838) Balantidiazın vegetativ formalarını harada aşkar etmək olar?
A) Mədə şirəsində
B) Nəcisdə
C) Qanda
D) Onurğa beyni mayesində
E) Tüpürcəkdə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
839) Lyambliozun laborator diaqnostikası hansı üsulla aparılır?
A) Nəcisin bakterioloji üsulla əkilməsi
B) Nəcisdə lyambliya sistalarının aşkar edilməsi
C) Onikibarmaq bağırsaq möhtəviyyatında lyambliya sistalarının aşkar edilməsi
D) Qanın əkilməsi
E) Qalın qan damlası üsulu
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
840) Dəri leyşmaniozunun laborator diaqnostikasının əsas üsulları hansılardır?
A) Qanın bakterioloji əkilməsi
B) Qabarcıq və yara punktatında törədicinin aşkar edilməsi
C) Yaxmada və qalın qan damlasında törədicinin aşkar edilməsi
D) Vidal reaksiyası
E) Onurğa beyni mayesinin mikroskopiyası zamanı törədicinin aşkar edilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
Dostları ilə paylaş: |