44) Su epidemiyasına xas olan əlamət hansıdır?
A) 1 yaşa qədər uşaqların daha çox xəstələnməsi
B) Monoetiolojilik
C) 3 yaşa qədər xəstələnmənin sayının çox olması
D) Ağır formaların böyük miqdarda olması
E) Polietiolojilik
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
45) Müxtəlif ərazilərdə dizenteriya ilə xəstələnmənin səviyyəsini hansı göstəricilərə əsasən müqayisə etmək olar?
A) Mütləq göstəricilərə
B) Ekstensiv göstəricilərə
C) İntensiv göstəricilərə
D) İllik dinamikaya əsasən
E) Çoxillik dinamikaya əsasən
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
46) Su mənbəyi çirkab suları ilə çirkləndikdə yaşayış məntəqəsində hansı infeksion xəstəliyin alovlanması baş verə bilər ?
A) Qara yara
B) Epidemik parotit
C) Brüselyoz
D) Qarın yatalağı
E) Skarlatina
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
47) Hansı xüsusiyyətlərə görə infeksion xəstəliklər antroponoz, zoonoz və sapronozlar qruplarına bölünürlər?
A) İnfeksiyanın rezervuarına görə
B) Yoluxma yollarına görə
C) İnfeksiya mənbəyinə görə
D) Yoluxma amillərinə görə
E) Yoluxma mexanizminə görə
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |