434) İşemik pəncə üçün hansı simptomlar səciyyəvi deyil?
A) Əzələlərdə qıcolmalar
B) Hissiyatsızlıq
C) Fasiləli axsama
D) Aşağı ətrafların soyuq olması
E) Paresteziyalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
435) Şəkərli diabet zamanı periferik sinir sisteminin zədələnmə növləri hansılardır?
A) Amiotrofiya
B) Bütün sadalananlar
C) Mononeyropatiya
D) Radikulopatiya
E) Polineyropatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
436) Avtonom diabetik neyropatiyanın kliniki formaları hansılardır?
A) Tənəffüs, qara ciyər, böyrək-üstü
B) Böyrək
C) Hipofizar. hipotalamik
D) Ürək-damar, mədə-bağırsaq, sidik-cinsiyyət
E) Beyin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
437) Diabetik mikroanqiopatiya üçün ən xarakter morfolojı xüsusiyyət hansıdır?
A) Arteriyaların hüceyrələrində PAS-müsbət maddələrin toplanması
B) Kapillyarların bazal membranının qalınlaşması
C) Kapillyarların bazal membranının nazikləşməsi
D) Endoteliyin limfoid infiltrasiyası
E) Birləşdirici toxumada degenerativ dəyişiliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
438) Şəkərli diabet zamanı aterosklerotik dəyişiliklər ən nadir hallarda hansı damarlarda yarana bilər?
A) Aşağı ətrafların
B) Beynin
C) Koronar
D) Böyrək
E) Dalaq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |