11.Elektron formuluna görə kimyəvi elementlərin təsnifati.
12.Atomlarin elektron quruluşu və dövrü sistemi.
Elementlərin onların atom quruluşu ilə müəyyən olunan xassələri dövri sistemin dövr və qrupları üzrə qanunauyğun dəyişir. Xassəcə oxşar elementlər sırasında onların elektron quruluşları oxşar olduğundan belə sıralarda bir elementdən digərinə keçdikdə xassələrin sadəcə olaraq təkrarlanması deyil, həmçinin az və ya çox dərəcədə dəyişməsi baş verir.
İonlaşma enerjisi. Hər hansı elementin (Э) bir mol atomlarından bir mol elektron qopartmaq üçün tələb olunan enerjiyə (I) ionlaşma enerjisi deyilir.
Э +I = Э ++ e
İonlaşma enerjisi elementin reduksiyaedicilik xassəsini xarakterizə edir. Đonlaşma enerjisi nə qədər az olarsa elementin reduksiyaedicilik xassəsi bir o qədər böyük olar. İonlaşma enerjisi kC/mol və ya elektronvoltla (eV) ölçülür.
Elektrona qohumluq (və ya hərislik). Atomda elektronlar məlumdur ki, nüvənin elektrik sahəsinin hesabına saxlanılır. Atoma sərbəst elektron yaxınlaşdıqda ona həm cəzbetmə və həm də dəfetmə qüvvələri təsir göstərir.
Bir mol element (Э) atomlarına bir mol elektron birləşdikdə ayrılan enerjiyə (F) elektrona qohumluq deyilir.
Э + e = Э - + F
Elektrona qohumluq kC/mol və ya eV-la ölçülür. Elektrona qohumluq elementin oksidləşdiricilik qabiliyyətıni xarakterizə edir. Atomun elektromənfiliyi nə qədər çox olarsa onun oksidləşdiricilik qabiliyyəti bir o qədər yüksək olar.
Elektromənfilik. Birləşmələrdə element atomlarının elektronları özünə cəzbetmə qabiliyyətini xarakterizə etmək üçün elmə elektromənfilik anlayışı daxil edilmışdir. Element atomlarının bu xassəsi onların təbiəti və oksidləşmə dərəcəsi ilə yanaşı, tərkibinə daxil olduqları birləşmələrin təbiətindən, yəni bu elementlərin hansı qonşu atomlarla rabitələndiklərindən də asılıdır. Göstərilənlərlə əlaqədar elektromənfilik şərti xarakter daşıyır.
Elementlərin elektromənfiliyi dövrlər üzrə artır və Ι, ΙΙ, V, VΙ, VΙΙ dövrlərin əsas yarımqrup, ΙΙΙ, ΙV və V dövrlərin əlavə yarımqrup elementlərində dövrün nömrəsinin artması ilə müəyyən dərəcə azalır. ΙΙΙ dövrün əlavə yarımqrup elementlərində elektromənfiliyin dəyişməsi mürəkkəb xarakter daşıyır. VΙΙ-VΙΙΙ yarımqrup elementlərində isə dövrün nömrəsi artdıqca onların elektromənfiliyi artır.
Atom və ion radiusları. Elektronun dalğa xassəsi ilə əlaqədar olaraq atom kəskin sərhədli ölçüyə malik olmur. Bununla əlaqədar atomların ölçüsünü dəqiq təyin etmək də mümkün deyildir. Nəzəri olaraq atomun radiusu nüvədən ən uzaqda yerləşən elektronun tapılma ehtimalının radial paylanma əyrisinin maksimumu ilə nüvə arasındakı məsafə ilə ölçülür. Bu məsafə atomun orbital radiusu adlanır. Bir çox hallarda bəsit və üzvi maddələr üçün atom, qeyriüzvi birləşmələr üçün isə ion radiusu terminindən istifadə olunur.Dövri sistemdə atom və ion radiuslarının dəyişməsı dövri xarakter daşıyır. Dövrlərdə atom və ion radiusları nüvənin yükü artdıqca azalır. Radiusların kiçilməsi ən çox kiçik dövr elementlərində müşahidə olunur. Böyük dövrlərin d və f-elementləri sırasında isə radiusların kiçilməsi özünü zəif büruzə verir. Bunun səbəbi bu elementlərdə xarici elektron təbəqələrinin quruluşunun praktiki sabit qalması və nüvənin yükü artdıqca elektronların d-elementlərində (n-1)d, f - elementlərində isə (n-2)f – yarımsəviyyələrinə daxil olması ilə izah olunur. Bu kiçilmə uyğun olaraq d və fsıxılma adlanır.Yarımqruplar üzrə eyni tipli ionlarin ion radiusları artir. s və p-elementləri yarımqrupları üzrə d-elementləri yarımqruplarına nisbətən nüvənin yükü artdıqca onların atom və ion radiusları daha çox böyümüş olur.
13.İzotoplar, İzotonlar, İzobarlar.
İzotoplar-Nüvələrinin yükü eyni, kütlə ədədləri müxtəlif olan eyni element atomlarına deyilir. 17Cl35 17Cl37
İzobarlar- Kütlə ədədi eyni, lakin nüvəsinin yükü ilə fərqlənən atom nüvlərinə deyilir. 18Ar40 19K40 20Ca40
İzotonlar-Neytronların sayı eyni olan müxləlif element atomlarına deyilir.
Dostları ilə paylaş: |