141) Polikistoz yumurtalıqlar sindromunun fəsadlarına nə aiddir?
A) Aşağı ətrafların venoz çatmazlığı, şəkərli diabet, prolaktinoma
B) Hipotireoz, arterial hipertenziya, uşaqlıq boynu xərçəngi
C) Şəkərli diabet, ürək - damar xəstəlikləri, endometriumun hiperplaziyası
D) Endometriumun hiperplaziyası, tireotoksikoz, arterial hipertenziya
E) Ketoasidoz, ürək - damar xəstəlikləri, şəkərli diabet
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
142) 6 yaşlı uşaq öz həmyaşıdlarından boyda geri galır. Atasının boyu 170sm, anasının boyu 160sm - dir. Müayinə zamanı boy və sümük yaşı 3 yaşa uyğundur. TTH norma çərçivəsindədir. Klofelin sınağı zamanı STH 5 nq/dl - i keçməyib. Diaqnoz:
A) İzolə olunmuş STH defisiti
B) Anadangəlmə hipotireoz
C) Somatogen nanizm
D) Ailəvi alçaqboyluq
E) Serebral - hipofizar nanizm
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
Dostları ilə paylaş: |