: 
- Generalın oğlu, qızı qalırmı? 
- Bu saat hamısını deyəcəyəm, - Faris baba yenidən əl-ayağa düĢür. Köhnə 
cib  dəftərçələrinin  birini  götürüb,  o  birini  qoyur,  -  Ġki  adamla  görüĢ,  söhbət  elə. 
Əmim qızı Nigar xanım Usubova və generalın qardaĢı qızı Gövhər Usubova ilə. 
Elə  həmin  günü  Mirzə  ġəfi  küçəsinin  altı  nömrəli  mənzilində  yaĢayan 
Gövhər xanıma baĢ çəkdim. General-mayor əmisinin adını eĢidən kimi səksən yaĢlı 
qadının da gözlərində, sifətində qəribə bir iĢıq yandı. Sonra o iĢıq qəfildən çəkildi 
və yerində təəccüb qaldı: “Nə əcəb? Haradan yada düĢüb?”. 
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi: 
- Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən 
vəfat  etdi.  Yeganə  kiĢi  niĢanəsi  idi  əmim  ocağının.  Atam  Ġsmayılı  zorla 
xatırlayıram,  1910-cu  ildə  vəfat  etdikdən  sonra  əmim  Ġbrahimin  himayəsinə 
keçdim.  O,  Xarkovda  hərbi  qulluqda  olsa  da  doğma  kəndi  Salahlını  unutmurdu. 
1914-cü  ildə  məni  Bakıya  gətirib  Hacı  Zeynalabdin  Tağıyevin  Qız  məktəbinə 
qəbul  etdirdi.  1917-ci  ilədək  bu  məktəbdə  oxudum.  Bir  il  sonra  Azərbaycan 
Demokratik Hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü.  
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, iĢdə, qulluqda necə olmağını 
deyə  bilmərəm,  amma  evdə,  ailədə  əmim  xoĢxasiyyət,  həssas  qəlbli  insan  idi. 
Təhsil  və  tərbiyə  məsələsinə  ciddi  fikir  verərdi.  “Gövhər,  deyərdi,  -  səni  atanın 
arzusu  ilə  müəllimliyə  qoymuĢam.  Sənin  qarĢında  mədəni  insan  yetiĢdirmək  kimi 
nəcib bir vəzifə durur. Gərək  elə Ģagird  yetiĢdirəsən ki, onunla  həmiĢə  iftixar edə 
biləsən”. Yadımdadı, general Əliağa ġıxlinski tez-tez bizə gələrdi, hər iki bacanaq 

46 
 
Port-Artur döyüĢlərindən, Birinci Dünya müharibəsindəki fəaliyyətlərindən söhbət 
açardılar. 
Ġbrahim  ağa  Usubov  görkəmli  dövlət  xadimi  Nəriman  Nərimanovla, 
Əliheydər Qarayevlə, Mixail Frunze və baĢqaları ilə yaxın idi, 1916-cı ildə döyüĢ 
meydanlarında göstərdiyi Ģücaətə görə ona polkovnik rütbəsi verilmiĢdi. 
Bu müharibədə onun göstərdiyi Ģücaət haqqında “Kaspi” qəzetinin 26 fevral 
1916-cı  il  sayında  Ceyhun  Hacıbəyli  yazır:  “Yüz  iyirmi  ikinci  Tamboy  süvari 
alayının zabiti,  ikinci  dərəcəli “Müqəddəs Anna” ordenli Ġbrahim ağa  Usubov bu 
alaya  təyin  olunandan  sonra  polkovnik  rütbəsi  almıĢdır.  1914-cü  il  oktyabrın  on 
dördündə  Mizines  kəndi  ətrafindakı  yüksəkliyə  hücum  zamanı  Ġbrahim  ağa 
batalyona komandirlik edərkən düĢməni iki cərgə səngərdən vurub çıxartmıĢ və üç 
gün bu yüksəkliyi avstriyalıların əks-hücumlarından qoruyub saxlamıĢdır. 
Polkovnik  Ġbrahim  ağa  Usubov  artilleriyası  ilə  öz  alayına  himayədarlıq 
etmiĢ və PeremıĢl qalasından düĢməni vurub çıxartmıĢdır. 1918-ci ilin may ayında 
Ġbrahim ağa  Usubovu  milli  Azərbaycan diviziyasında  iĢləmək  üçün dəvət etdilər. 
O,  Əliağa  ġıxlinski,  Səməd  bəy  Mehmandarov,  Əbdülhəmid  bəy  QaytabaĢı, 
Cavadbəy  ġıxlinski  və  baĢqa  hərbiçilərlə  birgə  Azərbaycan  Demokratik 
Hökumətinin  milli  ordusunun  təĢkilinə  baĢladı.  On  səkkizinci  ilin  aprelində 
Gəncədə  praporĢik  məktəbi  açdılar.  Burada  azərbaycanlı  gənclər  təhsil  alırdılar.  
Bir  il  sonra  həmin  məktəb  Bakıya  köçürüldü  və  Azərbaycan  Hərbiyyə  məktəbi 
adlandırıldı.  1919-cu ildə  milli hökumət xalqına  sidq-ürəklə  xidmət etdiyinə  görə 
polkovnik Ġbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi. 
Milli hökumət Ġbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün 
hərbi  ləvazimat  və  hərbi  geyim  alıb  gətirmək  məqsədilə  Ġtaliyaya  ezam  etmiĢdi. 
Ġbrahim  ağa  Usubovun  xarici  ölkəyə  ezam  olunması  təsadüfi  deyildi.  O,  fransız, 
ingilis,  alman  və  polyak  dillərini  mükəmməl  bilirdi.  Respublika  Mərkəzi  Dövlət 
Arxivində  saxlanan  bir  sənəd  Müsavat  dövlətinin  Ġtaliyadakı  nümayəndəsinin 
müsavat  ordusuna  geyim  və  təchizat  əĢyaları  almaq  üçün  hərbi  nazirliklə 
danıĢıqları barəsində teleqram - bunu təsdiq edir.  
2 dekаbr 1919-cu il 
 
Özünün sərəncamında olmadığından Ġtaliyanın hərbi nazirliyi paltar və silah 
verə  bilmir.  O  avtomobillər,  aeroplanlar,  projektorlar,  dizliklər,  mələfələr  və 
adyallar  verir.  Geyim  əĢyaları  göndərilməsi  Gellə  tapĢırılıb.  Ġlk  partiya  dekabrın 
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər 
qiyməti əl versə, bu əĢyaların əvəzinə parça almaq barəsində fikirləĢərəm. Parçanın 
bizdəki qiymətini bildirməyinizi xahiĢ edirəm. 
General 
İbrahim ağa Usubov. 
 
- Əmim çox zarafatcıl idi, - deyən Gövhər xanım söhbətini davam etdirir. - 

47 
 
Bir  dəfə  süfrə  baĢında  olan  bir  əhvalat  yadıma  düĢdü.  Ġbrahim  əmim 
köksünü ötürüb: 
-  Of,  -  dedi,  -  balalarım,  kaĢ  hər  Ģeydə:  ağılda,  kamalda,  Ģöhrətdə  özümə 
oxĢasınlar. Amma bircə Ģeydə mənə yox, dayılarına oxĢasalar yaxĢıdı. 
Həyat yoldaĢı - bibim tez üstünə düĢdü. 
- De görüm, o nədi elə? 
Əmim bığaltı gülümsünüb: 
- Boyumu deyirəm, - dedi, - bircə boy-buxundan kəm-kəsirim var. 
Əmim  ortaboylu  idi,  ona  iĢarə  vururdu.  Əliağa  ġıxlinski  də  ona  zarafatla 
cavab verdi. 
- Eybi yoxdu, - dedi, - Ġbrahim, qəm eləmə, o da igidə bir yaraĢıqdır. 
- Gövhər xanım, general əminizin son taleyi necə olub? 
-  Ġyirminci  ilin  aprelində  XI  ordu  gəldi.  Əliağa  ġıxlinski,  Ġbrahim  ağa 
Vəkilov,  Səməd  bəy  Mehmandarov,  Firudin  bəy  Vəzirov,  əmim  və  bütün 
azərbaycanlı  hərbçilərə,  generallara  ilk  günlər  toxunmadılar.  Xüsusi  əmr  verdilər 
ki,  poqonlarınızı  çıxarın,  indi  Qızıl  Orduda  xidmət  edəcəksiniz.  Onlar  da  dinib-
danıĢmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv 
etmirəmsə,  hətta,  onlara  əmək  haqqı  da  təyin  etmiĢdilər.  Əmimə  vəsiqə  də 
vermiĢdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk 
günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim, Ġbrahim dayım 
da  bizə  gəlmiĢdi.  Hamı  kəndi,  qohumları,  uĢaqlıq  dostlarını  soruĢur,  deyib-
gülürdülər.    O  vaxt  bütün  hərbçilər  indiki  Ġstiqlal  küçəsindəki  beĢ  nömrəli  evdə 
yaĢayırdılar.  Gecə  on  ikiyə  iĢləyəndə  hər  kəs  öz  evinə  getdi.  Yenicə  yatmağa 
hazırlaĢırdıq ki, küçədə bir yük maĢını dayandı. MaĢından tökülüĢən əsgərlər qaça-
qaça  bloklara  doldular.  Tüfənglərin  qundağı  ilə  qapıları  döyüb  içəri  soxuldular. 
Əsgərlər  içəri  girən  kimi  əmimi  əhatəyə  aldılar.  Mən  əmimə  tərəf  atılıb  zorla 
əlindən  yapıĢıb  ağladım.  Əsgərlər  ev  əĢyalarını  siyahıya  aldılar.  Əmimin  orden-
medallarını  və  özünü  də  apardılar.  O  gecə  azərbaycanlı  generalları  –  Əliağa 
ġıxlinskini,  Səməd  bəy  Mehmandarovu,  Murad  Gəray  bəy  Tlexası,  Firudin  bəy 
Vəzirovu,  general-qubernator  Nərimanbəyovu,  polkovnik  Rüstəm  ağa  ġıxlinskini, 
kapitan  Bahadır  bəy  Vəkilovu,  əmim  Ġbrahim  ağa  Usubovu  -  hamısını  yük 
maĢınına  doldurub  apardılar.  Dallarınca  çox  gedib-gəldik,  bir  xəbər  öyrənə 
bilmədik.  Onları  həbs  etdirən  Ġlya  adlı  hərbçi  idi.  O,  yarı  erməni,  yarı  yəhudi  idi. 
Əmimi, on iki azərbaycanlı general və zabiti 1920-ci il iyunun on altısında gecə ilə 
Nargin  adasına  aparıb  orada  güllələyiblər.  Çox  get-gəldən  sonra  əmim  arvadı 
Gövhər  bibimə  əl  boyda  kağız  verdilər  ki,  onları  səhvən  güllələyiblər.  ġura 
hökuməti ailənizdən üzr istəyir. 
Əliağa  ġıxlinski  və  Səməd  bəy  Mehmandarov  isə  ayrı  kamerada  olublar. 
XoĢbəxtlikdən  onların  Nəriman  Nərimanova  göndərdikləri  məktub  çatıb  və  onlar 
xilas  olublar.  Orduya  soxulan  terrorçu-daĢnaklardan  ehtiyat  edən  Nərimanov  ona 

48 
 
görə  də  1920-ci  il  avqustun  1-də  Ə.ġıxlinskini  və  S.Mehmandarovu  Moskvaya 
göndərdi. 
General Ġbrahim ağa Usubovdan çox az niĢanə qalıb. Bir neçə Ģəkil, bir də 
qızı - Azərbaycan Dövlət koservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, 
professor  Nigar  xanım  Usubova...  Mübarizələrdə  keçən  ömrün  anları  indi  illərin 
saralıb-soldurduğu çox az Ģəkil və sənədlərdə yaĢayır. General-mayor Ġbrahim ağa 
Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır: 
-  Əliağa  əmim  deyirdi  ki,  atan  Ġbrahimin  hərbçi  istedadı  Birinci  Dünya 
müharibəsi  dövründə  özünü  parlaq  Ģəkildə  göstərdi.  DöyüĢ  zamanı  çevikliyi, 
piyada  qoĢundan  məharətlə  istifadə  etməsi,  xüsusilə  əsgərlərlə  səmimi  rəftarı 
Ġbrahimi  rus  ordusunda  mahir  bir  sərkərdə  kimi  tanıtdı.  Əliağa  əmim  bir  də 
danıĢırdı  ki,  M.V.Frunze  atanı  yaxĢı  bir  insan  kimi  tanıyırdı.  Birinci  Dünya 
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi. 
Mən  Xarkovda  anadan  olmuĢam.  UĢaq  olsam  da,  bəzi  əhvalatları  yaxĢı 
xatırlayıram.  Yadımdadır,  nə  münasibətləsə  evimizdə  qonaqlıq  vardı,  məclisdə 
yüksək  rütbəli  zabitlərlə  yanaĢı  sıravi  əsgərlər  də  iĢtirak  edirdi.  Əsgərlərdən  biri 
atam  haqqında  dedi:  -  baxmayaraq  ki,  o,  rus  deyil,  azərbaycanlıdır,  ancaq  bizim 
üçün doğma atadan da yaxındır. 
Atam  həqiqətən  də  əsgərlə  zabit  arasında  sərt  sədd  çəkməyən  adam  idi. 
Əsgərin bütün  hüquqlarını  əlindən alan zabitlərlə  o,  heç  vaxt razılaĢmazdı.  Məhz 
bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər. 
...Faris  baba  ilə  görüĢlərimin  birində  gördüm  ki,  o,  lüğətlə  bir  Azərbaycan 
yazıçısının romanını oxuyur. 
- Faris baba, - dedim, - indən belə dil öyrənmək gec deyilmi? 
- Öyrənirəm ki, Ġbrahim əmim kimi dünənə sabah deməyim. 
- O nə deməkdir? 
- Bu saat danıĢacam, - deyib qoca iri gözlərilə gülümsündü. - Xatirimdədir, 
1914-cü  ilin  yazında  atam  məni  də  götürüb  kəndimiz  Salahlıya  gəlmiĢdi.  Hələ 
müharibə  baĢlamamıĢdı.  Atam  doğma  kəndinə  getməyi,  qohumlara  baĢ  çəkməyi 
çox  sevirdi.  Ali  rütbədə,  yüksək  bir  yerdə  iĢləməyinə  baxmayaraq,  ildə  bir  neçə 
dəfə  kəndə  gedərdi.  “Bu  kənd  -  deyirdi,  -  oğul,  harda  olsam  mənimlədi,  adam  nə 
qədər  böyük  Ģəhərlərdə,  uzaq  ellərdə  olsa  da  doğmasını,  ondan  süd  əmdiyi  yeri 
unuda bilmir. Buna haqqı da yoxdur”. 
Atam  eĢidir  ki,  Ġbrahim  ağa  Usubov  da  ailəsi  ilə  kəndə  gəlib.  Abdulla 
əmimlə  onun  görüĢünə  gedirlər.  Abdulla  əmim  Ġbrahim  əmimdən  soruĢur  ki,  nə 
vaxt gəlmisən? 
Ġbrahim əmim cavab verir ki, “Sabah”. 
Atam  təəccüb  edir  ki,  bu  nə  danıĢıqdır.  Abdulla  əmim  iĢin  nə  yerdə 
olduğunu baĢa düĢür. Gülə-gülə deyir: 
- Ġbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. - 
Qoca əhvalatı danıĢıb kədərlə gülümsündü. - Ġbrahim əmim - dedi, - uzun müddət 

49 
 
Rusiyada  qulluq  etdiyindən  Azərbaycan  dilini  bir  az  yadırğamıĢdı.  Məni  də  tale 
ölkədən-ölkəyə,  Ģəhərdən-Ģəhərə  atıb.  Fransız,  ingilis  və  bir  neçə  dildə  sərbəst 
danıĢıb yaza bilirəm. Amma hiss edirəm ki, o qədər yadlarla oturub-durınuĢam ki, 
doğmamı unutmaq ərəfəsindəyəm. 
Faris  baba  çoxillik  ömründə  bitib-tükənməyən  hadisələrin,  əhvalatların 
Ģahidi  olmuĢdu.  Heyf  ki,  bu  səmimi,  mehriban  qoca  ilə  görüĢüm  onun  həyatının 
son günlərinə təsadüf etdi. O, bizim iĢıqlı dünyamızdan ömrünün doxsan dördüncü 
ilində köçdü. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin