400) Şəkərli diabetin əlverişsiz proqnozunu nə vaxt vermək olar?
A) Qeyri-proliferativ diabetik retinopatiya inkişaf edərsə
B) Diabetik komalar zamanı, diabetik qanqrena inkişaf edərsə, beyin qan dövranının pozulması və ya miokard infarktı zamanı
C) İnsulinrezistentlik yaranarsa
D) Lipodistrofiyalar yaranarsa, diabetik polineyropatiya inkişaf edərsə
E) Qestasiyon şəkərli diabet inkişafı zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
401) Hiperlaktatasidotik komanın yaranma səbəbləri hansılardır?
A) Biquanidlərlə müalicə,qanaxma, şok, anemiya nəticəsində yaranan hipoksiya
B) İnsulin dozasının artıq olması
C) Sulfanilamid törəmələri ilə müalicə
D) Miokard infarktı
E) Xora xəstəliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
402) Hiperlaktatasidotik komanın müalicə prinsipləri hansılardır?
A) Böyük dozada insulinoterapiya
B) Vena daxili adrenalin hidroxloridin vurulması
C) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, biquanidlər
D) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, orta dozada insulinoterapiya
E) Vena daxili 5% qlyukozanın köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, yüksək dozada insulinoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |