799) İnsan orqanizmində askaridlərin yaşama müddəti nə qədərdir?
A) 9-12 ay
B) 1 ay
C) 6 ay
D) 1 həftə
E) 2 il
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
800) Xarici mühit amillərinin (müxtəlif kimyəvi maddələrin təsiri də daxil olmaqla) təsirinə qarşı ən davamlı helmint yumurtaları hansılardır?
A) askaridlərin
B) ankilostomidlərin
C) trixostrongilidlərin
D) cırtdan qurdun
E) davamlı formalar yoxdur
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
801) Dezinseksiya hansı xəstəliyin ocağında aparılır?
A) brüselyoz
B) səpgili yatalaq
C) leptospiroz
D) difteriya
E) qara yara
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
802) Uşaq kollektivində askaridozla invaziyalaşmanın neçə faizi aşkar edildikdə bütün uşaqların dehelmintizasiyası aparılmalıdır?
A) 1-2%
B) 50%
C) 10-15%
D) 40-50%
E) 20-25%
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
Dostları ilə paylaş: |