864) İnfeksiyanın bitlərlə yoluxması zamanı nə baş verir?
A) Törədicinin artifisial ötürülməsi
B) Keçiricinin orqanizmində törədicinin çoxalması və toplanması ilə ötürülmə
C) Keçiricinin orqanizmində törədicinin inkişaf sikli keçməsi ilə gedən ötürülmə
D) Törədicinin su ilə ötürülməsi
E) Törədicinin keçiricilər arasında transfaza keçməsi ilə ötürülməsi
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
865) Nə üçün Romanovski boyasını buferlənmiş suda hazırlamaq lazımdır?
A) Boyanın çöküntüyə keçməsinin qarşısı alınır
B) Damcı yuyulmaq təhlukəsindən qorunur
C) Qanın formalı elementlərinə boyanın daxil olması yaxşıdır
D) Boyada çöküntü əmələ gəlir
E) Mühitin pH səviyyəsi saxlanılır
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
866) Malyariyaya görə müayinədən sonra qan damlası (yaxması) olan şüşələrin sonralar saxlanması üçün onları nə ilə silmək daha yaxşıdır?
A) İsti su və yuyucu vasitə
B) Etil spirti
C) İsti su
D) İmmersiya yağı
E) Ksilol
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
867) Qalın qan damlasının öz-özünə fiksasiyasının ən çox rast gələn səbəblərindən biri nədir?
A) Vibrasiya
B) İsti
C) Quruma
D) Soyuq
E) Ttoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |