14.İonlaşma enerjisi, elektrona hərislik,elektromənfilik.
15.Kimyəvi rabitə. Əsas növləri.
1.Atomları bir-birinə bağlayan qüvvələrin cəmi kimyəvi rabitə adlanır.
2.Atomlar arasında onların elektron buludlarının qarşılıqlı təsiri nəticəsində yaranan və sistemin tam enerjisinin azalması ilə müşayiət olunan rabitəyə kimyəvi rabitə deyilir.
Kimyəvi rabitə enerjisi,uzunluğu,fəza istiqamətliliyi,doymuşluğu,rabitə bucağı və.s ilə xarakterizə olunur.Ancaq aqreqat halından asılı olaraq rabitə enerjisinin qiyməti dəyişir.Müəyyən miqdar enerjinin ayrılması ilə alınan maddə qaz halından bərk hala keçdikdə yenidən enerji ayrılır.Kimyəvi rabitəni qurmaq üçün sərf olunan enerji rabitə enerjisi adlanır.Atom orbitallarının örtülməsi zamanı onların nüvələri arasında qalan məsafə rabitənin uzunluğu adlanır.Atom orbitallarının örtülməsi zamanı onların nüvələrindən keçən düz xətt arasında yaranan bucaq rabitə bucağı adlanır
Atomlar arasinda onlarin elekron buludlarinin qarşiliqli təsiri nəticəsində yaranan sistemin enerjisinin azalmasi ilə müşayiət olunan rabitəyə kimyəvi rabitə deyilir.Atomlar arasinda kimyəvi rabitənin yaranmasi nəticəsində molekul əmələ gəlir.Kimyəvi rabitə elektrik təbiətlidir.Rabitə əmələ gələn zaman həmişə enerji ayrilir.Ona gorədə maddənin molekul hali atom halindan davamli olur.Kimyəvi rabitə yarandiqda atomlarin sonuncu kvant təbəqələri tamamlanir.Əksər hallarda 8 elektonlu oktet, bəzi hallarda 2elekronlu dublet yaranir.
Kimyəvi orbitallarin bir-birini qapamasi(örtməsi)hesabina əmələ gəlir.Belə qapanma zamani atomlarin nüvələri arasindaki hissədə elekron buludunun sixliği artir.Atom orbitallarinin bir-birini örtməsi qarşiliqli təsirdə olan atomlarin nüvələrini birləşdirən düz xəttə görə simmetriyasindan asili olaraq 2 elektonlu kimyəvi rabitələr siqma və pi rabitələrə bölünür.Eyni və ya müxtəlif orbitallarin bir- birini qapamasi atom nüvələrini birləşdirən düz xətt boyunca olduqda əmələ gələn rabitə siqma rabitə adlanir.xətti quruluşa malik olan bütün molekullar eləcə də metanda, ammonyakda, suda siqma rabitə yaranir.eyd etmək lazimdir ki,qarşiliqli təsirdə olan 2 atom öz aralarinda yalniz 1 siqma rabitə əmələ gətirə bilər.Atom orbitallarinin atomun nüvələrini birləşdirən düz xəttə perpendikulyar olmaqla hər iki tərəfdə bir- birini qapamasi baş verərsə, əmələ gələn rabitə pi rabitə adlanir.Qeyd etmək lazimdir ki, karbon atomlari arasinda əmələ gələn rabitələrin sayi artdiqca onlarin uzunlugu kiçilir.
16.İon rabitəsi.Kossel nəzəriyyəsi.
1916-cı ildə alman alimi Kosel belə fikir söyləyir ki,qarşılıqlı təsirdə olan müxtəlif element atomlarının biri elektron verib müsbət,digəri həmin elektronu birləşdirib mənfi yüklənir,alınan “+” və “-“ yüklü hissəciklər ionlar,onlar arasında yaranan rabitə ion rabitəsi adlanır. İon rabitə (elektrostatik rabitə) özünün istiqamətsizliyi və doyarsızlığı ilə xarakterizə olunur.İon rabitəsi elektromənfilikləri kəskin fərqlənən müxtəlif elementlər arasında əmələ gəlir.
17.Kovalent rabitə və onun əsas növləri.
Kovalent rabitə:2 atom arasında ortaq elektron cütü hesabına yaranır.Eyni element atomları arasında yaranan kovalent rabitə qeyri-polyar,müxtəlif element atomları arasında yaranan kovalent rabitə polyar birləşmə adlanır.Bu rabitə özünün istiqamətliliyi və doymuşluğu ilə xarakterizə olunur.
Kovalent rabitə iki müxtəlif mexanizm üzrə əmələ gəlir:
1.Əks spinli tək elektronların qoşalaşması ilə
2.Donor-akseptor mexanizmi ilə
Yükün bütün atomlar arasında bərabər paylanması-yükün delokallaşması
Bir atomun istifadə olunmamış elektron cütü ilə digər atomun boş orbitalı arasında yaranan rabitəyə koordinativ rabitə deyilir. Elektron cütünü ümumi istifadəyə verən atom və ya ion donor,bundan istifadə edən atom və ya ion isə akseptor adlanır.Koordinativ rabitəyə donor-akseptor rabitə də deyilir.
Donor-azot donor-oksigen
NH4 CO
Akseptor-hidrogen akseptor-karbon
Donor-oksigen
H3O+
Akseptor-hidrogen
Ion rabitəsi: 1916-cı ildə alman alimi Kosel belə fikir söyləyir ki,qarşılıqlı təsirdə olan müxtəlif element atomlarının biri elektron verib müsbət,digəri həmin elektronu birləşdirib mənfi yüklənir,alınan “+” və “-“ yüklü hissəciklər ionlar,onlar arasında yaranan rabitə ion rabitəsi adlanır. İon rabitə (elektrostatik rabitə) özünün istiqamətsizliyi və doyarsızlığı ilə xarakterizə olunur.İon rabitəsi elektromənfilikləri kəskin fərqlənən müxtəlif elementlər arasında əmələ gəlir.
Hidrogen rabitəsi:Hidrogen atomu elektromənfiliyi yüksək olan element atomları ilə birləşdikdə əmələ gələn kovalent rabitə yüksək polyarlığa malik olur.Rabitə hidrogenin iştirakı ilə yarandığı üçün hidrogen rabitəsi adlanır.Hidrogen rsbitəsi molekullararası və molekul daxili ola bilər.Hidrogen rabitəsi hesabına su,hidrogen-flüorid,spirt,fenol və üzvi turşuların molekulları öz aralarında birləşərək dimer,trimer və ya assosiasiya olunmuş maddələr əmələ gətirir.Temperatur artdıqca hidrogen rabitəsinin sayı azalır.Odur ki,buxar halında hidrogen rabitəsi az olur.
Metal rabitəsi: Bərk və maye maddələrdə atomların xarici elektronlarının ümumiləşməsinə əsaslanan və elektronların çatışmazlığı ilə xarakterizə olunan çoxmərkəzli kimyəvi rabitədir.Metallar yüksək elektrik və istilik keçiriciliyinə,plastikliyinə,metal parıltısına,reduksiyaedici və s. Ümumi xassələrə malikdir.Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir.Metal rabitəsini müxtəlif metallar arasında müqayisə etdikdə aydın olurki ,bir valent elektronunun yaratdığı rabitə bir neçə mərkəz arasında paylandığı üçün zəif olur.Bunun nəticəsidir ki qələvi metalların ərimə və qaynama temperaturu yüksək olmur
Dostları ilə paylaş: |