Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   ...   5   6   7   8   9   10   11   12   13

     Hüseynova  Həqiqət  (Qa-
radağlı kənd sakini):  
 -    Erməni  silahlıları  bizi  mü-
hasirəyə  almışdılar.  Gözümüz 
nələr  görmədi?  –Kəndçimiz 
Eldarı  gözümüzün  qabağında 
ağacnan  öldürdülər.  –  Ağac-
nan,  döyə-döyə.  Kənddə  yo-
lun,  asfaltın  qırağında  “Pir” 
deyilən  yerdə  öldürdülər  onu. 
Töküldülər, ağacnan döyüb  öldürdülər. Sonra da mənim gəli-
nimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma  
kişinin  başı  iki  yerə  paralandı.  Sonra  da    qoydular  maşının 
altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi ya-
nında  Zahid  adlı  kəndçimizi  öldürdülər.  Qardaşı  qışqırmaq 
istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çı-
xana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət 
eləsin, həmin əzablara dözmədi  öldü. 
 
 
 Ələddin  MƏMMƏDOV  (Qa-
radağlı kənd sakini): 
 
-
 
Ermənilər 
kəndə 
hücum 
edib  mühasirəyə  alanda  camaat 
idarənin  binasına  toplaşdı.  Kəndi 
güclü  atəşə  tutmuşdular.  Elə  bir 
dəhşət  idi  ki,  deyiləsi  deyil.  Güllə 
yağış  kimi  yağırdı.  Qranatomyotla 
da vururdular, camaatın toplaşdığı 
idarə  binasının  üst  tərəfini  vurub 
uçurdular.  Çölə  çıxmağa    məcbur 
olduq.  Başqa  çarəmiz  yox  idi. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
106 
Erməni  silahlıları  bizi  əsir  götürdülər.  Dedilər  ki,  qocalar  bir 
tərəfə, cavanlar isə bir tərəfə toplaşsınlar. Ayrı-ayrı maşınlara 
minməyi əmr etdilər. Amma Dadaşov Eldar, Şahmurad kişi və 
Dəmir  kişini  maşına  mindirmədilər.  Onları  döyə-döyə  öldür-
dülər. Bilirsən, baltaynan kəsmək bir ayrı şey, amma zülümnən, 
əzə-əzə, ağır işgəncələrlə öldürdülər onları... Bizi də apardılar 
Xankəndinə  tərəf.  Cəmiyyət  (Ningi)  kəndi  yaxınlığında  El-
midarı  və  Zahidi  güllələdilər.    Malıbəylinin  körpüsünü  keçən-
dən sonra, çayın qırağında, bizi tökdülər yerə, o qışın soyuğun-
da paltarlarımızı soyundurdular. Düşünün ki,  fevral ayının 17-
dir,  əynimizdə  qaldı  bircə  nazik  köynək...  Hamımızın  ayaqqa-
bılarımızı da çıxardılar, ayaq yalın  apardılar bizi  kazarma ki-
mi bir yerə.   
Sonra  bizi  Xankəndidə  türməyə  apardılar.  Orda  da  ağzı 
üstə  uzandırdılar  yerə,  qarın  üstünə.  Allaha  and  olsun,  səhər-
dən axşama kimi üstümüzlə yeriyib, boynumuzun dalından qun-
daqla  vururdular.  Mənim  boynumun  dalından  necə  vurmuş-
dularsa ağzım yerə girmişdi. Ağzımdan laxta-laxra qan axırdı. 
Sonra  bizi  kameralara  yerləşdirdilər.  Məni  saldıqları  otağın 
divarları  suvananda  suvağın  içinə  butulka  qırıntıları  qoyub-
muşlar  ki,  əsirləri  döyüb  divara  vuranda  şüşələr  onların  bə-
dənlərini  kəssin...  Yəni  ağır  işgəncə  vermək  məqsədilə  xüsusi 
hazırlamışdılar  o  kameraları.  Bir  neçə  gün  məni  orada  vəh-
şicəsinə döydülər. Axırda bezdim,  erməni üstümə gələndə onu 
vurdum. Erməni də sol əlimin biləyindən süngü bıçağı ilə vur-
du.  Sonra  boğazımdan  tutdu.  Özü  də  həmin  ermənini  tanıyı-
ram, qonşu kənddən idi. Deməli, boğazımı yaralayandan sonra 
gördüm ki, boğazımdakı yaradan  qanımı sümürür mənim. Bax  
belə vəhşilik  edirdilər.    
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
107 
Ġlqar  Hüseynov  (Qaradağlı 
kənd sakini): 
-
 
 Hardan  başlayım,  kim-
dən,  nədən  danışım  sizə.!?  Er-
məni silahlılarının törətdiyidəh-
şət  birdimi,  ikidimi?..  Bizim 
kənd  özünü  müdafiə  dəstəsinin 
Əliqismət adlı üzvü var idi, ağır 
yaralanmışdı.  Mənim  gözümün 
qabağında, mənim qardaşımın gözünün qabağında, öz atasının 
gözünün qabağında onu güllələdilər.  
Bizi  əsir  aparanda  erməni  silahlıları  kənddən  2  kilometr 
aralıda  maşınları  saxladılar.  Qışqırdılar  ki,  10  nəfər  düşsün. 
Hiss  edirdik  ki,  öldürmək  üçün  düşürmək  istəyirlər,  ona  görə 
də heç kim könüllü düşmək istəmirdi. Maşının içini avtomatlar-
dan atəşə tutdular. Bir  neçə nəfər yaralandı.  Maşınlardan dü-
şənləri isə elə düşən kimi vururdular. 30 nəfərdən çox kəndçi-
mizi elə oradaca güllələdilər. Güllələmək bir yana... o meyitləri 
bir quyu qazıb hamısını ora tökdülər. Mən özüm hamısını gö-
zümlə  görmüşəm.  Traktorla  quyuya  tökdükləri  meyitlərin  üzə-
rinə torpaq töküb örtdülər. Bilirsiz, o güllələnmə bir yana dur-
sun, ermənilər, əkin-biçin  üçün  kəsici alət var – adına “çin” 
deyirlər, bax, ona oxşar, amma  bir az ondan böyük bir alətlə 
öldürdükləri azərbaycanlıların başlarını kəsib sellofan torbala-
ra  yığırdılar.  Nə  danışıramsa,  hamısı  gözümün  qabağında 
olub. Sonra yerdə qalanları yenidən maşınlara  yığıb Xankəndi 
istiqamətinə  apardılar.  Mən  sonradan  bizi    aparan  erməni 
silahlılarının birindən yavaşcadan  soruşdum ki, məqsədiniz nə 
idi o başları kəsməkdə? Manvel adlı erməni dedi ki, biz bilir-
siz,  nə  qədər  bunlardan  pul  qazanacağıq  Ermənistanda?  Bax, 
onun dediyini mən deyirəm, Manvelin  dediyini...  
Xankəndi-Qaradağlı  yolunda  mənim  bibim  oğlunu  maşın-
dan düşürdürlər. Erməni silahlısı dedi ki, arxadakı, düş aşağı, 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
108 
- arxada da bibi oğlu oturmuşdu. Onu maşından saldılar yerə, 
mənim  gözümün  qabağında  götürüb  “makar”  tapança  ilə  8 
güllə vurdular, meyitini də yola atdılar. Sonra bir az getmişdik, 
Xəlilov Zahidi güllələdilər.  
Bizi  apardılar  Xankəndindəki  texniki  peşə  məktəbinin 
zirzəmisinə doldururlar.  
Bizimlə birlikdə əsir götürdükləri kəndçilərimizdən bir dəfə 
5 nəfərini, bir dəfə isə 3 nəfərini harasa apardılar və onlar bir 
daha geri qayıtmadılar. Onları hara apardılar bilmədik, amma 
erməni  silahlılarından  biri  dedi  ki,  o  5  nəfəri  Xankəndindəki 
erməni qəbirstanlığına apardılar, orada başlarını kəsməyə...  
13 gün bizi zirzəmidə saxladılar sonradan mən də daxil ol-
maqla dörd nəfəri oradan Xankəndidəki polis məntəqəsinə gə-
tirib oranın zirzəmisinə saldılar. Texniki peşə məktəbinin zirzə-
misində qalan dörd nəfər əsiri (mənim əmim nəvəsi də onların 
arasında idi) nə etdilər, heç kəsin xəbəri olmadı. Bu gün də on-
ların taleyi  haqqında  heç  bir  məlumatımız yoxdur.  
Bizə  əsirlikdə  sutkada  cəmi  bircə  dəfə  yemək  verirdilər, 
əgər  verdiklərinə  yemək  demək  olardısa...  Hardasa,  50  qram 
arpa  çörəyi    və  300  qram  su  verirdilər.  O  da  nə  su?  –  Pal-
çıqlı... Bizi hər gün döyürdülər. Bizim kamerada, Allah rəhmət 
eləsin,  gözümüzün  qabağında  Vəliyev  Fazili  döyə-döyə  öldür-
dülər.O  biri  kameralarda  da  sonradan  bildik  ki,  8  kəndçimizi 
ac saxlayaraq və döyərək öldürüblər... 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
109 
 Nofəl  Əliyev  Qasım 
oğlu  (Qaradağlı  kənd  saki-
ni)
 
-  Xankəndi  türməsində 
əsir  idik.  Bir  cavan  kəndçi-
miz  vardı  -  Vətən  adında, 
onu gözümün qabağında öl-
dürməyə  apardılar.  Türmə-
də    bizə  nəzarət  edən  ermə-
nidən soruşdum ki, o uşağı hara apardılar? Dedi ki, apardılar 
qəbirstanlığımıza,    qəbir  üstündə  başını  kəsməyə...  Belə  vəh-
şiliklə öldürmüşdülər onu..  
Bizi  kameralarda  beş-beş,  altı-altı  saxlayırdılar.  Hər  beş 
nəfər əsirə gündə bir parça çörək verirdilər, bir də balaca stə-
kanla  bir  su.  O  balaca  stəkandakı  su  ilə  sadəcə  dodağımızı 
isladırdıq ki, ölməyək...  
Bizə  bütün  günü  işgəncə  verirdilər.  Ermənilər  kimin  qızıl 
dişləri var idisə onu zorla əsirlərin ağzından çıxarırdılar. Kim 
müqavimət  göstərmək  istəyirdisə  döyüb  öldürürdülər.  Mənim 
də dişlərimi zorla çəkib çıxardılar.  
 
 Nağıyev  Seyyur  (Qara-
dağlı kənd sakini)
 
-  Bizi  əsir  götürüb  Xan-
kəndi  istiqamətinə  aparan  er-
məni 
silahlıları  Cəmiyyət 
(Ningi)  kəndində  Elmidarı 
maşından  düşürüb,  qadınıla-
rın, uşaqların gözü qabağında 
öldürdülər.  
Erməni  silahlıları  yol  bo-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
110 
yu erməni kəndlərinə doğru qışqırırdılar ki, “tork istəyirsiniz? 
–  yəni  “türk  istəyirsinizmi?”  –  Ermənilər  də  deyirdilər,  hə, 
istəyirik. Bax, onda elə oradaca əsirlərdən düşürüb öldürdülər. 
 Amma sizə deyim ki, bəlkə də, ölüm bizə verilən işgəncələr-
dən daha yaxşı idi. Ermənilər bizi Xankəndində əsir saxlayan-
da bütün günü zülm, işgəncə verirdilər. Səhər saat 10-da girir-
dilər içəri, kim gözlərinə yaxşı dəymirdi, başlayırdılar vəhşicə-
sinə  döyməyə.  Bir  də  axşam  gəlirdilər  yenidən  döyməyə,  işgə-
ncə verməyə.. İnsanlıqdan kənar işlər görürdülər. Bizi ağzıüstə 
uzandırırdılar yerə. Adi ermənilər, hətta uşaqlar divarın üstünə 
çıxıb  bizə  baxırdılar,  gülür,  bizim  halımızdan  həzz  alırdılar. 
Məsələn,  əlləri  ilə  işarə  verərək  deyəndə  ki,  o  tərpəndi,  o 
dəqiqə  erməni  silahlıları  həmin  adamın  belinə  dubinka  ilə, 
avtomatla  vururdular.  Əsizrlərə  başını  belə  tərpətməyə  imkan 
vermirdilər.  
 
...Əsirlikdə  olduğumuzun  40-cı  günü  idi,  dedim,  erməni  nə 
istəyirsə  etsin,  onun  dedikləriini  yerinə  yetirməyəcək,  ayağa 
durmayacağam.  Buna  görən  erməni  nəzarətçisi,  gəldi,  “niyə 
ayağa  durmamısan  sən?”  dedi,  sonra  da  çənəmdən  təpiknən 
necə vurdusa, çənəm qırıldı. Çənəm onsuz da "Bəylik bağı"nda 
ermənilər  atəş  açanda  güllə  vurub  sındırmışdı.  Bu  erməni  də 
lap pis günə qoydu.  
Mənim yanımda İmran kişi var idi. Onu da mədəsindən elə 
vurdular  ki,  7  gündən  sonra,  öldü.  Meyiti  də  3-4  gün  qaldı 
bizim yanımızda.  
Sonra, Fazil var idi, onu vurdular öldürdülər; Şura kişi var 
idi,  onu  da  vurdular  öldürdülər.  İşləri-gücləri  təhqir  etmək, 
döymək, öldürməkdi ermənilərin... 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
111 
 
 ġamxal 
ġirinov 
Famlet oğlu:  
Qaradağlı 4 il idi, az 
qala hər gün erməni silah-
lıları  tərəfindən  atəşə 
tutulurdu. İşğal ərəfəsində 
isə  daha  tez-tez  və  daha 
güclü  atəş  altındaydıq. 
1992-ci  ilin  fevral  ayının 
13-dən kənd dörd tərəfdən 
güclü 
atəşə 
tutuldu. 
Beləliklə,  kənddə  vəziyyət 
çətinləşdi  və  ermənilər  kəndə  daxil  oldular.  Xankəndindəki 
366-cı motaatıcı alayın köməkliyi ilə zirehli tanklarla, toplarla 
kəndə  ağır  zərbələr  endirdilər.  Lakin  bütün  bunlara 
baxmayaraq kənd özünümüdafiə dəstəsi  hücumu dəf etdi.  
Fevralın  15-də  axşam  saatlarında  kəndin  girəcəyindəki 
qəbristanlığın yanındakı postu alan ermənilər postdakı 3 nəfəri 
(Zeynalov Nobili, Hüseynov Xanalını, Həsənov Altayı) güllələ-
yərək  yandırmışdılar.  Bu  hadisədən  sonra  kənd  özünümüdafiə 
dəstəsi  keçmiş  kolxoz  idarəsinin  inzibati  binasında  yerləşdi  və 
öz mövqelərini möhkəmləndirdi. Artıq axşam saat 9 radələrin-
də  biz  10  nəfər  özünümüdafiə  dəstəsinin  üzvləri  həmin  posta 
gələrək  onların  yanmış  cəsədlərini  idarə  binasına  apardıq. 
Sonra  isə  Hüseynov  Əsgərin,  Rüstəmova  Zivərin  meyitlərini 
idarəyə  gətirdik,  onlar  evlərindən  qaçarkən  ermənilər 
tərəfindən vurulmuşdular.   
  Həmin  gün  bizim  5  nəfər  şəhidimiz,10  nəfər  isə  ağır 
yaralımız var idi. Fevralın 16-da erməni dəstələri tam şəkildə 
kəndə  daxil  olaraq  kəndi  mühasirəyə  aldılar  və  bundan  sonra 
atışma daha da intensivləşməyə başladı. Həmin gün Bayramov 
Arif  İbrahim  oğlu  və  vəkönüllü  olaraq  kəndə  köməyə  gəlmiş 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
112 
Eldar  şəhid  oldular.  Lakin  nə  qədər  döyüşlər  getsə  də, 
ermənilər kənd müdafiəçilərinin müqavimətini qıra bilmirdilər. 
Bunu  görən  düşmən  gecə  saat  4  radələrində  Xankəndi 
şəhərindən  əlavə  qüvvələr  –  tankları,  topları  kəndə  yeritdilər. 
Səhər  açılanda  düşmənlər  yenidən  güclü  qoşunla  kəndə 
hücuma  keçdilər.  Bizim  silah-sursatımız  getdikcə  tükənirdi. 
Nəhayət  patronlarımız  tükəndi.  Sonra  vəziyyət  tamamən 
pisləşdi və erməni silahlıları bizi əsir gotürdülər. Qocaları ca-
vanlardan  ayıraraq  başqa  maşınlara  mindirdilər.  Yaşlıları  və 
10  nəfər  qadını  birbaşa  Xankəndi  şəhəri  tərəfə  apardılar. 
Cavanları  isə  kəndin  yuxarı  hissəsindəki  “Pir”  deyilən  yerə 
qədər piyada apardılar. Hüseynov Şahmuradı, Dadaşov Eldarı 
orada,  yolun  düz  ortasında  vəhşicəsinə  qətlə  yetirdilər.  Sonra 
bizi  “Kamaz”  markalı  maşına  mindirərək  “Bəylik  bagı” 
deyilən  yerə  gətirdilər  və  burada  10  nəfəri  güllələyəcəklərini 
söylədilər.  Bu  məqam  Tağıyev  Telman  qoynunda  gizlətdiyi 
qumbaranı  partladaraq  xeyli  ermənini  öldürdü,  özü  də 
qəhrəmancasına  şəhid  oldu.  Bu  hadisədən  qəzəblənən 
düşmənlər  yerdəki  həmkəndlilərimi  və  maşının  içərisini  atəşə 
tutmağa  başladılar.  Nəticədə  onlarla  kənd  sakini  vəhşicəsinə 
qətlə  yetirildi,  xeyli  insan  ağır  yaralandı.  Ermənilərdən  biri 
maşına minərək məni götürüb meytlərin üstünə atdı. Bu zaman 
aralıda  dayanan  başqa  bir    erməni  mənə  sarı  gələrək  başıma 
təpiklə  vurdu,  sonra  məni  ayağa  qaldıraraq  yenidən  maşının 
içərisinə  atdı.  Burada  mən  Əliyev  Xaliq,  Hüseynov  İbiş  və 
Hüseynov Niftalının erməni silahlılarının komandiri Mamvelin 
“06” markalı şəxsi maşınına mindirdiyinin şahidi oldum. Son-
ra  xeyli  yol  getmişdik  ki,  “Zəki  bulağı”  deyilən  yerdə  maşını 
yenə  saxladılar.  Bu  zaman  mən  Xaliqgili  “06”da  görmədim, 
onları da, çox güman ki, “Bəylik bağı”nda qətlə yetirmişdilər.  
Ermənilər öldürdükləri əsirlərin cəsədlərini silos quyusuna 
ataraq üzərlərini torpaqla doldururdular... Quyuya atılan əsir-
lərin arasında yaralılar da vardı.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
113 
Sonra  yola  düşdük,  bir  az  getmişdik  ki,  Ningi  (Cəmiyyət) 
kəndi  yaxınlığında  Xəlilov  Zahidin  meyitini  düz  yolun 
ortasında  gördüm,  onu  vəhşicəsinə  qətlə  yetirmişdilər.  Sinif 
yoldaşım  var  idi  –  Rusiyadan  əsgərlikdən  gəlmişdi  –  Quliyev 
Nəbi Mütalif oğlu, məndən 3-4 metr aralıda “ştık-noj”nan diri-
diri başını kəsdilər.  
Bizim  bir  kəndçimiz  var  idi,  Mobil  adında,  o  yolda, 
ermənilərə  dedi  ki,  6  uşağım  var,  məni  buraxın.  Dedilər,  düş 
get,  səni  öldürməyəcəyik.  Sən  demə  aldadırmışlar.  Mobil  tut 
bağı  ilə,  hardasa  10  metr  qaçmışdı  ki,  iki  erməni  əsəgəri 
avtomatnan bədənini dəlmə-deşiketdilər, param-parça oldu...  
“KAMAZ”ın da içi dizə qədər qandı... Özünümüdafiə dəstə-
sinin  Abdulla  adlı  bir  üzvü  vardı,  onu  gətirdilər,  “KAMAZ”ın 
arxasını  açdılar,  erməni  onun  başına  tapançanı  dirədi,  dedi, 
qanı  iç,  türkün  qanını  içməlisən.  O  da  götürdü  üzünə  çəkdi, 
amma  içmədi.  Ona  görə  tapançanın  dalı  ilə  başına  vura-vura 
işgəncə verdilər ona... Daha sonra Hüseynov Həbibi başından 
vurdular.  
Bizi  Şuşaya  gedən  yolda  maşından  düşürdülər,  2  cərgə 
düzüb  erməni  hərbçilərinin  qərargahına  apardılar.  Orada 
bizim  əynimizdə  qalan  paltarlarımızı  da  soyundurub,  suyun 
içində  oturtdular.  Sonra  bizi  zirzəmiyə  saldılar,  xeyli  orada 
qaldıq. Həmin müddətdə cavanları aparıb tez-tez döyürdülər.  
Səhəri  gün  bizi  Xankəndinə  apardılar.  Biz  Xankəndinə  ça-
tanda uzaqdan gördük ki, Malıbəyli kəndi od-alovun içərisində 
yanır. 
Maşından düşəndən sonra bizi asfaltın üstünə uzandıraraq, 
yenidən  işgəncə  verməyə  başladılar.  Daha  sonra  bizi  beş-beş, 
altı-altı  bölərək  kameralra  saldılar  və  beləliklə  ən  acınacaqlı 
günlərimiz başladı. Mən özüm 15 gün ac-susuz ağır işgəncələ-
rə məruz qaldım.  
Orada mən kəndimizin yaşlı adamlarını, o cümlədən öz ata-
mı  gördüm.  15  gündən  sonra  bizi  (  -  13  nəfəri)  Xocavənd 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
114 
(Martuni) rayonuna apardılar. Orada bizi yenidən döyür, işlə-
dir, ac-susuz saxlayırdılar. Mart ayının 21-də bizi Xocavəndin 
(Martuni) Heşan kəndinə aparıldıq, 10 gün də orada qaldıqdan 
sonra, mart ayının 31-də Ağdam rayonun Mərzili kəndi yaxınlı-
ğında  biz  dövlət  səviyyəsində  əsirlikdən  azad  olunduq  –  geri 
alındıq.  
Mən 45 gün əsirlikdə qaldım.  
 
 
 ġahruz 
Əliyev 
Əmirxan  oğlu  (Qara-
dağlı kənd sakini):  
 
-  Qaradağlı  işğal 
olunan gün başqa həm-
kəndlilərim  ilə  birlikdə 
erməni  silahlıları  məni 
də 
əsir  götürdülər. 
Əsirlikdə olmazın əzab-
əziyyətini 
çəkmişəm. 
Məşəqqətli  və  əzablı  günlər  yaşamışam.  Kədər  və  qüssə  dolu 
həmin  günlərin  ağrı-acısı  mənim  ömür  yollarımda  heç  vaxt 
silinməyəcək izlər qoyub.  
Yaxşıxatırlayıram,  əsir  götürülənlərin    arasında    məktəb 
yaşlı uşaqlar və 10 nəfər də agbirçək qadın var idi. Yolda ma-
şınları  saxlayır,  əsasən  məktəbli  uşaqları  və  gəncləri  güllələ-
yirdilər. Belə ki, “Bəylik bagı” adlanan yerdə maşını saxlayıb, 
30 nəfərə yaxın kənd sakinini düşürdülər və elə oradaca güllə-
lədilər...  
Bir az gedəndən sonra yenə də maşınlar dayandırıldı. Yenə 
də  cavanlardan  10  nəfərini  seçib,  güllələdilər.  Güllələnənlər-
dən biri əmim oğlu Xaliq Əliyev, biri də İltizam Hüseynov idi.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
115 
Sonra  bizi  Xankəndinə  gətirib  internat  məktəbinin  soyuq 
zirzəmisinə  saldılar.  Mən  və  qardaşım  bir  yerdə  əsir  düş-
müşdük.  Dedilər  ki,  sabah  sizi  Əsgərana  aparıb  orada  dəyi-
şəcəyik.  Ermənilərin  vədlərinə  heç  bir  inamımız  qalmamışdı, 
təbii...  Səhər  tezdən  erməni  silahlıları  əsirlərdən  5  nəfəri 
dəyişmək  adı  ilə  zirzəmidən  çıxarıb  apardılar  və  onlardan  bir 
daha  heç  bir  xəbərimiz  olmadı.  Mənim  qardaşım  Vətən  də 
onların arasında idi.  
Bizi  internat  məktəbinin
 
qaranlıq  zirzəmisində  15  gün 
saxladılar. Yeməyə bir parça boyat çörək, içməyə isə bir stəkan 
palçıqlı  su  verirdilər.  Sonra    bizi  polis  şöbəsinə  gətirdilər. 
Burada  da  yerimiz  qaranlıq,  soyuq  zirzəmi  oldu.  Sonradan 
zirzəmidə  13  nəfər  qaldıq.  Hər  gün  sıxıntı  və  əzab  içində 
yaşayırdıq. Hər gün əli avtomatlı erməni əsgərləri içəri girir və 
bizi  təhqir  edir,  vəhşicəsinə  döyürdülər.  Beləliklə,  ömrümün  
60 günə yaxını əsirlikdə, məşəqqətdə  keçdi... 
1992-ci  lin  aprel  ayının  9-da,  çox  böyük  çətinliklərlə 
bizimkilər  məni  əsirlikdən  azad  edə  -  geri  ala  bildilər.  Amma 
çox  təəsüf  ki,  qardaşım  Vətən  və  eləcə  də  neçə-neçə 
həmkəndlim  əsirlikdən  qayıtmadılar  və  çoxunun  da  axırı  nə 
oldu, bilmədik..!  
 
 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin