26.Məhlullar haqqda nəzəriyyələr(fiziki və kimyəvi nəz.).
27.Məhlullarin qatiliği onun ifadə üsullar.
Məhlulların qatıldıqlarınin ifadə formaları:Məhlulun və ya həlledicinin müəyyən həcm və kütlə vahidində həll olmuş maddə miqdarına məhlulun qatılığı deyilir.Qatılığına görə məhlullar qatı, doymamış, doymuş və ifrat doymuş olur.
1.Molyar qatılıq və ya molyar məhlul:Məhlulun bir litrində olan maddənin mollarının sayı ilə ifadə olunur.
Düstur:Cm=m×1000/M×V
m-həllolan maddənin kütləsi,M-həllolan maddənin Mr-i,Cm-molyar qatılıqdır,V-məhlulun həcmidir.
2.Normal qatılıq:Məhlulun bir litrində olan maddənin ekvivalentlərin sayı ilə göstərilir.
Düstur:Cn=m×1000/E×V
m-həllolan maddənin kütləsi,E-onun ekvivalent kütləsi, V-məhlulun həcmidir.
3.Faizli(%) qatılıqdır:Məhlulun hər 100 q olan həll olmuş maddənin qramlarla miqdarı əsasında onun qatılığı təyin olunur.
Düstur:w%(omeqa)=m×100/m1=m×100/V×p
m-həllolan maddənin kütləsi,m1-məhlulun ümumi kütləsi,V-məhlulun verilən həcmi,p-onun sıxlığıdir.
4.Molyar qatılıq:1 kq(1000q) həlledicidə olan maddə mollarının sayı ilə müəyyən olunur.Vahidi mol/kq-dır.
Düstur:n/1000=molyar qatılıq
Dostları ilə paylaş: |