705) Qarın yatalağının törədicisinin identifikasiyası necə aparılır?
A) törədiciləri parçalamaq qabiliyyətinə görə
B) morfoloji əlamətlərə görə
C) qrammənfi rənglənməyə görə
D) antigen quruluşuna görə
E) antibiotiklərə həssaslığına görə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
706) Aşağıda sadalanan morfoloji və tinktorial əlamətlərdən hansılar taun çöpləri üçün səciyyəvidir?
A) spor və kapsul əmələ gətirməyən, hərəkətlidirlər
B) bipolyar rənglənmiş qrammənfi, hərəkətsiz, dairəvi formadadırlar
C) spor əmələ gətirməyən, qrammüsbətdirlər
D) ucları yumrulanmış qrammüsbətdirlər
E) qrammüsbət, zəncir şəklində yerləşirlər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
707) Sadalanan bakteriyalardan hansılar hemini assimilyasiya etmək və purini sintez etmək qabiliyyətinə malikdirlər?
A) brüsellalar
B) tulyaremiya bakteriyaları
C) plazmodiumlar
D) qarayara basilləri
E) taun çöpləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
708) Sadalanan bakteriyalardan hansılar 3 komponentdən (1 – «şişkinlik amili», 2 – letallıq toksini, 3-protektiv antigeni) ibarət toksin əmələ gətirirlər?
A) brüsellalar
B) tulyaremiya bakteriyaları
C) qarayara basilləri
D) bağırsaq çöpləri
E) taun çöpləri
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |