Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   ...   13

 
  
Ələkbər  Məmməd  oğlu 
Quliyev  –1946-cı  ildə  Qaradağlı 
kəndində  doğul-muşdur.  Qara-
dağlı  kənd  əsas  məktəbini  bitir-
mişdi, sadə peşə adamı idi. 1991-
ci  il  mart  ayının  8-də  Qaradağlı 
kəndinin  3  km.-də  “Kar  daş” 
adlanan  ərazidə  erməni  silahlı 
birlikləri  tərəfindən  qətlə  yetiril-
ib. Ailəli idi.  
Qaradağlıda dəfn olunub. 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
39 
 
*** 
Bütünlüklə  erməni  kəndlərinin  çevrəsində  olan  Qaradağlı 
28.06.1991-ci  il  tarixdə  hər  yandan  erməni  silahlı  birlikləri 
tərəfindən atəşə  tutularkən, atışma 3 saata yaxın davam etmiş, 
kəndin bir neçə yaşayış evi yandırılmışdır.  
Atışma  səngiyəndən  sonra  kəndin  3  km.-də,  Vərəndəli 
adlanan  yerdəki  fermada  güclü  yanğın  baş  verdiyi  bəlli  olub. 
Hadisə  yerinə  gələnlər  dəhşətli  terror  hadisəsinə  şahid  olub: 
Fermada  olan  6  nəfərin  hər  biri  diri-diri  yandırılmışdı.  (Ha-
disəni  araşdırmaq  üçün  yaradılmış  istintaq  qrupu,  atılmış 
güllələrin  və  istifadə  olunmuş  silahların  rus  hərbçilərinə  aid 
olduğunu  sübut  edib.  Hadisədə  günahkar  olan  ermənilərdən 
bir  qrupu  tutulsa  da,  sonradan  müəmmalı  şəkildə  azadlığa 
buraxılıblar...)  
 
Həmin terror qurbanlarını təqdim edirik: 
 
Bakir Qaçay oğlu Tağıyev 
  1948-ci  ildə  Xocavənd  rayo-
nunun  Vərəndəli  kəndində  do-
ğulmuşdur.  Orta  təhsilini  Qara-
dağlı  kənd  orta  məktəbində  ba-
şa  vurduqdan  sonra  bir  müddət 
kolxozda  çalışmış,  sonra  hərbi 
xidmətə  çağırılmış  və  xidmətin 
ardınca yenidən kolxozda əmək 
fəaliyyətinə davam etmişdir.  
Ailəli  idi,  6  övladı  yadigar 
qalıb. 
 
             

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
40 
 
Tohid  Cəlil  oğlu  Məmmədov 
–  1936-cı  ildə  Xocavənd  rayonu-
nun  Vərəndəli  kəndində  doğul-
muş,  Qaradağlı  kənd  orta  məktə-
bində ibtidai təhsil almışdır.  
İşgüzar,  əməksevər  sadə  zəh-
mət  adamı  olan  Tohid  Məmmə-
dov, 11 uşaq atası idi. 
 
 
 
 
 
 
 
 
 
Ġltifat Əjdər oğlu ġirinov –  
1962-ci  ildə  Qaradağlı  kən-
dində  doğulmuşdur.  İltifat  sadə 
peşə, halal zəhmət adamı idi. Mə-
lum  qətl  zamanı  İltifatın  yanmış 
meyidini  onunla  eyni  vaxtda  qətl 
edilmiş  anası  Qaragöz  Həbil 
qızının meyidindən çətinliklə ayı-
ra bilmişdilər. O, mümkün olduğu 
qədər – son nəfəsini verincəyədək 
anasını  qorumağa  çalışmış,  lakin 
bunu  bacarmayınca...  onunla  bir-
gə həlak olmuşdur. 
Ġltifat ġirinov 2 uşaq atası idi.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
41 
 
Qaragöz 
Həbil 
qızı 
ġirinova – 1936-cı ildə Xoca-
vənd  rayonunun  Vərəndəli 
kəndində doğulmuşdur.  
(1951-ci  ildə  Vərəndəli 
kəndi  ləğv  olunduqdan  sonra 
kəndin  digər  sakinləri  kimi  o 
da  Qaradağlı  kəndinə  köçü-
rülmüşdü.)  
Zəhmətkeş 
insan  olan 
Qaragöz  ġirinova  həm  də 
qayğıkeş  ana  idi.  O,  dünyaya 
8 övlad gətirib, tərbiyə etmiş-
di.  
 
 
 
 
Səbiqə Mürsəl qızı Hüsey-
nova  –  01  iyul  1936-cı  ildə 
Qaradağlı  kəndində  doğulmuş-
dur.  İlk  təhsilini  doğma  kən-
dində  almış,  hələ  gənc  yaşla-
rından başlayaraq əmək fəaliy-
yəti ilə məşğul olmuşdu. 
2 övlad anası idi.  
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
42 
 
 Məxmər 
Məcid 
qızı 
Hüseynova – 1928-ci ildə Qa-
radağlı  kəndində  doğulmuş-
dur.  
Məxmər  Hüseynova  gü-
lərüz, səmimi, işgüzar və qay-
ğıkeş ana idi.  
 
 
 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
43 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
44 
 
Növbəti  qanlı  terror  hadisəsi:  8  sentyabr  1991-ci  il 
tarixdə  baş  verdi.  Ağdamdan  Qaradağlıya  gələn  sərnişin  avto-
busu  Xocavənd-Xankəndi  yolunun  5  km.-də  pusquda  durmuş 
erməni  silahlıları  tərəfindən  güclü  atəşə  tutuldu.  Avtobus  gül-
lələrdən  deşik-deşik  olunca,  40-a  yaxın  sərnişindən  2  gənc 
oğlan, 6 qadın olmaqla 8 nəfər qətlə yetirildi. 
 Cəzasız  qalan  ermənilər  daha  da  azğınlaşaraq,  növbəti 
qanlı planlar hazırlayıb həyata keçirirdilər. Beləliklə, göstərilən 
tarixdən  etibarən  kəndə  sərbəst  gediş-gəliş  mümkünsüz  hala 
gəlmişdi. 
 
Həmin gün səhid olanlar: 
 
 Əloğlan  Əlaslan  oğlu 
Quliyev  –  25  sentyabr  1973-
cü  ildə  Qaradağlı  kəndində 
doğulmuşdur. Qaradağlı kənd 
orta  məktəbini  bitirdikdən 
sonra  bir  müddət  Rusiya  Fe-
derasiyasında  yaşamış,  daha 
sonra  yenidən  doğulub  boya-
başa  çatdığı  kəndə  qayıtmış-
dı.  Lakin  düşmən  bu  gəncin 
ömrünü  yarı  yolda  kəsdi:  18 
yaşlı  Əloğlan,  8  sentyabr 
1991-ci  ildə  ermənilər  tərə-
findən  qətlə yetirildi. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
45 
 
 Gündüz  Əlqəmə  oğlu 
Quliyev  –  27  fevral  1969-cu 
ildə  Qaradağlı  kəndində  do-
ğulmuşdur.  Qaradağlı  kənd 
orta  məktəbinin  səkkizinci 
sinfini bitirdikdən sonra təhsi-
lini  texniki  peşə  məktəbində 
davam  etdirmiş,  1986-cı  ildə 
“qaynaqcı”  peşəsi  üzrə  tam 
kurs  bitirərək  müxtəlif  sahə-
lərdə əmək fəaliyyəti ilə məş-
ğul olmuşdu. Sadə əmək ada-
mı idi.  
 
 
 
 
Nazənim 
RəĢid 
qızı 
Quliyeva – 04 sentyabr 1955-
ci  ildə  Qaradağlı  kəndində 
doğulmuş, Qaradağlı kənd or-
ta məktəbini bitirmişdir.  
Nazənim  Quliyeva  7  öv-
lad anası idi.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
46 
 
 
 Rahilə  ġahmar  qızı  Hüseyno-
va  –1948-ci  ildə  Qaradağlı  kəndin-
də doğulmuşdur. Qaradağlı kənd o-
rta  məktəbini  bitirmişdi.  7  övlad 
anası idi.  
(Zorla  cəlb  olunduğumuz  əda-
lətsiz  (və  elan  olunmamış)  mühari-
bə  -  Ermənistanın  Azərbaycan  tor-
paqlarına təcavüzü Rahilə  xanımın 
ailəsinə böyük bədbəxtliklər gətirdi. 
Onun oğlu Xanalı Hüseynov 1992-
ci  il  fevral  ayının  16-da  erməni 
silahlı  birliklərinin  Qaradağlı  kəndinə  hücumu  zamanı  şəhid 
olmuş, bir gün  sonra isə məktəb yaşlı digər oğlu ĠbiĢ və həyat 
yoldaşı  Həbib  Hüseynov  ermənilər  tərəfindən  əsir  götürülüb, 
sonra da qətlə yetirilmişdi.)  
 
 
 RəxĢəndə  Bayram  qızı 
Hüseynova  –  1902-ci ildə Qa-
radağlı kəndində doğulmuşdur.  
RəxĢəndə  Hüseynova  qay-
ğıkeş və mehrian bir insan idi.  
 
                                            

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
47 
Qənirə 
Həmid 
qızı 
Hüseynova  –  1939-cu  ildə 
Qaradağlı  kəndində  doğul-
muşdur.  Qaradağlı  kənd  or-
ta 
məktəbini 
bitirmişdi. 
Səkkiz  övlad  anası  idi  (on-
lardan  ikisi    ermənilər  tərə-
findən qətlə yetirilib).   
 
 
 
 
 
 
 
 
 
 
Gülzəndə  Bakir  qızı 
Səmədova  –  1960-cı  ildə 
Qaradağlı  kəndində  doğul-
muşdur.  Qaradağlı  kənd 
orta məktəbini bitirmişdi.  
   Gülzəndə  Səmədova  üç 
övlad anası idi.  
   

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
48 
 
Validə 
Həmid 
qızı 
Babayeva  –  1932-ci  ildə 
Qaradağlı  kəndində  doğul-
muşdur.  İbtidai  təhsilini  hə-
min  kənddə  almışdı.  Olduq-
ca  zəhmətkeş  insan,  altı  öv-
lad anası olan Validə xanım, 
1991-ci il sentyabr ayının 8-
də  Ağdam  şəhərindən  qayı-
darkən  məlum  qanlı  hadisə 
nəticəsində  ağır  güllə  yarası 
almış, başqa üç nəfərlə birgə 
vertolyotla  Bakı  şəhərinə 
çatdırılsa  da,  həyatını  xilas 
etmək  mümkün  olmamış,  bir  il  müddətində  yataq  xəstəsi 
olduqdan sonra  12 sentyabr 1992-ci ildə vəfat etmişdir. 
 
*** 
     Həmin vaxat avtobusda olmuş və təsadüf nəticəsində sağ 
qalan kənd sakinlərindən 5 nəfəri aldıqları yara və keçirdikləri 
stresin  nəticəsində  sonradan  həyata  vəda  etdilər.  Onların  siya-
hısı:  
1. Əvəz Mahmud oğlu Hüseynov 
2. Ənvər MiriĢ oğlu Hüseynov 
3.
 
Ürzüyar Pəsi qızı Hüseynova 
4. Göyçək Həmid qızı Hüseynova 
5. Ġltifat Yelmar oğlu Əzizov. 
*** 
Ermənilərin 8 sentyabr 1991-ci il tarixli avtobus saldırısın-
dan  sağ  qalanların  siyahısı  (Təəssüf  ki,  onların  da  bir  çoxu 
sonrakı hadislər dönəmində erməni zülmünün ağır nəticələrini 
öz həyatlarında bilavasitə daşımalı oldular):
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
49 
1. Ümudvar  İsa oğlu Əliyev - işğal günü əsir götürülüb 
2. Təyyar Əmirxan oğlu Əliyev  
3. Almazxan Arazxan oğlu Hüseynov 
4. Durna Cəlil qızı Hüseynova 
5.
 
Möhübbət  Qaçay  oğlu  Süleymanov  -  işğal  günü  əsir 
götürülüb 
6. Minarə Cəfər qızı Şirinova - işğal günü əsir düşüb 
7. Ədalət Şahmar oğlu Məmmədov - işğal günü şəhid olub 
8. Zülü Məhəmməd oğlu Əliyev 
9. Minbirgül Əsgər qızı Hüseynova 
10. Çimnaz Ələmşad qızı Hüseynova 
11. Nisə Hüseyn qızı Hüseynova 
12.  Zülfiqar  Həmzə  oğlu  Hüseynov  –  sürücü,  aldığı  ağır 
yaradan əlil olub 
13. Fəxriyyə Mahmud qızı Hüseynova 
 14. Əlqəmə Baloğlan oğlu Quliyev - işğal günü əsir düşüb 
 15.  Böyükkişi  Lələ  oğlu  Şirinov  -  işğal  nəticəsində  həlak 
olub 
16.  Rəşid  Həşim  oğlu  Bayramov  -  işğal  nəticəsində  həlak 
olub 
17. Elmidar Rəşid oğlu Bayramov - işğal nəticəsində həlak 
olub 
18. Afərim Alıhüseyn qızı Bayramova  
19. Həbib Həmzə oğlu Hüseynov - işğal nəticəsində həlak 
olub 
20. Əbülfət Hilal oğlu Əliyev 
21. Vidadi Aydın oğlu Abbasov  
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
50 
 
 
VƏZĠYYƏT GÜNBƏGÜN  
AĞIRLAġIRDI... 
 
Böyük  Vətən  Müharibəsi 
iştirakçısı, 1910-cu il təvəllüdlü 
Qasım Hüseyn oğlu Əliyev 08 
yanvar  1992-cı  il  ildə  kəndin 
yaxınlığında  ermənilər  tərəfin-
dən vəhşicəsinə qətlə yetirilmiş, 
onun  100-ə  yaxın  şəxsi  qoyunu 
ermənilər  tərəfindən  aparılmış-
dır.  Həmin  gün  Azərbaycan 
Milli  Ordusunun  kəndin  müda-
fiəsində dayanan əsgəri, 23 yaş-
lı  Məzahir  Gülverdiyev  də 
ağır döyüşdə şəhid olaraq Qara-
dağlı  torpağının  qurbanı  oldu... 
(Hər  iki  şəhidin  cəsədi  kənddən  böyük  çətinliklə  -  vertolyot 
vasitəsi ilə çıxarılmışdır.) 
 Artıq  Qarabağı  Qarabağın  əsl  sakinlərindən  –  azərbaycan-
lılardan  təmizləmə  siyasəti  özünün  son  həddinə  yaxınlaşır, 
Qaradağlının  halqası  tam  daralırdı.  19  dekabr  1991-ci  ildə 
Qaradağlı  kəndinin  12  km.-də  yerləşən  Xocavənd  rayonunun 
Xocavənd  kəndi  işğal  edildi.  Növbəti  hədəf  Qaradağlıdır. 
Bütövlükdə  ermənilərin  məskunlaşdığı    iyirmiyə  yaxın 
kəndinin  əhatəsində  olan  Qaradağlı,  Xocavənd  (keçmiş 
Martuni) - Xankəndi yolunun üzərində yerləşirdi.  
Kənddə  durum  getdikcə  çətinləşirdi...  Ağdamda  olan  kənd 
sakinləri çox çalışsalar da, heç bir real kömək əldə edə bilmir
,
 
düşmən isə işğal niyyətlərini həyata keçirmək üçün yeni planlar 
hazırlayırdı...  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
51 
1992-ci  il  fevral  ayının  14-də
 
Kənxurd  (Azərbaycan 
torpaqlarını  işğal  siyasətinin  əsas  ideoloqlarından  olan  Zori 
Balayanın  anadan  olduğu  kənd),  Qağarza,  Ağkənd,  Aşan, 
Müşkabad,  Ningi,  Xankəndi  və  ermənilərin  məskunlaşdığı 
digər  yaşayış  məntəqələri  istiqamətindən  erməni  silahlı 
birlikləri  xarici  muzdluların  və  Xankəndində  yerləşən  366-cı 
alayın  texnikasından,  canlı  qüvvəsindən  istifadə  etməklə, 
əlaqəsi  hər  tərəfdən  kəsilmiş,  köməksiz  qalan  Qaradağlı 
kəndinə qəti və sürətli hücuma keçdi. Yalnız az miqdarda sadə 
silaha  sahib  olan  kənddə  düşmənlə  qeyri  bərabər  döyüş 
başladı...  Artıq  məsələnin  sonluğu  aydın  idi  –  qarşıda  iki  yol 
dururdu:  şərəfli  ölüm  və  ya  təslim  olma.  Qaradağlı  sakinləri 
birinci  yola  üstünlük  verdi.  Bu  yolu  seçən  qaradağlılar  4  gün 
ərzində  son  güllələrinə  qədər  müdafiə  olundu.  Silah-sürsatı 
tükənən soydaşlarımızı sonda  Ermənistan silahlı qüvvələri əsir 
götürdü və bu insanların növbəti məşəqqəti başlandı. 
 
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
52 
 
QARADAĞLI KƏNDĠNDƏ BAġ VERMĠġ 
AXIRINCI DÖYÜġLƏRĠN XRONĠKASI 
 
16.02.1992-ci il:  
daha 4 nəfər Ģəhid oldu... 
 
Nobil  ƏliĢ  oğlu  Zeynalov 
– 05 fevral 1955-ci ildə Xoca-
vənd  rayonunun  Qaradağlı 
kəndində  doğulmuşdur.  İlk 
təhsilini 
doğma  Qaradağlı  
məktəbində  almış,  Xankəndi 
Pedoqoji  İnstitutunun  Azər-
baycan  dili  və  Ədəbiyyatı  fa-
kültəsini  bitirərək,  Qaradağlı 
kənd orta məktəbində müəllim 
kimi çalışmışdır. Özünün yük-
sək  mədəni  və  insani  keyfiy-
yətləri ilə məktəb kollektivi və 
kənd sakinlərinin sayğısını qa-
zanan Nobil Zeynalov, 1986-cı ildə məktəb direktoru vəzifəsi-
nə təyin olunmuşdu.  
16 fevral 1992-ci ildə, Ermənistan silahlı qüvvələri tərəfin-
dən  yönləndirilən  erməni  silahlı    birləşmələrinin  Qaradağlı 
kəndinə  növbəti  hücumu  zamanı  baş  verən  döyüşdə  şəhid 
olmuşdur.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
53 
 
Xanalı 
Həbib 
oğlu 
Hüseynov  –  1969-cu  il  de-
kabrın  12-də  Qaradağlı  kən-
dində doğulmuş, orta təhsilini 
Qaradağlı  məktəbində  almış-
dır.  Anası  ermənilər  tərəfin-
dən qətlə yetirilmişdir.  
Asayiş  keşikçisi  olan  Xa-
nalı Qaradağlının müdafiəsin-
də sonadək igidliklə iştirak et-
miş, 16 fevral 1992-ci ildə şə-
hid olmuşdur.  
 
 
 
 
 
Altay  Məhəmməd  oğlu 
Həsənov  –  1970-ci  il    may 
ayının  5-də  Qaradağlı  kən-
dində  doğulmuş,  orta  təhsi-
lini  Qaradağlı    məktəbində 
almışdır.  O,  cəsur  və  qorx-
mazlığı ilə seçilirdi.  
Hər  zaman  müdafiənin 
ön  sırasında  olan  Altay  da, 
16  fevral  1992-ci  il  tarix-
dəki  məlum  düşmən  hücu-
munu  dəf  edrkən,  igidliklə 
döyüşərək şəhid olmuşdur.  
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
54 
Əsgər 
Səməd 
oğlu 
Hüseynov – 1922-ci ildə Qara-
dağlı  kəndində  doğulmuş,  do-
ğulduğu  kənddə  ibtidai  təhsil 
almışdır. II Dünya Müharibəsi-
nin  iştirakçısı  olan  Əsgər  Hü-
seynov,  Berlinə  kimi  şərəfli 
döyüş yolu keçmişdir.  
16  fevral  1992-ci  il  tarixdə 
erməni  silahlı  birliklərinin  Qa-
radağlı  kəndinə  növbəti  hücu-
mu  zamanı  evinə  yaxınlaşan 
ermənilərə  müqavimət  göstə-
rərkən qətlə yetirilib.  
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
55 
 
17 FEVRAL 1992-Cİ İLDƏ – QARADAĞLININ ĠġĞAL 
EDĠLDĠYĠ GÜN   ġƏHĠD OLANLAR: 
 
Əliqismət Qara oğlu Kərimov – 
1969-cu  il  fevral  ayının  26-da 
Qaradağlı kəndində doğulmuş, Qara-
dağlı kənd orta məktəbini bitirmişdir. 
Vətən  torpaqlarının  qorunmasında 
igidliyi  ilə  daim  fərqlənən  polis 
əməkdaşı Ə.Kərimov, erməni silahlı 
birlikləri ilə mübarizədə həmişə öndə 
olardı.  
17  fevral  1992-ci  ildə  Qaradağlı 
kəndinə ermənilərin qəti hücumu nə-
ticəsində  Əliqismət  hər  iki  ayağın-
dan  yaralanmış  və  xeyli  qan  itirmiş-
di.  Saat  16.00  radələrində  Ermənistan  silahlı  qüvvələri  Qara-
dağlını  işğal  edincə...  Əliqismət  gözlərini  əbədi  olaraq  həyata 
yumdu.  
 
Manaf  Ġslam  oğlu  DadaĢov  -  
1973-cü  ildə  Qaradağlı  kəndində 
doğulmuş,  Qaradağlı  kənd  orta 
məktəbində  təhsil  almışdır.  O,  15 
fevral  1992-ci  ildə  erməni  silahlı 
birləşmələrinin  Qaradağlı  kəndinə 
hücumu  zamanı  1  saylı  müdafiə 
postunda  keşik  çəkirdi. Həmin  gün 
həmkəndliləri Nobil Zeynalov, Al-
tay  Hüseynov  və  Xanalı  Həsənov 
qəhrəmancasına  şəhid  oldu.  Onlar-
dan bir az aralıda mövqe tutan Manaf isə ayaqlarından ağır ya-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
56 
ralanaraq   yerimə   qabiliyyətini   itirdi.  Böyük çətinliklə, sürünə-
sürünə özünü həmkəndlilərinin olduğu digər müdafiə məntəqəsinə 
çatdıra  bilsə  də,  o  da  fevral  ayının  17-də  gözlərini  əbədi  olaraq 
yumdu...  
 
 
RəĢid HəĢim oğlu Bayramov –  
1927-ci  ildə  Qaradağlı  kəndində 
doğulmuş, doğulduğu kənddə ibtidai 
təhsil  almışdır.  Kənd  sakinlərinin 
böyük  sayğısını  qazanmış  RəĢid 
Bayramov,  amansız  müharibənin 
gedişində  iki  övladını  (Soltan  Bay-
ramov  və  Nazənim  Quliyeva)  itir-
mişdi.  60  yaşlı  bu  ağsaqqal  özü  də, 
17  fevral  1992-ci  ildə  Ermənistan 
silahlı  qüvvələrinin  Qaradağlı  kən-
dinə  növbəti  hücumu  zamanı  düş-
mən  gülləsinə  tuş  gələrək  həlak  olmuşdur...  (Onun  diğər  oğlu 
Elmidar  Bayramov  isə  fevral  ayının  17-də  Qaradağlı  kəndi 
işğal olunan zaman əsir götürülərək qətlə yetirilib.)    
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin