ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   24

YARALI SÖHBƏT 
 
Bizim  iĢimiz  müqəddəs,  haqq  iĢidir,  bizim  ölməyimizlə  o  məhv 
olmayacaq.  -  Qalibiyyət  yolunda  bizim  qanımız  hələ  çox  töküləcək,  ancaq 
göstərilən  fədakarlıqla,  verilən  qurbanlarla  böyük  ideyalar  qalib  gəlir.  Biz 
ölməklə,  al  qanımıza  boyanmıĢ  azadlıq  və  bərabərlik  bayrağını  intiqam  və 
qalibiyyət irsini gələcək nəsillərə qoyub gedirik. 
Spartak 
 
Faris  babanın  kiçik  qardaĢı  polkovnik  Qalib  bəy  Vəkilovun  1918-ci  ildə 
yaranan  Milli  Orduda  böyük  xidmətləri  olub.  Onu  da  otuz  yeddidə  həbs  ediblər. 
Arabir qardaĢı haqqında soruĢurdum. Hər dəfə də o, söhbətin yönünü dəyiĢir və bu 
barədə danıĢmaq istəmirdi. Yüzü haqlayıb, uĢaq kimi kövrək olan qocanın qəlbinə 
dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz Ġldırımdan saldım. Bilirdim ki, Çingiz 
Ġldırımla Qalib bəy dost olublar. Qoca məcbur olub ötəri bir əhvalat danıĢdı. Mən 
əl çəkməyib, - Qalib bəy niyə tutulub? - deyə soruĢanda qoca əlimdən yapıĢıb:  
-  Bərk  yorulmuĢam,  -  dedi.  Qoy  qardaĢım  Qalib  haqqında  söhbət  sonraya 
qalsın,  onun  faciəsi  çox  uzundur.  Bu,  illərlə  ürəyimdə  gəzdirdiyim  yaralı  bir 
söhbətdir.  
Yazıq  görkəm  alan  qoca  üzrxahlıq  elədi,  -  Ġncimə,  gələn  Ģənbə-bazar 
gözləyəcəm... 
Təəssüf  ki,  Faris  baba  mənə  görüĢmək  üçün  vəd  etdiyi  bazar  gününə  kimi 
yaĢamadı... 
Sonralar  Qalib  bəy  Vəkilovun  doğma  qızı  Leyla  xanımla  bir  neçə  dəfə 
görüĢdüm.  Pedaqoji  elmlər  doktoru,  professor  Leyla  xanım  Vəkilova  M.F. 
Axundov adına Rus Dili və Ədəbiyyatı Ġnstitutunda iĢləyirdi. 
General  Əliağa  ġıxlinskinin  onlarda  saxlanan  nadir  Ģəkillərinin  üzünü 
çıxartdıranda,  general  babası  Ġbrahim  ağa  Vəkilov  haqqında  veriliĢ  hazırlayanda 
arabir atası haqqında da soruĢdum. O da əmisi kimi suallarıma çox qısa cavab verir 
və nədənsə bu mövzunun üstündən sükutla keçirdi. 
“...Bu  gün  bütün  bunlar  qəribə  görünür,  ancaq  o  illər  repressiya 
olunanların,  hətta uşaqları da bəzən öz ata-analarının günahkar olmasına inanır 

50 
 
və açıq-aşkar onlardan üz çevirirdilər. Bu, nə ilə əlaqədar idi? Qorxaqlıqla, yoxsa 
öz  şəxsi  həyatını  qorumaqla?  Bu  da  vardı,  amma  əsas  səbəb  yalnız  kor-koranə, 
fanatik inam idi”. 
Professor Nikolay TruĢenkonun bu sətirlərini “Smena” jurnalında (1988, № 
9)  oxuyanda  dərhal  Leyla  xanımı  xatırladım.  Susmağının  səbəbini  sanki  bu 
sətirlərdə tapmıĢdım. Elə ki, atası haqqında danıĢmağa baĢladı, bir daha gördüm və 
hiss  etdim  ki,  Leyla  xanımdan  qorxu  hissi,  doğrudan  da,  çox  uzaqdır.  Zarafat 
deyildi, doğma atadan danıĢmaq, yazmaq əlli ildən çox idi yasaq edilmiĢdi. O, heç 
vaxt  “xalq  düĢməni”  atasından  üz  döndərməmiĢdi.  Nə  kor-koranə,  fanatikcəsinə 
“ellər  atası  Stalinə”,  nə  də  M.C.Bağırova  özünün  pənahı  kimi  pərəstiĢ  edə 
bilməmiĢdi. O illərdə incidilmiĢ əlli bir min “gözükölgəli” azərbaycanlı ailəsindən 
biri kimi dərdini ürəyində çəkmiĢdi. Və bəlkə də Leyla xanımın ağlına gəlməzdi ki, 
vaxt gələcək, aĢkarlığın, demokratiyanın iĢığında hər Ģey açıq-aydın etiraf ediləcək. 
Bütün  gümanlar,  Ģübhələr  ürəklərdən  silinib  atılacaq,  haqq-nahaq  öz  yerini 
tapacaq. 
- Təəssüf ki, mən atamı babam Ġbrahim ağadan daha az görmüĢəm, - Leyla 
xanım  söhbətinə  general  babasından  baĢlayır.  –  Ġlk  dəfə  atam  Qalib  bəy  həbs 
ediləndə  mənim  cəmisi  altı  yaĢım  vardı.  Ġkinci  dəfə  isə  on  üç  yaĢında  idim.  Ona 
görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar daha çoxdur. 
-  Bəs  general  babanız  Ġbrahim  ağa  Vəkilov  atanız  həbs  ediləndə  sizə  onun 
haqqında heç nə danıĢmayıb? 
-  Yox,  Babam  heç  vaxt  oğlunun  günahsız  həbs  olunması  haqqında  söhbət 
salmazdı.  Sonralar  mənə  məlum  oldu  ki,  babam  atamın  tutulmasını  ürəyində 
sağalmaz yara kimi gəzdirirmiĢ. Mənim kimi körpə qız uĢağına xalqının, Vətəninin 
rifahı  üçün  çalıĢan  atamın  xidmətlərini  və  onun  günahsızlığını  baĢa  salmaq 
iqtidarında deyilmiĢ. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi də 
gözüm  önünə  gətirəndə  kövrəlirəm.  Babam  o  ağır  illərdə  qanadları  qırılmıĢ  quĢ 
kimi gəzirdi. 
General-topoqraf  Ġbrahim  ağa  Vəkilovun  ailəsində  üç  övlad  böyüyürdü. 
1866-cı  il  iyunun  20-də  isə  tale  bu  ailəyə  yeganə  qız  payı  -  Rəna  xanımı  bəxĢ 
etmiĢdi.  XoĢbəxt  ailənin  bircə  nigarançılığı  vardı:  ata  müsəlman,  ana  isə  xristian 
dininə  mənsubdur.  Bəs  övladları  hansı  məzhəbə  qulluq  etməlidir?  -  sualı  ailəni 
keçilməz sədd, dibigörünməz qaranlıq qarĢısında qoymuĢdu. 
Qleb  sənətində  atanın  yolunu  seçdi.  O,  hərbçi  olmaq  məqsədi  ilə  Tiflis 
kadet  korpusunu  müvəffəqiyyətlə  bitirib  Xarkovdakı  üçüncü  Aleksandr  adına  Ali 
Hərbi-Texniki Ġnstitututa qəbul olundu. Ġkinci kursdan sonra Qleb Vəkilov könüllü 
olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev Hərbi Məktəbində 
təhsilini davam etdirdi. 
Əsrin  əvvəllərində  fəhlə  sinfi  ayağa  qalxıb  mütləqiyyətm  rədd  olunmasını 
tələb  edirdi.  Qanlı  bazar  hadisələrindən  hiddətlənən  xalq  hərəkatı  coĢmuĢdu. 
Ġmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarĢılandı. Belə təlatümlü, 

51 
 
qarıĢıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda 
təhsil  alan  böyük  oğlu  Borisi,  Moskvada  yunker  məktəbində  oxuyan  Qlebi  də  bir 
sual  düĢündürdü.  Mən  kiməm,  hansı  millətə  məxsusəm?  Bu  izahedilməz  sual 
qarĢısında qalan hər iki qardaĢ tez-tez ata-anaya müraciət edirdilər. 
Faris  Vəkilovun  söhbətindən:  -  Mənim  on  doqquz  yaĢım  tamam  oldu. 
Dərs  məĢğələləri  ilə  bərabər  Məhəmmədin  dininə  keçmək  fikri  də  məni  tərk 
etmirdi.  l904-05-ci  illərdəki  Ģərait  bu  niyyətimin  həyata  keçməsinə  kömək  etməli 
idi.  Bədniyyətli  rus-yapon  müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi  əhvali-
ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.  
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəĢr olundu. Orada hər hansı 
bir səbəbdən öz ata-baba dinindən dönmüĢlərə yenidən o dinə qayıtmalarına icazə 
verilirdi.  Adama  elə  gəlirdi  ki,  müvafiq  ərizə  vermək  kifayətdir  ki,  bununla  da 
məsələ  həll  olunsun.  Təcrübəli  adamlar,  o  cümlədən  mənim  valideynlərim 
Peterburqa  gəliĢimin  birinci  ilində  pravoslav  dinin  müdafiəçilərini  bilavasitə 
yaxınlığında  bu  məsələni  qaldırmağı  məsləhət  görmədilər.  Anamın  Lev  Tolstoya 
məktubunda  da  bu  ehtiyat  öz  əksini  tapmıĢdı.  XoĢagəlməz  hadisələrdən  yaxa 
qurtarmaq  məqsədilə  mənim  niyyətimin  həyata  keçirilməsini  bir  qədər  ləngitməli 
olduq. 
Ona  görə  də  çıxılmaz  vəziyyətdə  qalan  anam  Yelena  Yefimovna  Vəkilova 
1909-cu  il  martın  2-də  dahi  yazıçı  Lev  Nikolayeviç  Tolstoya  məktubla  müraciət 
etməli olub. 
1910-cu  ildə  yunker  Qalib  bəy  Vəkilov  Moskvadakı  Alekseyev  hərbi-
texniki məktəbini bitirib xidmətə baĢladı. Birinci Dünya müharibəsi baĢlananda o, 
Qərb  cəbhəsindəki  mühəndis  alayında  döyüĢürdü.  Molodeçnıy  Ģəhəri  uğrunda 
gedən  döyüĢlərdə  göstərdiyi  qəhrəmanlığa  görə  podpolkovnik  Qalib  bəy  Vəkilov 
2-ci  dərəcəli  müqəddəs  Georgi  ordeni  ilə  təltif  olundu.  Hərbi-texniki  mütəxəssis 
kimi Qalib bəy Vəkilovun  ən baĢlıca vəzifəsi düĢmənin qəfil  hücum edəcəyi bərə 
və keçidlərin  möhkəm qurulması, səngərlərdə piyada və tank  əleyhinə  mərmilərin 
dəqiq yerləĢdirilməsi idi. 
Leyla  xanımın  stolun  üstünə  qoyduğu  müxtəlif  sənəd  və  foto-Ģəkillərin 
hamısı inqilabdan əvvələ məxsusdur. Onların arasında çox qalın olmayan bir kitab 
da  var.  Bu,  məĢhur  ədəbiyyatĢünas  Firudin  bəy  Köçərlinin  ilk  “Azərbaycan 
tatarlarının  ədəbiyyatı”  kitabıdır.  Onu  müəllif  22  oktyabr  1903-cü  ildə  avtoqrafla 
Leyla  xanımın  general  babasına  hədiyyə  verib.  “Hörmətli  İbrahim  ağa  Vəkilova 
böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori şəhəri”. 
ġəkillərdən  ikisi  daha  maraqlıdır.  Onlar  general-leytenant  Əliağa 
ġıxlinskiyə  məxsusdur.  Ġndiyədək  heç  kəsə  məlum  olmayan  və  heç  yerdə  dərc 
edilməyən bu Ģəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və üç nəfər Ģəfqət bacısı ilə 
birgə Ģəkildə isə Əliağa ġıxlinski həyat yoldaĢı Nigar xanımla birgə dayanıb. 
-  Nigar  xanımla  yanaĢı  əyləĢən  anam  Aleksandra  Ġvanovna  Vəkilovadır. 
Anam  da  atam  Qaliblə  birgə  Birinci  Dünya  müharibəsi  illərində  döyüĢən  orduda 

52 
 
xidmət  edib.  Anamın  rütbəsi  leytenant  olub.  O  da  Nigar  xanım  kimi  hərbi  səhra 
qospitalında  Ģəfqət  bacısı  iĢləyib.  Oktyabr  inqilabı  baĢlananda  onlar  Minsk 
ətrafindakı  cəbhədə  olublar.  Atam  üç  ay  ordu  sıralarında  komandir  kimi  xidmət 
etdikdən  sonra  komandanlıq  onu  qulluğunu  davam  etdirınək  üçün  Bakıya  ezam 
edir.  O,  yeni  yaranan  Azərbaycan  Milli  Ordusunda  hərbi-mühəndislər  idarəsinin 
rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər 
iĢləyir. Sonra atam XI Ordunun Ənzəli Ģəhərindəki mühəndis qoĢunları hissəsinin 
rəisi vəzifəsində qulluq edir. 
Anam da bu yürüĢdə atamla birgə olub. Atam bu yürüĢdə ağır xəstələnib. O, 
malta  qızdırmasına  tutulub.  Xəstəliyinə  baxmayaraq,  1922-ci  ildə  yenidən 
Azərbaycan  BaĢ  Hərbi  -  Mühəndislər  Ġdarəsinin  rəisi  vəzifəsində  iĢə  baĢlayıb. 
Sonra  Zaqafqaziya  Qızıl  Ordu  hərbi  inqilab  Ģurasının  hərbi  sənaye  komitəsinin 
direktoru olub. Bu vəzifədə beĢ il iĢləyib. 
- Leyla xanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci 
ildən əvvəl nə vaxt həbs olunmuĢdu? 
-  Atam  ilk  dəfə  1931-ci  ildə  həbs  edilib.  O,  inĢaatçı-mühəndis  sifətilə 
Belomor-Baltik  kanalının  tikintisində  dustaq  kimi  iĢləmiĢdi.  1933-cü  ildə  o, 
həbsxanadan gəldi. Qocalıb əldən düĢmüĢ, xəstəhal atamın saçı tamam ağarmıĢ və 
dinib-danıĢmaz  olmuĢdu.  O,  tək  bircə  dəfə  mənimlə  həbs  olunması  haqqında 
söhbət  edəndə  dedi:  “Kim  mənim  haqqımda  sənə  nə  deyir  desin,  bilmirəm.  Bircə 
onu  yadında  saxla  ki,  mən  nə  Vətənimin,  nə  xalqımın  qarĢısında,  nə  sənin,  nə 
ananın, nə də heç kəsin qarĢısında günahkar deyiləm”. 
Belomor-Baltik  kanalı  tikintisindən  qayıdandan  sonra  atam  Bakıda  məiĢət-
tikinti trestində direktor müavini iĢlədi. 
Yadımdadır,  çox  tez-tez  xəstələnirdi.  SemaĢko  adına  xəstəxanada, 
dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu 
operasiya  elədilər.  Anamla  yanına  çox  çətinliklə  gedib-gəlirdik.  Bir  xeyli  sonra 
atamın  səhhəti  yaxĢılaĢdı.  Ailəmizin  güzəranı  da  pis  deyildi.  O,  iĢini  dəyiĢmiĢdi. 
Ġndi  Kür  üstündəki  Bankə  qəsəbəsində  iĢləyirdi.  Sən  demə,  ən  dəhĢətlisi  irəlidə 
imiĢ. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhĢətli qara il yüzlərlə saf 
Azərbaycan ziyalısı ilə birlikdə atamı da uddu... 
1956-cı  ildə  atamın  günahsız  məhv  edilməsi  haqqında  iki  bəraət  məktubu 
aldım.  Biri  1931-ci  ilə  görə,  biri  də  1937-yə  görə.  Sonuncuda  yazılmıĢdı  ki, 
polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla mən isə otuz 
yeddinci ildən əlli altıya qədər onu həbsxənalarda axtarırdıq. 
Leyla  xanım  Vəkilovanın  stolunun  üstündə  daha  bir  tarixi  Ģəkil  var:  süfrə 
arxasında altı nəfər əyləĢib. Ovdan qayıdıb nahar edirlər. MəĢhur sovet sərkərdəsi 
Mixail  Frunze  sol  əli  çənəsində  dərin  düĢüncələrə  dalıb.  Onun  sağ  yanında 
dayanmıĢ  Əliheydər  Qarayevlə  Qalib  bəy  Vəkilov  da  fikirlidirlər. Təkcə  diviziya 
komandiri  Məmməd  Veysov  məĢğuldur.  O,  əlindəki  çəngəl-bıçaqla  qarĢısındakı 
qabda  nəyisə  doğrayır.  Qalan  iki  nəfərin  kimliyi  məlum  deyil.  Leyla  xanım  deyir 

53 
 
ki,  bu  Ģəkil  1925-ci  ilin  qıĢında  M.V.Frunze  ikinci  dəfə  Azərbaycana  gələndə 
Xaçmaz  rayonunun  ərazisindəki  keçmiĢ  Neruçev  (indik  №-li  sovxoz) 
malikanəsində çəkilib. 
Altı  ay  keçməmiĢ  bu  sıradan  biri  -  M.Frunze  qəfil  vəfat  etdi.  Əliheydər 
Qarayev,  Qalib  bəy  Vəkilov  otuz  yeddinin  qurbanı  oldular.  Məmməd  Veysov  isə 
doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi. 
- Leyla xaınm, atanızın dostlarından kimləri xatırlayırsınız? 
-  Hələ  uĢaq  idim,  yadıma  gəlir  ki,  M.V.Frunze,  Əliağa  ġıxlinski,  Serqo 
Orconikidze və ən çox Çingiz Ġldırım qonağımız olardı. Çingiz Ġldırım mənim üçün 
“Çi dayı idi.” O, çox Ģən, səsli-küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür 
macəralar danıĢan “Çi dayı” idi. 
Onun  ailəsi  yox  idi.  Vaxtının  çoxunu  atamla  bizdə  keçirərdi.  “Çi  dayı” 
uĢaqlara xüsusi məhəbbət və hörmətlə yanaĢardı. 
Onun  danıĢdığı  yarımfantastik  hekayətlər  də  yaxĢı  yadımdadır.  O,  nəql 
edərdi  ki  bir  dəfə  qatar  gedə-gedə  atılıb  ona  mindim,  ordan  da  hoppanıb  uçan 
təyyarənin üstünə qondum, bunları danıĢır, özü də mənimlə birgə gah təəccüblənər, 
gah da uğunub gedərdi. 
O  danıĢırdı  ki,  yadıma  gəlir,  bir  dəfə  Lənkəran  tərəfdə  ov  eləyəndə 
qamıĢlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmiĢdim. “Çi 
dayı” hər gəliĢində mənə rəngli uĢaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuĢ 
qaban heykəli gətirdi. Pəncəsində anama avtoqrof yazdırmıĢdı. 
Həmin heykəl - qaban budur. Ġndi də saxlayıram.  
Atamın yazı stolunun üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan 
sonra  çəkilmiĢ  fotoĢəkli  qoyulmuĢdu.  Onu  Çingiz  əmi  avtoqrafla  atama 
bağıĢlamıĢdı. 
Birdən-birə  “Çi  dayı”  yoxa  çıxdı.  Bir  müddət  bizə  gəlmədi.  Hər  dəfə  mən 
atamdan soruĢanda ki “Çi dayı” niyə bizə gəlmir, onlar susardılar. Mənim sualım 
cavabsız qalardı. Xeyli sonra mən baĢa düĢdüm ki, o qara illərin qorxunc əli onun 
da  yaxasından  yapıĢıb.  Çingiz  Ġldırım  yaxasını  qurtarmaq  üçün  əvvəl 
Maqnitoqorsk,  1934-də  isə  Kirov-Roqa  gedir.  Amma  orda  da  onu  axtarıb  tapdırır 
və güllələtdirirlər. 
Leyla  xanım  stolun  üstündəki  Ģəkli  götürüb  kədərli  səslə:  -  “Çi  dayı”nın 
atama  bağıĢladığı  bu  Ģəkil  qeyri-adi  bir  təsadüf  nəticəsində  bizdə  qalıb,  -  deyir. 
Atam  həbs  olunanda  onun  kitabları,  bağıĢlanmıĢ  Ģəxsi  silahı,  sənədləri  hamısı 
müsadirə olundu. “Çi dayı”nın bu Ģəkli isə sonralar lazımsız bir kitabın arasından 
çıxdı.  Atam  Çingiz  Ġldırımdan  sonra  həbs  olunacağını  gözləyirdi.  O,  hətta,  “Çi 
dayı”nın həbs olunmasını eĢidəndə anama deyib ki, indi növbə mənimdir. 
Görünür,  atam  bilə-bilə  “Çi  dayı”nı  Ģəklini  lazımsız  kitabın  arasına  qoyub 
ki, ələ düĢməsin. 

54 
 
Çingiz  Ġldırıma  bəraət  veriləndən  sonra  bu  nadir  Ģəkil  o  gözəl  insandan 
demək  olar  ki,  yeganə  yadigar  idi.  Bizim  muzeylər  bu  Ģəklin  surətini  çıxartdılar. 
Adını daĢıyan Politexnik Ġnstitutu qarĢısındakı büst də bu Ģəkil əsasında qoyuldu. 
 
ƏZABKEġ ĠNSANIN XATĠRƏLƏRĠ 
 
Xatirə  tarix  elmi  kimidir.  Belə  halda  gərək  hər  şeyi  olduğu  kimi  nağıl 
edəsən,  artırıb-əskiltməyəsən.  Düzgün  xatirə  yazmaq  üçün  gündəliyin  əhəmiyyəti 
böyükdür.  Çox  təəssüf  ki,  bu  gözəl  mədəni  adət  bizdə  az  qala  tamamilə 
unudulmuşdur. 
Məmmədcəfər Cəfərov, 
akademik 
 
Sovetlər  dövründə  hər  adam  xatirə  yazmağa,  gündəlik  tutmağa  cəsarət 
eləmirdi.  Çünki  xatirəni  dövlət  xadimi,  müdrik  adamlar  yazır.  Vəzifədə  olan 
azərbaycanlılar  totolitar  rejimdə  o  qədər  sıxıĢdırılıb,  o  qədər  “döyülüblər”  ki, 
əksəriyyəti  bu  xeyirxah  iĢdən  vaz  keçiblər.  Əgər  yazmalı  da  olsaydılar,  mütləq 
dövrün onların səsini içində boğduğunu, ədalətsizliyi yazmalı idilər. 
Faris  bəy  Vəkilovdan  bizə  yadigar  qalan  gündəlik  çox  yığcam  xatirədir. 
Ömrünün  doxsan  birinci  ilində  yaddaĢına  arxalanan  bu  saf  ziyalı  inamla  demək 
olar  ki,  heç  bir  tarixi  faktda,  ildə  təhrifə  yol  verməyib.  Yejov  kimi  qaniçənin 
hökmranlığı  dövründə  -  1936-1937-ci  illərdə  biliyinə  və  bacarığına  görə  Moskva 
yaxınlığındakı  “BeĢ  saylı zavodda”direktor iĢləyən Faris bəyi türk olduğuna  görə 
təqib ediblər. O acı illəri xatırlayan Faris bəy yazır: “Mənim orada nələr çəkdiyimi 
yazan  olsa,  həcmcə  böyük,  məzmunca  çox  təsiri  bir  əsər  yaranardı.  Rusların 
təsəvvüründə “türk” sözü  “düşmən anlayışı ifadə edirdi.  Bir neçə həftə  işdən evə 
qayıdarkən, soyunmadan yatırdım, hər an həbs olunacağımı gözləyirdim. Nə üçün? 
sualını vermək çox gülməli idi”. 
Nəhayət,  vətəni  Azərbaycana  qayıtmağa  məcbur  olan  Faris  bəyin  iĢdən 
getməsinə bircə nəfər - zavod partiya təĢkilatı katibi Aleksandr Dudetski təəssüflə: 
- Siz niyə gedirsiniz? Biz Sizin büllur kimi təmiz adam olduğunuza əminik. 
Xatirələrində  Faris  bəy  1917-ci  ildən  birbaĢa  1923-cü  ilə  keçir.  Bu  da 
təbiidir.  YetmiĢinci  illərdə  hələ  Sovet  orqanlarının,  senzorun  qadağaları  mövcud 
idi. Həyatının Müsavat dövrünü, Fransada yaĢadığı illəri ötəri təsvir edir. Halbuki 
1922-1926-cı  illərdə  Parisdə  mühacirətdə  olan  alim-general  Məmmədsadıq  bəy 
Ağabəyzadə  Fransadan  xalası  oğlu,  məĢhur  alim  Əlibəy  Hüseynzadəyə  1922-ci 
ildə  yazdığı  məktublarda  Ģəhərdə  Faris  bəy  Vəkilova  rast  gəlib,  vətən  haqqında 
dərdləĢdiklərindən yanıqlı epizodlar yazır. 
Əlbəttə, bütün bunları yazmamaq Faris bəy Vəkilovun günahı deyil. Günah 
zamanın sərt abı-havası idi. “Ġlan vuran ala çatıdan qorxar” - deyib atalar. Faris bəy 
18 illik sürgündə gözü ilə od-alov görüb gəlmiĢdi. 

55 
 
Atalar  yaxĢı  deyib  ki,  qismətdən  artıq  yemək  mümkün  olmadığı  kimi, 
bəladan  da  qaçıb  qurtarmaq  olmaz.  Vətəndə  Faris  bəyi  pis  qarĢılamadılar. 
Mütəxəssis kimi o, lazım idi. Amma müsavatçı kimi də gözdən iraq buraxmadılar. 
“Rəhbərlik  məni  zavoddan  çıxardıb,  Baksovet  sisteminə  keçirməyi  qərara  aldı. 
Baksovetin  müəssisələrinin  səmərəli  iĢinə,  rəhbərlik  etmək,  ruhlandırmaq  isə, 
üçüncü  Ģəxs,  “sayıq  göz”,  xüsusi  Ģöbənin  rəisi  Arsen  Arakelova  həvalə  edildi. 
Onun peĢəsinin nə olduğunu bilirdim.  Ancaq onun nə üçün orada olduğunu yaxĢı 
bilmirdim.  Köhnə  mühəndis,  partiyaçı  olmayan,  bəy  ailəsindən  olan  Faris  bəy 
Vəkilovu nəzarətsiz qoymaq olmazdı”. 
Nəhayət, 1942-ci ilin yayında Faris bəy Vəkilovun həyatına qara bir səhifə 
yazılır.  Orqan  iĢçiləri  -  Medvedyev  və  ĠĢxanov  addımbaĢı  izlədikləri  Faris  bəyi 
həbs edirlər. 
Ġlk dindirilmədə müstəntiq ĠĢxanov (ĠĢxanyan - ġ.N.) kin-küdurətlə deyir:  
- Sizin istehsalat fəaliyyətiniz bizə yaxĢı bəllidir, o, nöqsansızdır (bu, onun 
dediyi sözlərdir), ancaq siz düĢüncə tərzinizə görə cəzalanmalısınız. 
Yalnız  düĢüncə  tərzinə  görə  on səkkiz  il həbsxanalarda, sürgündə  olmazın 
əzab  çəkən  Faris  bəy  vətənə  qayıda  bilir.  Sonralar  Sovet  Dövlət  Təhlükəsizlik 
Ģöbəsinin polkovniki Veliçko ona bəraət verərkən demiĢdi: 
-  Sənədlər  və  faktlar  göstərir  ki,  sənin  heç  bir  günahın  yoxdur.  Müstəntiq 
ĠĢxanovun sənin haqqında topladığı iki cildlik sənədlər heç bir çürük yumurtaya da 
dəyməz. 
Zənnimizcə,  Faris  bəy  Vəkilovun  ən  böyük  “günahı”  1918-1920-ci  illərdə 
Gürcüstan  hökuməti  yanında  Azərbaycanın  səlahiyyətli  nümayəndəsi,  çar  və 
müsavat  generalının  oğlu  olması  yə  əla  bir  mühəndis  kimi  Ģöhrət  qazanması  idi. 
Namərd erməni ĠĢxanov bunların üçünü da yığcamlaĢdırıb ona “düĢüncə tərzi” adı 
ilə siyasi rəng verib. 
O  illərdə  ağıllı  adamların  biliyinə,  fikirlərinə  siyasi  rəng  vermək  orqan 
iĢçiləri  arasında  dəbdə  idi.  Çünki  belə  günahsız  ziyalılara  ayrı  cür  qara  yaxa 
bilmirdilər. Ümumtürk tarixinin görkəmli tədqiqatçısı Lev Nikolayeviç Qumilyovu 
1937-ci ildə həbs edən XDĠK-nın prokuroru xüsusi müĢavirənin qərarını oxuyaraq 
demiĢdi: 
“Siz  təhlükəlisiniz,  çünki  çox  savadlısınız.  Ona  görə  də  on  il  həbs  cəzası 
alacaqsınız”. 
Faris bəy Vəkilovun 1977-ci ildə səliqə-səhmanla yazdığı xatirələri 1914-cü 
ildən  baĢlanır.  Maraqla  oxunan  bu  xatirə  Ģəxsi  xarakter  daĢımır.  Burda  elə 
epizodlar,  elə  hadisələr  var  ki,  onu  həyəcansız  oxumaq  mümkün  deyil.  Nə 
gizlədim,  bir  nəfəsə  oxudum  bu  saf  qəlblə,  Ģirin  qələmlə  yazılmıĢ  xatirələri. 
Oxuduqca  fransızların  müdrik  bir  xalq  deyimini  xatırladım:  “Yazanda,  vicdanla, 
allah dərgahına üz tutaraq, bir də bəşəriyyətin istəkləri naminə yazmaq lazımdır”.  
 
 

56 
 
MƏNĠM NƏ ZAMAN VƏ HARADA ĠġLƏDĠYĠM 
HAQQINDA QISA TƏƏSÜRAT 
(Petroqrad, 1914-1915-ci illər, Putilov zavodu) 
 
Mənim əmək fəaliyyətim 1914-cü ildə baĢlayıb. Mən Ġmperator I Nikolayın 
Peterburq Texnoloji Ġnstitutunun 5-ci kursunun tələbəsi idim və diplom layihəsinin 
müdafiəsinə  hazırlaĢırdım.  Almaniya  ilə  müharibə  baĢladı.  Mən  tam  ali  təhsilli 
ixtisasçı  olmasam  da,  müdafiədə  iĢləməyə  -  Petroqrad  Putilov  zavodunun  Top 
emalatxanasına ezam edilim. 
O  zaman  zavodda  30000-ə  yaxın  iĢçi  vardı.  Yalnız  Top  emalatxanasında 
3000-ə  yaxın  fəhlə  çalıĢırdı.  Mən  ora  getməmiĢdən  qabaq  Top  emalatxanasında 
bizim institutu bitirmiĢ beĢ gənc mühəndis iĢləyirdi. Onlar hamısı kontor xarakterli 
iĢlərdə - layihə, planlaĢdırma və sairədə iĢləyirdilər. Bir neçə gün bəzi qrafik iĢlər 
ilə məĢğul olduqdan sonra, mən baĢa düĢdüm ki, bu, mənim iĢim deyil. Sexlərdən 
eĢidilən dəzgah və motor səsləri mənim diqətimi cəlb edirdi. Hiss edilirdi ki, orada 
qaynar  iĢ  gedir.  Mən  emalatxananın  baĢ  mexaniki  Nikolay  Ġvanoviç  Pomelov  ilə 
tanıĢ  olmuĢdum  və  onu  müxtəlif  dəzgahlar,  onların  xüsusiyyətləri  və  xassələri 
haqqında  suallarla  narahat  edirdim.  Nikolay  Ġvanoviç  böyük  həvəs  ilə  çoxillik 
təcrübəsini  mənimlə  bölüĢürdü.  Fəhlə  ailəsində  həyata  gəlmiĢ,  xüsusi  savadı 
olmayan,  böyük  iĢ  təcrübəsi  olan  bu  Ģəxs,  özünün  məndən  qat-qat  təcrübəli 
olduğunu hiss etdirmədən, bildiklərini məndən əsirgəmirdi. Bizim tanıĢlığımızdan 
bir  neçə  gün  sonra,  mənim  inciyəcəyimdən  ehtiyat  edərək  o,  böyük  ədəblə  mənə 
özünün  köməkçisi  yerini  təklif  etdi.  Mən  bu  təklifə  görə  çox  sevindim,  təĢəkkür 
etdim  və  Nikolay  Ġvanoviçə  bildirdim  ki,  mən  tələbəlik  həyatını  bitirsəm  də, 
istehsalatda  heç  bir  təcrübəm  yoxdur  və  ola  bilər  ki,  çox  da  yaxĢı  köməkçi 
olmayam.  Nikolay  Ġvanoviçi  bu  sözlər  fikrindən  döndərmədi.  Mənim  razılığımı 
qəbul edib, elə həmin gün bu haqda Top emalatxanasının rəisi Bonifatiy Pavloviç 
Fyodorovla  danıĢdı.  Fyodorov  isə  o  zamankı  vaxt  və  Ģərait  üçün  nüfuzlu  bir 
Ģəxsiyyət  idi.  Müharibə  vaxtı  bilavasitə  üç  topçu  generalın  müĢahidəsi  altında, 
3000  fəhləsi  olan  məsul  bir  emalatxanada  rəhbərlik  etmək  çox  çətin  iĢ  idi. 
Fyodorov  diplomlu  mühəndis  deyildi.  Fəhlə  ailəsində  böyümüĢ,  zavod 
zəhmətkeĢlərinin  sərt  məktəbini  keçmiĢ  bu  Ģəxs,  yersiz  incəliklərdən  uzaq  idi. 
Onun  tabeliyində  iki  diplomlu  mühəndis  var  idi.  O,  çox  tələbkar  idi,  heç  bir 
güzəĢtə  yol  verməzdi.  Fyodorov  öz  emalatxanasının  bəlası  idi.  O,  məni  köməkçi 
götürmək  üçün  Pomelova  razılıq  verdi.  Birinci  günlər  hərlənən,  küy  salan 
maĢınların səsindən çəkdiyim həyəcanları uzun müddət unuda bilmirdim. Fəhlələr 
tezliklə  mənim  dəzgahlardan  xəbərdar  olmadığımı  baĢa  düĢdülər.  Onlar  mənim 
hətta  xırda  məsələləri  belə  həll  edə  bilmədiyimi  görürdülər.  Yazı  masaları 
arxasında  iĢləyən  mühəndislər,  mənim  əllərimin,  bəzən  isə,  hətta  sifətimin  çirkli 
olduğunu gördükdə, təkəbbürlə gülümsəyirdilər. Mənim istehsalat iĢinə meylim, bu 
yolda çəkdiyim mənəvi əziyyət onlara qəribə gəlirdi. 

57 
 
Mənə  yad  olan  bu  həyata  qapıldığımdan  üç  həftə  sonra  baĢa  bəla  – 
Fyodorov  məni  yanına  çağıraraq,  rəisim  Pomelovun  xəstələndiyini  və  bir  neçə  ay 
zavodu  tərk  edəcəyi  xəbərini  mənə  çatdırdıqda,  mənim  nə  cür  hisslər  keçirdiyim, 
indi  də,  60  il  keçdikdən  sonra  da  yaxĢı  yadımdadır.  Top  emalatxanasının  böyük 
təsərrüfatının  tələb  olunan  halda  saxlanılması  və  təmir  edilməsi  vəzifəsi  mənim 
üzərimə  düĢürdü.  Üstümə  ağır  yük  kimi  düĢmüĢ  iĢin  həcmindən  mən  dəhĢətə 
gəlirdim.  Mən  verilən  tapĢırıqdan  imtina  etmək  istədim,  lakin  Fyodorov  özünə 
məxsus  sərtliklə:  “Müharibə  zamanı  istəklə  iĢləmək  olmaz.  ĠĢə  baĢlayın, 
çətinliklərə  rast  gəldikdə  Ģəxsən  mənə  müraciət  edin”  -  dedi.  Tərslikdən,  mənim 
müstəqil iĢə baĢladığım ilk günlər kiçik tokar dəzgahları qrupunda qəza baĢ verdi. 
Transmissiya valı çatladı, bu transmissiyada iĢləyən 40 ədəd dəzgah sıradan çıxdı. 
XoĢbəxtlikdən  ehtiyat  valları  var  idi.  Val  əvəz  edildi...  Həftə  yarım  keçdikdən 
sonra  yeni  val  həmin  yerdən  sındı.  Valı  yenə  dəyiĢdik...  DəhĢət...  -  yenə  də  o 
müddət  keçdikdən  sonra  həmin  yerdə,  həmin  qəza.  Görəsən  buna  səbəb  nə  ola 
bilərdi? Bu hal pis  qiymətlənirdi, bütün baxıĢlar mənə dikilmiĢdi. 
Heç  yerdən  kömək  gözlənilmirdi.  Vəziyyətdən  çıxmaq  lazım  idi.  Bu 
hadisələrdən  bir  az  əvvəl  “Vesmik  texnoloqa”  jurnalında  metalların  yonulması 
haqqında  məqalə  oxumuĢdum.  Bu  məqalə  məndə  -  görəsən  mənim  valım  tez-tez 
deformasiyaya uğramırmı – fikrini yaratdı. 
Valı  yoxlayarkən  məlum  oldu  ki,  onun  podĢipniklərindən  biri  yerini 
dəyiĢmiĢdir və val əks istiqamətlərdə vaxtaĢırı əyilir. Qəzanın səbəbi məlum oldu. 
Yeni  val  normal  iĢləməyə  baĢladı.  Mənim  kənardan  kömək  almadan  vəziyyətdən 
çıxmağım  hamının  diqqətinə  səbəb  oldu.  Mənim  nüfuzum  artdı.  Fyodorov  məni 
birinci iĢ müvəffəqiyyətimə görə təbrik etdi. Bu, mənə çox baha baĢa gəlmiĢdi. Ən 
yaxĢısı o idi ki, mən fəhlələr arasında hörmət qazanmıĢdım. Pomelov daha zavoda 
gəlmədi  və  mən  il  yarım  tək  iĢləməli  oldum.  1916-cı  ilin  əvvəlində,  Fyodorovun 
mənə verdiyi çox yaxĢı xasiyyətnamə ilə məni səhmdar cəmiyyətinə məxsus olan, 
ancaq  ölkənin  Müdafiə  üçün  də  iĢləyən  “Feniks”  maĢınqayırma  zavoduna  iĢə 
göndərdilər. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin