234) İmmun təbəqənin həcmi nə ilə müəyyən olunur?
A) Peyvənd olunmuş şəxslərin sayı
B) Xəstələrin sayı ilə
C) Yalnız təbii gərgin immuniteti olan şəxslərin sayı
D) Əmələ gəlmə üsulundan asılı olmayaraq immunitetin mövcud olması ilə
E) Yalnız süni gərgin immuniteti olan şəxslərin sayı
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
235) İmmunoprofilaktika vasitələri ilə idarə olunan infeksiya hansıdır?
A) Qeyri-həqiqi göyöskürək
B) İnfeksion mononukleoz
C) Qızılca
D) Adenovirus infeksiyası
E) Salmonelyoz
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
236) Pediatriya sahəsində uşaq poliklinikasının peyvənd təqvimini kim tərtib edir ?
A) Sahə pediatrı
B) Baş həkim
C) Poliklinikanın baş həkiminin müavini
D) Poliklinikanın baş tibb bacısı
E) Həkim epidemioloq
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |