245) Qalxanabənzər vəzin böyüməsi aşağıdakılardan hansına sübutdur?
A) Tireotoksikozun olmasına
B) Diffuz toksiki zobun olmasına
C) Xəstəyə profilaktik dozada yod preparatlarının verilməsinin zəruri olmasına olaraq
D) Xəstəyə levotiroksin (50-100 mkq/sutkA) verilməsinin vacibliyinə
E) Sadalananların heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
246) Yod defisiti zamanı orqanizimdə zobun əmələ gəlmə patogenezi necədir?
A) TTH-ın səviyyəsinin normadan artması
B) Antitiroid antitellərin ifrazının stimulyasiyası
C) Tirositlərin TTH həssaslığının artması və tirositlərin hüceyrə inkişaf faktorunun artması
D) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması
E) Tirositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
247) Xəstədə qalxanabənzər vəzin USM zamanı qalxanabənzər vəzin sol payında d=2 mm olan hipoexogen sahə müəyyən edilir (qalxanabənzər vəzin həcmi və tiroid hormonların səviyyəsi norma çərçivəsindədir). Sizin diaqnozunuz ne olacaq?
A) Qalxanabənzər vəzin sol payının solitar düyünü (solitar düyünün punksion biopsiyası göstərişdir)
B) Praktiki sağlam
C) Endemik ur
D) Düyünlü eutireoid ur
E) 2-ci dərəcəli ur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |