291) Sifilisin spesifik profilaktikası necədir?
A) İşlənmişdir
B) Spesifik immun zərdab
C) BCG
D) Diri vaksin
E) İşlənməmişdir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
292) Planlı vaksinasiya zamanı peyvəndlərin təşkili və aparılmasında kim iştirak edir?
A) Həkim-laborant
B) Epidemioloq
C) İnfeksionist
D) Bakterioloq
E) Dezinfeksionist
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
293) Verilən siyahıda hansı vaksin inaktivasiya olunmuş vaksindir?
A) Parotit vaksini
B) Brüselyoz vaksini
C) Qarın yatalağı vaksini
D) Taun vaksini
E) BCG
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
294) İnaktivasiya olunmuş vaksinlərin hazırlanması üçün vaksin ştamlarına qarşı irəli sürülən tələblər hansılardır?
A) Virulentliyin və patogenliyin olmaması
B) Aşağı immunogenlik
C) Antigenlərin tam dəsti
D) Yüksək virulentlik və patogenlik
E) Peyvənd olunmuş şəxsin orqanizmində çoxalma qabiliyyəti
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
295) İnaktivasiya olunmuş vaksinlərin hazırlanmasında hansı fiziki üsullardan istifadə edilir?
A) Soyudulma
B) Su buxarı
C) Dondurma
D) Qurudulma
E) Qaynatma
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |