DUVANLI KARXANASININ
KANAT YOLU
Maraqlı və əhəmiyyətli iĢ axtararkən mən Duvanlı daĢ karxanasında
düzəldilmiĢ kanat yolu üzərində dayandım. Bu yolun əsas məqsədi yüksəklikdə
olan karxanadan yonulmuĢ daĢları yüksəkliyin ətəyində olan dəmir yoluna
çatdırmaq idi. Yolun layihələĢdirilməsi və tikilməsi Gürcüstanda olan kanat
nəqliyyatı qurğuları hazırlayan təĢkilat tərəfindən yerinə yetirilmiĢdi. Bir neçə yüz
metr uzunluğunda olan, çox savadlı Ģəxslər tərəfindən çəkilən bu yol, çox baha
baĢa gəlmiĢdi. Dəqiq rəqəmlər yadımda qalmamıĢdır. Əsas vardı ki, həmin xərc
iĢin hesabına ödəniləcəkdi. Çox təəssüf ki, belə olmadı. Məsələ onda idi ki, yolun
istismarı bir sıra əlavələr tələb edirdi; karxanadan çıxan daĢları hərəkət edən kanat
(yuxarı stansiyada) tutmalı və konteynerə yığmalı, aĢağıda stansiyada isə
konteyneri boĢaltmalı idi. Köməkçi qurğular müvəffəqiyyət qazana bilməyən baĢqa
təĢkilatda layihələĢdirilirdi. Lazım olan vasitələrlə təmin olunmamıĢ yol təyinatı
üzrə istismar edilə bilmirdi. Bizim XKB təĢkil olunan zaman, kanat yolu artıq bir
neçə ay idi ki, iĢləmirdi. Mənim beynimə kanat yolunu təkrarən iĢləyib hazırlamaq
və bu bahalı, mədəni yoldan istifadə etmək fikri düĢdü. Mən öz fikrimi institutun
direktoruna və nazirliyin rəhbərliyinə çatdırdım. DaĢ karxanasının baĢ mühəndisi
Saxno idi. Mənim fikrim bəyənildi. Bu tədbiri həyata keçirmək üçün çoxlu xərc
tələb olunurdu, buna görə də mən əvvəlcə iĢin iqtisadi tərəfini öyrənməyə
baĢladım. Məhz bu iĢ üçün karxanaya iqtisadçı dəvət etdirdim, o mənim təklifimi
təhlil etməyə baĢladı. Ġqtisadi hesablamalar ümidverici nəticələr verdi. Biz
konteyner nəqliyyatı üçün bütün vasitələrin layihələrini verdik, bu zaman biz bütün
əməliyyatları avtomatlaĢdırmağa çalıĢırdıq. Bizim çertyojların hamısı hazır
olandan sonra mən yenə də bu iĢlə əlaqədar istehsalatda iĢləyənləri dəvət etdim,
bizim iĢimizlə onları tanıĢ etdim. Onlar iĢi bəyəndilər, öz təkliflərini əlavə etdilər.
Biz sayı yüzdən artıq olan çertyojlara əsasən ümumi görünüĢünün ətraflı iĢləyib
hazırlanmasına keçdik. Böyük əhəmiyyətə malik olan bir iĢ gördüyümüzdən sanki
qanadlanaraq iĢə baĢladıq. Birdən, gözləmədiyim bir halda, elə bil ki, mənim
baĢımın üstündə məni ĢaĢırdan bir ildırım çaxdı. Nazirlik Duvanlı daĢ karxanasının
ləğv edilməsi haqqında qərar verdi: guya ki, orada daĢ azalmıĢdı. DaĢ istehsalı
özünü ödəmirdi. Bu qərar ilə təkcə bizim hazırladığımız layihə deyil, həm də çox
baha baĢa gəlmiĢ və həm də heç istifadə edilməmiĢ kanat yolu məhv edilmiĢ oldu.
Nə üçün bu qərar bu qədər xərc çəkiləndən sonra qəbul edilmiĢdi, eləcə də
naməlum qaldı.
81
DAġKƏSƏN VƏ YIĞAN KOMBAYN
Və nəhayət, bir daha lazımi tədbiri həyata keçirmək cəhdi. Bu, daĢ kəsən və
yığan kombayn yaratmaq cəhdi idi. Məsələ həmin məsələ idi, daĢ kəsən maĢının
altından daĢların götürülməsi və onların tikintilərə çatdırılması üçün maĢınlara
yığılması əl ilə yerinə yetirilirdi. Bu, çox ağır fiziki əmək idi və bu iĢ zamanı
daĢların çoxu yararsız hala düĢürdü. Kubiklərin iti bucaqları sınır, onların zahiri
görkəmləri dəyiĢir bu da divar tikilərkən bir sıra çətinliklərə səbəb olurdu. Mən bu
sahədə də öz gücümü sınamaq istədim. Boynuma almalıyam ki, məsələ çox çətin
idi. Gənc mühəndislərlə birlikdə dostcasına qarĢıya qoyulan problemin bir neçə
variantını verdik. Mən bu variantlardan birinin üzərində durdum və onu təcrübəli
mühəndislərin, mexaniklərin, Bakının ali məktəblərində dərs deyən müəllimlərin
müzakirəsinə verdim. Təkliflərimizi onların əlavələri ilə zənginləĢdirərək
çertyojları hazırlamağa baĢladıq. Yaradıcılığımızın bəhrəsini “daĢkəsən kombayn”
adlandırdıq. O SM-89M adlı daĢkəsən maĢın idi və aĢağıdakı iĢləri yerinə yetirirdi:
1) hazır daĢın quyu dibindən qaldırılması; 2) süxurun çat olmasından əmələ gələn
yaramaz daĢların seçilməsi; 3) hər birində müəyyən sayda daĢ olan daĢ qalaqlarının
formalaĢdırılması; 4) daĢ qalaqlarının maĢınlara yığılacaqları yerlərə daĢınması; 5)
daĢların yonulması zamanı əmələ gələn xırda daĢların iĢ sahəsindən
uzaqlaĢdırılması. Bütün bu əməliyyatlar SM-89M maĢınının çərçivəsinə
bərkidilmiĢ xüsusi hissələrlə yerinə yetirilməli idi. Bu formalaĢdırma üçün heç
olmasa maĢının qabaritini uzatmaq əsas Ģərt idi. Biz bütün bu tələbləri ödəməyə
çalıĢdıq. HazırlanmıĢ texniki sənədlərin həcmi böyük idi. Tam komplektin
çertyojlarının sayı 400 vərəqdən artıq idi. Ədalətlə desək, mən bu iĢin üzərində çox
əziyyət çəkmiĢdim, onu əməyimin bəhrəsi hesab etməyə haqqım var idi. Onu
harada və necə hazırlamaq məsələsi meydana çıxdı. Bunu hazırlamaq üçün
institutun layiqli laboratoriyası yox idi. Bu iĢi özünü o qədər də yaxĢı tanıtmamıĢ
Vorovski zavoduna tapĢırmaq da ümidverici deyildi. O bizim nazir, məni yaxĢı
tanıyan Ələkbərov Mehman Salman idi. Mən ona bu mürəkkəb maĢının
hazırlanması zamanı meydana çıxacaq çətinliklərdən danıĢdım və təklif etdim ki,
bu iĢ üçün təcrübəli iĢçilərdən ibarət xüsusi qruppa yaradılsın. Lakin, Mehdi
Salmanoviç iĢə ciddi yanaĢmadı. O, kömək edəcəyinə söz verdi və həmin dəqiqə
də verdiyi sözü unutdu. Mən isə daima iĢə nəzarət etmək və bizim sifariĢin yerinə
yetirilməsində iĢtirak etmək üçün bizim mühəndislərdən birini həmin zavoda
göndərdim.
Nazirlikdə
daĢ karxanalarında bu maĢının labüdlüyü və
əhəmiyyətindən çox söhbət aparılırdı, əslində isə heç bir kömək göstərilmirdi. Heç
bir xüsusi iĢçi qrup yaradılmadı. HazırlanmıĢ detalların keyfiyyəti ilə heç kəs
məĢğul olmurdu. HazırlanmıĢ detallar yenidən iĢlənərək eybəcər hala salınırdı.
Zavoda ezam edilmiĢ bizim mühəndis orada daima boĢ-bekar gəzir, iĢçiləri tez-tez
baĢqa iĢə cəlb edirdilər. Zavodun texniki Ģöbəsində demək olar ki, açıq ziyankarlıq
etdilər. Biz ora səliqə ilə yığılmıĢ hər birində 1200 vərəqə olan 400 çertyoj
82
komplekti təqdim etmiĢdik. Texniki Ģöbədə bütün komplektlər qatıb-qatıĢdırılmıĢ
və lazım olan çertyoju tapa bilməmiĢdilər. Sonra isə bütün çertyojları yük maĢınına
yükləyib bizə göndərdilər ki, lazım olan çertyoj orada tapılmır. Bu, ağ yalan idi,
çünki çertyojları bizim baĢ mühəndis komplektləĢdirmiĢdi və mən özüm də orada
iĢtirak etmiĢdim. Texniki Ģöbənin bu xuliqancasına hərəkəti cəzasız qaldı. Zavodda
qaydasız halda hazırlanmıĢ hissələr, daĢ karxanasının laboratoriyasına daĢınırdı ki,
maĢını orada yığsınlar. Laboratoriya bu iĢi çox da həvəslə qarĢılamırdı, onlar 5 il
bundan öncə müvəffəqiyyətsizliyə uğradıqlarının səbəbini XKB-də görürdülər.
Maraqlı odur ki, iĢin çətinliyindən gecə-gündüz bar-bar bağıran karxanalar da
kombaynın hazırlanmasına biganə yanaĢırdılar. Fəhlələr də iĢə baĢlamaq
istəmirdilər. Məsələ aydın idi; ağır əl əməyini görmək üçün baĢqa kəndlərdən
iĢləmək üçün gəlmiĢ təsadüfi Ģəxslərdən istifadə edilirdi. YaxĢı pul alan bu
müvəqqəti iĢçilər pullarını alıb çıxıb gedirdilər. Bu cür külli miqdarda pul ilə
əməliyyat aparmaq karxananın müdiriyyəti üçün də əlveriĢli idi. Beləliklə,
kombaynın ətrafında yaradılmıĢ mühit onu məhvə gətirirdi. Yarıya qədər yığılmıĢ
kombayn daĢ karxanası laboratoriyasının bir küncündə atılıb qaldı. Mən bütün
bunlar üçün dərin həyəcan, ürək ağrısı keçirsəm də, əlimdən heç bir iĢ gəlmirdi.
Kombaynın taleyi haqqında düĢünərkən, mən öz günahlarımı da boynuma
almalıyam. Mən Ģəraiti nəzərə almamıĢ və kombaynın qurulması üçün lazım olan
təĢkilat iĢini qura bilməmiĢdim. Çertyojları birdən zavoda göndərmək lazım deyildi
- onlar iĢin həcmindən qorxdular və ondan canlarını qurtarmağa çalıĢdılar. Gərək
hər bir hissə ayrılıqda hazırlanaydı və ayrıca sınaqdan keçiriləydi. Bu, iĢi
asanlaĢdırardı və konstruksiyada əlavələr, düzəliĢlər verməyə imkan verərdi.
Ancaq bu cür yoxlamadan keçirilmiĢ hissələr vasitəsilə maĢını yığmaq olardı. Bu,
mənim iĢdə buraxdığım böyük səhvdir və mən bunu özümə heç vaxt
bağıĢlamayacağam. Ancaq onu da demək lazımdır ki, ətrafdakıların bu iĢə olan
laqeyd münasibəti ilə yenə də mən çox çətin yaxĢı nəticə qazana bilərdim. Lakin,
bu etiraf da mənim günahlarımı yüngülləĢdirmir. Kombaynın məhv edilməsindən
artıq on il keçmiĢdir. Mən bu müvəffəqiyyətsizlikdən sonra on il ömür etsəm də,
həyatımın son günlərində belə bu ağrılı itki hissi bir an belə məni tərk etmir.
Faris bəy Vəkilov
1977-ci il.
GENERAL HƏBĠB BƏY SƏLĠMOV
Ġyirminci il martın iyirmi ikisində, Novruz bayramı axĢamı daĢnaklar
Əsgəran keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq
hissəsini Azərbaycandan ayırmaq istəyirdilər. Top və pulemyotlarla silahlanan
qiyamçılara Ġrəvandan gələn daĢnak generalı Dro Kanayan komandanlıq edirdi.
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düĢməndən xilas etmək
üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmri ilə
83
Əsgəran cəbhəsinə güclü qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan
ordusunun əsas hissəsi - iyirmi minə yaxın əsgər və zabiti bu cəbhəyə göndərildi. O
cümlədən, Üçüncü Gəncə, BeĢinci Bakı, Birinci CavanĢir, Dördüncü Quba,
Səkkizinci Ağdam alayları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı
Qarabağa yola düĢdü. Aprelin üçündə baĢlayan bu ölüm-dirim savaĢı on iki gün
davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarıĢı uğrunda
mərdliklə vuruĢaraq ġuĢa qalasına, Xankəndinə daxil oldular. Yenilməz
fədakarlıqla vuruĢan əsgərlərimiz daĢnak ordusunu darınadağın etdi. Erməni süvari
dəstəsinin baĢçısı Dəli Qazar öldürüldü. Əsgəranın böyür-baĢında gizlənən
ermənilər xəndəklərdən çıxıb qaçmağa baĢladılar.
Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Bu vaxt
cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düĢmən üzərində çalınan
qələbəyə görə əsgərlərimizi təbrik edərək demiĢdi: “Qəhrəman əsgərlər, mən
Ģəxsən Almaniya cəbhəsində bir çox döyüĢlərdə olmuĢam. Fəqət sizin qədər
qəhrəman
əsgərlərə az-az təsadüf etmiĢəm. Siz mənim ümidlərimi
qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə
etdiniz”.
Azərbaycan hərb tarixinin səhifələrinə yazılacaq belə parlaq qələbələrin
ömrü, təəssüf ki, bundan sonra bircə ay davam etdi. Mikoyanın, Qazarovun,
Avetisovun, Amazaspın quyruq bulayıb qabaqlarına düĢdüyü bolĢevik-daĢnak
ordusu bir ay sonra iĢğalçı kimi Bakıya soxuldu.
Həyatının son dəqiqələrinə kimi o məĢum günü ürək ağrısı ilə xatırlayan
Məmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycan Cümhuriyyəti hökuməti aprel
ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdən Bakı limanında
lövbər salan dəniz qüvələrinin üsyan bayrağını açdığını, digər tərəfdən Benaqazi
(Binəqədi) Yanar dağı səmtdən Qızıl ordunun atəş saçaraq gəldiyini və geri
qaçmaq istərkən yolunun türkiyəli bir zabitin komandasında olan “Yardım alayı”
tərəfindən kəsildiyi gördü”.
Bununla da dəhĢətli, qorxunc bir dövr gəldi. Xüsusi bir amansızlıqla
Vətənimizə hücum edərək bolĢevik-daĢnak ordu birləĢmələri vətənpərvər
oğullarımızı qan içində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı. Min cür
həngamələrlə, izahı olmayan həbslərin dalğası gücləndi. Azərbaycan Milli
Ordusunun min iki yüzdən çox əsgər və zabiti Arazı keçərək o taylı qardaĢlarımıza
pənah apardı. Təqib olunan minlərlə ziyalımız Türkiyə, Fransa və Almaniyaya
mühacirətə getdi. BolĢevik-daĢnak təqibinin əzabkeĢlərindən biri - zabit Ələsgər
Ələsgərov - Kəngərlinski Ģahidlik edir ki, “şəxsən özüm tərəfindən yoxlanılmış
siyahıya görə, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə ancaq hərbi
rütbəlilərdən məhv edilənlər: generallar - on iki, polkovnik və podpolkovniklər -
iyirmi yeddi, kapitan və ştabs-kapitanlar-poruçik və podporuçiklər - qırx altı,
praporşik və podpraporşik - yüz qırx səkkiz, qalan iki yüz altmış altı (hamısı
müsəlmanlar)... 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda
84
qırmızı terrordan qırx səkkiz min adam öldürülmüşdü ki, bunun da çox hissəsi
ziyalıların payına düsürdü”.
1920-ci il mayın 30-da “Kommunist” qəzeti bolĢevik terrorunun alçağlığına
bəraət qazandıraraq, həyasızcasına “Layiqli cəza” adlı məqalədə yazırdı: “Ali
inqilab tribunalı bu iĢə yalnız həqiqi proletar ədliyyə orqanları nümayəndələrinə
xas olan ehtiyat və təmkinlə nəzər salmıĢdır. Azərbaycanın azad əmək mənafeyini
əsas tutan tribunal heç bir “qanuni intiqam” duyğularına yol vermədən özünün
soyuq və ölçüb-biçilmiĢ qərarını vermiĢdir”.
BolĢeviklər “təmkinlə”, “soyuq və ölçülüb-biçilmiĢ” haqsız qərarları ilə bizi
Azərbaycan Milli Ordusunun say-seçmə, yüksək rütbəli zabitlərindən və general
oğullarından məhrum etdilər.
YetmiĢ ildən çox adı və Ģöhrəti bağlı qapı arxasında qalan
generallarımızdan biri də Həbib bəy Səlimov olmuĢdu. 1918-ci ildə Milli Ordu
yarananda polkovnik Həbib bəy BaĢ Qərargah və Dəftərxana rəisi olmuĢdur.
Azərbaycan Demokratik Respublikasının hərbi naziri, tam artilleriya
generalı Səməd bəy Mehmandarovun iyirmi altı fevral min doqquz yüz on
doqquzuncu ildə otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub,
1920-ci ilin martında “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmıĢdı.
1919-cu il iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə
Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyətini tanımaq istəməyən
malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmiĢdi. DüĢməndən
qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmıĢ pulemyotu
Azərbaycan ordusunda istifadəyə vermiĢdi. Muğan və Lənkaranı ana yurdu
Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmiĢdi.
1918-ci ildə Azərbaycanda olmuĢ türk podpolkovniki RüĢtü bəy “Bakının
böyük hərb yollarında” (“Hərbi məcmuə”, 1934-cü il №93) jurnalında Həbib bəyi
igid bir sərkərdə kimi xatırlayır. O yazır ki, cəsur və döyüĢ texnikasını gözəl bilən
türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən
polkovnik Həbib bəy rus ordusunda yetiĢmiĢ azərbaycanlı zabitlərdəndir.
DöyüĢlərdə cəbhə iki yerə ayrılırdı: Ģimal və cənub qruplarına. Cənub qrupunun
komandiri polkovnik Həbib bəy Səlimov idi.
Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman Süleymanov Türkiyədə
yaradıcılıq ezamiyyətində olarkən general eloğlumuz Həbib bəy haqqında dəyərli
məlumatlar əldə etmiĢdir. Həmin faktlar əyani surətdə göstərir ki, general Həbib
bəy Səlimov daim ön cəbhədə olmuĢ və Azərbaycanı bolĢevik-daĢnak hərbi
qüvvələrindən xilas etmək üçün mərdliklə vuruĢmuĢdur. Həbib bəy Səlimovun
komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarının bolĢevik-daĢnak
qüvvələrindən azad etdikdən sonra o, Nuru paĢaya aĢağıdakı məzmunda raport
göndərib:
“Birinci - bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın (1 avust 1918-ci
il) Ələti düşmən alsa da, dəxi Allahın inayəti ilə işğal etmək üzrə irəliləyəcəyəm.
85
İkinci - mütəanibən (sonra) Bakı istiqamətində hərəkət edəcəyəm. Fəqət
qrupun suyu qətiyyən yoxdur. Susuzluqdan əfrad (bəzi adamlar) bayılmış bir
haldadır. Sürətlə su gətirilməsi üçün icad edənlərə əmr bulunmasını təkrar-təkrar
rica edirəm.
Üçüncü - Ələtdən sonra qaradan (torpaq yol) hərəkət edəcəyimdən bir
minik avtomobilinin təhriki üçün əmr bulunmasını edirəm.
...Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov
bildirirdi ki, bu axĢam Ələti iĢğal etdim. Dəfələrlə müraciət etməyimizə
baxmayaraq, biz hələ də geridən içməli su almamıĢıq. DöyüĢçülər susuz qaldığı
kimi, su olmadığı üçün lokomotivlər iĢləmirlər. Polkovnik Həbib bəy Səlimov
susuzluğun qrupda ağır vəziyyət yaratdığını və su gətirilməyincə Ələtdən o yana
hərəkət etməyin mümkünsüzlüyünü vurğulayır.”
Həbib bəy Səlimovun milli Azərbaycan Ordusunun formalaĢmasında da
böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz Ġslam Ordusu
komandanı Ordusunun formalaĢmasında da böyük tarixi xidmətləri vardır. Hələ
1918-ci ilin avqustunda Qafqaz Ġslam Ordusu komandanı Nuru paĢanın əmri ilə
Azərbaycan korpusu yenidən qurulmağa baĢlayanda hərbi təcrübəsinə və biliyinə
görə bu korpusun qərargah rəisi təyin edilmiĢdi.
Gəncə-Bakı dəmiryolu ilə irəliləyən cənub qrupunun komandanı kimi
H.Səlimovun göstərdiyi təĢkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti
tərəfindən layiqincə qiymətləndirildi və elə bolĢevik-daĢnak qoĢunlarına qarĢı
döyüĢlərin gediĢində ona polkovnik rütbəsi verildi.
1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinliklərə görə polkovnik
Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı:
“Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına
dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda
əsgərlərə yemək tapılmır. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə
həmişə “un şorbası” yedirtmək olmaz ki... Onuncu alayı çoxlu əsgəri çəkməsiz və
corabsızdır. Ordunu yeməksiz, paltarsız atsız, təchizatsız yaratmaq olmaz. Yarıac,
paltarsız əsgər əlbbəttə ki, evə qaçmaq istəyəcək.
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırdım:
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3. Belə korpusun yaradılması və təminatı üçün vəsaiti əsirgəməməli. Böyük
Napoleon Bonapart deyirdi ki, müharibə üçün üç şey lazımdır. Birinci pul, ikinci
pul, üçüncü yenə də pul.
Ordunu yedirmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür
xəstəliklərdən qorumaq lazımdır”.
Cəsur general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda
yazılmıĢ bir neçə məktub və teleqramını əldə edə bildik. Bu məktub və teleqramları
Həbib bəy Qarabağ ərazi qoĢunlarının komandanı olarkən, - odlu döyüĢlər gedən
86
ġuĢa və Ağdamdan göndərmiĢdir. Bunlar Həbib bəy Səlimovun döyüĢ yolunu
qismən də olsa öyrənməyə imkan verir.
“Azərbaycan” qəzetinin 15 iyun 1919-cu il tarixdə dərc olunmuĢ “ġuĢadan
axırıncı xəbər” yazısında deyilirdi:
“Ermənilər səkkiz gün ara vermədən şose yolunu və ona yaxın olan kəndləri
atəşə tutublar. General Həbib bəy Səlimovun avtomobili, ingilislərin avtomobili,
sərnişinlə dolu altı fayton, atla və piyada keçib gedənlər atəşə tutulmuşlar. Yalnız
bu gün atəş kəsilmişdir.
Görüşmək üçün yerli əhalidən nümayəndələr də dəvət olunublar”.
Qarabağın general-qubernatoru
Xosrov bəy SULTANOV
“Hərb nazirinə!
Bakı alayında 390 süngü vardır. Noyabrın 23-də Qoçaz istiqamətində
vəziyyət tədricən bərpa olunur. DüĢmən hər tərəfdən Zabuq çayının sağ sahilinə
atılmıĢdır. Ümid edirəm ki, bu günlərdə... rayonu tuta bilərik. Cəbrayıl dəstəsində
vəziyyət tam baĢqadır. Ora iki batalyon - 1000 süngü qüvvə göndərilməsə,
vəziyyəti düzəltmək mümkün olmayacaqdır. YaranmıĢ vəziyətdə bu cür qüvvəni
Xaçmaz dəstəsinin tərkibindən çıxarmaq, məncə, mümkün deyildir.
Mən indi sizin barıĢıq fikrinizlə o Ģərtlə razıyam ki, barıĢandan sonra
gələcək üçün sürətlə hazırlıq iĢləri görülsün.
General Həbib bəy SƏLİMOV
20 aprel 1920-ci il, Şuşa.”
“Bakı, general-leytenant Əliağa ġıxlinskiyə
Dünənki döyüĢ göstərdi ki, ermənilər bütün vasitələrdən istifadə ediblər.
Əsgəran cəbhəsində Dilicandan gəlmiĢ, əla təlim edilmiĢ və çox gözəl döyüĢ
aparan Dəli Qazarın partizanları bir yerə cəmləĢiblər. Ġndiki partizanlara ümid
bəsləmək olmaz. Onlara kəsərli söz, xalqa çoxlu pul və bütün baĢqa vasitələrlə
köməklik göstərmək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə xidmət etsinlər.
Təkrar edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında
Qarabağda gizli müharibə gedir. Hər tərəfdən patronlar tələb edirlər. Onların
neçəyə olursa-olsun, alınıb gətirilməsi vacibdir. Hazırda dövlətin ehtiyatları
Gəncədən Araza qədər ərazidəki cəbhə üçün düĢmən üçün müqayisədə həddindən
artıq azdır. Ancaq etibarlı və yaxĢı təĢkil olunmuĢ partizanları müvəqqəti sizin
tərəfə yönəldə bilərlər.
General Həbib bəy SƏLİMOV,
31 mart 1920-ci il.”
87
“Hərb nazirinə
...Bu vəziyyət yerli əhali arasında çaxnaĢma yaratdı. Onlar bizim Ağbulaq
yaxınlığında dayanan alayımızı xəbərdar etmədən çaxnaĢma salır və qaçırlar.
Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar.
Bütün bunlar aralarında iki minə yaxın silahlı Ģəxslər olan Ağdam əhalisinin
gözləri qarĢısında baĢ verirdi.
Bir nəfər belə gülablıların köməyinə gəlmədi, əksinə, iki-üç yüz erməninin
Gülablıda görünməsi onları çaxnaĢmaya saldı, əlbəttə, onlar səs-küyə salaraq
mərkəzə teleqram vurdular və Bakı da tez onların köməyinə gəldi.
Mən Qarabağa baĢ verən hadisələrdən xəbərdaram və Ģəraitə görə mümkün
olan bütün tədbirlərdən istifadə edirəm. Lakin, Abdallıların, Gülablıların, Xaçinki
kənd əhalisinin arzusu ilə qoĢunu ata bilmirəm. Ayın on doqquzunda səhər saat 10-
da mən özüm Ağdamda oldum, partizanlar üçün məhkəmə qurdum, lazım olan
tədbirləri gördüm. Nəticədə biz Güləbird kəndini, “Qızıl” hündürlüyünü tutmuĢuq,
Abdal kəndinə hücumu davam etdiririk.
Mənə inanın ki, mən özüm qorumuram, Ģəxsən olduğum və komandirlik
etdiyim yerlərdə düĢmənin qəflətən yaxalanmasına yol verməyəcəyəm.
Tatar alayının dərhal Cəbrayıla gəlməsinin böyük əhəmiyyəti olar, çünki bu
alayın əksəriyyətini ləzgilər təĢkil edir, bu da Quba qəzasında az fayda verə bilər.
General Həbib bəy SƏLİMOV,
10 aprel 1920-ci il, Şuşa.”
Dostları ilə paylaş: |