Qənirə Paşayeva, Şaiq Aslanov
128
Rafiq
Əliaslan
oğlu Quliyev (Qaradağlı
kənd sakini):
-
Kəndimizin dörd
tərəfi ermənilər məskun-
laşmış kəndlər idi. Ona
görə də Dağlıq Qarabağ
hadisələri başlanan gün-
dən tez-tez ermənilərin
hücumuna məruz qalır-
dıq. 1990-cı ildə mebel
maşınında 3 nəfər sakini-
miz, ondan 2-3 ay sonra kolxoz sədri Soltan Bayramov güllə-
lənmişdi. 1991-ci il sentyabrın 8-i isə Ağdamdan kəndimizə gə-
lən avtobus ermənilər tərəfdən hücuma məruz qalmışdı. 1 ay
sonra 6 nəfəri Vərəndəli deyilən ərazidə, fermada diri-diri
yandırmışdılar. Lakin ən dəhşətlisi hələ qabaqda imiş... 1992-
ci il fevral ayının 17-də ermənilər kəndə daxil oldular və bizi
əsir götürdülər. 3 nəfəri diri-diri yandırdılar, 3-4 nəfərin başını
kəsdilər, 1 nəfəri bel sapı ilə başına döyə-döyə öldürdülər, 1
nəfərin üzərindən “Kamaz”la keçdilər. Bütün bu vəhşiliklərdən
sonra bizi “Kamaz”a yığdılar, “Bəylik bağı” deyilən yerdə
cavanların çox hissəsini güllələyib, silos quyusuna atdılar. Sağ
qalanları isə Xankəndinin aşağı hissəsində körpüdən keçirib
döyə-döyə apardılar. Yalnız əsgərlər deyil, erməni camaatı da
bizə hücum edir, daşlayırdı. Həmin gecə Xankəndi 8 illik
məktəbinin zirzəmisində qaldıq, səhəri gün bizi türməyə
apardılar. Türmənin həyətində bizi ağzıüstə uzandırdılar və
torpağı yeməyə məcbur etdilər.
Türmədə qaldığımız müddətdə hər gün işgəncələrə məruz
qalırdıq. Hələ kənddə döyüş gedən zaman mən çiynimdən və
böyrümdən yaralanmışdım. Vəhşilər dubinka və paya ilə
Qaradağlı soyqırımı şahidlərin dili ilə
129
yaramın üstünə vururdular. Mənim atamı da orada döyüb
öldürdülər.
Əsirlikdə saxlandığımız vaxt bizə olmazın zülmlər verir-
dilər. Əsasən də cavanları istədikləi vaxt aparıb döyür, güllələ-
yirdilər. Yaşlı adamlarımız onlara deyəndə ki, “nə edirsiniz
bizə edin, öldürürsünüz bizi öldürün, amma bu uşaqlara, cava-
nlara dəyməyin”, ermənilər azərbaycan dilində cavab verir-
dilər ki, “sizin bir ayağınız burdadı, bir ayağınız gorda. Sizdən
nə asılıdı? – bütün bunlara görə sabah bizdən qisas almaq istə-
yən bu cavanlar olacaq, ona görə də onları öldürürük”...
Bütün əzab-əziyyətdən, 45 günlük əsarətdən sonra bizim-
kilər məni böyük çətinliklə geri ala bildilər.
Gərəkməz
Mirxuda
qızı Quliyeva (Qaradağlı
kənd sakini):
- ...Kəndimizdə 10 qadın
qalmışdı və biz qadınlar öz
balalarımıza,
qardaşları-
mıza yemək hazırlayırdıq,
çörək bişirir və tibbi lə-
vazimat, dərman olmasa
belə, adi parçalardan kəsib
yaralıları sarıyırdıq.
Kəndimizin hər tərəfi
ermənilərin məskunlaşdığı
kəndlərlə əhatə olunmuşdu.
Həmin kəndlər dağların ba-
şında yerləşirdi. Qaradağ-
lıya yaxın olan Qağarza kəndindən, qatı millətçi Zori Balaya-
nın kəndi olan Kəndxurd kəndindən, Aşan kəndindən 4 il müd-
dətində - 1988-1992-ci illərdə ermənilər daim bizə müxtəlif
çaplı silahlardan, o cümlədən “Alazan” raketindən atəş açır-
Qənirə Paşayeva, Şaiq Aslanov
130
dılar. 4 il ərzində bizim gecəmiz-gündüzümüz olmayıb,
bilmirdik ki, sabahkı günə sağ çıxacağıq, yoxsa yox...
1992-ci il fevral ayının 15-də erimənilərlə yanaşı Xan-
kəndindən “KAMAZ”, “URAL” maşınları ilə çoxlu erməni
əsgəri və muzdlu kəndimizə hücüma keçdi. Cavanlarımız, qoca-
larımız hamısı kəndimizi qorusalar da, erməni hərbi birləş-
mələrinin say çoxluğu həlledici idi. Yavaş-yavaş postlarımızda
olan döyüşən oğullarımızı həlak etdilər... Əhalini “İdarə
binası” deyilən yerə yığışmışdı. Ermənilər həm yaxşı
silahlanmışdılar, həm də sayları çox olduğuna görə fevralın
17-də kəndi işğal edib, bütün əhalini də əsir götürdülər.
Əsirləri maşınlara yığıb Xankəndi tərəfə apardılar. Onu da
deyim ki, yol boyu düzülmüş ermənilər maşınlara o qədər daş
atdılar ki, əsirlərimizin əksəryətinin başı, gözü yaralanmışdı,
maşın qanla dolmuşdu.
Biz 10 nəfər qadını və yaralı Əliyev İlqarı, Orucu və Əliyev
Ümidvarı Xankəndində həsxanaya saldılar. Bir gündən sonra
isə Əsgəran rayonuna aparıb, orda həbsxanaya saldılar. 12
gün də orda qaldıq. Erməni hərbçiləri həmin 12 gün müd-
dətində hər gün gəlib bizi döyür, söyür, sonra çıxıb gedirdilər.
12 gün boyu ac-susuz qaldıq.
Sonra bizimkilər bizi əsirlikdən dəyişərək azad etdilər. Ar-
tıq 20 ildən çoxdur ki, əsirlikdən azad olmuşam, amma ermə-
nilərin verdiyi işgəncələri və hər gecə yuxuma girən doğma
Qaradağlı kəndini heç vaxt unuda bilməmişəm, unutmaram
da..
Qaradağlı soyqırımı şahidlərin dili ilə
131
Sədaqət Ġmran qızı
Quliyeva (1952-ci il təvəl-
lüdlü Qaradağlı kənd sa-
kini):
-1992-ci il fevral ayının
17-də erməni işğalçıları
kəndimizi
işğal edərkən
mən, həyat yoldaşım Quli-
yev Əliaslan Nəriman oğlu
və oğlum Quliyev Rafiq Əli-
aslan oğlu kənd camaatı ilə
bərabər əsir alındıq. Kəndin
işğalı zaman oğlum Rafiq
döyüşdə yaralanmışdı. Əsir
götürüldükdən sonra ermənilər bizi Əsgəran rayonuna gə-
tirdilər, burada gündəlik ağır işgəncələrə məruz qaldıq. 11
gün əsirlikdə qaldıqdan sonra bizimkilər məni və bir neçə
qadını Ağdam-Əsgəran sərhəddində dəyişdirdilər. Əsgəranda
olduğum müddət oğlum və həyat yoldaşımdan xəbərim olmadı.
Əsirlikdən qayıtdıqdan sonra hər ikisinin həyatı barəsində
məlumat almağa çalışdım. Ay yarım sonra oğlum Rafiq
rəhmətlik Allahverdi Bağırovun vasitəçiliyi ilə əsirlikdən azad
olundu. Lakin həyat yoldaşım Quliyev Əliaslan Nəriman
oğlunun vəziyyətinin ağır olduğunu öyrəndik. Onu əsirlikdə
döyərək qətlə yetirmişdilər. Meyitini 15 gün sonra geri ala
bildik.
Qənirə Paşayeva, Şaiq Aslanov
132
ElĢən Elman oğlu
ġirinov (1973-cü il təvəl-
lüdlü Qaradağlı kənd sa-
kini):
- 1992-ci il 17 fevral-
da erməni silahlılarının
kəndimizə güclü hücumu
oldu. Bizdə ancaq yüngül
silahlar olduğu ücün er-
mənilərlə yetərincə mü-
barizə apara bilmirdik.
Buna baxmayaraq, canla-
başla Vətəni qorumağa
calışırdıq. Ermənilər dayanmadan bizi atəş altında saxlayır-
dılar. Yanımızdakı yoldaşlarımız hərə öz postunda möhkəm
dursa da, Ermənistan silahlı qüvvələrinin bölmələri kəndə ya-
xınlaşırdı. Döyüşən igid oğullarımız varıydı, ancaq silah-sur-
satımız tükənmişdi. Güclü müqavimət göstərməmizə baxmaya-
raq, ermənilər kəndi yandırmağa başladılar. Biz yavaş-yavaş
geri çəkilməyə başladıq və kəndin idarə binasına toplaşdıq. Er-
mənilər evləri yandıra-yandıra gəlib İdarəni mühasirəyə al-
dılar. Onlar mütəmadi atəş açırdılar, artıq müqavimət göstərə
bilmədik və ermənilər kəndi tam işğal altına aldılar. Ölənlər
öldü, sağ qalanları isə əsir götürdülər. Bizi maşınlara yığdılar
– yaşlıları ayrı maşınlara, cavanları ayrı maşınlara. Bir az get-
dikdən sonra ermənilər maşınları saxladılar və bir neçə nəfəri
kəndin qırağında güllələdilər. Sonra “Bəylik bağı” deyilən yer-
də maşınları saxladılar yenə də orada xeyli kəndçimizi, əsasən
gəncləri güllələdilər.
Bizi isə Xankəndinə apardılar. Gecə düşəndə bizi sıraya
düzüb işgəncə verməyə başladılar. Xeyli adamı ora yığmış-
dılar.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
133
Bir müddət orada zirzəmidə qaldıq. Onlar hər gün bizi dö-
yür, incidirdilər. Xeyli orda qaldıqdan sonra Xankədi türmə-
sinə aparıldıq. 15 gün orda qaldıq. Erməni nəzarətçilər bizi
hər gün döydülər. Biri siqaretini yana-yana alnımda söndürdü.
Bir gün bizi yığıb Martuniyə (Xocavəndə) gətirdilər. Yolda
bizi qarda süründüür, döyür, həddindən artıq işgəncələr verir-
dilər. Bəzi yoldaşlarımız işgəncələrə dözməyib öldü. Ermənilər
bizi döyüb deyirdilər ki, bu torpaqlar bizimdir.
Nəhayət mənimlə bərabər daha 11 nəfərimizi bizimkilər
əsirlikdən geri ala bildilər.
Minarə Cəfər qızı
ġirinova (1941-ci il tə-
vəllüdlü Qaradağlı kənd
sakini):
-
1992-ci il fevral
ayında Ermənistan silahlı
qüvvələri Qaradağlı kən-
dinə bir neçə yerdən hü-
cum etdilər. Kənd özünü-
müdafiə dəstələri erməni-
lərin hücumlarını bir neçə
dəfə dəf etdi. Mən də oğ-
lum Elşənlə birlikdə kənd-
də idim. Bu zaman erməni gülləsinə tuş gəldim və ağır yaralan-
dım. Bayram və Elşən məni İdarəyə apardılar ki, bəlkə orda bir
imdad edə bilələr. Hamı oraya toplaşmışdı.
Ermənilər fevral ayının 16-dan 17-nə keçən gecə dəhşətli
hücumla kəndə girdilər. Gözümün önündə Eldarı və Arifi vur-
dular. İdarədə Kərimov Əliqismət Qara oğlunu və Dadaşov
Manaf İslam oğlunu ayağından vurdular. Bizi kənddən çıxarar-
kən hər ikisini yaralı halda orada qoydular... Rüstəmova Zivəri
isə evinə girərkən vurmuşdular. Artıq bizim özünümüdafıə dəs-
Qənirə Paşayeva, Şaiq Aslanov
134
təsinin patronu qurtarmışdı. Bundan istifadə edən ermənilər
İdarəni mühasirəyə aldılar və bizi əsir götürdülər.
Qadınları, qocaları bir, cavanları isə ayrı maşına yığıb
Xankəndi tərəfə apardılar.
Səhəri gün mən də daxil olmaqla 10 nəfər qadını və 3 nəfər
kişini Əsgərana apardılar. Fevralın 26-da gecə saatlarında
Xocalıdan olan əsirləri də oraya gətirdilər. Yanımda 2 uşağın
başını kəsdilər. Cavan gəlinləri aparıb, qab yuduzdurur,
əsgərlərə xidmət elətdirir, təkrar geri qaytarırdılar. Bir neçə
gün sonra bizi Xocalıdan olan bir neçə əsirlə birlikdə Ağdama
aparıb dəyişdilər.
Möhübbət Qacay oğlu
Süleymanov
(Qaradağlı
kənd sakini):
-
1992-ci il 17 fevralda
ermənilər kəndə hücüm et-
dilər və kəndi mühasirəyə al-
dılar. Bizim silah-sursatımız
tükənirdi və heç bir köməyi-
miz yoxuydu. Erməni silahlı-
ları bizi əsir götürdülər və
yük maşınlarına yığıb Xan-
kəndi istiqamətində apardı-
lar. Bir az getdikdən sonra
cavanlar olan maşını saxladılar. 10 nəfədən artıq əsiri maşın-
dan düşürtdülər və güllələdilər.
Yolda Xəlilov Zahidi və Hüseynov Həbibi gülləynən vurdu-
lar. Bizə cox işgənclər verirdilər – döyür, ac-susuz saxlayır-
dılar. 5 nəfərin – Dadaşov Mikayıl İslam oğlu, Axundov Hafiz
Elmaz oğlu, Əliyev Vətən Əmirxan oğlu, Vəliyev Füzuli Cavad
oğlu, Hüseynov Əbülfət Mehman oğlunun hara aparıldığını,
necə olduqlarını bilmədik.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
135
Əsir saxlandığımız vaxt su istədikdə duzlu su verirdilər. Bir
kamerada 6 nəfər idik – Quliyev Yusif Nəriman oğlu, Xəlilov
Vaqif Əyyub oğlu, Nəzərov Şura, Tağıyev Talıb İnqilab oğlu və
mən. Sonra üçümüzü – Nəzərov Şuranı, Quliyev Yusifi və məni
Martuniyə (Xocavəndə) gətirdilər. Daha sonra bizim yanımıza
öz kəndimizdən olan daha 7 nəfəri də gətirdilər. Bir müddət
sonra Xocalıdan olan əsirləri gətirdilər. Orda 2 ay qaldıqdan
sonra bizi azad elədilər. Nəzərov Şura və Quliyev Əlaslan isə
türmədə verilən işgəncələrə, aclıq və susuzluğa dözməyərək
öldülər...
Talıb Ġnqilab oğlu
Tağıyev (1969-cu il təvəl-
lüdlü Qaradağlı kənd sa-
kini):
-17 fevral 1992-ci il
tarixdə kəndimiz Ermənis-
tan silahlı qüvvələri tərə-
findən işğal olunan vaxt
əsir götürülmüşəm. Əsir-
likdə bizə çox işgəncələr,
əzablar verirdilər.
Bizi əsir götürəndən
sonra ermənilər qocaları
bir maşına, cavanları isə
başqa bir maşına doldu-
rub apardılar Xankəndinə.
Orda bizə çoxlu işgəncə, zülüm verdilər. Hər gün döyür, təhqir
edir, həttda su istəyəndə belə, qapını açıb bizi döyürdülər.
Orda çox əzab-əziyyət gördük, dişlərimizi paslı kəlbətinlə çəkir
çıxarır, başımıza olmazın oyunlar açırdılar. Erməni nəzarətçisi
avtomatın qundağı ilə vurub mənim qabırğalarım qırdı.
Nəhayət uzun işgəncələrdən sonra bizimkilər məni və bir
neçə başqa kəndçimizi geri ala bildilər...
Qənirə Paşayeva, Şaiq Aslanov
136
Tapdıq Ġnqilab oğlu
Tağıyev (1964-cü il tə-
vəllüdlü Qaradağlı kənd sa-
kini):
-
1992-ci
ilin
fevral
ayında ermənilər böyük qüv-
və ilə dörd tərəfdən Qara-
dağlı kəndinə hücum etdilər.
Bundan öncə də ermənilər
dəfələrlə kəndə hücum etmiş-
dilər, lakin kənd camaatı bu
hücumların qarşısını ala
bilmişdi. Ancaq fevral ayının 17-sində kəndin silah-sursatı
qurtardığı üçün kənd ermənilər tərəfindən işğal olundu.
Kənddə olan insanlar hamısı əsir götürüldü. Biz cavanları ayrı,
qocaları ayrı iki “Kamaz”a doldurub, Xankəndi istiqamətində
apardılar. Kəndin yaxınlığında “Bəylik bağı” adlanan ərazidə
içərisində cavanların olduğu maşını saxladılar, burda bir neçə
əsiri gülələdilər. Sonra bizi apardılar Xankəndinə və saldılar
erməni döyüşçülərinin qaldığı binanın zirzəmisinə. Bizə orda
olmazın işgəncələr verdilər, həmin işgəncələri danışmaqnan
qutarmaz. Səhərisi gün cavanlardan 15 nəfərini saxladılar, qa-
lanlarını apardılar türməyə. Həmin 15 nəfərin içində mən də
qaldım. Bizə deyirdilər ki, sizi aparıb, xarici dövlətlərdə sata-
cağıq... Nə isə... biz 10 gün qaldıq orda, çox ağır işgəncələr
verirdilər. Sutkada 6 nəfər əsirə bir stəkan su verirdilər.
Nəhayət bizi də apardılar türməyə və yenə də döyür, təhqir
edir, hər gün işgəncə verirdilər. Nə deyəsən axı?!. Danışdıqca
gözüm qaralır, başım fırlanır... Çox işgəncələr verirdilər bizə,
qarlı havada bizi ağzıüstə uzandırırdılar qarın üstünə, çıxır-
dılar belimizə, siqareti belimizdə, əlimizdə söndürüdülər.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
137
Günlərin bir günü, bilmirəm ayın neçəsiydi, bizi yenə möhkəm
döydülər; bir kəndçimiz var idi – Fazil adında cavan oğlan idi,
yazıq gecənin yarısı bir də gördüm ki, canını tapşırdı.
Kəndçimiz Ələddin kişi var, onun boğazını kəsib qanını içmiş-
dilər. İlqar var idi, yazığı məcbur elədilər ki, üzünü sabaha ki-
mi qırx, yoxsa, səni güllələyəcəyik. Nə ilə qırxsın axı? - Dedilər
ki, bilmirik ya əlinlə yol, ya da xırda dəsmal atdılar ki, bununla
sürt yolunub getsin...
Nəhayət 1992-ci ilin aprel ayında bizi girovluqdan azad
etdilər. Mən gələndə 17 kilo qalmışdım, taqətim yoxuydy,
əllərində gətirdilər məni.
Bu gün də mənim bədənimdə sağlam halda olan bir orqan
yoxdu...
Xudayət
Məmməd
oğ-
lu Tağıyev (Qaradağlı kənd
sakini):
-
1991-ci ildən başlayaraq
kəndimizdə vəziyyət daha da
pisləşməyə başladı. Ermənilər
kəndə tez-tez basqınlar edirdi.
Həmin vaxt mənim 17 yaşım var
idi. Şahidi olduğum hadisələri
dəqiqliklə
xatırlayıram.
Ermənilər demək olar, hər gün
kəndi atəşə tuturdu. 1992-ci il
fevral ayının 15-də ermənilər Qaradağlı kəndinə güclü hücuma
başladı. Müdafiəçilər bu hücumun qarşısını ala bildilər. Səhəri
gün, fevralın 16-da düşmənlər yenə də hücuma keçdi. Amma
yenə kəndimizə soxula bilmədilər. Fevralın 17-də səhər tezdən
Ermənistan silahlı qüvvələri daha böyük qüvvə ilə hər tərəfdən
kəndə basqın etdi və kəndə girdilər. Get-gedə kəndin içərisinə
doğru irəliləyirdilr. Biz kolxozun idarə binasına sığındıq. Bina
Qənirə Paşayeva, Şaiq Aslanov
138
hər tərəfdən mühasirəyə alınmışdı. Müdafiəçilər ermənilərin
binaya girməsinə imkan vermirdi, amma silah-sürsat tükənirdi.
Ermənilər Əlqisməti və Arifi vumuşdular. Onlar şəhid ol-
muşdu. Fevralın 16-dan 17-nə keçən gecə isə ermənilər Mobil
müəllimi, Xanalı Hüseynovu və Altay Həsənovu vurmuşdular.
Hər üçünün cəsədi yandırılmışdı. Dadaşov Manaf isə ayağın-
dan yaralanmış və sürünə-sürünə idarənin binasına qədr gəlib
çıxa bilmişdi və o da orada həlak olmuşdu. Fevralın 17-də gü-
nortadan sonra saat 4 radələrində kolxozun və kənd sovetliyi-
nin inzibati binası – son sığınacağımız ermənilərin əlinə keçdi,
bizi əsir götürdülər. Qocaları, qadınları bir, cavanlarla uşaq-
ları isə digər maşına mindirərək apardılar. Mən cavanların
mindirildiyi maşında idim. Kənddən bir az aralı “Bəylik bağı”
adlanan ərazidə maşınları saxladılar. Burada iyirmidən artıq
adamı vəhşicəsinə qətlə yetirdilər, onların meyitlərini silos
quyusuna atdılar. Gözlərimin qarşısında neçə-neçə adamın
başını, qulağını, əllərini kəsdilər. Sonra mənim də içərisində
olduğum maşın Xankəndinə doğru yola düşdü. Xankəndinə
çatmamış bizi maşnlardan düşürdüb piyada aparmağa
başladılar. Yol boyu bizi daş-qalaq edir, söyüşlər yağdırırdılar.
Bizi Xankəndində bir soyuq zirzəmiyə yığdılar. Bir gecə burada
qaldıq. Səhəri gün məni və məndən başqa 5 nəfəri burada
saxlayıb, digər əsirləri başqa-başqa yerlərə apardılar. Bizə
burada olmazın zülmlər verir, döyürdülər.
Bir həftəyə yaxın burada qalandan sonra məni ermənilər
məskunlaşmış Kəndxord kəndinə gətirdilər. Təxminən 8 gün də
burada qalandan sonra, gətirdilər Martuni (indiki Xocavənd)
şəhərinə. Bir gecə burada saxladılar, səhəri gün isə məni
bizimkilərin əlində olan bir erməni ilə dəyişdilər.
Həmin hadisələin fəsadları, ağrı-acısı indi də mənimlədir.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
139
Q
aradağl
ı k
əndi
işğ
al
dan
sonra
Qənirə Paşayeva, Şaiq Aslanov
140
Q
aradağl
ı k
əndi
işğ
al
dan
sonra
Qaradağlı soyqırımı şahidlərin dili ilə
141
Q
aradağl
ı k
əndi
işğ
al
dan
sonra
Qənirə Paşayeva, Şaiq Aslanov
142
Dostları ilə paylaş: |