250) Xroniki tireoiditə aid deyil?
A) Vərəm tireoiditi
B) De Kerven qranulematoz tireoiditi
C) Ağrısız tireoidit
D) Sifilitik tireoidit
E) Autoimmun tireoidit
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
251) Xaşimoto tireoiditi diaqnozunu qoymaq üçün aşağıdakı müayinələrdən hansı daha doğrudur?
A) Qalxanabənzər vəzin skanlaşdırılması
B) Tiroqlobulinə qarşı autoantitellərin müayinəsi
C) Qalxanabənzər vəzin nazik iynəli punksion biopsiyası
D) Qalxanabənzər vəzin USM
E) Qalxanabənzər vəz hormonlarının və TTH-ın müayinəsi
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
252) 56 yaşlı xəstədə T4 və TTH-ın səviyyəsi aşağıdır. Tiroliberinlə testdən sonra qalxanabənzər vəzin hormonları və TTH-ın səviyyəsi artmışdır. Xəstədə patoloji prosesin yerini müəyyən edin?
A) Hipotalamus
B) Qalxanabənzər vəzi
C) Qalxanabənzər vəzi və adenohipofiz
D) Hipofizin ön payı
E) Neyrohipofiz və hipotalamus
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
253) Xəstə, 58 yaş, ürəkdöyünmə tutmaları, tərləmə,dərinin quruluğundan şikayətlənir. Vəzin palpasiyası zamanı hər iki pay palpasiya olunur, sağ payda 1.5×1.3×1.0 sm ölçüsündə sərhədləri dəqiq olmayan düyün qeyd olunur. Vəzin qalan həcmi bərkləşmişdir və ümumi həcmi 28 sm3. Biopsiya aparılıb-bioptatda atipik hüceyrələr yoxdur, Aşkenazi-Gurtl hüceyrələri olan limfositar infiltrasiya aşkarlanır. Diaqnozu nedir?
A) Autoimmun tireoidit, hipertrofik forma
B) Düyünlü toksiki zob
C) Düyünlü qeyri-toksiki zob
D) Tireotoksik adenoma
E) Autoimmun tireoidit, atrofik forma
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |