835) Askarid yumurtaları invazion mərhələyə qədər harada inkişaf edir?
A) Çirkli suda
B) Kompost quyularında
C) Xərçəngkimilərin orqanizmində
D) Torpaqda
E) Qida məhsullarında
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
836) İnsanların ornitoza yoluxmasının əsas mexanizmi hansıdır?
A) Transmissiv
B) Artifisial
C) Təmas
D) Fekal-oral
E) Aerozol
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
837) Toksoplazmoz diaqnozunu dəqiq təsdiq edən nədir?
A) Orqanizmin bioloji mayelərində və toxumalarında toksoplazmaların tapılması
B) Qanın əkilməsi
C) Gözün torlu qişasında çapıqlı dəyişikliklərin aşkar edilməsi
D) Rentgenoloji müayinə zamanı əzələlərdə kalsifikatların aşkar edilməsi
E) Nəcisin əkilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
Dostları ilə paylaş: |