841) Səpgili yatalaq zamanı ekzantemaya nə xasdır?
A) Elementlərin çoxluğu
B) Dinamikada elementlərin pustullaşması
C) Səpgilərin az olması
D) Rozeolyoz-petexial xarakter, elementlərin çoxluğu
E) Ərafların distal hissələrində toplanma (corab və əlcək) simptomu
Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985
842) Səpgili yatalaq diaqnozu hansı üsulla təsdiq edilir?
A) Biokimyəvi müayinə üsulları
B) Qanın ödlü və şəkərli bulyona əkilməsi
C) Qalın qan damlasında törədicinin aşkar edilməsi
D) Vidal reaksiyası
E) Komplementin birləşmə reaksiyasında IgM və IgG təyin edilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
843) Toksoplazmozun diaqnostikasında işlədilən allergik sınaq müəllifə görə necə adlanır?
A) Bürne
B) Frensis
C) Mantu
D) Mitsuda
E) Frenkel
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |