131) Simmonds xəstəliyinin səbəbi hansı deyil? A) İkitərəfli adrenalektomiyadan sonrakı klinik sindrom
B) Şüa müalicəsindən sonra başlamış hipofizar çatmamazlıq
C) İnfeksion prosessin nəticəsində başlamış panhipopituitarizm
D) Hipofizin nekrozu
E) Massiv qanitirməsinin nəticəsi kimi doğuş sonrası panhipopituitarizm
132) Panhipo pituitarizm aşağıdakılardan hansının funksiyasına təsir göstərmir? A) Cinsi vəzlər
B) Böyrəküstü vəzin qabıq maddəsi
C) Qalxanabənzər vəzi
D) Qalxanabənzər ətraf vəzilər
E) Karbohidrat mübadiləsi
Dərəcə: 3 Ədəbiyyat: ДедовИ.И.., МельниченкоГ.А. Эндокринология.
Национальноеруководство. М.? 2008
Tarix: 01.01.2011
133) Panhipopituitarizm zamanı reproduktiv sistemin zədələnmələrinə aşağıdakılardan hansı aid deyil? A) Libidonun azalması
B) Aybaşı tsiklinin pozulması
C) Alopesiya
D) Yumurtalıqların atrofiyası, kişilərdə prostatın atrofiyası
E) Hirsutizm və hipertrixoz
134) Hiperprolaktinemik hipoqonadizm sindromu zamanı aşağıdakılardan hansı zədələnir? A) Sadalananların hamısı
B) Qalxanabənzər ətraf vəzi
C) Böyrəküstü vəzlər
D) Qalxanabənzər vəzi
E
) Yumurtalıqlar və uşaqlıq
135) Aşağıda sadalananlardan biri hipofizin asidofil hüceyrələrinə aid deyil? A) Oval formada olurlar və nüvələri mərkəzdə yerləşir
B) Prolaktin ifraz edir
C) STH ifraz edir
D) Adenohipofizin bütün hüceyrələrinin 30–40%-ni təşkil edir
E) TTH ifraz edir
136) Aşağıda sadalanan hormonlardan hansı steroid quruluşa malikdir?
A) Prolaktin
B) Oksitosin
C) Noradrenalin
D) İnsulin
E) Aldosteron
137) Aşağıda sadalanan hormonlardan hansı zülal (peptid) quruluşa malikdir? A) Prostasiklin
B) AKTH
C) Dofamin
D) Noradrenalin
E) Heç biri