Azərbaycan Respublikası BaĢ Prokurorluğunun birgə
istintaq-əməliyyat qrupunda istintaq edilən 80377 saylı
cinayət iĢinin Qaradağlı soyqırımı epizodu üzrə
ARAYIġ
(sənədin üslubuna toxunulmamışdır)
1992-ci il fevral ayının 15-dən 16-na keçən gecə erməni
silahlı quldur dəstələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vila-
yətinin Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə
hücum edərək
,
həmin kəndin sakinləri Həsənov Altay
Məhəmməd oğlunu və Hüsenyov Xəyal Həbib oğlunu odlu
silahla qətlə yetirməsi faktına görə 29 fevral 1992-ci ildə Qarabağ
rayonlararası prokurorluğu tərəfindən Azərbaycan Respublikası
CM-nin 70 və 94-cü maddəsinin 4, 6-cı bəndləri ilə (köhnə redak-
siyada) 64526 saylı cinayət işi başlanaraq istintaq aparılmışdır.
İş üzrə bir sıra istintaq-əməliyyat tədbirləri icra edilməklə,
zərərçəkmiş və şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-
ballistik və məhkəmə-bioloji ekspertizalar keçirilmiş, lakin ci-
nayət törətmiş şəxslər müəyyən edilmədiyinə görə sonuncu dəfə
20 dekabr 1992-ci il tarixdə cinayət işinin icraatı həmin dövrdə
qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 209-cu mad-
dəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır.
18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş
Prokurorunun, Daxili İşlər Nazirinin və Milli Təhlükəsizlik Na-
zirinin əmri ilə yaradılmış birgə istintaq əməliyyat qrupunda
yuxarıda göstərilən cinayət işi öyrənilmiş, 18 may 2004-cü il
tarixdə cinayət işinin icraatının dayandırılması barədə 20 dekabr
1992-ci il tarixli qərar ləğv edilmiş və cinayət işinin icraatı
təzələnərək birgə istintaq əməliyyat qrupunun icraatında olan
80377 saylı cinayət işinə birləşdirilmişdir.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
143
15-17 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərə-
findən Qaradağlı kəndinə silahlı basqın nəticəsində 49 nəfərin
qəsdən öldürülməsi, 57 nəfərə işgəncələr verilməsi faktı 17 iyul
2005-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun
müavini, Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə
general-leytenantı Xanlar Vəliyev tərəfindən Azərbaycan Res-
publikası CM-nin 103-cü maddəsinə tövsüf edilmiş və cinayət
işinin istintaqı davam etdirilmişdir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində
yaşayan və Ermənistan Respublikasından gəlmiş millətçi ermə-
nilərdən ibrət təşkil olunmuş qanunsuz silahlı birləşmələr tərə-
findən Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kən-
dində yaşayan azərbaycanlı əhalini bir milli qrup kimi bütövlükdə
və ya qismən məhv etmək məqsədilə silahlı hücum edərək kənd
sakinlərini öldürmə və beynəlxalq hüquq normaları və Azərbay-
can Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan
Xocavənd (keçmiş Martuni) rayonunun ərazisində qanuni yer-
ləşən azərbaycanlıları məcburi hərəkətlərlə didərgin salma cina-
yətlərində ittiham olunan Marti-rosyan Vladimir Qeorqiyeviç
və Danielyan Slavik Makaroviçin 02 iyun 2008-ci il tarixdə,
Nəsibyan Qriqoriy YeqiaĢoviçin isə 13 iyun 2008-ci il tarixdə
Azərbaycan Respublikası CM-nin 103 və 107-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmaları haqqında qərar
çıxarılmış, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə
barələrində həbs qətimkan tədbiri seçilmiş və axtarışları təmiş
edilmişdir.
İstintaqın sonrakı mərhələsində həmin cinayətlərdə iştirakları
müəyyən edilmiş Martirosyan Kamo Qeorqiyeviç, Babayan
Vartan
Emiloviç
və
Ayrapetyan ġaĢa Muxanoviçin
Azərbaycan Respublikası CM-nin 103 və 107-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmaları haqqında 09 fevral
2009-cu il tarixdə
...
qərar çıxarılmış, barələrində həbs qətimkan
tədbiri seçilməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə
Qənirə Paşayeva, Şaiq Aslanov
144
təqdimat verilməsi üçün cinayət işi üzrə ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının
Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev
qarşısında vəsatət qaldırılmışdır.
Yuxarıda göstərilən xüsusatların araşdırılması, Martirosyan
Kamo Qeorqiyeviç, Babayan Vartan Emiloviç və Ayrapetyan
ġaĢa Muxanoviçin təqsirləndirilən şəxs qismində cəlb olunması
barədə yeni redaksiyada qərar tərtib olunması barədə göstərişə
əsasən cinayət işi öyrənilmiş və müəyyən edilmişdir ki, həmin
şəxslərin hazırki mərhələdə cinayət məsuliyyətinə cəlb olunmaları
üçün bir sıra xüsusatların dəqiqləşdirilməsi ilə əlaqədar şahid və
zərər çəkmişlər yenidən dindirilməli, sorğular verilməli, əlavə
sübutlar toplanılmalıdır.
Belə ki, Martirosyan Kamo Qeorqiyeviç, Babayan Vartan
Emiloviç, Ayrapetyan ġaĢa Muxanoviçin və silahlı dəstənin
digər üzvlərinin törətdikləri cinayətlərin halları, yeri və vaxtı,
törədilmə üsulu, silahlı olub-olmamaları, hansı geyimdə olmaları,
silahlı qrup tərəfindən Qaradağlı kənd sakinləri kütləvi şəkildə
öldürülərkən onlardan hansının odlu silahdan atəş açması,
cinayətin törədilməsində iştirak edən silahlı dəstənin digər
üzvlərinin şəxsiyyətinin müəyyən edilməsi və s. bu kimi konkret
xüsusatlar araşdırıldığından iş üzrə şahidlər və zərərçəkmişlər
həmin hallar üzrə əlavə dindirilmiş, silahlı dəstənin digər
iştirakçılarının şəxsiyyətinin müəyyən olunması və anket
məlumatlarının əldə edilməsi üçün Azərbaycan Respublikası Baş
prokurorluğuna, Daxili işlər, Səhiyyə, Təhsil, Mədəniyyət və
Turizm Nazirliklərinə, Arxivlər İdarəsinə, AzəriQaz Qapalı
Səhmdar Cəmiyyətinə və Xocavənd rayon icra hakimiyyətinə
sorğular göndərilərək müvafiq cavablar alınıb cinayət işinə əlavə
edilmişdir.
Belə ki, iş üzrə zərərçəkmiş qismində əlavə dindirilmiş Hü-
seynov Ġlqar QardaĢxan oğlu əvvəlki və 02 may 2009-cu il
tarixli ifadələrində 14 fevral 1992-ci il tarixdə yaşadığı Xocavənd
Qaradağlı soyqırımı şahidlərin dili ilə
145
rayonunun Qaradağlı kəndinə erməni silahlı birləşmələrinin ağır
texnikalardan, tanklardan və BTR-dən uzaq məsafədən atəş
açaraq 12 nəfər kənd sakinini öldürdüyünü, 17 fevral 1992-ci il
tarixdə saat 15:30 radələrində həmin silahlı dəstənin 104 nəfər
kənd sakinlərini girov götürərək KAMAZ markalı maşınlarla
apardığını, onlardan 30-dan çox adamın "Bəylik bağı" adlanan
ərazidə odlu silahlardan atəş açmaqla öldürülərək, onların
meyitlərinin həmin ərazidə silos quyularında basdırıldığını, 3
nəfərin Ningi kəndində odlu silahlardan atəş açmaqla
öldürüldüyünü, onu və girov götürülmüş digər Qradağlı kənd
sakinlərini Xankəndi şəhərinə aparıb orada 45 gün müddətində
girov saxladıqlarını və bu müddət ərzində ona və digər əsirlərə
tanımadığı, erməni millətindən olan şəxslərin işgəncələr verdiyini,
Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Azərbaycan tərəfinə təhvil
verildiyini göstərmişdir. Daha sonra Ġ.Q.Hüseynov ifadəsində
həmçinin göstərmişdir ki, o, 14 fevral 1992-ci il tarixdə Qaradağlı
kəndinə hücum edən erməni millətindən olan şəxslərdən həmin
vaxtlar Martuni rayon Daxili İşlər şöbəsinin rəisi Martirosyan
familiyalı şəxsin oğlanları Martirosyan Vladimir Qeoqiyeviç,
Martirosyan Kamo Qeorqiyeviç, Babayan Vartan Emiloviç,
Ayrapetyan ġaĢa Muxanoviç, Poqosyan Razmik Vaqanoviç,
Xocavənd rayonunun Qaradağlı kəndində poçt müdiri vəzifəsində
işləyən Danielyan Slavik Arsenoviçi, Nəsibyan Qriqoriy
YeqiaĢoviçi və Mikaelyan Valeriy Levanoviçi tanımış və
onların əyinlərində hərbi forma, əllərində avtomat silahla
Qaradağlı kəndinə silahlı hücumda iştirak etdiklərini, dinc kənd
sakinlərinin girov götürülməsində və qətlə yetirilməsində
yaxından iştirak etdiklərinin canlı şahidi olduğunu təsdiq etmişdir.
İstintaq zamanı zərərçəkmiş qismində əlavə dindirilmiş Hü-
seynov
Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç,
Ayrapetyan ġaĢa Muxanoviç, Babayan Vartan Emiloviç,
Poqosyan Razmik Vaqanoviçi, Xocavənd rayonunun Qaradağlı
Qənirə Paşayeva, Şaiq Aslanov
146
kəndində poçt müdiri işləyən Danielyan Slavik BaxĢeyiĢ Əkbər
oğlu əvvəlki və 05 may 2009-cu il tarixli ifadələrindən
göstərmişdir ki, 14 fevral 1992-ci il tarixdə yaşadığı Xocavənd
rayonunun Qaradağlı kəndinə erməni silahlı birləşmələri üç
istiqamətdən silahlı hücuma keçmiş və həmin hücum zamanı 104
nəfər dinc kənd sakinlərini girov götürərək 3 ədəd KAMAZ
markalı maşınlarla Xankəndi istiqamətinə aparmış, onlardan 36
nəfərini "Bəylik bağı" adlanan ərazidə odlu silahlardan atəş
açmaqla güllələmiş və onların meyitlərini həmin ərazidə silos
quyularında basdırmışlar.
Sonradan ermənilər Ningi kəndi yaxınlığında Bayramov
Elmidar, Zahid və Həbib kiĢini avtomobildən düşürərək
avtomat silahlardan atəş açaraq qətlə yetirmişlər. Sonradan onu və
digər girov götürülmüş Qaradağlı kənd sakinlərini Xankəndi
şəhərinə aparıb orada girovluqda saxlamış və bu müddət ərzində
ona və digər əsirlərə tanımadığı, erməni millətindən olan şəxslər
işgənclər vermişlər. Bir müddətdən sonra o əsirlikdən azad
olunaraq Azərbaycan tərəfinə təhvil verilmişdir. İfadəsində
həmçinin göstərmişdir ki, 14 fevral 1992-ci il tarixdə Qaradağlı
kəndinə hücum edən erməni millətindən olan şəxslərdən o, həmin
vaxtlar Martuni rayon Daxili İşlər şöbəsinin rəisi Martirosyan
familiyalı şəxsin oğlanları Martirosyan Arsenoviçi, Martuni
rayon
mərkəzi
aparatında işləmiş Nəsibyan Qriqoriy
YeqiaĢoviçi, Mikaelyan Valeriy Levanoviçi, Apo, Abo, Abrik,
Mamvel və digər – tanımadığım, erməni millətindən olan
şəxslərin əyinlərində hərbi forma, əllərində avtomat silahla
Qaradağlı kəndinə silahlı hücumda iştirak etdiklərinin, dinc kənd
sakinlərinin girov götürülməsində və qətlə yetirilməsində ya-
xından iştirak etdiklərinin, habelə həmin şəxslərin Qaradağlı kənd
sakinlərini yaşadıqları yerlərdən məcburi çıxardıqlarının canlı
şahidi olduğunu təsdiq etmişdir.
Bundan əlavə iş üzrə əlavə dindirilmiş Hüseynov Vidadi
QardaĢxan oğlu, Quliyev Rafiq Ələstan oğlu, Abbasov Maarif
Qaradağlı soyqırımı şahidlərin dili ilə
147
Ġbrahim oğlu, həmçinin əvvəllər dindirilmiş ġahbazov Səfər
Fehruz oğlu, Abbasov Tahir Ġbrahim oğlu, Cahangirov Niyaz
Məhəmməd oğlu və qeyriləri yuxarıda göstərilən
,
erməni
millətindən olan şəxslərin silahlı dəstə şəklində 14-17 fevral
1992-ci il tarixdə Xocavənd (keçmiş Martuni) rayonunun
Qaradağlı kənd sakinlərini öldürməsi, Xocavənd (keçmiş
Martuni) rayonunun Qaradağlı və Tuğ kəndlərindən, Xocavənd
qəsəbəsindən azərbaycan millətindən olan əhalini qanuni
yerləşdiyi yerlərindən məcburi hərəkətlərlə didərgin salmaları
barədə ifadə vermişlər.
Beləliklə, aparılmış istintaqla müəyyən edilmişdir ki, 1979-
1989-cu illərdə Xocavənd (keçmiş Martuni) rayon daxili işlər
şöbəsinin rəisi vəzifəsində işləmiş Martirosyan Qeorqiy
AĢotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç,
Martirosyan Kamo Qeorqiyeviç, habelə 1980-1987-ci illərdə
Xocavənd (keçmiş Martuni) rayon İcraiyyə komitəsinin sədri
vəzifəsində işləmiş Nəsibyan Qriqoriy YeqiaĢoviç, 1987-ci ildə
Xocavənd (keçmiş Martuni) rayonunda Poçttamtın rəisi
vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç, Xocavənd
(keçmiş Martuni) rayon daxili işlər şöbəsinin pasport-masa rəisi
vəzifəsində işləmiş Poqosyan Razmik Vaqanoviç, Xocavənd
(keçmiş Martuni) rayon Qağarza kəndindəki S.M.Miçurin adına
kolxozun sədri vəzifəsində işləmiş Ayrapetyan ġaĢa Mu-
xanoviç, 1989-cu ildən Xocavənd (keçmiş Martuni) rayonunun
şahmat məktəbində məşqçi işləmiş Babayan Vartan Emiloviç
və istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə
girib silahlı dəstə təşkil edərək onlarla birlikdə azərbaycanlı
millətindən olan əhalini qanuni yerləşdikləri yerlərdən məcburi
hərəkətlərlə didərgin salmaq məqsədilə onların yaşayış evlərinə
və həyətyanı sahələrinə mütəmadi basqınlar etmiş, evləri və
dövlət müəssisələrini yandırıb qarətlər törətmiş, nəticədə 14 fevral
1992-ci il tarixədək Xocavənd (keçmiş Martuni) rayonunun
Qaradağlı kəndinin 1008 nəfər kənd əhalisindən 989 nəfər sakini,
Qənirə Paşayeva, Şaiq Aslanov
148
1989-cu ilin yay aylarından 1991-ci ilin oktyabr ayınadək olan
müddətdə Xocavənd rayonunun Tuğ kəndinin 1000 nəfərdən
yuxarı və 1989-cu ilin noyabr ayına kimi olan dövr ərzində
Xocavənd rayonunun Xocavənd qəsəbəsinin 1000-dən artıq
azərbaycanlı millətindən olan əhalisini didərgin salmış, həmçinin
dövlətə və vətəndaşların xüsusi mülkiyyətlərinə külli miqdarda
maddi ziyan vurmuşdur.
Bundan əlavə, həmin dəstə və şəxsiyyətləri istintaqa məlum
olmayan dəstənin digər üzvləri birlikdə cinayətkar hərəkətlərini
davam etdirərək Xankəndi şəhərində dislokasiya olunmuş MDB-
nin 366-cı motoatıcı alayının ağır texnikasından, yəni tanklardan,
piyadaların döyüş maşınlarından, zirehli transportyorlardan, silah
və sursatlardan istifadə edərək Xocavənd (keçmiş Martuni)
rayonunun Qaradağlı kəndinin 1008 nəfər sakinindən kənddə
qalmış 118 nəfər azərbaycanlı əhalisini bir milli qrup kimi
bütövlükdə və ya qismən məhv etmək məqsədilə 1992-ci ilin
fevral ayının 14-də saat 20 radələrində kəndi mühasirəyə almış,
mülki əhalinin çıxmasına imkan verməmiş, kəndin kənarından
həmin zirehli texnikadan, avtomat, pulemyot və digər odlu
silahlardan kənddə yerləşən yaşayış evlərinə, dövlət mü-
əssisələrinə, təhsil ocaqlarına 17 fevral 1992-ci il tarixdə saat 15-
dək mütəmadi olaraq davamlı atəşlər açması nəticəsində, kənd
sakinləri olan dinc mülki əhalidən 12 nəfəri öldürülmüş, bundan
sonra cinayətkar hərəkətlərini davam etdirərək, hərbi səhra
paltarında və əlində avtomat silah 17 fevral 1992-ci il tarixdə saat
15-30 radələrində hücum edib Xocavənd (keçmiş Martuni)
rayonunun Qaradağlı kəndinə girərək kəndin sağ qalmış 104 nəfər
azərbaycanlı əhalisini kəndin kolxoz idarəsinin ərazisinə yığıb,
uşaqları, qadınları, qocaları 2 və kişi cinsindən olan cavan şəxsləri
1 KAMAZ markalı avtomaşınların yük yerinə doldurub Qaradağlı
kəndindən 2 kilometr aralıda yerləşən "Bəylik bağı" adlanan
əraziyə gətirərək, kişi cinsindən olan cavan şəxsləri zorla
avtomobildən yerə düşürüb yaxın məsafədən özü və digərləri odlu
Qaradağlı soyqırımı şahidlərin dili ilə
149
silahlardan davamlı atəşlər açaraq, 36 nəfəri öldürmüş, 2 nəfərə
ağır xəsarətlər yetirmiş, sonra isə cinayət törətdiyi şəxslərlə
birlikdə öldürdüyü adamların cəsədlərini həmin ərazidə
əvvəlcədən traktorla qazılmış 2 silos quyusuna doldurub torpaqla
örtmüşdür.
Daha sonra həmin silahlı dəstə və şəxsiyyətləri istintaqa
məlum olmayan dəstənin digər üzvləri birlikdə cinayət
hərəkətlərini davam etdirərək 17 fevral 1992-ci il tarixdə saat 17
radələrində Qaradağlı kənd sakinlərinin sağ qalmış 68 nəfəri
yuxarıda göstərilən 3 KAMAZ markalı avtomaşınların yük
yerində apararkən kişi cinsindən olan cavan şəxslərin olduğu
avtoavtomobili erməni əhalisinin yaşadığı Ningi kəndində
saxlayaraq 3 nəfəri, Xankəndi şəhərində saxlayaraq 5 nəfəri və
Xankəndi şəhər təcridxanasının ərazisində 11 nəfəri avtomobildən
yerə düşürüb odlu silahdan atəş açaraq öldürmüş, sağ qalmış digər
49 nəfər Qaradağlı kənd sakinini isə təcridxanaya təhvil
vermişlər.
Bununla da yuxarıda göstərilən şəxslər və istintaqa məlum ol-
mayan digərləri cinayət əlaqəsinə girib silahlı dəstə təşkil edərək
birlikdə azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya
qismən məhv etmək məqsədi ilə 14-17 fevral 1992-ci il tarixlərdə
Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kənd
sakinlərindən 67 nəfəri - o cümlədən, 9 nəfər azyaşlı uşağı, 10
nəfər qadını, 14 nəfər 60 yaşdan yuxarı kişini, 34 nəfər kişi
cinsindən olan cavan şəxsi öldürmüş, 2 nəfərə ağırlıq dərəcəsinə
görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran
xəsarətlər yetirmiş, bundan əlavə beynəlxalq hüquq norma və
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş
əsaslar olmadan Xocavənd (keçmiş Martuni) rayonunun
Qaradağlı kəndindən 1008 nəfər, Xocavənd qəsəbəsi və Tuğ
kəndinin hər birindən isə 1000 nəfərdən artıq azərbaycanlı
millətindən olan əhalini qanuni yerləşdiyi yerlərindən məcburi
hərəkətlərlə didərgin salmış, bu hərəkətləri ilə Azərbaycan
Qənirə Paşayeva, Şaiq Aslanov
150
Respublikası CM-nin 103 və 107-ci maddələrində nəzərdə tutulan
cinayət əməllərini törətmişlər.
Eyni zamanda qeyd olunan cinayətlərin törədilməsində iştirak
etmiş
Babayan
Vartan
Emiloviçin
şəxsiyyətinin
dəqiqləşdirilməsi məqsədilə Xocavənd rayon icra hakimiyyətinin
Qaradağlı kəndi üzrə icra nümayəndəliyinə verilmiş şifahi
sorğuya cavab olaraq verilmiş və 18.05.2009-cu il tarixli 27 saylı
məlumata əsasən həmin şəxsin soyadının Balayan olduğu, yəni
Balayan Vartan Emiloviçin 1966-cı ildə anadan olduğu, şahmat
məktəbində məşqçi işlədiyi göstərilmişdir. Bununla əlaqədar
istintaq qrupunda olan 80377/32996 saylı cinayət işinin
materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Balayan
Vartan Emiloviçin atası Xocavənd rayonunda kolxoz sədri
işləmiş Balayan Emil Vartanoviç 27 iyul 1991-ci il tarixdə
Xocavənd rayonunun Qaradağlı kənd fermasına basqın
nəticəsində 6 nəfərin öldürülərək yandırılması faktı üzrə 29 iyun
1991-ci il tarixdə başlanmış 32996 saylı cinayət işi üzrə 06 iyul
1991-ci il tarixdə verdiyi ifadəsində oğlu Vartanın 1966-cı ildə
anadan olduğunu, oğlunun ailəsi ilə birlikdə ayrıca Xocavənddə
yaşadığını və 1989-cu ildən şahmat məktəbində məşqçi işlədiyini
göstərmişdir. O da qeyd olunmalıdır ki, həmin cinayətə görə
Balayan Emil Vartanoviçə 17.05.2005-ci il tarixdə istintaq
qrupu tərəfindən CM-nin 103 və 107-ci maddələri ilə ittiham
verilmişdir.
Qeyd etmək lazımdır ki, Qaradağlı soyqırımı törədilərkən
soyqırıma görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin
01.09.2000-ci
il
tarixədək
qüvvədə
olmuş Azərbaycan
Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmamasına
baxmayaraq, həmin cinayət əməllərinin 2000-ci ilin sentyabr
ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin
16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə
cinayətlərə aid olmasını, habelə Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisinin "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı
Qaradağlı soyqırımı şahidlərin dili ilə
151
cinayətlərə tətbiq edilməməsi haqqında" 26 noyabr 1968-cı il
tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci ildə
qüvvəyə minmiş Konvensiyasını, yuxarıda sadalanan cinayətlərə
törədildiyi vaxtdan asılı olmayaraq heç bir müddət tətbiq
edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci
maddəsində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər
törətmiş şəxslərə həmin maddənin məsuliyyətə cəlb etmə
müddətlərinin məhdudlaşdırılmasına dair müddəalarını, bundan
başqa Azərbaycan Respublikası Konstitusiyasının 151-ci
maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik
sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla qəbul edilən
aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa
həmin beynəlxalq müqavilələrin tətbiq edildiyini, bu qəbildən
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları,
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin cinayətlərin
törədilməsi yerindən asılı olmayaraq bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması, eləcə də
Azərbaycan Respublikası CPM-nin 2.3-cü maddəsində də
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü-
qavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən
olunduqda,
beynəlxalq
müqavilənin
qaydalarının tətbiq
edilməsinin nəzərdə tutulduğunu, Azərbaycan Respublikasının 25
dekabr 2001-ci il tarixdən qoşulduğu, 04.11.1950-ci il tarixdə
Avropa Şurasında qəbul olunmuş "İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin
2-ci bəndinə əsasən törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas
hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı
hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin
mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmaması,
Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu
BMT-nin Baş Assambleyasının Mülki və Siyasi Hüquqlar
Qənirə Paşayeva, Şaiq Aslanov
152
Haqqında Beynəlxalq Paktın 6-cı maddəsinin 3-cü bəndinə əsasən
həyatdan məhrum etmə genosid cinayəti tərkibi daşıyarsa,
nəzərdə saxlamaq lazımdır ki, hazırda maddənin heç bir müddəası
hazırki Paktda iştirak edən dövlətlərə, genosid cinayətlərinin
önlənməsi və ona görə cəza haqqında Konvensiyasının
müddəalarına uyğun olaraq qəbul edilən istənilən öhdəlikdən heç
bir vəchlə geri çəkilmək hüququ verməməsi, Paktın 15-ci
maddəsinin 2-ci bəndinə əsasən hazırki maddənin heç bir
müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul
edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli
sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin
məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətməməsi
barədə müddəalarını nəzərə alaraq Martirosyan Vladimir
Dostları ilə paylaş: |