165) Kəskin tireoidit nə ilə bitir?
A) Qalxanvarı vəzidə düyünlərin əmələ gəlməsi ilə
B) Hipotireoz ilə
C) Sağalma ilə
D) Xroniki formaya keçid ilə
E) Yarımkəskin tireoidit ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
166) Yarımkəskin tireoiditin yaranma səbəbləri hansılardır?
A) Stafilokokklar və streptokokklar
B) Qöbələklər
C) Viruslar
D) Rikketsiyalar
E) İbtidailər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
167) Kəskin tireoiditin fəsadları hansıdır?
A) Boyunun ekzeması
B) Eksudativ plevrit, ağ ciyər çatışmazlığı
C) Xroniki farinqit
D) İrinli mediastenit, boyun fleqmonası, aspirasion pnevmoniya
E) Vərəm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
168) Kəskin tireoiditin simptomları hansıdır?
A) Xəstəliyin xroniki qedişatı, dəyişilməmiş EÇS, neytrofil leykositoz
B) Xəstəliyin kəskin başlanması, dəyişilməmiş EÇS, leykopeniya
C) Xəstəliyin kəskin başlanması, yüksək EÇS, neytrofil leykositoz
D) Xəstəliyin tədricən başlanması, dəyişilməmiş EÇS, leykopeniya
E) Xəstəliyin tədricən başlanması, neytrofil leykositoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
169) Böyük ölçülü endemik urun cərrahi müdaxiləyə göstəriş olan fəsadları hansılardır?
A) Kaxeksiya
B) Farinqit, larinqit
C) Qida borusunun və traxeyanın sıxılması
D) Halsızlıq, zəiflik
E) Təngnəfəslik, boğulma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |