180) Taunun gəmiricilərdən insana ötürülməsinin əsas yoluxma yolu hansıdır?
A) Su
B) Hava-damcı
C) Hava-toz
D) Transmissiv
E) Alimentar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
181) Vərəm ocağında cari dezinfeksiyanı evdə kim həyata keçirir?
A) Sahə tibb bacısı
B) Vərəm əleyhinə idarənin sahə tibb heyəti
C) Vərəməleyhinə idarənin dezinfektoru
D) Xəstələrə qulluq edən ailə üzvələri
E) Dezinfeksiya mərkəzinin dezinfektoru
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
182) Hansı müayinəyə əsasən qarın yatalağının «tranzitor törədicigəzdirənliyi»ndən şübhələnmək lazımdır?
A) Bilikultura
B) Mielokultura
C) Urinokultura
D) Hemokultura
E) Koprokultura
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
183) Hansı əlamət meninqokok infeksiyası ilə xəstələnmənin enməsini əvvəlcədən bildirmir?
A) 2 yaşa qədər uşaqlarda xəstəliyin generalizasiya olunmuş formalarının xüsusi çəkisinin artması
B) Nadir seroqruplardan olan meninqokokların sirkulyasiyasının azalması
C) Yeniyetmələr və böyüklər arasında xəstələnmənin artması
D) Epidemik yüksəlişə cavabdeh olan meninqokokların etioloji rolunun azalması
E) Meninqokok infeksiyasının çoxsaylı generalizə olunmuş formaları qeyd edilən ocaqların olmaması
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |