886) Kriptorxizmə aşağıdakı simptomlar xasdır?
A) Cırtdanboyluluq, 1 və ya 2 testikulun xayalıqda olmaması, piylənmə
B) 1 və ya 2 testikulun xayalıqda olmaması, hipoqonadizm əlamətləri, spermatogenezin pozulması
C) Hipoqonadizm əlamətləri, cırtdanboyluluq, sonsuzluq
D) Spermatogenezin pozulması, piqmentasiya, piylənmə
E) Sonsuzluq, piqmentasiya, qiqantizm
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
887) Kriptorxizmin təcili cərrahi müalicəsini hansı hallarda aparılır?
A) Testikulun maliqnizasiyası, konservativ müalicə effektsiz olanda
B) Yanaşı yırtıq olanda, enməmiş testikulun burulmasında
C) Konservativ müalicə effektsiz olanda, yanaşı yırtıq olanda
D) Testikulun ektopiyası zamanı, yırtığın sıxılmasında
E) Yırtığın sıxılması, enməmiş testikulun burulması zamanı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
888) Kriptorxizmin konservativ müalicəsini hansı yaş dövründə aparmaq məqsədəuyğun deyil?
A) Uşaq dövründə (2-7 yaş arası)
B) Prepubertat dövrdə
C) Uşaq dövründə (2 yaşa qədər)
D) Postpubertat dövrdə
E) Pubertat dövrdə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |