240) Ur adlanır?
A) Qalxanabənzər vəzin funksiyasının pozulması ilə gedən xəstəliyi
B) Qalxanabənzər vəzin həcminin qadınlarda 18 ml, kişilərdə isə 25 ml-dən çox artması
C) Qalxanabənzər vəzdə düyünlü törəmələr
D) Traxeyanın kompressiyası ağırlaşması verən qalxanabənzər vəz xəstəliyi
E) Yaxşı palpasiya olunan qalxanabənzər vəzi
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya, Bakı, 2006.
241) Qalxanabənzər vəzin hansı xəstəliyində mütləq operativ müdaxilə göstərişdir?
A) Follikulyar adenoma (d= 3.9×4.0 mm)
B) Diffuz toksiki zob (qalxanabənzər vəzin həcmi 22 ml)
C) Düyünlü kolloid zob (d=1.4×1.3 sm)
D) Psevdodüyünlər əmələ gətirən hipertrofik forma autoimmun tireoidit (d=2.2×2.5 sm)
E) Çoxdüyünlü ur (qalxanabənzər vəzin həcmi 32 ml)
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
242) Tionamid preparatlarının (metimazol, propiltiourasil) təsir mexanizmi necədir?
A) Adenohipofiz tərəfindən TTH sekresiyasının azalması
B) Volf-Çaykov mexanizmi üzrə tiroid hormonlarının sekresiyasının azalması
C) Yodun qalxanabənzər vəzə daxil olmasının ləngiməsi
D) Tirosit peroksidazasının aktivliyinin zəifləməsi nəticəsində tiroqlobulin sintezinin pozulması
E) Tirosit peroksidazasının aktivliyinin aşağı olması səbəbindən Tirozin, MİT və DİT yodlaşmasının pozulması
Ədəbiyyat: Дедов И.И., Мелниченко Г.А., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |