223) Brüsellin, tulyarin, tuberkulin nə məqsədlə istifadə olunur?
A) Orqanizmin allergiyasını aşkar etmək üçün
B) Antibiotik kimi
C) Passiv immunlaşdırma üçün
D) Aktiv immunlaşdırma üçün
E) Müalicə üçün
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
224) İmmunlaşdırmanın epidemioloji effektivliyi nəyə əsasən qiymətləndirilir?
A) Xəstəliyin dövriliyinə əsasən
B) Xəstələnmənin yaş xüsusiyyətlərinin dəyişməsinə əsasən
C) İmmunlaşdırılmamış şəxslərlə müqayisədə immunlaşdırılmış şəxslərdə xəstələnmənin azalmasına əsasən
D) Sosial şəraitlərin dəyişməsinə əsasən
E) Əhalinin peşə tərkibinin dəyişməsinə əsasən
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |