QÜRBƏTDƏN GƏLƏN MƏKTUB
General-topoqraf Ġbrahim ağa Vəkilovun ailəsində iki qardaĢın yeganə
bacısı Reyhan xanım idi. Atasından və əmisindən fərəhlə danıĢan Leyla xanım
bibisi haqqında heç bir məlumat vermir. Əlbəttə, bu səbəbsiz deyil. 1919-cu ildə
Azərbaycan nümayəndəsi kimi Fransada iĢləyən Abbas bəy Ataməlibəyov həyat
yoldaĢı Reyhan xanımı da özü ilə aparmıĢdı. 1920-ci il aprel çevriliĢindən sonra
onlar geri qayıtmadılar. ġübhəsiz ki, Reyhan xanım “Vətən” deyib, bolĢevik-
daĢnak rejimilə yaĢayan o vaxtkı Azərbaycana qayıtsaydı, bəy nəsilli, müsavat
generalının qızına da yaxĢı məlumdur. Otuz yeddinin qara, məĢum günlərində
19
doqquz yaĢlı uĢağa on bir il həbs cəzası kəsən, ata-anasını, hətta uzaq qohumlarını
güllələdən sovet totalitar hakimiyyətinə etibar edib qayıtmaq mümkünmü idi?
Əlbəttə yox. Bütün bunları - sürgün və güllələmələri onlar okeanın o tayında
yaĢasalar da, bilirdilər.
Yadımdadır, yetmiĢinci illərdə Faris bəylə tez-tez görüĢəndə bir neçə dəfə
bacısı Reyhan xanımın adını çəkib ağladı.
-
Faris bəy, bacınız sizdən böyük idi, yoxsa kiçik? - deyə soruĢdum.
-
Ailəmizin ən kiçiyi idi, - dedi. - ġən, Ģıltaq bircə bacımız vardı. O,
1896-cı il iyunun 20-də Tiflisdə anadan olmuĢdu. Ġki oğuldan sonra dünyaya gələn
bacımın Ģərəfinə atam bir qoç qurban kəsdi. Bacım ilk təhsilini Tiflisdəki Nücabə
qızlar məktəbində almıĢdı. 1917-ci ildə onun toyu oldu. Əri Abbas bəy
Ataməlibəyov əslən ġamaxıdan olan, lakin çoxdan Bakıda yaĢayan Seyfulla bəyin
oğlu idi. Onlar varlı-dövlətli, həm də ali dərəcədə ziyalı bir nəsil idi. Abbas bəy
Üzeyir bəyin qardaĢı Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy TopçubaĢovla yaxın
dost idi. Onlar Fransaya da birgə getdilər, bir daha qayıtmadılar. Atamın
sağlığında, qardaĢım və mən həbs olunmamıĢdan əvvəl məktublaĢırdıq. Ġndi isə nə
öldüsündən, nə də qaldısından xəbərimiz yoxdur...
Nə az, nə də çox, yetmiĢ yeddi ildən sonra general ailəsinin yeganə varisi
Leyla xanım Amerikadan məktub və fotoĢəkil aldı. Məktub və fotoĢəkli ona bibisi
oğlu Qalib göndərib. Təbii ki, belə məktubu oxumaq nə qədər sevindirici olsa da,
həyəcanı ondan qat-qat artıqdır. Professor Leyla xanım Vəkilova ingilis dilində
yazılmıĢ məktubun mətni ilə məni tanıĢ edir.
-
Bibim Reyhan xanım 1923-cü ildə anadan olan oğluna mənim atamın,
yəni kiçik qardaĢı Qalib bəyin adını qoyub. Mənə uĢaq vaxtı babam demiĢdi ki,
sənin bibin oğlu var. Hətta onun balaca vaxtı çəkilmiĢ iki foto Ģəklini də
göstərmiĢdi. 1934-cü ildə babam Ġbrahim ağa vəfat etdikdən sonra nə bibim
Reyhan xanımdan, nə də onun oğlunun taleyi haqında heç bir məlumatım yox idi.
Ġki min birinci ilin iyun ayında mənə xəbər verdilər ki, bibin oğlu Qalib
Ataməlibəyov sizi axtarır. Mən ona ev telefonumu və ünvanımı göndərdim.
-
Leyla xanım, 1919-1920-ci illərdə Reyhan xanım və ailəsi Fransada
yaĢayıb. Bəs necə olub ki, indi Amerikadan məktub gəlib?
-
Bibim oğlunun yazdığına görə 1920-ci ildən sonra onlar çox çətin və
əzablı günlər yaĢayıblar. Bu əzablara baxmayaraq, Qalib yaxĢı təhsil alıb, dünyanın
bir neçə böyük ölkəsini dolaĢıb. Hələ Parisdə yaĢayanda o, Sarbonna universitetini
bitirib. Müharibə vaxtı fransızların iĢğalçı qoĢunlarının tərkibində Almaniyada
hərbi qulluqda olub.
1946-cı ildə onlar ailəlikcə Cənubi Amerikaya, Çiliyə köçüblər. Qalib
farmokologiya mütəxəssisi kimi firmada iĢləyib. Onun Tayvanda, Çilidə,
Hindistanda, Yuqoslaviyada və Misirdə filialları olub. Nəhayət, altmıĢıncı illərin
sonunda Amerikada daimi yaĢayıb. Bibim Reyhan xanım 1966-cı ildə Çilidə, əri
Abbas bəy isə 1971-ci ildə Amerikada vəfat edib.
20
Yuqoslaviyada bibim oğlu milliyyətcə serb, sənəti kimyaçı olan bir qızla
tanıĢ olub ailə qurub. Onların indi iki övladı var - oğlu Abbas-Dominik və qızı
Tamara-Mariya adlı. Məktubunda Qalib söz verir ki, 2002-ci ildə dədə-baba Vətəni
Azərbaycana ziyarətə gələcək.
TĠFLĠSDƏKĠ ĠZĠMĠZ
Azərbaycanlı seminaristlər Qoridə özlərinin gənclik illərini keçirmiĢlər.
Onlar Gürcüstan və gürcülər haqqında ən yaxĢı təəssüratlarla gedirlər. Gürcüstan
Azərbaycanın bir çox mədəniyyət xadimlərinin mənəvi vətəni olmuĢdur. Belə
vətəni unutmaq olarmı? Mən Gürcüstan və Qori Ģəhərinin sakinlərinə səmimi
münasibətlər üçün dərin minnətdarlığımı bildirirəm.
Firudin bəy Köçərli,
(1918-ci ildə “Qruziya” qəzetinin müxbirinə
verdiyi müsahibədən).
Ötən əsrin əvvəllərindən baĢlayaraq Tiflisdə bizim mütərəqqi fikirli
ziyalılarımız daha çox məskən salıblar. Ona görə də inqilaba qədərki
ziyalılarımızın hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə
bağlılığına rast gəlirsən. Təəssüf ki, belə görkəmli Ģəxsiyyətlərimizin adları
əbədiləĢdirilmir. Olub-qalan niĢanələr isə bir yandan silinib itirilir.
General-topoqraf Ġbrahim ağa Vəkilovun ötən əsrin sonlarında tikdirdiyi
Ģəxsi mülkü UĢ.Çxeidze küçəsində əsl memarlıq abidəsi idi. Ġki göz istəyirdi
tamaĢa eləsin. Bu evi mən 1985-ci ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem
vasitəsilə axtarıb tapmıĢdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ-
salamatdı, getdim, Tiflisdə ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinə bir
Allah, bir də mən Ģahidi oldum. Doxsan dörd yaĢlı tənha qoca durub qara Ģkafin
enli siyirməsində saxladığı həmin evin foto Ģəklini tapdı, dönə-dönə öpdü, uĢaq
kimi kövrəldi.
Ġkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaĢayırdı. SoruĢdum ki,
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar generalının.
Bu dəfəki gəliĢimdə də dözməyib, yenə həmin evə baĢ çəkmək istədim.
Hansı gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bilirdim orda - o mülkdə,
qarĢısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun
həsrətindədir. Üstəlik də Faris bəy danıĢmıĢdı ki, qapımızdakı ağacların hamısını
atam Qarayazıdan, Salahlıdan gətirtmiĢdi. Atam o ağaclarla həmiĢə həmsöhbət
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq
Ģəhərlərə topoqrafiya çəkiliĢlərinə gedəndə onlara da salam yazırdı. Anama, bizə
dönə-dönə tapĢırardı ki, ağaclar amanatdı, onlara vaxtında su verin, korluq
çəkməyə qoymayın.
21
Veriyski körpüsünə keçib balaca dikdirə çıxanda gözlərimə inanmadım.
Generalın mülkü yox idi, yer üzündən silinmiĢdi, sanki heç burda belə Ģey
olmayıbmıĢ. Yalnız sahibsiz bağın ağacları qalmıĢdı. Məni qınamayın, mənə elə
gəldi ki, o ağaclar yetim uĢaq kimi ağlaĢırdılar. YaxınlaĢıb oxĢadım onları. Əlimi
gövdələrinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxĢı tanıdığım mərhum
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım.
BaĢım üstündə göyə yüksələn ağacların yarpaqları xıĢıldadı. Küləkmi tərpətdi
onları, yoxsa mənim gəliĢimə sevinclə pıçıldaĢdılar? Deyə bilmirəm, bircə Ģeyi
bilirəm ki, canıma ad saldı o ağacların qürbətdə yetim qalmağı...
Xeyli aralıdakı qonĢulardan soruĢdum ki, bu mülkü niyə uçurublar? Cavab
verdilər ki, guya yanından keçən yolu geniĢləndirınək istəyiblər, yol-zad da
çəkməyiblər. Evi uçurduqlarına da peĢman olublar...
Beləcə, bizim bir tarixi abidəmiz, tariximiz keçmiĢ Tiflisdən silinib.
Acınacaqlı haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmirdi.
O vaxt, 1985-ci ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə
sahibinə dedim ki, Tbilisidə generalın evi qalır.
-
Nə demək istəyirsən? - deyib, boz-boz üzümə baxdı.
-
YaxĢı olar, - dedim - Gürcüstan hökuməti ilə danıĢıb mülkə bir lövhə
vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı Ġbrahim ağa
Vəkilov yaĢayıb. General Ġbrahim ağa Vəkilov tarixi Ģəxsiyyətdir...
Məni axıra qədər dinləməyən rəhbər Ģəxs etinasızlıqla:
-
FikirləĢərik, - dedi, - indi vaxt yoxdur.
Bizim “ağıllı rəhbərimiz” fikirləĢməyə vaxt tapana kimi “dəli vurub çayı
keçdi”...
Həmin il - 1985-ci ilin iyununda Tbilisidə Ģahidi olduğum bir hadisəyə
azərbaycanlı kimi hədsiz sevindim. Ġndi unuda bilmirəm. Bir küçədən keçəndə
kitab mağazası görüb içəri keçdim. Satıcı yaraĢıqlı cavan bir oğlan idi. Mən rusca
soruĢdum ki, sizdə tarixi mövzuda yaxĢı kitab varmı? Saxlancın varsa, ver, neçəyə
desən alaram. Oğlan üzümə baxıb, təmiz Azərbaycan dilində:
-
Var, - dedi, - buyurun, alın, cavan yaĢında Gəncədə vəfat etmiĢ Ģair
Nikoloz BarataĢvilinin həyatından sənədli povestdir. Alsanız peĢman olmazsınız.
Burda o dövrün Gəncəsi haqqında maraqlı epizodlar var.
-
Azərbaycanlısanmı? - deyə, sevinclə soruĢdum.
-
Yox, - dedi, gürcüyəm. Meydanda yaĢayıram. Bizim Meydanda yaĢayan
bütün millətlər Azərbaycan dilində mənim kim təmiz danıĢırlar, hələ sizin
mahnıları da oxuya bilirəm, hər bazar günü saat ikidə “muğamat saatı”nı
səbirsizliklə gözləyirəm.
Dünən general Ġbrahim ağa Vəkilovun mülkünün uçurulmağı qanımı
qaraltmıĢdısa, bu gün dilimizə, musiqimizə olan hörmət məni göyün yeddinci
qatına qaldırdı. Kitab mağazasından sinədolusu sevinclə çıxdım.
22
HƏRBÇĠ VƏKĠLOVLAR
Ġstər imperiya dövründə, istər 1918-1920-ci illərdə Azərbaycan
“Demokratik Cümhuriyyəti Milli ordusunda və aprel” çevriliĢindən sonra da
Vəkilovlar nəslinin silah tutan cəsur övladları hərbi sahədə layiqincə qulluq
etmiĢlər. Azərbaycanın Rusiya iĢğalından sonra sevimli Ģairimiz Səməd Vurğunun
mənsub olduğu Vəkilovlar nəslindən imperiya ordusunun sıralarında igidlik
göstərən hərbçi oğullar olmuĢdur. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə
Ordusunun komandanı general N.N.Muravyovun verdiyi əmrdə oxuyuruq:
“Üçüncü
müsəlman-süvari
(Azərbaycan
-
ġ.N.)
alayındakı
qazaxlılardan ibarət bölüyün komandiri, kapitan Mənsur ağa Vəkilova
“Ġgidliyinə görə” və üstü yazılı dördüncü dərəcəli “Müqəddəs Anna ordeni”,
Qazax bəy polusotniyasından olan milis praporĢiki Mir Mirzə Məhəmməd
ġərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmməd
ġah Ağasultanova gümüĢ temlyak gəzdirmək hüququ və yunker rütbəsi,
Qazax bəy polusotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gümüĢ
temlyak gəzdirmək hüququnda yunkerlik rütbəsi verilsin” (Bax. “Kafkaz”
qəzeti, № 85, 24 sentyabr 1855-ci il).
1889-cu ildə Tiflisdə nəĢr olunmuĢ Qafqaz hərbi-tarix muzeyinin “Soraq
kitabçasında belə bir məlumata rast gəldim: “Polkovnik Mirzə Xudadat bəy
Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. Ġlk zabit rütbəsini 1847-ci il
iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz
Əlahiddə ordusunda xidmətdədir. Ġgidliyə görə təltif olunduğu ordenlər: dördüncü
dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə
(1851), Müqəddəs Stanislav (1858), Ġmperatorun tacqoyma mərasimi münasibətilə
orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü
dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883)
və 1862-ci ildə Ġranın üçüncü dərəcəli “ġire-XorĢid” ordeni”.
Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib.
Qafqaz Əlahiddə Ordusunda ġərq dilləri üzrə mütərcim-tərcüməçi iĢləyib. O,
məĢhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri
Əlimərdan bəy TopçubaĢovun isə dayısıdır.
23
ALLAHIN MƏRHƏMƏTĠ ĠLƏ BĠZ
ÜMUMRUSĠYA ĠMPERATORU VƏ HÖKMDARI
BĠRĠNCĠ ALEKSANDR
BĠZƏ SƏDAQƏTLĠ QAZAX XALQINA
4
Bizim Gürcü çarlığının BaĢ rəisi general A.P.Tormasovun
5
məlumatına
görə, keçən 1809-cu ildə çoxsaylı Ġran qoĢunlarının Bizim sərhədlərə basqını
zamanı Gürcüstanda yaĢayan
6
Qazax camaatı misilsiz Ģücaət göstərmiĢ. Bizim taxt-
taca sədaqətli olduqlarını göstərmiĢlər.
Qazax süvarilərinin bu Ģücaətini və Bizə göstərilən sədaqətini nəzərə alaraq
(Qazax camaatına) Bizim hökmdarın təĢəkkür və ehtiramını bu Fərmanla
bildirməyinizi lazım hesab edirik.
Sankt-Peterburq
Bizim Çarlığımızın onuncu ili
Ġmperator Birinci Aleksandr.
Daxili iĢlər naziri: Kozodoyev.
7 may 1810-cu il
* * *
ALLAHIN MƏRHƏMƏTĠ ĠLƏ BĠZ
ÜMUMRUSĠYA ĠMPERATORU VƏ ÇARI
ĠKĠNCĠ ALEKSANDR
Qoy, hər kəsə aydın və məlum olsun ki, hamımızın sevimlisi imperator
Nikolay Pavloviç, Ümumrusiya padĢahı, bizim çar atamız, Kornet Kazım
Hüseynqulu oğluna, onun xidmətdə göstərdiyi çalıĢqanlıq və səylərə görə, ən
mərhəmətlimiz, min səkkiz yüz əlli birinci il, avqustun otuzuncu günü ona
Podporuçik rütbəsi vermiĢdir. Ona görə də Biz, bütün təbəələrimizə bildirərək əmr
edirik ki, Kazım Hüseynqulu oğluna Podporuçiklik təsis edib bağıĢlayırıq və onu
Bizim Podporuçik kimi lazım olan qaydada tanıyıb hörmət edin. Biz inanırıq ki, O,
ən mərhəmətli tərəfindən ona verilmiĢ rütbəyə layiq, sadiq və mehriban, zabitə
yaraĢan kimi hərəkət edəcək. Buna əsasən, Biz Hərbi Nazirliyin MüfəttiĢlik
Departamentinə, imzalayıb Bizim dövlət möhürü ilə təsdiq etməyi tapĢırdıq.
Sankt-Peterburqda 1855-ci il dekabrın 26-cı günü verilmişdir.
4
Səhvdir.Qazax xalqı yox, Qazax camaatı olmalıdır – ġ.N.
5
A.P.Tormasov 1809-cu ilə kimi rus qoĢunlarının Qafqazda BaĢ komandanı olub – ġ.N.
6
Gürcüstanla qonĢu olan yazılmalıdır. Qazax sultanlığı 1801-ci ildə ġərqi Gürcüstanla birgə Rusiyaya
ilhaq olunmuĢdu. ġübhəsiz ki, bu səhv ordan yaranıb – ġ.N.
24
İmperator Həzrətlərinin Baş Qərargahının Növbətçi Generalının
köməkçisi Əlahəzrətin məiyyəti General-mayor –
Vitse Direktor vəzifələrini yerinə yetirən - Polkovnik –
Hərbi Nazirliyin Müfəttişlik Departamentində
9218 sayla təsvir edilmişdir.
Xarici İşlər Nazirliyində 1519 sayla möhürlənmişdir.
* * *
Bu rəsmi sənədlərdə imperator Birinci Aleksandrın təĢəkkürünü və
ehtiramını qazanan qazaxlılardan ibarət süvari dəstənin kapitanı Mənsur ağa
Vəkilov, Vəkil Alı ağa oğlu Hacı Məmmədxan ağa, Xan ġıxlinski, mayor Mustafa
ağa Arif ġıxlinski, Alqazax oğlu Əliağa, Nəsrulla bəy, poruçik Mehralı bəy
Söyünbəyli, Allahyar ağa Dilbazov, Süleyman ağa Usubov, Həsən ağa Kəsəmənli,
ġərif Zaloğlu, Molla Ġmanverdi TüklübaĢoğlu, Çopur Nəsib və baĢqaları olmuĢlar.
Ġmperator fərmanının əsli hazırda (kapitan Mənsur ağa Vəkilovun nəvəsi)
Ģair Mənsur Fəxri oğlu Vəkilovda saxlanılır.
Tarixi mənbələrdə belə bir fakt da var ki, 1837-ci ilin yaz-yay aylarında
Qafqazda olan çar birinci Nikolay ayrı-ayrı Ģəhər və mahalları gəzmiĢdir.
Avqustun 18-də Dilicandan Tiflisə qayıdan çarı nüfuzlu Ģəxs və etibarlı ağa olan
Məmmədqulu ağa Vəkilov müĢayət etmiĢdir.
Bu barədə 1912-ci ildə Tiflisdə nəĢr olunmuĢ “Kavkazski sbornik” (I hissə,
XXII-cild, səh. 329-da) məcmuəsi daha dəqiq məlumat verir:
“...Mülki qubernator ikinci dəfə Əlahəzrət imperatoru Dilicanda
Yelizavetpol vilayətinin və ġəmĢəddin məntəqəsinin ağalarından ibarət otuz
doqquz nəfərlə qarĢıladı. Onların iyirmi nəfəri poruçik Təhsi xanın komandanlığı
ilə Ġstibulaq kəndinə qədər əlahəzrəti müĢayət etdilər. Burada əlahəzrət imperatoru
otuz nəfərdən ibarət Qazax ağaları qarĢıladı. Burdan da iyirmi süvari podpolkovnik
Həsən ağanın komandanlığı ilə müĢayiətçi təyin edilərək Əlahəzrəti Qırmızı
körpüyə qədər yola saldılar. Sonra Sıqnax qəzasının hörmətli sakinləri öz baĢçıları
ilə Əlahəzrəti qarĢılayaraq əvvəlki qayda ilə knyaz və zadəganlardan ibarət iyirmi
nəfər onu Muğanlıya qədər müĢayət etdilər. Muğanlı dayanacağında Əlahəzrəti
Borçalı məntəqəsindən otuz nəfər qarĢıladı. Onların iyirmi nəfəri nüfuzlu
Məmmədqulu ağa Vəkilovun komandanlığı ilə Əlahəzrəti Tiflis qəzasının Alget
məntəqəsinə qədər müĢayiət etdi”.
Birinci Cahan savaĢında və ondan əvvəlki müharibələrdə Vəkilovlar
nəslindən döyüĢən orduda xidmət edib ad-san qazananlar da az olmamıĢdır.
Polkovnik Əsəd ağa Vəkil ağa oğlu Vəkilov (1853-1921), Abbasqulu bəy
Məmmədhəsən oğlu Vəkilov (1844-1927), Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov
(1884-1952), praporĢik Lütvəli bəy Abbasqulu bəy oğlu Vəkilov (1890-1932) və
baĢqaları imperiyanın orden, medalı ilə təltif olunmuĢlar.
25
Onlardan biri - polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın kavaler
ordenləri ilə təltif olunmuĢdur. 1867-ci il oktyabrın 10-da zabit rütbəsi alan
Abbasqulu bəy uzun müddət Qars Ģəhərində yerləĢən yüz əlli beĢinci Quba süvari
alayında xidmət edib. Tiflis hərbi gimnaziyasını bitirən Abbasqulu bəy Vəkilov
1884-cü il martın altısında podpolkovnik rütbəsi ilə təltif olunmuĢdur. O, qırx ilə
yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs
Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə,
1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli
Müqəddəs Anna (1888) və baĢqa orden, medalla təltif olunmuĢdur.
Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiĢ
üç yaĢında Bakıda vəfat etmiĢdir.
1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində Parlamentin üzvü,
Bakıda ilk poliklinikaların təĢkilatçısı və 1900-cü ildən Qafqaz Tibb Cəmiyyətinin
həqiqi üzvü Məmmədrza ağa Vəkilov (1864-1944), daxili iĢlər naziri Mustafa bəy
Vəkilov (1899-1943), Rəhim bəy Vəkilov (1897-1934), Parlamentdə Dəftərxana
Ġdarəsinin rəisi Məmməd ağa Vəkilov (1863-1939) dövlət xadimi kimi fəaliyyət
göstərmiĢlər.
Respublika Mərkəzi Dövlət Tarix Arxivində bir siyahı saxlanılır. Orada
Birinci Cahan savaĢı baĢlayanda Qazax qəzasından könüllü olaraq 1915-ci ilin iyun
ayında cəbhəyə getmək üçün Tatar-Azərbaycan süvari alayında yazılanların adı,
soyadı göstərilir.
Həmin siyahıda Qazax qəzasnın ayrı-ayrı kəndlərindən 67 nəfər könüllünün
adı yazılıb. Salahlı kəndindən olan doqquz nəfərin beĢi Vəkilovlar nəslindəndir:
1. Əhməd ağa Qasım ağa oğlu Vəkilov,
2. Mustafa ağa Abdulla ağa oğlu Vəkilov,
3. Mustafa ağa Əbdülkərim ağa oğlu Vəkilov,
4. Saleh ağa Əhməd ağa oğlu Vəkilov,
5. Vəli ağa Nəbi ağa oğlu Vəkilov.
POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV
1918-ci ildə yeni yaranan süvari rotalarının təĢkilatçılarından olub. Birinci
süvari alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci
ilin əvvəllərində isə Bakıdakı birinci kadet korpusunda hərbi təhsil idarəsinin rəisi
idi.
Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu
Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və
Birinci Cahan savaĢlarında döyüĢən orduda iĢtirak edib. DöyüĢ xidmətlərinə görə
“Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. Ġyirminci ildən
sonra ġəkidə yerləĢən ikinci qırmızı kadet korpusunda xidmət edib.
26
Çar və Müsavat zabiti olduğuna görə Ģübhəli Ģəxs kimi dəfələrlə həbs edilib.
Xalq Ģairi Səməd Vurğunun məĢhur “Komsomol poeması”ndakı Gəray bəy
obrazının müsbət keyfiyyətlər baxımından prototipidir. Heç təsadüfi deyil ki,
ölkədə havanın “tutqun” olduğu tuthatut illərində yazdığı poemada Səməd Vurğun
daxili bir vüqarla Gəray bəyin mərdliyini, tarixi faciəsini də verə bilmiĢdir.
Səksəninci ilin əvvəllərində professor Fatma xanım Vəkilova ilə tez-tez
görüĢərdim. GörüĢümün səbəbləri çox idi. O vaxtlar “Qoridən gələn Qatar” sənədli
povestimi iĢləyir, lazımi materiallar toplayırdım. Əsərin əsas qəhrəmanı məĢhur
ədəbiyyatĢünas-alim Firudin bəy Köçərli idi. Arxivlərdə, xüsusilə Gürcüstan
Dövlət Maarif Arxivinin sənədlərində daha çox iki Ģəxsin adına rast gələrdim.
Məmmədağa və Ġsmayıl ağa Vəkilovlar. Xeyirxah insan Mirqasım Əfəndiyevdən
öyrəndim ki, hər iki Vəkilovlar qardaĢdırlar, Firudin bəyin seminariya yoldaĢı və
sonralar qaynı olublar. Fatma xanım Ġsmayıl ağa Vəkilovun qızı idi.
Fatma xanımla Yusif Məmmədəliyev küçəsindəki mənzilində ilk dəfə 1983-
cü il aprelin üçündə görüĢdüm. Bu tarix qeyd dəftərçəmdə indi də qalır. Mənə
məĢhur sərkərdəmiz Əliağa ġıxlinskinin müasirlərimizdən heç kəsin bilmədiyi ailə
Ģəcərəsi haqqında geniĢ məlumat verdi. Onun anası Növrəstə xanım, generalın
bacısı Bədircahan xanımın qızı, generalın bacısı oğlu, qəza pristavı Ġsfəndiyar bəy
Muradov Fatma xanımın doğmaca dayısı imiĢ.
1912-ci il təvəllüdlü Fatma xanım Vəkilovların və ġıxlinskilərin ailə, kök,
nəsil qohumluğunu, necə deyərlər, saçaq-saçaq bilirdi. Bir sözlə, hər iki nüfuzlu
nəslin ensiklopediyası idi. O vaxtlarda Fatma xanım əmisi Məmməd ağa və atası
Ġsmayıl ağa haqqında da mənə maraqlı epizodlar danıĢıb nadir fotoĢəkillər
bağıĢladı. Onlardan “Qoridən gələn Qatar” povestində istifadə elədim. Haqqında
çox az məlumatım olan, yalnız adını eĢitdiyim polkovnik Gəray bəy Vəkilov
barədə də ondan məlumat öyrənmək istədim. Professor Fatma xanım mehriban ana
qayğısı ilə;
-
Oğul, - dedi, - Nazim Ġbrahimovu tanıyırsanmı? TanımamıĢ olmazsan?
-
Respublika Mətbuat və NəĢriyyat Komitəsinin sədri Nazim Ġbrahimovu
deyirsiniz?
-
Bəli!
-
Tanıyıram, - dedim, - kitab nəĢri sahəsində bütün peĢəkar yazarların
taleyi ondan asılıdır. Xüsusilə, yazıçılar onun qayğısından razıdırlar. Amma
aramızda vəzifə, yaĢ fərqi var... Fatma xanım, Nazim müəllimi nə münasibətlə
yada saldınız?
- Söhbətimin canı var. Sən bilirsənmi ki, Nazim Ġbrahimovun həyat yoldaĢı
Nazimə xanım polkovnik Gəray bəy Vəkilovun nəvəsidir? Nazimə xanımın anası
Sona xanım indi də sağ-salamatdır. Sona xanım da polkovnik Abbasqulu bəy
Vəkilovun nəvəsidir. Yəni polkovnik Gəray bəyin doğma qızıdır. Bizim
Vəkilovların bir qolu inqilabdan çox əvvəl Ġrəvanda, Naxçıvanda, digəri isə Qarsda
27
və Tiflisdə yaĢayıb, Gəray bəy də Qarsda anadan olub. Ona görə də Sona xanımla
da görüĢməyin yaxĢı olardı...
Aradan nə az, nə də çox, yeddi il keçəndən sonra “Topoqraf-general
Ġbrahim ağa Vəkilov” kitabını nəĢrə hazırlayanda o illərki qeyd dəftərçəmi
vərəqlədim. Ġstər-istəməz mehriban ana, mərhum Fatma xanımın nurlu sifətini
xatırladım. Hər iki nüfuzlu nəsil haqqında mənə qiymətli faktlar söylədiyi üçün ona
dönə-dönə rəhmət dilədim. Qeyd dəftərçəmi vərəqlədikcə gördüm ki, onun
dediklərindən bir çoxuna hələ əməl etməmiĢəm. Onlardan biri də polkovnik Gəray
bəyin qızı ilə görüĢmək idi.
...Aylarla bir kamerada olan dustaqlar baĢlarına gələn qəzavü-qədəri
danıĢmaqdan yorulmuĢdular. Üç gündən bir müstəntiqin sorğu-sualı olurdu:
-
Gəncə üsyanında harada olmusan? Nuru paĢa ilə sonuncu dəfə nə vaxt
görüĢmüsən? Zaqatala üsyanına kim baĢçılıq edirdi? “Ġttihad”çılardan kimləri
tanıyırsan, onların təĢkilatına nə vaxt qəbul olunmusan?
Belə sorğuların sonu yox idi. Dustaqlar da yaddaĢına güc verib altı il əvvəl
harada, kiminlə nahar etdiyini xatırlamağa məcbur idilər.
AxĢamdan xeyli keçmiĢdi. ġtabs-kapitan Fərhad bəy Əlibəyovla bir
kamerada olan polkovnik Gəray bəy bikef halda oturmuĢdu. O, evi, ailəsini
fikirləĢirdi. Özünün güllələnəcəyini də düĢünürdü:
-
Onsuz da bir can borcluyam. Gec-tez bu dünyanı tərk etməliyəm.
Məndən sonra Sitarənin dörd uĢaqla qalması, ona ömürlük əziyyət olacaq...
...Hər gün Ģər qarıĢanda elə bil kameraya yığın-yığın qəm-qüssə ələnirdi.
UĢaqların hərəkəti, danıĢığı, illah da axĢam iĢdən qayıdanda bircə qız balası
Süfiyyənin onun qucağına atılmasını, Ģaqraq səsini yadına salanda dəli-divanə
olurdu. Dustaq Gəray bəyin iztirab dolu qəlbinin ən dərin guĢəsində əziz anasının
adını daĢıyan Süfiyyəyə ayrıca ata məhəbbəti vardı. Bu sonsuz övlad məhəbbəti bir
il idi dustaq polkovnik Gəray bəy Vəkilova əzab verirdi.
Ürəyi köksündə sürətlə döyünən Gəray bəy bikef halda:
- Fərhad bəy, - dedi, - görünür, bizim qismətimizə belə yazılıbmıĢ...
Tavanda tor məftilə salınmıĢ iĢıq getdikcə zəiflədi. Onun ancaq közərtisi
qaldı. Bu, dustaqlara yatmaq üçün iĢarə idi. Bundan sonra növbətçini, ya da
komendantı çağırmağa icazə verilmirdi.
-
Aha, - dedi, Fərhad bəy - qismət dedin, iĢığımız da söndü. Mən bir
Ģeydən qorxuram, Gəray bəy, qorxuram...
Fərhad bəy sağ əlini irəli uzadıb Ģəhadət barmağını açıb-qatladı.
-
Qorxuram qisas alalar...
-
Axı, nəyə görə, biz nə günahın sahibiyik? - deyə Gəray bəy hüznlü səslə
soruĢdu.
-
Bəs altı ildi güllələnən yüzlərlə Azərbaycanlı ziyalısı, zabit və əsgəri
məgər günahkardı? Sən də, mən də Müsavat zabitiyik, vəssalam! Azərbaycanda
meydan sulayan daĢnak, bolĢeviklərə elə bu bəhanə bəsdi.
28
-
Düz deyirsən vallah, hər Ģey ola bilər - Gəray bəy bikef halda təsdiq
etdi.
-
Dayan, - deyib Fərhad bəy onun biləyindən yapıĢdı. Sol əlilə qapını
göstərdi. Kimsə gəlir, yəqin nəzarətçidir.
ġiĢpapaq bolĢevik zabiti gözlüyü açıb, bağladı. Kamerada iĢıq yenidən artdı.
Nəzarətçi ĢiĢman qarnı üstündəki kəmərini sığallaya-sığallaya içəri girdi. Hər iki
dustaq dərhal ayağa durdu.
-
Polkovnik Gəray bəy Vəkilov hansınızdır? - deyə nəzarətçi xəbər aldı.
-
Mən, - deyib Gəray bəy qəddini düzəldib əsgəri qaydada dimdik durdu.
Nəzarətçi onu ilk dəfə görürmüĢ kimi laqeyd nəzərlərlə baĢdan-ayağa
süzdü. Özü ilə gələn iki əsgərə iĢarə etdi:
-
Çox yaxĢı, “hədiyyənizi” götürə bilərsiniz.
Gəray bəy irəli addım atanda nəzarətçi əlini qaldırıb, sərt səslə dilləndi:
-
Elə yox, elə olmaz, Ģələ-külənizlə, əmr belədir.
Fərhad bəy qolunu geniĢ açıb geriyə dönən Gəray bəyi bərk-bərk qucaqladı.
Yaman kövrəlmiĢdi:
-
Allah amanında, qardaĢ, bu nə iĢ idi...
Bikef Gəray bəy:
-
Niyə narahat olursan, - dedi, - bəlkə baĢqa yerə dəyiĢirlər, bəlkə
sürgünə...
-
Artıq söhbəti kəsin, dustaq Vəkilov, Ģələ-küləni götür, haydı, - deyə
nəzarətçi onlara təpindi.
Sonra qıyqacı baxıĢlara Fərhad bəyi süzdü:
-
Siz dostunuz üçün narahat olmayın, o, çox yaxĢı yerə gedir. Onun
ikibaĢlı danıĢığından daha da Ģübhələnən Fərhad bəy:
-
Hara gedir? - deyə dərhal soruĢdu.
-
Hara gedə bilər ki, evə, əzizim, evə, vəssalam!
Nəzarətçiyə inanmayan, onu dodaqaltı söyən Fərhad bəy üzünə bağlanan
qapıya baxa-baxa quruyub qalmıĢdı. Kamerada iĢıq yenidən zəiflədi...
ġamaxı yolundakı həbsxananın komendantı əlini zəif yanan peçdə qızdıra-
qızdıra:
-
Hə, polkovnik Vəkilov, belə-belə iĢlər - deyə, ona müraciət etdi.
Stolun üstündəki əl boyda kağızı göstərib:
-
Buyurun, hələlik sizi bolĢevik hökuməti yanında günahınız sübut
olunmadı. Ən yaxın adamınız üzünüzə dursa da “Ġttihad”çılar bunu inkar etdilər.
-
Siz də hərbçisiniz, bilməmiĢ olmazsınız, peĢəkar hərbçilər həmiĢə
siyasətdən uzaq olublar. Bu, tarixən belədir, daha doğrusu, əsgəri qaydadır...
-
Oho, Vəkilov, sən çox ağıllı, düĢüncəli adamsan. Görünur, bəy titulunu
nahaq yerə daĢımırsan. - Komendant iri bir dəftərxana kitabını ona tərəf itələdi: -
Burdan qol çəkin, hələlik azadsınız, evinizə buraxılırsınız. Bundan sonra fəxrlə
deyə bilərsiniz ki, bolĢevik gülləsi sizdən yan keçdi. Amma siz... - kinli-kinli
29
Gəray bəyə baxıb - bolĢeviklərə çox güllə atmısınız, bolĢeviklərin qanını su yerinə
axıtmısınız, elə deyilmi?
Gəray bəy dinmədi...
Bu epizodu mənə ilk görüĢümüzdə Gəray bəyin qızı Sona xanım danıĢdı.
1926-cı ildə qarlı qıĢ axĢamı gecədən xeyli keçəndən sonra Sitarə xanımın qapını
açması və atası Gəray bəyin qəfil gəliĢini Sona xanım çox yaxĢı xatırlayır.
-
Bu gözlənilməz gəliĢdən özünü itirən anam hey təkrarən atamdan
soruĢurdu ki, a kiĢi, nə yaxĢı səni buraxdılar.
Atam isə sevinclə bizi öpür, qucaqlayırdı. O, qardaĢım Böyükağanın,
Rüstəmin dərslərini soruĢdu. Balaca Fərruxu və məni dizinin üstündə oturdu. Ata
məhəbbətini, həmin gecənin sevincini mən indi də unuda bilmirəm. Həmin gecə
evimizin iĢığı səhərə kimi sönmədi. Birdən atam sərt səslə anama dedi:
-
Elə deyirsən ki, nə yaxĢı buraxdılar. Axı mənim nə günahım var ki,
buraxmayaydılar. Namərd bir qohumla məni üzləĢdirdilər.
O mənə nə qədər Ģər atdısa da faydası olmadı. Onda namərd dedi ki, sən
Gəray bəy ağqvardiya ordusunda qulluq etmisən. Mən də cavab verdim ki, əvvəla
Müsavat ordusu ağqvardiyaçılardan ibarət deyildi. Əgər sən deyən kimidirsə, onda
ikimiz də birgə qulluq etmiĢik. Müsavat ordusunda sən praporĢik, mən isə
polkovnik olmuĢam. Mənim qismətimə insaflı müstəntiq düĢmüĢdü. O, milliyyətcə
HəĢtərxan tatarı idi. Növbəti istintaqın birində məndən soruĢdu ki, 1924-cu ildə
harada olmusunuz? ġəkidə Qırmızı Kadet korpusunda iĢləmiĢəm, - dedim. Həmin
ili kursantların buraxılıĢı münasibətilə 1924-cü il noyabrın 7-də Moskvada kursant
heyətilə birgə Nərimanovun qəbulunda olmuĢam. Bu görüĢdən fotoĢəklimiz də var.
Bunu eĢidən müstəntiqin əhval-ruhiyyəsi tamam dəyiĢdi. Dedi ki, 1918-ci
ildə Nərimanov HəĢtərxanda olanda məni müalicə edib. Məni ölümdən xilas edib,
həyata qaytarıb. Ona görə rəhmətlik Nərimanova böyük hörmətim var.
Atam sonralar da danıĢırdı ki, sağ-salamat buraxılmağımın səbəbkarı həmin
müstəntiqin Nərimanova olan hüsn-rəğbətindən irəli gəlib. Ona görə də atam
Gəray bəy ömrünün sonuna kimi Nərimanova rəhmət oxuyardı.
-
Sona xanım, atanız Gəray bəy Müsavat ordusunda Gəncədə, Tərtərdə
hərbi qulluqda olub. 1920-ci ildə ġəkidə Qırmızı Kadet məktəbinin rəisi iĢləyib.
Bəs o həbs olunan ili - 1926-cı ildə harada yaĢayırdınız?
-
Həmin ili Bakıda Çadrovı küçəsindəki onuncu dalanda (indiki M.
Əliyev - ġ.N.) yaĢayırdıq. Mən 1920-ci il fevralın 11-də Bakıda anadan olmuĢam.
Atam Gəray bəy bu xəbəri eĢidəndə deyib ki, anam Süfiyyə xanım yenidən
dünyaya gəlib. Atamın eyhamını dərhal anlayan anam Sitarə xanım Məmməd qızı
Bədəlova mənə nənəmin adını qoyub. Sonralar necə olubsa məni Sona deyə
çağırıblar. Atam heç vaxt ikinci adımı dilinə gətirməzdi, acığı gəlirdi. HəmiĢə məni
Süfiyyə deyə çağırardı.
Anamın əsli ġəkidən olub. Atam kimi nəcabətli nəsildən olan anamın ailəsi
o vaxt Tiflisdə yaĢayırmıĢ. Onlar 1913-cü ildə evləniblər. Ana babam Məmməd
30
məĢhur tacir olub. Tiflisdə xüsusi mülkü, mağazaları varmıĢ. Anam ali təhsilli
həkim idi.
-
Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanılan bir
teleqramı düĢdü. Onu poruçik Gəray bəy Vəkilov 1901-ci il oktyabrın 7-də ilk qız
məktəbinin açılıĢı münasibətilə Hacı Zeynalabdin Tağıyevə vurub. Atanız Gəray
bəy yazır ki, Ünasiyə məktəbinin güĢadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm.
-
Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez iĢlətdiyi bir məsəli
yadıma düĢdü. O, acığı gələn zabitə deyərdi:
-
PraporĢik zabit olsa, toyuq da quĢ olar.
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi praporĢik olub.
Ömrünün son illərində atam süvari generalı Hüseyn xan Naxçıvanskini tez-tez
xatırlardı. Hüseyn xan Port-Artur döyüĢlərində atamın komandiri olmuĢdu.
Yadımdadır, danıĢardı ki, 1905-ci ildə yaponlarla döyüĢdə Hüseyn xan əmr
verdi ki, xəncəri diĢimizə alaq, qılıncı sağ əlimizə, tüfəngi isə sol əlimizə. Belə
yaraqlanıb hücuma keçdik, yaponlar mövqelərini qoyub qaçdılar. Biz bir güllə belə
atmadan cəbhəni aldıq.
* * *
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa
(1914-1995), Rüstəm (1916-1998). Fərrux (1921-1998). Bu sətirlərin müəllifi
onların hər üçü ilə görüĢüb söhbət etmiĢdi.
Böyükağa EA Geologiya institutunun laboratoriya rəhbəri, geologiya-
minerologiya elmləri namizədi, Rüstəm əməkdar mühəndis, Fərrux isə baĢ ədliyyə
polkovniki və fəxri prokurorluq iĢçisi idi.
1992-ci ildə görüĢlərimizin birində Böyükağa müəllim mənə iki nadir
fotoĢəkil göstərdi. Ġlk dəfə gördüyüm bu tarixi Ģəkillər altınıĢ səkkiz il əvvəl -1924-
cü il noyabrın yeddisində çəkilmiĢdi. ġəkildə xalqımızın görkəmli oğlu Nəriman
Nərimanov və Zaqafqaziya Hərbi Hazırlıq məktəbinin kursant və zabit heyəti
Moskvada təsvir olunmuĢdu. Böyükağa Vəkilov da həmin kursantlar arasında
olduğuna görə fotoĢəklin çəkilmə tarixini mənə nəql etmiĢdi:
-
1922-ci ilin yazında atam məni “Qırmızı kadetlər korpusu” məktəbinə
oxumağa qoydu. Onda mənim səkkiz yaĢım vardı. Həmin məktəbə yeddi yaĢından
on dörd yaĢınadək olan uĢaqları götürürdülər. Məktəb beynəlmiləl idi. Orda
müxtəlif millətlərdən olan uĢaqlar oxuyurdu. Azərbaycanlılar əksəriyyət təĢkil
edirdi. 1923-cü ildə bizim məktəbin adı dəyiĢdirilib Zaqafqaziya Proletar Hərbi
məktəbi, bir il sonra isə Hərbi Hazırlıq məktəbi adlandırıldı.
Yadımdadır, məktəbin tədris korpusu Bakıda, indiki 1 nömrəli orta
məktəbdə, yataq korpusu isə indiki Zabitlər evinin binasında yerləĢirdi. Təlim,
siyasi-tərbiyə iĢləri və mədəni-kütləvi tədbirlər tədris korpusunda keçirilirdi. Bu,
Zaqafqaziyada yeni-tipli nümunəvi hərbi məktəb idi. Məktəbimiz 1921-ci ilin
31
oktyabrında Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun
təĢəbbüsü ilə yaradılmıĢdı. Ona görə də həmiĢə Nərimanovun diqqət mərkəzində
idi.
Hələ birinci kursda oxuyanda Nərimanov tərəfindən qəbul edilməyimiz də
yaddaĢıma həmiĢəlik həkk olunub.
Nəriman Nərimanov bir ata kimi bizimlə xeyli səmimi söhbət etdi.
Təhsilimizlə, dolanacağımızla maraqlandı, kefimizi xəbər aldı. O, bizim hər
birimizdən dönə-dönə soruĢurdu ki, məktəbdə nə üçün, hansı məqsəd naminə
oxuduğumuzu bilirikmi? Biz də onun bütün suallarına ürəkdən, cəsarətlə cavab
verirdik ki, komandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov Ģad
bir halda “mərhəba, balalarım, sağ olun!” - deyirdi.
1924-cü ildə hərbi paradda iĢtirak etmək üçün məktəbimizin yüz iyirmi altı
nəfər kursant və zabit heyətini Moskvaya dəvət etdilər. Noyabrın üçündə yola
düĢdük. Rostova qədər yük vaqonlarında getdik. Gecikdiyimizə görə bizi ordan
sürət qatarında yola saldılar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq.
Bizi Moskvaya aparan komandirlərimizi yaxĢı xatırlayıram. Zaqafqaziya
Hərbi Hazırlıq məktəbinin kurs komandiri Həqqi Kəngərlinski, siyasi rəhbər
Allahqulu Mehdiyev, məktəbin rəisi Hacıağa Ġbrahimbəyli, tədris hissəsinin rəisi,
atam Gəray bəy Vəkilov və baĢqaları bizimlə getmiĢdilər.
Qızıl meydandan keçəndə tribunada dövlət rəhbərləri arasında dayanan
Nəriman Nərimanovu görüb daha gur səslə “Ura”! - deyə qıĢqırdıq. Rəsmi
keçiddən sonra bizim batalyonu tribunanının önündə saxladılar. Dövlət rəhbərləri
bizim yanımıza enib salamlaĢdılar. Mənim kimi 10-12 yaĢlı balaca kursantları
səmimiyyətlə dindirir, bəzələrini də atıb-tutur, öpürdülər.
Səhərisi bizi SSRĠ MĠK-nin sədrinin sədri Nəriman Nərimanov Kremldəki
klubda qəbul etdi. Xeyli səmimi söhbət edən Nərimanovun sevincinin həddi-
hüdudu yox idi. O dedi ki, tapĢırıq vermiĢəm, Sizin hər birinizə Xalq Komissarları
Sovetinin hesabından iyirmi manat pul ayırsınlar. Bu pul sizə gündəlik xərclik və
valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir.
Sonra bizim kursant batalyonu Kremldə yerləĢən hərbi komandirlər heyəti
məktəbində oldu.
Bu görüĢlərdən sonra Nəriman Nərimanov, MĠK Rəyasət Heyətinin katibi
Avel Yenukidze bizimlə birgə Kremlin həyətindəki “Çar zəngi”nin yanında Ģəkil
çəkdirdi.
Bu tarixi fotoĢəkildə görün kimlər var. O vaxt kursant olanların əksəriyyəti
indi görkəmli alim, hərbçidirlər. Polkovnik Əliağa Babayev, Respublika EA
keçmiĢ prezidenti, akademik Rüstəm Ġsmayılov, əməkdar elm xadimi, elmlər
doktoru Məmmədtağı Nağıyev, SSRĠ Neft Sənayəsi Nazirliyinin idarə rəisi Əlövsət
Qarayev, irriqator-alim Karrar Əliyev, Sovet Ġttifaqı Qəhrəmanı Aslan Vəzirov,
SSRĠ xalq artisti məĢhur dirijor Niyazi, Çingiz Hacıbəyov, akademik ġəfaət
Mehdiyev, əməkdar mühəndis Böyükağa Məmmədov, elmlər doktoru Məmməd
32
Fərzəliyev, məĢhur Ģairimiz M.Ə.Sabirin oğlu Məmmədsəlim Tahirov, professor,
hüquq elmləri doktoru Əyyub Əskərov, polkovnik Səttar Hacıyev, Fərhad Ağayev,
müharibə veteranı Əsgər Mirzəyev, fizika-riyaziyyat elmləri doktoru Kamal
Məmmədov, batalyon komandiri Hüseyn Rəhimov və baĢqaları.
Onların əksəriyyəti dünyasını dəyiĢib. Bu nadir fotoĢəkil isə o günlərdən
nəsillərimizə yadigar qalıb.
Dostları ilə paylaş: |