Vətən
Əmirxan oğlu
Əliyev – 1972-ci il aprel ayı-
nın 13-də Qaradağlı kəndində
doğulmuş, Qaradağlı kənd orta
məktəbini bitirmişdir. Olduqca
tərbiyəli, səmimi və ürəkli bir
oğlan olan Vətən, kənd sakin-
lərinin sevimlisi idi. Ermənilə-
rin torpaq iddiası ilə xalqımıza
təcavüzü başlanan gündən Və-
tən də digər vətənpərvər kənd
sakiləri ilə çiyin-çiyinə doğma
yurdunun müdafiəsinə qalx-
mışdı.
Qaradağlı ermənilər tərəfindən işğal olunanda, o və özün-
dən böyük qardaşı ġahruz da əsir götürülənlərin arasında idi.
Vətən digər əsir götürülənlərlə yanaşı Xankəndi şəhərinə
aparılmış, həbsxanaya atılmışdı.
Özünün və vətəninin başına gələnlərlə heç cür razılaşa
bilməyən Vətən, bunu özünə böyük təhqir hesab edir, bir çıxış
yolu axtarırdı. 1992- ci il fevral ayının 19-da səhər saatlarında
o və digər dörd gənc azərbaycanlı əsir Xankəndi həbsxana-
sından çıxarılıb, naməlum istiqamətə aparıldılar... Onların
sonrakı taleləri bu günə kimi bəlli deyil.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
89
Hafiz
Elmaz
oğlu
Axundov – 1973-cü il yanvar
ayının 10-da Qaradağlı kən-
dində doğulmuş, Qaradağlı
kənd kənd orta məktəbində
oxumuşdu. Şuşa Kənd Təsər-
rüfatı Texnikumunda təhsil
alırdı. O, Qaradağlıya düşmən
həmlələrinin qarşısının alın-
masında yaxından iştirak edir-
di.
Qaradağlı kəndi ermənilər
tərəfindən işğal olunanda Hafiz də girov götürülmüş, Xankən-
dinə aparılmışdı.
19 yaşı təzəcə tamam olmuş Hafiz, 1992-ci il fevral ayının
19-da səhər saatlarında digər dörd gənc həmkəndlisi ilə birgə
Xankəndi həbsxanasından çıxarılmış və naməlum istiqamətə
aparılmışdır. Digərləri kimi onun da sonrakı taleyi bu günə
kimi dəqiq müəyyən edilməmişdir.
Qənirə Paşayeva, Şaiq Aslanov
90
Mikayıl Ġslam oğlu DadaĢov
– 1970-ci ildə Qaradağlı kəndin-
də doğulmuşdur. Qaradağlı kənd
kənd orta məktəbinin səkkizinci
sinifini bitirmişdi və təhsilini 125
saylı Texniki Peşə Məktəbində
davam etdirirdi. Mikayıl doğma
kəndinin müdafiə olunmasında
çox yaxından iştirak edirdi. Qara-
dağlı ermənilər tərəfindən işğal
olunanda, kəndin sağ qalmış
sakinləri ilə yanaşı Mikayıl da
əsir götürülmüş, Xankəndinə
aparılaraq həbsxanaya atılmışdı.
1992-ci il fevral ayının 19-da səhər saatlarında həbsxanadan
çıxarılmış və naməlum istiqamətə aparılmış gənc azərbay-
canlılardan biri də Mikayıl idi. Sonrakı taleyi bu günə kimi
dəqiq müəyyən edilməmişdir.
Əbülfət Mehman oğlu
Hüseynov –1975-ci il iyul
ayının 1-də Qaradağlı kəndində
doğulmuş, Qaradağlı kənd orta
məktəbində
təhsil
almışdır.
Olduqca bacarıqlı, çevik və
səmimi olması ilə kənd sakin-
lərinin sevimlisinə çevirilən
Əbülfət, yaşının az olmasına
baxmayaraq, doğma kəndinin
müdafiə olunmasında yaxından
iştirak edirdi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
91
Qaradağlı ermənilər tərəfindən işğal olunanda, kəndin sağ
qalmış sakinləri ilə bərabər o da əsir götürülmüş, Xankəndinə
aparılaraq həbsxanaya atılmışdı. 1992-ci il fevral ayının 19-da
səhər saatlarında həbsxanadan çıxarılıb, naməlum istiqamətə
aparılanlardan biri də Əbülfət idi.
Onların sonrakı taleləri bu günə kimi dəqiq müəyyən
edilməmişdir.
Füzuli Cavad oğlu Vəli-
yev –1968-ci il aprel ayının
15-də Qaradağlı kəndində do-
ğulmuş, Qaradağlı kənd kənd
orta məktəbində təhsil almış-
dır. Ermənilərin torpaq iddiası
başlanan gündən Füzuli də di-
gər vətənpərvər kənd sakinləri
ilə birgə doğma yurdunun
müdafiəsinə qalxmış, silahlı
həmlələrin qarşısının alınma-
sında yaxından iştirak etmiş-
dir.
Füzuli 1991-ci ildən Qa-
radağlı kənd Milis Bölməsinin əməkdaşı idi.
Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunanda əsir
götürülənlərdən biri də Füzuli idi.
1992-ci il fevral ayının 19-da səhər saatlarında ermənilərin
Vətən, Hafiz, Mikayıl və Əbülfətlə birlikdə Xankəndi həbsxa-
nasından çıxarıb naməlum istiqamətə apardığı beşinci azərbay-
canlı Füzuli idi.
Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməyənlərdən
biri olan Füzuli ailəli idi. 1992-ci il yanvar ayının 24-də ana-
dan olmuş qızı Xəyalə hələ də adını eşidib üzünü görmədiyi
atasının yolunu gözləyir...
Qənirə Paşayeva, Şaiq Aslanov
92
ELAN OLUNMAMIġ MÜHARĠBƏ
BAġLANANDAN BƏRĠ MÜXTƏLĠF
VAXTLARDA ġƏHĠD OLANLAR
:
Səlim Kazım oğlu Kazı-
mov – 1958-ci il aprel ayının
15-də Qaradağlı kəndində do-
ğulmuş, Qaradağlı kənd orta
məktəbini bitirdikdən sonra,
təhsilini Bakı Yüngül Sənaye
Texnikumunda davam etdirmiş-
dir. Texnikumu bitirdikdən son-
ra Səlim ixtisası üzrə işləməyə
başlamış və sonuncu iş yeri Şu-
şa İstehlak Cəmiyyətinin Qara-
dağlı kəndində fəaliyyət göstə-
rən qarışıq mallar dükanı ol-
muşdur.
Qaradağlı ermənilər tərəfindən işğal edilən gün Səlimin
qardaşı Nəsimi qətlə yetirilmiş, atası Kazım Kazımov isə
əsir götürülmüşdü. Səlim atasının əsirlikdən azad olunması
üçün bütün imkanlardan istifadə edir, yollar axtarırdı. Nəhayət,
K.Kazımov 31 mart 1992-ci ildə erməni əsirliyindən azad edil-
di. Lakin Səlim mart ayının 29-da Ağdam rayonu ərazisində
həlak olmuşdu və atasını görə bilmədi...
Ailəli idi, 3 övladı yadigar qalıb.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
93
Elsevər Teyyub oğlu Tağı-
yev –1976-cı il may ayının 26-
da Qaradağlı kəndində doğul-
muşdu. Qaradağlı kənd orta
məktəbində təhsil alırdı.
O, nümunəvi bir şagird idi.
Elsevər 18 oktyabr 1991-ci
ildə ermənilər tərəfindən qətlə
yetirilmişdir.
Elçin Möhübbət oğlu Sü-
leymanov –1965-ci il sentyabr
ayının 3-də Qaradağlı kəndində
doğulmuşdur. Qaradağlı kənd
orta məktəbini bitirdikdən sonra
Rusiyanın İrkutsk vilayətinə
getmiş, burada Politexnik İnisti-
tutuna daxil olmuşdu.
Ermənilərin Qarabağda tö-
rətdiyi vandalizm aktları barədə
eşidən Elçin, doğma kəndinə
qayıtmış, özünümüdafiədə işti-
rak etmişdir.
O, 15 dekabr 1991-ci ildə
münaqişə zəminində ermənilər tərəfindən qətlə yetirilmişdir.
Subay idi.
Qənirə Paşayeva, Şaiq Aslanov
94
Ġltifat
Yelmar
oğlu
Əzizov –1964-cü il oktyabr
ayının 24-də Qaradağlı kən-
dində doğulmuşdur. Qaradağlı
kənd orta məktəbini bitirmişdi.
Dağlıq Qarabağda erməni
təcavüzkarlığı başlanan gün-
dən Ġltifat Əzizov da digər
həmkəndliləri kimi
doğma
yurdun müdafiəsinə, təcavüz-
karlara qarşı mübarizəyə qalx-
mışdı. Ġltifat müharibənin ge-
dişində aldığı yaralardan, ke-
çirdiyi mənəvi və psixoloji
sarsıntılardan 26 may 1993-cü ildə dünyasını dəyişmişdir.
Ailəli idi, 2 övladı yadigar qalıb.
Nazim Qiyas oğlu Vəli-
yev –1 aprel 1961-ci ildə Qa-
radağlı kəndində doğulmuş-
dur. Orta məktəbi Qaradağlı-
da bitirdikdən sonra N.Vəli-
yev, Şuşa Kənd Təsərrüfatı
Texnikumuna daxil olmuş və
Baytarlıq ixtisası üzrə təhsili-
ni davam etdirmişdir.
Qaradağlıda gedən uzun-
müddətli döyüşlərdə N.Vəli-
yev özünümüdafiə dəstəsinin
tərkibində erməni silahlı bir-
liklərinə qarşı döyüşlərdə iştirak etmişdir.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
95
Müharibənin qızğın vaxtlarında Nazimlə bərabər bir neçə
kənd sakini ermənilər tərəfindən əsir götürülmüşdü. Yerli
sakinlərin səyi nəticəsində 24 saatdan sonra əsir götürülənləri
azad etmək mümkün olmuşdu. Lakin sonrakı döyüşlərin
birində səngər yaxınlığında mərmi partlayışı zamanı N.Vəliyev
Psixi və nevroloji travma nəticəsində kəskin beyin qan dövranı
pozğunluğu keçirmiş və həlak olmuşdur.
Qənirə Paşayeva, Şaiq Aslanov
96
ƏSĠRLĠKDƏN AZAD OLUNDUQDAN
AZ SONRA VƏFAT EDƏNLƏR
Qaradağlı kəndi iĢğal edildikdən sonra ermənilər
tərəfindən əsir götürülən kənd sakinlərindən 54 nəfəri
Xankəndi və Əsgəranda 2 aydan artıq müddətdə əsirlikdə
saxlanılmıĢdır. Bu insanların əksəriyyəti əsirlikdə olduqları
dövrdə ermənilər tərəfindən verilən ağır iĢgəncə və əzab-
ların, məruz qaldıqları mənəvi və psixoloji sarsıntıların
nəticəsi olaraq əsirlikdən azad olunduqdan az bir vaxt
sonra vəfat etmiĢlər. Onların siyahısını təqdim edirik:
1. Familət Gəray oğlu Şirinov
2. Zülümxan Miriş öğlu Hüseynov
3. Yusif Nəriman oğlu Quliyev
4. Minayə Səməd qızı Əmirxanova
5. Sitarə Səməd qızı Hüseynova
6. Məhəmməd Hüseyn oğlu Həsənov (oğlu şəhid olub)
7. Qulu Əyyub oğlu Xəlilov (qardaşı şəhid olub)
8. Şəmil Alı oğlu Məmmədov
9. Sərdar Qaçay oğlu Tağıyev (oğlu və qardaşı şəhid olub)
10. Əvəz Qaçay oğlu Tağıyev (qardaşı şəhid olub)
11. Mirvari Təhməz qızı Hüseynova
12. Güllər Dostu qızı Tağıyeva
13. Mina Mirxudar qızı Sadıqova
14. İlqar Qasım oğlu Əliyev- (atası şəhid olub)
15. Tevon Həbil oğlu Tağıyev (oğlu şəhid olub)
16. Atlıxan Fərman oğlu Hüseynov
17. Firudun Hümbət oğlu Hüseynov,
Qaradağlı soyqırımı şahidlərin dili ilə
97
ġAHĠD QARADAĞLILAR
Onlar yaĢayır, amma necə deyərlər, fiziki cəhətdən ya-
Ģasalar da, əsirlikdə çəkdikləri məĢəqqətləri hələ də onları
sözün bütün mənalarında təhdid edir. Onlar o ağılalmaz
hadisələri, o müdhiĢ günləri yaddaĢlarında ağır yük kimi
daĢıyır, həm səhhətlərində - gerçəkdə, həm yuxularında er-
məni vəhĢətlərini bir daha yaĢayanlardı... Dünya onların
səsini, fəryadını nə zaman eĢidəcək?! Onlar öz fiziki ömür-
lərində Haqqın, Ədalətin təntənəsini görə biləcəklərmi?!.
1. Şirinov Şamxal Familət oğlu
2. Əmirxanov Güloğlan Ənbər oğlu (əlil)
3. Əliyev Oruc Məhərrəm oğlu (qardaşı şəhid olub, özü isə
əlildir)
4. Süleymanov Möhübbət Qaçay oğlu
5. Şirinov Elşən Elman oğlu (əlil)
6. Şirinova Minarə Cəfər qızı
7. Quliyev Əmiraslan İman oğlu (əlil)
8. Nağıyev
Seyyur Xanlar oğlu (qardaşı şəhid olub, özü isə
əlildir)
9. Quliyeva Sədaqət İmran qızı (oğlu və əri şəhid olub)
10. Quliyev Rafiq Əlaslan
oğlu (atası və qardaşı şəhid olub,
özü isə əlildir)
11. Əliyev Nofəl Qasım oğlu (atası şəhid olub)
12. Abbasov Aydın Mehdi oğlu
13. Məmmədov Ələddin Alı oğlu
14. Quliyev Əlqəmə Baloğlan oğlu (oğlu şəhid olub)
15. Tağıyev Tapdıq İnqilab oğlu
16. Tağıyev Talıb İnqilab oğlu (əlil)
17. Tağıyev Xudayyət Məmməd oğlu
18. Hüseynov Vidadi Qardaşxan oğlu
Qənirə Paşayeva, Şaiq Aslanov
98
19. Hüseynov İlqar Qardaşxan oğlu
20. Hüseynova Həqiqət Yusif qızı (əri şəhid olub)
21. Quliyeva Gərəkməz Mirxudar
qızı
22. Əliyev Şahruz Əmirxan oğlu (qardaşı şəhid olub, özü
isə əlildi)
23. Hüseynov Novruz Həmzə oğlu (qardaşı şəhid olub)
24. Quliyeva Tavar Hüseyn qızı
25. Kərimov Qara Hüseyn oğlu (oğlu şəhid olub)
26. Babayev Rabil Rahib oğlu
27. Kazımov Kazım Əbülhəsən oğlu (iki oğlu şəhid olub)
28. Əliyev Umudvar İsa oğlu
39. Doluxanov Məhkəmə Müseyib oğlu (oğlu şəhid olub)
30. Hüseynov Baxşeyiş Əkbər oğlu (əlil).
Qaradağlı soyqırımı şahidlərin dili ilə
99
ERMƏNĠLƏRĠN QARADAĞLIDA TÖRƏTDĠYĠ
SOYQIRIMI BARƏDƏ ETĠRAFLARI
" ... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi
və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki
künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı.
Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum
edənlər kəndi güllə yağışına tutdu...”
Markar Melkonyanın
“ Mənim qardaşımın yolu" kitabından
Tam sübuta yetirilmiş faktdır ki, bu müharibədə
muzdlularla yanaşı erməni terror təşkilatlarının çoxlu sayda
üzvləri də ermənilər tərəfdən vuruşmuşlar. Bunlardan biri və ən
fəalı Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində
Türkiyə siyasət adamlarına, ümumən türklərə qarşı terror
aktları törətmiş, “Asala” terror təşkilatının aparıcı fiqurlarından
biri sayılan beynəlxalq terrorçu Monte Melkonyandır.
Markar Melkonyan öz əsərini qardaşı, "ASALA" beynəl-
xalq erməni terror təşkilatının rəhbərlərindən biri olmuş Monte
Melkonyanın Azərbaycan torpaqlarının işğalındakı iştirakına
həsr edib. XX yüzilin 70-80-ci illərində Monte Melkonyan Av-
ropanın bir sıra ölkələrində, o cümlədən Fransada dinc insanla-
ra qarşı bir sıra qanlı aksiyalar təşkil etmişdir. 1983-cü ildə
Melkonyanın və onun silahdaşı Vazgen Sisliyanın təşkilatçılığı
və rəhbərliyi ilə Fransanın Orli hava limanında "Türk hava yol-
ları" şirkətinə məxsus təyyarəyə qarşı terror aktı həyata keçiril-
mişdir. Bu aksiyadan sonra Fransanın hüquq-mühafizə orqanla-
rı tərəfindən həbs edilən Melkonyan 1989-cu ildə erməni terror
təşkilatlarının rəsmi Parisə çoxsaylı hədələri və təzyiqləri nəti-
cəsində azadlığa buraxılmış və "persona-non-qrata" elan
Qənirə Paşayeva, Şaiq Aslanov
100
edilmişdir. Monte Melkonyanı şəxsən tanıyan və Fransa həbs-
xanasında onunla görüşmək imkanı qazanmış tanınmış erməni
publisisti və rejissoru Ted Boqosyan Amerikanın "Radio Open
Source" radiosuna müsahibəsində demişdir: "Monte, demək
olar ki, mənimlə eyni ildə Böyük Kaliforniya vadisində anadan
olmuşdur. O, özünəməxsus şəkildə erməni həqiqətləri ilə bağlı
axtarışlarda idi. O, radikallaşdı, gizli fəaliyyətə başladı, ermə-
ni terror təşkilatına qoşuldu, həmçinin silah və narkotik mad-
dələrin alveri ilə məşğul olmağa başladı. Montenin sifarişi ilə
Fransada əsasən türk səfirlikləri, biznes nümayəndəliklərinə
qarşı çoxlu sayda dinc insanların ölümü ilə nəticələnmiş qanlı
aksiyalar həyata keçirildi." 1989-cu ildə Monte Melkonyan Er-
mənistana dəvət olunmuş və burada Azərbaycana qarşı işğalçı-
lıq kampaniyasının fəal iştirakçılarından biri olmuşdur. O, Qa-
radağlı, Xocalı və Azərbaycanın bir sıra digər yaşayış məntə-
qələrində dinc insanlara qarşı soyqırım cinayətlərinə bilavasitə
rəhbərlik edən şəxslərdən olmuşdur.
Markar Melkonyan "Mənim
qardaşımın yolu" kitabında
Montenin Qaradağlının işğalında iştirakı ilə bağlı bunları yazır:
"... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi
və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki
künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı.
Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edən-
lər kəndi güllə yağışına tutdu.
...Günorta saat 5-də dəstələr tapşırığı yerinə yetirdi. Həmin
gün erməni tərəfdən cəmi bir döyüşçü öldürülmüşdü. Düşmən
tərəfdən isə iki nəfər öldürülmüş, əsir götürülmüş 48 nəfər
azərbaycanlı isə yük avtomobilinə tərəf irəliləyirdi. Əsirlər Ste-
panakertə (Xankəndinə –red.) aparıldı və azərbaycanlıların
Qaradağlı soyqırımı şahidlərin dili ilə
101
əlində olan erməni əsirləri ilə dəyişdirilənə qədər orada
saxlanıldı.
...Arabo və Aramo dəstələrinin döyüşçüləri (Qaradağlı kən-
dinin işğalında iştirak etmiş muzdlu erməni terrorçularından
ibarət dəstələr – red.) kəndin kənarında içərisində dinc insan-
ların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdı-
lar. Arabo və Aramo dəstələrinin əsgərləri əsirləri güllələməyə
başladılar və bıçaqları ilə, istisnasız olaraq, hamısını doğrad-
ılar. Aştarakdan olan vətənpərvər dəstəsinin 5 üzvündən biri
olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış
kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada
yanmış meyitlərin qalıqları var idi.
...Ümumilikdə, iki gün ərzində Qaradağlıda və onun ətra-
fında 53 azərbaycanlı qətlə yetirilmişdi...”
(Qeyd. Qaradağlı kəndində baĢ vermiĢ bu dəhĢətli ha-
disələrin araĢdırılması ilə məĢğul olan Azərbaycan Respub-
likası Hərbi Prokurorluğunun xüsusi istintaq qrupu erməni
terrorçularının cinayət əməlləri barədə Azərbaycan Res-
publikası Cinayət Məcəlləsinin soyqırım maddəsi ilə cinayət
iĢi açıb və cinayətkarlar müəyyənləĢdirilərək barələrində
beynəlxalq axtarıĢ elan edilib.)
Qənirə Paşayeva, Şaiq Aslanov
102
QARADAĞLI SOYQIRIMI
ġAHĠDLƏRĠN DĠLĠ ĠLƏ
(şahidlərin üslubuna toxunulmamışdır)
Qara Hüseyn oğlu
Kərimov (Qaradağlı kənd
sakini):
- 1992-ci il fevral ayı-
nın 15-də axşamacan güclü
atışma oldu. Silahımız ça-
tışmırdı. Kəndə kömək də
gəlmirdi. Müdafiə postla-
rında ölən və yaralananlar
var idi. Erməni qoşun böl-
mələri kəndə aramsız hü-
cumlar təşkil edirdi. Kənd-
də Zivər adında bir qadın
vardı. Nəvəsi Vəfa üçün
saxladığı toy üzüyünü sandıqdan çıxarıb barmağına taxmışdı
ki, kənd birdən işğal olunsa və qaçmaq məcburiyyətində qalsa,
heç olmasa onu özü ilə apara bilsin. Ermənilər onu öldürüb,
üzüklü barmağını da kəsib aparmışdılar. Oğlum Əliqismət və
Kamal onun meyidini bir təhər gətirib dəfn edə bildilər.
Həmin günün gecəsi postda Nobili, Xanalı və Altayı da öl-
dürmüşdülər. Gecə düşən kimi idarənin yanından Musa dərəsi-
nə endik ki, oradan təhlükəsiz yerlə gedib onların meyitlərini
gətirək. Mənimlə həmkəndlilərim Arif, Dəmir, Tavar və Mə-
həmməd müəllim də getdilər. Ermənilər meyitləri yandırmış-
dılar.
Fevral ayının 17-si səhər saat 5 olardı. Gördük ki, “Zəki
bulağı” tərəfdən çoxlu maşın gəlir. Gələnlər erməni silahlıları
Qaradağlı soyqırımı şahidlərin dili ilə
103
idi. Çoxlu hərbi qüvvə kəndə dolurdu. Ermənilərin məskunlaş-
dığı qonşu kəndlərdən də gələn silahlılar vardı. Kənddəki idarə
binasının alt mərtəbəsində toplaşdıq. Ermənilər hər tərəfdən
binanı atəşə tutmuşdular. Oğlum Əliqismət üst mərtəbədə düş-
mənlərə cavab atəşi açırdı. Ermənilər Əliqisməti vurdular. O,
ölüm ayağında ürək-dirək verib dedi ki, düşmənə təslim olma-
yın, son nəfəsinizədək kəndi müdafiə edin, qoymayın işğal
altına düşsün.
Binanı tam mühasirəyə almışdılar. Çıxış yolumuz yox idi,
bizi əsir götürdülər. Ermənilərin arasında xarici muzdlular da
var idi. Əllərimizi bağlamışdılar. Oğlum Əliqismət hələ də can
verirdi. Gözlərimin içinə baxırdı. İstədim yaxınlaşam, kömək
edəm qoymadılar.
Gör neçə illər keçib amma hələ də o an hər dəfə yadıma
düşdükcə dəhşətə gəlirəm.
Ermənilər orada çəkiliş də aparırdılar. Kamera qarşısında
elə danışırdılar ki, guya ölənlərin hamısı ermənilərdi. Əllə-
rində qırmızı plakat tutmuş ermənilər də vardı. Ermənicə başa
düşməsək də, plakatlara nəsə şüar yazdıqları bilinirdi. Bilinirdi
ki, bu yalançı çəkilişi haradasa yaymaq üçün edirlər.
Çəkilişləri aparandan sonra bizi cərgəyə düzdülər. Yaş-
lıları, qadınları və yaralıları bir maşına, cavanları isə başqa
maşınlara doldurdular. Kənddən çıxanda müqəddəs “Pir”in
yanında maşını saxladılar. Gündüz saatları idi. Eldar və
Şahmurad adlı iki nəfəri öldürüb meyitlərini yola atdılar. 10-
15 km getdikdən sonra maşını Cəmiyyət (Ningi) kəndinin toyuq
ferması olan ərazisində saxladılar. Bizi aparan erməni
komandir poçtun müdiri Həbibi orda öldürdü.
Bizi əsir aparan erməni silahlılarının içərisində qonşu
kəndlərdən olan ermənilər də var idi. Onlardan biri kəndçimiz
Zahidi əvvəllərdən tanıyırmış. Birdən həmin erməni soruşdu ki,
Qənirə Paşayeva, Şaiq Aslanov
104
Zahid də aranızdadırmı? Zahid cavab verəndə erməni
komandiri onu da güllələdi.
Biz Malıbəyli körpüsünə çatanda erməni silahlıları maşını
saxlayıb yerə düşməyimizi əmr etdilər. Bu vaxt cavanları
gətirən maşın da Malıbəyli körpüsünə çatdı. Gördük ki,
maşında adam az qalıb. Kəndçimiz Əbülfəti gördüm. Ondan
soruşdum ki, bəs uşaqlar hanı? Dedi ki, uşaqları öldürdülər.
Məlum oldu ki, ermənilər cavan əsirləri mindirdikləri maşını
“Bəylik bağı” deyilən ərazidə saxlayıb çoxunu elə oradaca
güllələyiblər.
Erməni silahlıları o soyuq qış günündə bizi cərgəyə düzüb
paltarlarımızı çıxarmağı əmr etdilər. Sonra bizi Xankəndinə
qədər o soyuqda piyada aparıb zirzəmiyə saldılar. Bizi türməyə
salanadək açıq havada qarın içində 8-9 saat saxlamışdılar.
Gecə çox üşüyürdük. Gecəni orda qaldıq. Fevral ayının 18-i
idi. Güclü qar yağmışdı. Su əvəzinə qar yeyirdik.
Səhər tezdən 5 nəfəri əsiri çıxarıb, harasa apardılar.
Mart ayının 13-də məni, İlqarı və Nofəli bizimkilər geri ala
bildilər. Əsirlikdən xilas ola bildim. Əmim oğlu Şahlar bizi öz
evinə gətirdi. Oğlum Əliqismətin meyitini Ağdam məscidindən
aparıb “Uzun dərə” deyilən yerdə dəfn etdim. Arzum ürəyimdə
qaldı. O, hələ evlənməmişdi. Sağlığında deyirdi ki, qoy
müharibə qurtarsın sonra baxarıq. Gözaltısı vardı, toy üçün
paltar, üzük də almışdıq, nə isə...
Qaradağlı soyqırımı şahidlərin dili ilə
105
Dostları ilə paylaş: |