857) Toksoplazmozun spesifik profilaktikasında hansı vaksin tətbiq olunur?
A) Diri vaksin
B) Öldürülmüş vaksin
C) Kimyəvi vaksin
D) Anatoksin
E) Yaradılmayıb
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
858) Trixinelyozla yoluxmuş donuz ətinin realizasiya yolları hansılardır?
A) Açıq satış
B) Konserv üçün emal etmək
C) Bişirmək
D) Duza qoymaq
E) Məhv etmək
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Entomologiya
859) Hansı xəstəliklər milçəklər vasitəsilə ötürülür?
A) Malyariya
B) Qızılca
C) Difteriya
D) Qarın yatalağı və A və B paratifləri
E) Trixinelyoz
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
860) Hansı xəstəlik baş və paltar bitləri ilə yayılır?
A) Dizenteriya
B) Salmonelyozlar
C) Qarın yatalağı
D) Epidemik səpgili yatalaq
E) Malyariya
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |