158) Vəba zamanı maksimal inkubasiya dövrü nə qədərdir?
A) 1-2 gün
B) 2 həftə
C) 3 gün
D) 5 gün
E) 8 gün
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
159) Qarın yatalağı zamanı infeksiya mənbəyi hansıdır?
A) İribuynuzlu qaramal
B) Balıqlar
C) Qida məhsulları
D) Xəstə insan (törədicigəzdirən)
E) Su, ətraf mühit
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
160) A virus hepatiti zamanı infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Ət məhsulları
B) Süd məhsulları
C) İnsan
D) Sinantrop gəmiricilər
E) Su, ətraf mühit
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təcrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
161) Salmonelyozlar zamanı infeksiya mənbəyi nədir?
A) Yumurta, sinantrop gəmiricilər, quşlar
B) İribuynuzlu mal-qara, sinantrop gəmiricilər, insanlar
C) Sinantrop gəmiricilər, insanlar
D) Süd, insanlar, sinantrop gəmiricilər
E) Yalnız insanlar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |