ĠƏMĠstan nəZĠRLĠ


BAKSOVETĠN YERLĠ SƏNAYE ġÖBƏSĠ (YSġ)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

BAKSOVETĠN YERLĠ SƏNAYE ġÖBƏSĠ (YSġ) 
(1932-1936-cı illər) 
 
Bu  dövr  hələ  də  Azərbaycan  Respublikasının  yaranma  dövrü  idi.  Bakı 
Ģəhərinin  Ģəhər  təsərrüfatının  qaydaya  salınmasına  böyük  əhəmiyyət  verilirdi. 
Baksovetin  nəzdində  yerli  sənaye  Ģöbəsi  açmaq  lazım  gəldi.  Nəzərdə  tutulmuĢ 
Ģöbəyə  rəhbərliyi  azərbaycanlı,  partiya  üzvü,  Azərdövlətmetalsənayenin  fəhləsi 
yoldaĢ  Rzayev  Fərruxa  tapĢırmaq  qərara  alındı.  Belə  bir  Ģöbəni  yaratmaq  və  ona 
rəhbərlik etmək heç də asan iĢ deyildi, dəzgah arasından çıxmıĢ fəhlə üçün bu, çox 
çətin  vəzifə  idi.  Rzayevə  təklif  edildi  ki,  özünə  köməkçi  olaraq  bir  mühəndis 
tapsın.  Mühəndislərin  arasında  onun  tanıĢı  yox  idi.  O,  ancaq  mühəndis  Vəkilovu 
tanıyırdı  və  o,  mənim  adımı  çəkdi.  Rəhbərlik  məni  zavoddan  çıxarıb,  Baksovet 
sisteminə  keçirməyi  qərara  aldı.  Baksovetin  müəssisələrinin  səmərəli  iĢinə 
rəhbərlik  etmək,  ruhlandırmaq  isə,  üçüncü  Ģəxs  “sayıq  göz”  xüsusi  Ģöbənin  rəisi 
Arakelov Arsenə həvalə edildi. Onun peĢəsinin nə olduğunu bilmirdim, ancaq onun 
nə  üçün  orada  olduğunu  yaxĢı  bilirdim.  Köhnə  mühəndis,  partiyaçı  olmayan,  bəy 

65 
 
ailəsindən  olan  Faris  bəy  Vəkilovu  nəzarətsiz  qoymaq  olmazdı.  Beləliklə,  təĢkil 
edilmiĢ  bu  üçlük,  onlar  üçün  tam  yenilik  olan  bu  müəssisəyə  rəhbərlik  etməyə 
baĢladılar.  Metal  sənətkarları  Rzayev  və  Vəkilov  pivə    zavodlarının,  qənnadı 
fabriklərinin, trikotaj sexlərinin, poliqrafik müəssisələrin, asfalt karyerlərinin və s. 
direktorlarına  göstəriĢ  verməli  idilər.  MaĢınqayırma  sənayesinə  alıĢmıĢ  beynimdə 
bütün  yuxarıdakıları  götür-qoy  etməkdə  çətinlik  çəkirdim.  Mən  özümü  baĢqa 
planetdən  düĢmüĢ  kimi  hiss  edirdim.  Lakin  tapĢırılmıĢ  vəzifədən  imtina  etmək 
olmazdı. Yeni Ģəraitə alıĢmaq lazım idi. Demək olar ki, tamamilə baĢa düĢmədiyin 
məlumatı  dinlədikdə  ağıllı,  düĢüncəli  bir  təsəvvür  yaratmalıydı.  Bu  hal  həmiĢə 
alınmırdı.  Müəssisə  rəhbərlərinin  bizdən  necə  təəssüratla  ayrıldıqlarını  baĢa 
düĢürdüm.  Təsəvvürün  belə  olmadığı  iĢi  təlimatlandırmaq  lazım  gəlirdi.  Mənim 
tabeliyimə  verilmiĢ  müəssisələr  arasında  çuquntökmə  emalatxanası  da  var  idi.  Bu 
müəssisənin  süpürgəçi  və gözətçi də daxil olmaqla cəmi-cümlətanı 30 nəfər iĢçisi 
vardı.  Bu  müəssisə  mənim  üçün  qurtuluĢ  köməyi  oldu.  Bu  müəssisə  “Zavod-2” 
adlanırdı.  Burada  Baksovetin  sifariĢçiləri  üçün  kiçik  detallar  düzəldilirdi.  Ancaq, 
bu “Zavod-2” Bakı Ģəhərinin təsərrüfat həyatında mühüm rol oynadı. Məni hələ də 
tərk etməmiĢ istehsalata olan həvəsim öz yerini tapdı, otuzuncu illərin əvvəllərində 
mənzil  tikintisinə  böyük  əhəmiyyət  verilirdi.  Yeni  evlər  göbələk  kimi  artırdı.  Bu, 
onunla  izah  edilirdi  ki,  Bakı  yaxınlığında  tikinti  materialları  -  daĢ  və  əhəng 
istədiyin qədər var idi. Ancaq, təkcə daĢla tikinti aparmaq olmazdı. Bir çox baĢqa 
materiallar,  o  cümlədən  çuqun,  kanalizasiya  boruları  da  tələb  olunurdu.  Qafqazda 
onları  hazırlayan  zavod  yox  idi,  onlar  çox  az  miqdarda  Rusiyadan  gətirilirdi. 
TikilmiĢ  binalar  çirkab  təmizləyən  borular  və  onlar  üçün  fasonlu  hissələr 
gözləyirdi. Bizim yerli sənaye Ģöbəsinə bu çətinlikdən çıxmaq tapĢırığı verildi. BeĢ 
il  müddətində  məni  zavoddan  tanıyan  rəis  Fərrux  bu  iĢi  mənə  tapĢırdı.  Mən  öz 
kabinetimdən  “Zavod-2”-  yə  keçdim  və  sınaq  iĢləri  aparmağa  baĢladım.  Mənim 
mexanikadan  bildiklərim  azlıq  təĢkil  edirdi.  Bu  iĢi  daha  yaxĢı  bilən  də  yox  idi. 
Bakı  zavodlarının  təcrübəsindən  də  istifadə  etmək  olmurdu,  orada  iri  diametrli, 
qalın  divarlı  borular  hazırlanırdı.  Çirkab  təmizləyən  boru  üçün  bu,  yaramırdı. 
Mənim atdığım addımlar fayda vermədi. Mən Leninqrada ezam olunmağımı tələb 
etdim. EĢitdiyimə görə orada vaxtı ilə sahibkara məxsus olmuĢ “Svenqalli zavodu 
var  idi,  bu  zavodda  çirkab  təmizləyən  borular  hazırlanırdı.  Yol  yoldaĢı  olaraq 
bizim  fəhlə,  partiyanın  üzvü  Arutunyov  Arseni  mənə  qoĢdular.  Üç-dörd  günün 
ərzində  biz  Leninqradda  zavodun  təsərrüfat  iĢi  ilə  tanıĢ  olduq.  Mən  lazım  olan 
texnologiyanı,  istehsal  prosesini  yazdım,  eskizlərini  çəkdim,  Bakıya  qayıtdıqdan 
sonra,  topladıqlarımız  materiallardan  istifadə  etməyə  baĢladıq.  Məlum  oldu  ki, 
çirkab təmizləyən boruların istehsal etdikləri iri çuqun borulardan tamam fərqlənir. 
Bizim  bakılı  yoldaĢlar,  çuqun  əridənlər  bizim  iĢimizə  inanmır, 
müvəffəqiyyətsizliyimə  Ģübhə  etmirdilər.  Bütün  bunlara  baxmayaraq,  biz 
Leninqraddan  aldığımız  məlumatlara  əsasən  sınaq  iĢi  keçirdik  və  yoldaĢlarımız 
gözləmədikləri  müvəffəqiyyəti  əldə  etdik.  AlınmıĢ  nəticələrdən  vəcdə  gəlmiĢ 

66 
 
mənim Fərruxum tramvay ilə hələ soyumamıĢ borunu Baksovetin sədrinə çatdırdı. 
Tikinti  üçün  böyük  xidməti  olan  bu  istehsalın  təməli  belə  qoyuldu.  Sonralar 
“Zavod-2”-nin bu təcrübəsi daha böyük zavoda verildi və zavodun məhsulu təkcə 
Bakıda  deyil,  bütün  Azərbaycanda  yayılmağa  baĢladı.  Bakının  tikinti  iĢçiləri 
təntənə  içində  idilər.  Bu  təntənələr  içində  mənim  adım  itdi,  boru  tökənlər  və 
direktor qəhrəman oldular. 
Qazandığımız qələbənin təntənəli sədaları kəsilməmiĢ bizim qarĢımıza daha 
böyük bir ciddi məsələ çıxdı. Tikilən  mənzil binalarında Bakıda olan təbii qaz ilə  
iĢləyən  sobalar  qurulurdu.  YaĢayıĢ  otaqlarına,  mətbəxlərə  qaz  boruları  çəkilirdi, 
ancaq  onları  birləĢdirınək  üçün  qaz  ventilləri  yox  idi.  Bu  kiçik  detalı  hazırlamaq 
çox  böyük  diqqət  tələb  edirdi,  çünki  onlar  yaĢayıĢ  binalarına  zəhərləyici  qazın 
daxil olmasının qarĢısını almaq üçündür. Ventilin korpusu çox möhkəm olmalıdır 
ki, qazın keçməsini saxlaya bilsin. Çuqundan düzəldilmiĢ korpus bu bərkliyi verə 
bilməzdi,  ona  görə  də  qaz  ventillərinin  korpusunu  tuncdan  hazırlamaq  lazımdır. 
Lakin  tuncdan  daha  mühüm  detallar  hazırlanır,  ona  görə  də  qənaət  etmək  lazım 
gəlir.  Azərbaycana  ventillər  Rusiyanın  mərkəzindəki  zavodlardan  gətirildi.  Yeni 
tikilmiĢ yaĢayıĢ binaları ventillərin olmaması səbəbindən istifadəyə verilmirdi. Bu 
vəziyyətdən  çıxıĢ  yolu  tapmaq  lazım  idi.  Yenə  də  məni  yada  saldılar.  Çox  götür-
qoy  etdikdən  sonra,  mən  ventil  korpusu  düzəltmək  üçün  döyülə  bilən  çuqundan 
istifadə  etməyi  qərara  aldım.  Bakı  üçün  bu,  yenilik  idi,  döyülən  çuqundan 
düzəldilmiĢ Ģeylər var idi, lakin döymə çuqunun özünü əldə etmək yenilik idi. Bu 
təcrübəni  heç  kəsdən  öyrənmək  mümkün  deyildi.  Məqsədimə  özüm  nail  olmalı 
idim. Çuqunu qızdırıb, yumĢaq hala salmaq üçün peç hazırladım. ƏrinmiĢ metala 
hava  təzyiqi  altında  maye  ĢüĢə  qataraq  onu  möhkəmlətməyi  təcrübədən  keçirdik. 
Hər bir ventili mən özüm 2-3 atmosferdən. Hava təzyiqi 0, 2-0, 3 atmosferdən artıq 
olmur. 
Qırx  beĢ  il  bundan  qabaq,  o  vaxt  necə  həyəcan  keçirdiyim  yaxĢı 
yadımdadır. Mən üzərimə düĢən məsuliyyəti, ventillərin yaĢayıĢ binalarında qəzaya 
səbəb  ola  bildiyi  halda  məni  nə  gözlədiyini  yaxĢı  baĢa  düĢürdüm.  Özümü 
yoxlamaq  və  bu  iĢə  tənqidçilərin  necə  münasibət  bəsləyəcəklərini  eĢitmək  üçün 
mən  Moskvada  çıxan  “MaĢino-stroyeniya”  qəzetində  “Döyülən  çuqundan 
ventillər”  məqaləsini  çap  etdirdim.  Çox  təəssüf  ki,  məqaləyə  qarĢı  tənqidi  çıxıĢ 
edən  olmadı,  yalnız  Rusiyanın  hansı  bir  Ģəhərindənsə,  kimsə  həmin  təcrübəni 
öyrənmək  arzusunu  bildirdi.  Bütün  bu  iĢlər  o  zaman  Baksoveti  qaz  hasiletmə 
Ģöbəsinin müdiri iĢləyən gənc mühəndis ġərifov Məmməd Qasım oğlunun gözləri 
qarĢısında  baĢ  verirdi.  O,  bizim  iĢimizlə  çox  maraqlanırdı,  çünki  ventillər 
olmadığından  binaları  qazla  təmin  etmək  mümkün  olmurdu.  Bizim  çalıĢmağımız 
nəticəsiz  olmadı.  Bizim  ventillər  sınaqdan  yaxĢı  çıxdı.  YoldaĢ  ġərifov  bu  haqda 
Baksovetin  sədrinə  məlumat  verdi  və  mənim  tərəddüd  etdiyimə  baxmayaraq, 
ventillərin kütləvi buraxılması təklifini verdi. Birinci sifariĢ ilə bizdən 5000 ventil 

67 
 
tələb edildi. Məsələ həll edilmiĢ sayılırdı. Bu da böyük nailiyyət idi. Binaların qaz 
ilə təchiz edilməsi həyata keçirilirdi. 
Bizim ventillər həyat vəsiqəsi qazandı. 
 
ORYOL ġƏHƏRĠ. BEġ NÖMRƏLĠ ZAVOD 
 
Baksovet  sistemində  mən  6  ildən  bir  aya  qədər  az  iĢlədim.  Bu  müddət 
ərzində bizim Ģöbədə beĢ müdir dəyiĢildi. Bu Ģəxslərin hamısı yüksək vəzifə, hətta 
nazir  vəzifəsi  daĢıyan,  sonra  isə  iyerarasiya  pillələri  ilə  aĢağı  vəzifəyə  keçirilmiĢ 
müdirlər idilər. Onların heç birinin mütəxəssis kimi təcrübəsi yox idi, ona görə də 
onlar yalnız əmr verməklə kifayətlənirdilər. ġəraitə alıĢmamıĢ onları yenidən baĢqa 
iĢə göndərirdilər. Mənim vəzifəm hər bir yeni müdiri Ģəraitlə tanıĢ etmək və onunla 
dil  tapmaqdan  ibarət  idi.  Bu,  mənə  çox  pis  təsir  edirdi.  Öz  ixtisasına  uyğun  iĢdə 
çalıĢmaq  istəyirdim.  1936-cı  ildə  mən  Moskvaya  ağır  metal  sənayesi  Xalq 
Komissarlığına müraciət etdim. O zaman ora yoldaĢ Orconikidze rəhbərlik edirdi. 
Məktubda  mən  zavod  mühəndisi  kimi  Ġttifaqın  hər  hansı  bir  Ģəhərində  iĢləmək 
arzumu  bildirirdim.  Tezliklə  aldığım  cavab  məktubunda  mənə  Oryol  Ģəhərindəki 
“Zavod  №5”-də  texniki  direktor  vəzifəsi  təklif  olundu.  Yay  məzuniyyətindən 
istifadə edərək, mən ora getdim, müəssisə ilə tanıĢ olduqdan sonra texniki direktor 
vəzifəsini  icra  etməyə  baĢladım.  Texniki  direktor  vəzifəsində  mən  çox  qısa  bir 
müddət  iĢlədim,  ancaq  mənim  orada  nələr  çəkdiyimi  yazan  olsa,  həcmcə  çox 
böyük, məzmunca çox təsirli bir əsər yaranar. Əsəb gərginliyi texniki məsələlərdən 
daha  çox,  o  zamankı  ümumdövlət  mühitindən  irəli  gəlirdi.  Bu,  Yejovun 
hökmranlıq etdiyi (1936-1937-ci illər) dövr idi. Ağlasığmaz hadisələr baĢ verirdi: 
inqilabı  yaradan  və  onu  qoruyan  ən  fəal  döyüĢçülərdən  biri  olan  Orconikidze 
qəflətən vəfat etdi. Adları vətəndaĢ müharibəsi təsəvvürü və Sovet hakimiyyətinin 
qurulması  ilə  bağlı  olan  Buxarinin,  Kamenevin,  Zinovyevin,  Tuxaçevskinin, 
Qamarkinin,  Pyatkovun  baĢları  vuruldu.  Yaradılan  yeni  quruluĢun  xəstəliyindən 
xəbərdar olan açıq və gizli düĢmənlərin kökləri kəsilirdi. Öz qurbanlarının qanı ilə 
boğularaq,  cəlladların  açdıqları  vakxanaliyada
9
  Ģəxsiyyətə  pərəstiĢkarlığın 
hökmranlıq etdiyi Moskvaya yaxın olan zavodda texniki direktor vəzifəsini “türk” 
daĢıyırdı,  rusların  təsəvvüründə  həmin  söz  “düĢmən”  anlayıĢını  ifadə  edirdi. 
“Zərər” verən nümayəndə kimi, daha yaxĢı fiqur ola bilməzdi. Bu Ģərait haqqında 
bir neçə kəlmə deməklə, mənim mənəvi vəziyyətimi sizə çatdırmağa çalıĢacağam. 
Bizim  zavodda  baĢ  verən  hadisələr  məndə  ümid  yeri  qoymamıĢdı.  O  zaman 
sağlamlaĢdırıcı  sayılan  məhvedici  dalğa  bizim  zavoda  da  gəlib  çatdı.  Bir  neçə 
mühəndis,  sonra  partiya  üzvü  olan  baĢ  direktor  Nikolay  Zaxaroviç  Dandıkin,  bir 
neçə  gündən  sonra  üçüncü  direktor  (o  da  partiya  üzvü  idi).  Lev  Xonoviç  Yavnıx 
yoxa çıxdılar. Zavodun rəhbərliyini təĢkil edən üçlükdən təkcə mən, “türk”, bitərəf 
                                                           
9
 Yunan sözüdür, içki və kef allahı deməkdir. Burada Ģərəf və kult mənasını daĢıyır. – Ş.N.  

68 
 
ikinci  direktor  -  texniki  direktor  qalmıĢdım.  Bu  Ģəraitdə  mənim  özümü  necə  hiss 
etdiyimi  təsvir  etməyə  ehtiyac  yoxdur.  Bir  neçə  həftə,  iĢdən  evə  qayıdarkən, 
soyunmadan  yatırdım,  hər  an  həbs  olunacağımı  gözləyirdim.  Nə  üçün:  -  sualını 
vermək  çox  gülməli  idi.  Lakin,  yəqin  ki,  mənim  qismətim  baĢqa  imiĢ.  Mən  bu 
hadisələrdən  kənarda  qaldım.  Lakin  buna  baxmayaraq  mən  Oryol  Ģəhərində 
qalmalı  olmadım.  1936-37-ci  illərin  qıĢında  yanıma  gəlmiĢ  arvadım,  Rusiyanın 
soyuğuna tab gətirə bilmirdi, buna görə də mən oranı tərk etməli, vətənə qayıtmalı 
oldum. Mən zavodun partiya təĢkilat katibi Aleksandr Ġvanoviç Dudetskaya zavodu 
tərk  etmək  fikrimi  bildirdikdə,  onun  verdiyi  cavab  yaxĢı  yadımdadır:  “Siz  niyə 
gedirsiniz? Biz sizin billur kimi təmiz adam olduğunuza əminik”.  
O hadisələr ilə dolu olan dövrü xarakterizə edən daha bir neçə maraqlı anlar 
olmuĢdu,  ancaq  onlar  istehsalata  aid  deyildilər  və  özü-özünü  tərifləməyin  də 
mənası yoxdur. Zavodda baĢ vermiĢ bir hadisə haqqında isə danıĢmaq istəyirəm. 
Mən  zavoddan  gedərkən,  Ģüurlu  surətdə  baĢa  düĢürdüm  ki,  zavodda  xeyli 
xidmət göstərmiĢəm. Məsələ onda idi ki, bizim zavodun elektrik stansiyası yox idi. 
Biz  çox  zəif  olan  Ģəhər  Ģəbəkəsindən  elektrik  alırdıq.  Elektrik  enerjisinin  tez-tez 
kəsilməsi səbəbindən bizim bəzi sexlər iĢi dayandırmalı olurdu. Çox nadir hallarda 
onların  hamısı  eyni  zamanda  iĢləyə  bilirdi.  Çox  vaxt  sexlərdən  biri  və  ya  ikisi 
dayanırdı. Mən zavodun iĢini yenidən qurdum, ümumi istirahət gününü ləğv etdim. 
Hər sexin özünün istirahət günü var idi. Beləliklə, heç bir sex iĢsiz qalmır, zavodun 
proqramı yerinə yetirilirdi. Bu, nailiyyət demək idi. Bizim Moskvada yerləĢən baĢ 
idarə  bunu  qiymətləndirdi  və  məni  “təĢəbbüskar  texniki  direktor”  kimi 
mükafatlandırdı. 
Ġlk baxıĢda çox da əhəmiyyətli olmayan, lakin mənim xatirimdə silinməz bir 
iz buraxan bir hadisə də baĢ vermiĢdi. GörülmüĢ iĢ üçün norınaların və qiymətlərin 
tez-tez  dəyiĢilməsi  fəhlələrin  narazılığına  səbəb  olurdu.  VaxtaĢırı  yuxarı 
idarələrdən  bu  cür  tapĢırıqlar  alırdıq.  Yeni  daha  ciddi  normaların  qəbul  edilməsi 
fəhlə  kollektivi  ilə  razılaĢdırılmalı  idi.  Bu,  çox  çətin  məsələ  idi  və  bu  iĢi  yerinə 
yetirmək  üçün  zavodun  rəhbərliyindən  ağıllı  və  bacarıqlı  olmaq  tələb  edilirdi.  Bu 
cür  günlərdə  partiya  təĢkilatı  çox  qayğılı  olurdu,  çünki  fəhlələrin  belə  tədbirin 
həyata  keçirilməsi  üçün  hazırlanması  çox  çətin  olurdu.  Bu  əməliyyat  bütün 
sexlərdə  eyni  zamanda  keçirilməli  idi.  Bu  sexlərdən  hər  birinə  bir  rəhbər 
nümayəndə  gəlməli,  fəhlələrə  bu  normanın  qəbul  edilməsinin  lazımi  və  vacib 
olduğunu baĢa  salmalı idi.  Bu nümayəndə  qabaqcadan hazırlıqlı olmalı idi.  Bu iĢ 
ilə,  əslində,  partiya  təĢkilatı  məĢğul  olurdu.  Belə  günlərdən  birində  mən,  lap 
ağırtökmə  sexinə  nümayəndə  getməli  oldum.  Bu  sexdən  qadınlar  çox  çətin  iĢdə 
çalıĢırdılar.  Onlar  çox  vaxt  gecələr  iĢləyirdilər.  Mən  çox  zaman  gecələr  həmin 
sexlərə  gəlir,  onlar  ilə  söhbət  edirdim.  Onlar  məni  yaxĢı  tanıyır,  məsləhətlərimə 
qulaq  asırdılar,  biz  bir-birimizi  yaxĢı  baĢa  düĢürdük.  Bütün  bunlara  baxmayaraq, 
normaları  müəyyən  etmək  üçün  mən  o  sexə  gedərkən  həyəcan  keçirirdim. 
Qabaqcadan  nə  deyəcəyimi  planlaĢdıraraq,  qısaca  mətləbi  açdım,  bu  iĢin 

69 
 
əhəmiyyətindən danıĢdım və təklif etdim ki, onlar öz sözlərini desinlər. Boynuma 
alıram  ki,  çox  həyəcanlı  idim,  bilmirdim  ki,  onların  etirazlarına  necə  cavab 
verəcəyəm. Onlardan heç biri çıxıĢ etmədi, heç bir etiraz olmadı, normalar ilə tanıĢ 
olmadan,  onları  qəbul  etmək  qərarına  gəldilər.  Bu  münasibət  onların  mənə 
inamından  əmələ  gəlmiĢdi.  Hətta  onlar  bilirdilər  ki,  madam  mən  təklif  edirəm, 
deməli  yeni  normalar  qəbul  edilməlidir.  Əgər  bir  çətinlik  baĢ  verərsə,  texniki 
direktor bu vəziyyətdən çıxmağa kömək edər. Bütün müzakirə cəmisi 20-25 dəqiqə 
davam  etdi.  Ġclasın  protokolunu  tərtib  etdik,  tələb  olunduğu  kimi  fəhlə 
nümayəndələri  onu  imzaladılar.  Mən  iclasın  nəticəsi  haqqında  məlumat  vermək 
üçün  kontora  getdim.  Partiya  təĢkilat  katibi  məni  həyəcanla  qarĢıladı,  o,  elə  bildi 
ki, xoĢagəlməz bir hadisə baĢ vermiĢdir, mən müvəffəqiyyətsizliyə uğramıĢam. O 
biri  sexlərdən  heç  kəs  qayıtmamıĢdı.  Ġclasın  nəticəsi  haqqında  məlumat  verdikdə, 
katib mənə inanmaq istəmədi, təəccübləndi. Həqiqətən də mən bu müvəffəqiyyətə 
fəhlələr  ilə  yaratdığım  ünsiyyətə  görə  nail  olmuĢdum.  Zavoddan  getdiyim  gün 
tökmə sexinin kollektivi məni yola salmağa gəlmiĢdi, bu da yuxarıda yazdıqlarımı 
bir daha təsdiq edir. 
Oryol  Ģəhərində  yaĢadığım  və  beĢ  nömrəli  zavodda  iĢlədiyim  müddət 
mənim həyatımın xüsusi aydın bir mərhələsi idi. O zamanın hadisələrinin Ģəraiti və 
xüsusiyyəti  mənim  üçün  tamamilə  baĢqa  rəngə  boyanmıĢdı,  ona  görə  də  bütün 
bunlar mənim xəyalımda silinməz iz buraxmıĢdır. 
Oryol Ģəhərində gəlib, öz direktor kabinetimə daxil olduqda mən aĢağıdakı 
hissləri  keçirdim;  xüsusi  Ģərait,  tamamilə  tanımadığım  Ģəhər,  bir  nəfər  belə  tanıĢ 
adam yox, elə bil ki, baĢqa planetə düĢmüĢdüm. Görəsən nə olacaq? MaĢınqayırma 
zavodunun  texniki  direktoru  -  yaxĢı  səliqəli  kabinetdə  bəzək  üçün  qoyulmuĢ 
müqəvva  demək  deyildi.  Bu  Ģəxs  tam  mənasında  özünü  unutmalı,  yüzlərlə 
mexanizmin iĢini sazlamaq, istiqamətləndirmək, lap çətini isə ən mürəkkəb obyekt 
olan  -  insanla  müəyyən  istiqamətdə  qarĢılıqlı  anlayıĢ  yaratmaq  bacarığına  malik 
olmalı  idi.  Mənim  iĢə  baĢladığım  kollektiv  yaĢına,  zehni  inkiĢafina,  Ģəxsi 
maraqlarına və sairəyə görə hər cəhətdən çox müxtəlif idi. 
Təchizat  və  təsərrüfatı  idarə  edən  iki  digər  direktor  müdir  və  kommersiya 
direktoru,  Ģöbə  rəisləri,  sex  rəisləri,  mühəndis  kollektivi  və  nəhayət,  fəhlələr  - 
hamısı  xüsusi  müraciət  tələb  edirdi.  ġəxsən  özünün  mənliyini  itirmədən  hər  bir 
kəslə  münasibət  yaratmaq  lazım  idi.  BaĢladığım  iĢi  yaxĢı  bilsəm  də,  kollektivin 
tam  yeni  olması  bu  məsələni  çətinləĢdirirdi.  Oryol  Rusiyanın  ürəyi  idi.  Zavodun 
həyatını  əsl  oryollular  təĢkil  edirdi  və  onlar  elə  bil  ki,  möhkəm  bir  rus  ailəsini 
təmsil  edirdilər.  O  zaman  həmiĢə  olduğu  kimi,  özününkü  qoyub,  baĢqa  millətin 
nümayəndəsinə  üstünlük  verilmirdi.  Rus  xalqı  baĢqa  xalqlardan  dözümlülüyü  ilə 
kəskin  fərqlənsə  də,  özününkü  ilə  özgənin  arasındakı  fərqi  unutmur.  Uzaq 
keçmiĢdə  olan  hadisələr, türklər, tatarlar ilə  olan  münasibətlər onların qəlblərinin 
gizli guĢələrində dərin iz buraxmıĢdır. Bax, elə bu mühitdə Ġvan Ġvanoviçlərin və 
Nikolay  Nikolayeviçlərin  içində,  çətin  ifadə  olunan  Faris  bəy  Ġbrahim  ağa  oğlu 

70 
 
peyda  olur,  özü  də  texniki  direktor  kimi.  Bu  fikirlər  məni  təqib,  edir,  rahatlığımı 
pozurdu. Lakin sonralar vəziyyət, mən gözlədiyim kimi olmadı. 
Zavod  ilə  tanıĢlığa  gələcək  iĢ  yoldaĢlarıma  baĢ  çəkmək  ilə  baĢladım.  BaĢ 
direktor, kommersiya direktoru, zavod komitə sədri ilə tanıĢ olduqdan sonra partiya 
təĢkilat  katibi  Aleksandra  Ġvanovna  Dudatskayanın  yanına  yollandım  –  o  gün  o, 
zavodda  tapılmadı.  Mən  iki-üç  gündən  sonra  zavod  telefonu  ilə  onu  aradım  və 
xahiĢ  etdim  ki,  o  məni  qəbul  edə  biləcəyi  vaxtı  təyin  etsin.  O,  dedi  ki,  özü  vaxt 
təyin edib, mənə bildirəcək. Günlər keçir, mən iĢə alıĢırdım, ancaq ondan bir xəbər 
çıxmırdı. Partiya təĢkilat katibinin texniki direktor ilə görüĢmək istəməməsi mənə 
təəccüblü  görünürdü.  Bu  fikir  məni  narahat  edirdi,  ancaq  heç  kəslə  bu  haqda 
danıĢmaq imkanım yox idi - ətrafda hamı yad idi. ĠĢləyərkən vaxt tez keçir. Demək 
olar ki, bir ay keçdi, partiya təĢkilat katibi ilə tanıĢ olmamıĢdım. Günlərin bir günü 
elan  edildi  ki,  iĢdən  sonra  fəhlə  və  qulluqçuların  ümumi  iclası  keçiriləcək.  ġəhər 
partiya  komitəsinin  katibi  də  gələcək.  Sexlərdən  birində  toplaĢdıq.  Rəyasət 
heyətində  Ģəhər  komitəsinin  katibi,  bizim  baĢ  direktor  və  birinci  dəfə  gördüyüm 
partiya təĢkilat katibi əyləĢmiĢdi. Mən birinci sıralardan birində, fəhlələrin arasında 
əyləĢmiĢdim.  ÇıxıĢlar  baĢlandı.  ÇıxıĢ  edən  hər  kəs  yuxarı  nümayəndə  qarĢısında 
özünü  göstərməyə  çalıĢır,  zavodda  olan  çatıĢmazlıqdan  danıĢır,  bu  iĢlərə  tənqidi 
münasibətlərini  bildirirdilər.  Növbə  komsomol  katibinə  çatdı.  Bu,  çox  fəal,  acıqlı 
cavan  bir  oğlan  idi.  O  zavod  rəhbərliyinin  zəif  cəhətlərini  amansızcasına  tənqid 
etdi.  Direktorların  səhvlərini  açıqlamağı  lazım  bildi.  O,  iclasda  iĢtirak  edənlərin 
nəzərinə  çatdırdı  ki,  texniki  Ģöbənin  iĢçilərindən,  mühəndislərindən  bir  nəfər  də 
olsun  bu  iclasda  iĢtirak  etmir.  O,  haqlı  idi  -  zavodun  darvazaları  bağlanmamıĢ, 
həmin Ģöbənin iĢçiləri aradan çıxa bilmiĢdilər. 
Darvazalar ona görə bağlanırdı ki, iclasda iĢtirak edənlərin sayı çox olsun. 
ġöbənin  iĢçilərinin  iclasda  olmamasının  günahını  komsomol  katibi  texniki 
direktorda  görürdü.  O,  üzünü  mənə  tərəf  tutaraq,  qəzəblə  bildirdi  ki,  bu,  texniki 
direktorun  tabeçiliyində  olanlara  təsir  edə  bilməməsindən  irəli  gəlir.  Bu  çıxıĢla  o, 
mənim  iĢimə  qiymət  vermiĢ  olurdu.  Mənə  yad  olan  adamların  içində  birinci  dəfə 
iclasda iĢtirak edən Ģəxs kimi mən deyilənlərə xüsusi diqqət yetirınəli idim. Demək 
olar  ki,  mənim  zavodda  qalıb-qalmamağım  məsələsi  həll  olunurdu.  Belə  bir  anda 
susmaq  olmaz  idi,  çıxıĢ  etmək,  gələcəyi  aydınlaĢdırmaq  lazım  idi.  Mən  söz 
istədim.  Zavodda  olduğum  qısa  müddətdə  gördüyüm  hallardan,  Ģəraitdən 
danıĢdıqdan  sonra,  qeyd  etdim  ki,  zavodda  olan  atmosfera  onun  iĢinin 
müvəffəqiyyətini  təmin  etməlidir.  Mən  komsomol  katibinə  etdiyi  tənqidə  görə 
təĢəkkür etdim, eyni zamanda bildirdim ki, iĢ vaxtı mühəndislər mənim nəzarətim 
altında  olurlar,  bu  gün  onların  hamısı  iĢ  yerlərində  olublar,  ictimai  iĢlərə  müsbət 
münasibət  yaratmaq  isə,  bilavasitə  komsomol  katibinin  vəzifəsidir.  Bəs  nə  üçün 
iclasda iĢtirak etməyənlərin günahı təkcə mənim üstümə atılır, komsomol katibi bu 
iĢdə özünü təqsirkar saymır? Əgər biz əl-ələ verib, hər ikimizin bu iĢdə günahkar 
olduğumuzu etiraf etsək, daha ədalətli olmazmı? Onu da nəzərə almaq lazımdır ki, 

71 
 
mən yalnız bir aydır bu zavodda iĢləyirəm, gənclər isə çoxdan komsomolçudurlar. 
Bundan baĢqa, ilk çağlarda mən komsomol katibinin köməyini duymaq əvəzinə o, 
mənimlə  heç  müsahibə  aparmamıĢ,  tanıĢlıq  əvəzinə,  texniki  direktoru  tənqid 
atəĢinə  tutur.  Lakin  mən,  bu  tənqiddən  incimirəm.  Mübarizə  hissi  ilə  çulğalanan 
gənclik,  bəzən  Ģəxsi  silahlanmanı  yaddan  çıxarır.  Normal  iĢ  üçün  partiya  təĢkilatı 
ilə  əlaqə  yaratmaq  məsələsi  məni  daha  çox  narahat  edir.  Lakin,  mənim  yoldaĢ 
Dudetskaya ilə görüĢmək təĢəbbüsüm indiyə qədər mümkün olmamıĢdır. Mən onu 
burada  birinci  dəfədir  ki,  görürəm.  Mən  müəssisə  üçün  partiya  təĢkilatının 
mənasının  nə  olduğunu  yaxĢı  bilirəm,  özümün  həmin  təĢkilatdan  təcrid 
olunmağımın  səbəbini  də  yaxĢı  baĢa  düĢürəm.  YaranmıĢ  vəziyyəti  baĢa  düĢə 
bildiyim üçün, vaxtdan istifadə edərək öz təəccübümü bildirirəm. XahiĢ edirəm, bu 
məsələni açmaqda mənə kömək edəsiniz, çünki bu məsələ məni çox narahat edir və 
iĢimdə yaxĢı nəticələr qazanmağıma mane olur. 
Ġclas  sona  çatdı,  camaat  dağılıĢdı.  Mən  hamı  ilə  birlikdə  çıxdım,  bir-iki 
addım atmamıĢ, kimsə  məni çağırdı. Bu, bizim baĢ direktor idi. O, mənə dedi ki, 
Ģəhər  komitəsinin  katibi  mənim  çıxıĢıma  xüsusi  diqqət  yetirib.  Və  mənimlə  tanıĢ 
olmaq,  müsahibə  aparmaq  istəyir.  GörüĢ  çox  yaxĢı  keçdi.  Katib  çıxıĢ  üçün  mənə 
təĢəkkürünü, çıxıĢın diqqətəlayiq olduğunu bildirdi. O xahiĢ etdi ki,  mən zavodda 
olan nöqsanların aradan qaldırılması üçün var qüvvəmlə çalıĢam. Eyni zamanda o, 
bildirdi  ki,  mənə  qarĢı  heç  bir  zidd  fikir  yoxdur,  mən  iĢimi  sakit  davam  etdirə 
bilərəm və lazım olarsa o, mənə kömək etməyə hazırdır. 
Mənə elə gəlirdi ki, Dudetskaya mənim çıxıĢımdan inciyəcək, sonra isə bu 
haqda  narazılığını  bildirəcək.  Lakin,  mən  səhv  edirdim,  Dudetskaya  nəinki 
narazılığını  bildirdi,  əksinə  mən  ondan  həmiĢə  yoldaĢlıq  münasibəti  gördüm, 
Oryolda olduğum son günlərədək onun köməyini hiss edirdim. YaxĢı yadımdadır, 
bir  gecə  sexləri  gəzərkən  bir  nəfərin  mənə  tərəf  yönəldiyini  gördüm  -  bu, 
Dudetskaya idi. O, təəccüblə məndən soruĢdu: “YoldaĢ Vəkilov, bu vaxt siz burada 
neyləyirsiniz?”  Mən  cavab  verdim:  Mənim  üzərimə  qoyulmuĢ  vəzifənin 
məsuliyyəti  tələb  edir  ki,  mən  zavodun  müvəffəqiyyəti  və  xeyri  üçün  cavabdeh, 
qayğıkeĢ olmalıyam, bu müvəffəqiyyətlər isə təkcə gündüz növbəsi iĢinin nəticəsi 
deyildir. Gecə növbəsinin öz tələbləri, öz çətinlikləri var. Bütün bunları öyrənmək 
və  tədbir  görmək  lazımdır.  Mən  bu  tələbləri  onların  öz  dillərindən  eĢitmək 
istəyirəm. Elə buna görə də mən gecələr də gəlirəm. Öz növbəmdə mən də ondan 
soruĢdum: “Bəs Siz niyə gündüz iĢi ilə kifayətlənməyib gecə də bura gəlmiĢsiniz? 
Siz  burada  neyləyirsiniz?  “Mən  də  elə  ona  görə”-  deyə  o  cavab  verdi.  “YoldaĢ 
Vəkilov, görünür ki, bizim ikimizin də məqsədimiz eynidir, ona görə də biz gərək 
bir-birimizə  kömək  edə-edə  istədiyimizə  nail  ola  bilək”.  O,  iĢə  belə  yanaĢırdı  və 
bunu öz hərəkətlərilə sübut edirdi. O, mənim zavoddan getməyimə sənimi qəlbdən 
təəssüflənirdi və məni mehribanlıqla yola saldı. Yeri gəlmiĢkən demək lazımdır ki, 

72 
 
qısa  müddətə  mənim  yanıma  gəlmiĢ  həyat  yoldaĢım  Liya
10
  xanımla  görüĢərkən, 
Dudetskaya  ona  Oryol  Ģəhərində  qalmağı  və  ali  məktəblərin  birində  təhsil  iĢinə 
rəhbərlik etməyi təklif etmiĢdi. 
Üç direktorumuzu həbs etdikdən sonra Moskvadan bizə dörüncü direktor  - 
Kuznetsovu  göndərdilər.  Bu,  çox  koloritli  Ģəxs  idi.  Açığını  desək,  o,  mənə  ruhi 
xəstəxanadan, müalicəsini yarımçıq qoyub qaçmıĢ xəstəni xatırladırdı. O, heç kəslə 
sakit,  təmkinlə  danıĢmağı  bacarmırdı.  Kiminlə  olursa-olsun  onun  söhbəti  mütləq 
dava  ilə  qurtarırdı.  Axmaqlığından  o,  hamıya  bildirdi  ki,  onu  təhlükəsizlik 
orqanları buraya  xüsusi tapĢırıqla  qiyamın qarĢısını almaq  üçün  göndərmiĢlər.  O, 
heç  kəslə  hesablaĢmırdı,  onun  bəzi  hərəkətləri  lətifə  xarakteri  daĢıyırdı.  Hamını 
hörmət  etdiyi  Aleksandra  Ġvanovna  Dudetskaya  deyirdi  ki,  Kuznetsov  ona  ġurka 
deyə  müraciət  edir.  Zavodun  iĢçiləri  ilə  yaxĢı  münasibətdə  olduğum  üçün  tez-tez 
məktublaĢırdıq.  Mənə  yazdılar  ki,  məndən  sonra  Kuznetsovu  Ģəhər  komitəsinə 
çağırıb  yaxĢıca  danlayıblar  və  yeri  gəlmiĢkən  soruĢublar:  “Nə  üçün  sən  texniki 
direktor  Vəkilovla  iĢləyə  bilmədin?  Cavabında  o  deyib:  “O  türkdür”.  Ġç  üzü 
açıldıqdan sonra onu da iĢdən çıxarıb, o biri direktorların ardınca göndərmiĢdilər. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin