ErməNİstanda azərbaycan məNŞƏLİ



Yüklə 1,02 Mb.
səhifə13/15
tarix18.01.2017
ölçüsü1,02 Mb.
#5785
1   ...   7   8   9   10   11   12   13   14   15

HƏSƏNAĞA - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Şəxs adındandır.

HƏSƏNAVAR - 1590-cı ildə Rəvan əyalətinin Karbi qəzasında kənd adı. Digər adı Palaslı [169, 58]. Ölü kənddir.

HƏSƏNBƏY QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində qışlaq adı (23, 68).

HƏSƏNBİÇƏN - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133]. “Həsənin biçənək yeri” mənasındadır.

HƏSƏNBULAQ - XVIII əsrin ortalarında İrəvan əyalətinin ermənicə Qeqarkuni adlandırılan mahalında kənd adı [150, 361]. Mənbədə ermənicə yazılış forması “Xasanbulaq” kimidir.

HƏSƏNVİRAN - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 84). Həsən adlı şəxsə məxsus “viranə (xaraba)” adlanan yer, torpaq mənasındadır.

HƏSƏNBƏY QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

HƏSƏNQALA - İrəvan xanlığının Vedibasar mahalında kənd adı (159). 1828-1832-ci illərdə kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir [159]. 1955-ci ildə kənd ermənicə Şatik adlandırılmışdır. Gətirilmə addır. Həsənqala Şərqi Anadoluda, Araz çayının yuxarı axını sahilində Basin əyalətində erkən orta əsrlərə aid Valarşakert qalasının [142, 60] sonrakı adıdır.

HƏSƏNKƏND - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı (23, 62).

HƏSƏNKƏNDİ - XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87].

HƏSƏNLİ - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı. Digər adı Mirzə Hüseyn [20, 259]. 1948-1951-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüş, lakin bir hissəsi geri qayıdaraq Rəncbər kəndində yerləşmişdir. 1728-ci ilə aid mənbədə kəndin adı Nərhəsənlu kimidir [170, 15].

HƏSƏNXAN - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Şəxs adındandır.

HƏSƏNCAN - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı (159). 1590-cı ildən məlumdur [169, 196]. XIX əsrin ortalarından sonra mənbələrdə adı çəkilmir. Şəxs adındandır.

HƏSƏNCAN - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı (23, 64). Həsəncan şəxs adındandır.

HƏTUQ - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [170, 90]. Qədim türk dillərində  utuq-”otlaq” [126, 584] sözündəndir.

HƏŞİMQIŞLAQ - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində qışlaq adı (23, 123). “Heç kim yaşamır” (yenə orada).

HİNALDAĞ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133]. Digər adı Qonqurdağ. XIX əsrdə Azərbaycanda Yelizavetpol (və Eynaltaxta, əsli İnaltaxta) və Cavanşir qəzasında Hinaldağ adları ilə mənaca eynidir. Əsli İnaldağ. XIX əsrdə Şimali Qafqazda Ter - əyalətinin Nalçik dairəsində İnaldağ və İnalgöl [133] adları da bu sıraya aiddir. Türk dillərində inal-titul bildirən söz olmaqla sultan, xan sözlərinin sinonimidir. Qonqurdaq isə qədim türk dillərində qonqur “qonur” və daq sözlərindən ibarətdir.

HORADİZ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. 1727-ci ilə aid mənbədə Horadüz kimidir (32, 322). 1968-ci ildə kənd Oradiz adlandırılmışdır. Əsli Oradüz. Danışıqda əvvəlinə “h” səsinin əlavəsi ilə türk dillərində ora-”çökənlik” [126, 415] və düz (düzən) sözlərindən ibarətdir. Horadiz toponiminin qara-”böyük” və düz sözlərindən ibarət olması haqqında fikir  (S.Xələfov. Horadiz toponimi haqqında mülahizə. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi-nəzəri konfransın materialları, Bakı, 1990, s. 131) səhvdir.

HORBADAĞ - İrəvan xanlığının Şərur-Dərələyəz qəzasında kənd adı [159]. 1727-ci ilə aid mənbədə Hurevadik (monqolca qürbə “üç” və azərbaycanca dik “zirvə”, “yüksəklik” sözlərindən) kimidir (32, 287). Mənbədə kənddə 6 erməni ailəsinin yaşadığı göstərilir (yenə orada). 1918-ci ildə kəndin əhalisi qovulmuş Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinini bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamağa başlamışdır. 1988-ci ildə azərbaycanlılar qovulmuşdur. Monqolca qürbə “üç” sözündən olmanla “ Üç (təpəli) dağ” mənasındadır.

HOREKDUZ - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [170, 160]. Mənbədə deyilir ki, kənddə adam yaşamır (32, 253). Danışıqda əvvəlinə “h” səsinin Türk dillərində örek “qala”və düz (düzən) sözlərindəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında İnhiraq (katiblərin səhvi üzündən Kəpəz yaxınlığında əl-hərəkdən təhrif), Zəkəriyyə Qəzvinində (XIII əsr) Gəncənin bir mənzilliyində Hərək qalası, Kirakos Qandzaketsidə (XIV əsr) Hərək, Əbdürrəşid Bakuvidə (XV əsr) Hərək dağ və s. (bax: 78, 79) toponimləri ilə mənaca eynidir.

HORET - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 77]. “Kəndin başqa adı Kərəburundur” (yenə orada). Bax: Kərəburun.

HORUM - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23, 129). Danışıqda əvvəlinə “h” səsinin əlavəsilə.  Urum (rum, yunan) adından təhrif. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Bərdənin qədim adı kimi qeyd etdiyi Hərum adı ilə (bax: 79) mənaca eynidir. Bax: Hərom.

HORS - Yelizavetpol (Gəncə) Quberniyasının Zəngəzur qəzasında ( indi Ermənistanın Meğri r-nunda) kənd adı (133). 1988-ci ildə kəndin əhalisi Azər-baycana qovulmuşdur. Yerli tələffüz forması Qors. Gorus adının təhrifidir. Qədim türk mənşəli Qerus tayfasının adını əks etdirir. Bax: Gorus.

HORTUQ - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Uruttuq (uötluq) adından təhrifdir. Əvvəlinə danışıqda “h” səsinin əlavə olunması ilə qədim türk dillərində urut “quru” (yayda bitki örtüyü qurulmuş mənasında), “yanmış (günün təsiri ilə)” (93, 616) sözündən və -tuq (luq) şəkilçisindən ibarətdir.

HORTUN -  İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 66]. Yuxarı Çanaxçı da adlanmışdır [20, 236]. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Danışıqda əvvəlinə “h” səsinin əlavə olunması ilə türk dillərində or “qala səddi” (147, I, 467) və ton “təpə” (126, 557) sözlərindən ibarətdir.

HOSDUN - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı [159]. 1918-ci ildə kənddə ermənilər də yerləşmişdir. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Danışıqda əvvəlinə”h” səsinin əlavə olunması ilə türk dillərində östön, östən “çaydan çəkilmiş suvarma kanalı”, “arx”, “kiçik çay” (147, I, 554) sözündəndir.

HÖRÜSLÜ DVİN - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq əyalətində kənd adı (23, 83). “Dvin yaxınlığında Horüslü” mənasındadır. Hörüslü ilə Xoruslu adının təhrifidir. Qədim türk mənşəli Gorus tayfasının adını əks etdirir. Bax: Gorus, Xors, Xorosdağ.

HRANS - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Aran kənd adının ermənicə yazılışıdır. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. Bu tayfa barədə bax: 79, 119-122.

HUŞYATAQ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı (23, 94). Quşi (Quşlu tayfasının başqa adı) yataqları” adından təhrifdir.

HÜNÜT - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı [133]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur [20, 156]. Eranın əvvəllərində Cənubi Qafqaza gəlmiş hunların məskunlaşması nəticəsində yaranmışdır. Albaniyada hunlar haqqında mənbələrdə  məlumat çoxdur. Favst Buzand IV əsrin ikinci yarısına aid hadisələrdə Albaniyada hunlar barədə yazmışdır (Favst Buzand, III kitab, 6-cı fəsil). Belə məlumat "Alban tarixi"ndə də vardır (II kitab, 35-ci fəsil). V əsr müəllifi Yelişe (VII fəsildə) Sasanlar şahlarının indiki Beşbarmaq qayası ilə dəniz arasındakı səddini "Hunlardan müdafiə səddi" adlandırır. Həmin əsr müəllifi Lazar Parbetsi isə bu səddi "albanlarla hunlar arasında istehkam" kimi səciyyələn-dirir (bax: 114, 41). Muğanda hunların yaşadığını V əsr Bizans müəllifi Feofilakt Simokatta (Feofilakt Simokatta. İstoriə. Per. S.P. Kondratğeva, M. 1957, s. 222). IV-VII əsrlərdə Albaniya ərazisində Hunlar barədə Bizans və Suriya mənbələrində də məlumatlar vardır. Bu barədə S.S. Əliyarovun (52) və T. M. Məmmədovun (114) əsərlərində ətraflı danışıldığına görə  təkrar etmirik. Hun etnonimindən və qədim türk dillərində cəm bildirən -ut şəkilçisindən ibarətdir. Bax: Xunut.

HÜSEYNBƏYLİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1917-1918-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kənd Hüseyn bəyə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

HÜSEYNQULUAĞALI - İrəvan quberniyasının Novobayazid qəzasında, indi Basarkeçər rayonunda kənd adı (133, 70). Əhalisi maldarlıqla məşğul olan kəndlərdən olmuşdur.  Kəndin maldarlarının yaylaqda yurd yerləri Lilpər və Tantur-toytaq adlanırdı (136, 34). 1935-ci ildə N.Nərimanovun şərəfinə Nərimanov adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kənd Qazax qəzasından çıxmış Hüseynquluağa adlı bəyə məxssu ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

HÜSEYNKƏND - İrəvan xanlığının Sürməli mahalında kənd adı (133, 70). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

HÜSEYN KƏND - İrəvan xanlığının Saatlı mahalında kənd adı [159].  XX əsrin əvvəllərində kənd Sürməli qəzasında  yerləşirdi (133, 70).

HÜSEYNUŞAĞI - İrəvan quberniyasının Novobayazid qəzasında, indi Basarkeçər r-nunda kənd adı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. “Hüseynili nəsli” mənasındadır.

ÇAVUŞCUQ - 1727-ci ildə Naxçıvan sancağının Dərələyəz nahiyəsində kənd adı (32, 278). Mənbədə qeyd olunur ki, indi orada adam yaşamır (yenə orada).  “Çavuşa məxsus kiçik (kənd)” mənasındadır. Ola bilər. Qızılbaşların Ustaclı tayfasının Çavuşlu qolunun (138) adını əks etdirir.

ÇAQRAQ - 1590-cı ildjə Rəvan əyalətində yaylaq adı. “Burada Axarbəyli adamları yaylayır” [169, 66]. “Çayqıraq” adından təhrifdir.

ÇAQAZİR - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 13]. 1727-ci ilə aid mənbədə Çaqazur kimidir. Mənbədə kənddə 6 erməni ailəsinin yaşadığı qeyd olunmuşdur (32, 264).

ÇADIRÇILAR - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (170, 19).

ÇAYKƏND - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuş Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Hrazdan adlandırılmışdı.

ÇAYKƏND - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 278]. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir.

ÇAYKƏND - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133, 278]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

ÇAYKƏND - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo r-nunda) kənd adı [133, 278]. XIX əsrin 80-ci illərinə aid məlumata görə əhalisi kürdlərdən ibarət kənd idi (103, 170).1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

ÇAY ƏHMƏDİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı (133). 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

ÇAYIRBƏYLİ - 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (23, 47).

ÇAKASGİRD - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [170, 51]. Sonralar Çoqaz adı ilə məlumdur. Altay dillərində çuqas “tək təpə” (126, 620)  və gird “qala” ya da farsca qerd “yumru (təpə) sözlərindəndir. Bax: Coğaz.

ÇAKASGİRD - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 51].

ÇAKƏRŞİN - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 59]. Qədim türk dilli bulqarların Çakar tayfasının adından və qədim türk dillərində sin (çin, şin) şəkilçisindən  (bax: 162) ibarətdir. Ola bilsin toponim türk dillərində çakar “qaladan kənarda qala divarı ilə əhatə olunmuş, möhkəmləndirilmiş yer” (126, 606) və şin “ yaylanın sıldırım yarğanlı yeri”, “adam ayağı dəyməyən üstü qarlı dağ” (145, 249) sözlərindən yaranmışdır.

ÇAKLI - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 223]. Türkcə çakıl-”xırda çaydaşı” [126, 223] sözündəndir.

ÇAKMAYURT - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133, 278]. Əsli Çaxmaqyurd. “Çaxmaq daşı çıxarılan yerdə yurd” mənasındadır.

ÇAKÇAK - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170, 124]. Türk mənşəli Çakçak tayfasının (bax: 78, 66) adındandır.

ÇALAĞIL - 1590-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində məzrə adı [169, 269]. Azərbaycan dilində çala “çökək yer”  və ağıl (qoyun ağılı) sözlərindən ibarətdir.

ÇALDAĞ - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (bax: 159) . Çaldağ dağının adındandır.

ÇALDAQ -  İrəvan quberniyasının İrəvan qəzasında dağ adı (133, 278). Dağ adlarının əvvəlində çal sözü torpağın ya da qayanın süxurunun bozumtulluğunu (bozqırlığını) bildirir. Azərbaycanda Çaldaş (Gədəbəyə r-nu), Çaldağ (Tovuz r-nu), Çalburun (Kəlbəcər r-nu), Çalbayır (Kəlbəcər r-nu) və b. Lakin dağ adlarının sonunda çal sözü türk dillərində “kiçik dağ”, “təpə” (bax; (32, 27) sözündəndir. Mollaçal (Xanlar r-nu), Ağ Mollaçal (Qazax r-nu), Vəzirçal (Qax r-nu) və s.

ÇALDAŞ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı (133, 278). Bozumtul rəngli qaya mənasındadır..

ÇALTAQ - İrəvan quberniyasının Novobayazid qəzasında Solok kəndinə məxsus yaylaq yerinin adı (136, 33).

ÇALTƏPƏ- 1728-ci ildə İrəvan əyalətinin Xınzirək nahiyəsində kənd adı (23, 47).

ÇALTƏPƏ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı (23, 93). 1919-cu ildən kənd xarabadır.

ÇAMARLU - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı (133, 279).

ÇAMURLU - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Orta əsrlərdə Türkiyədə Çamurlu mahalının [150, 117] adındandır.

ÇAMURLU - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 279).

ÇAMXAL - İrəvan quberniyasının Aleksandropol qəzasında çay adı [133, 279]. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Yalakuz-Çam dağının adındakı (133) çam “şam ağacı” sözü ilə mənaca eynidir.

ÇANALI QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində qışlaq adı (23, 123). “Heç kim yaşamır” (yenə orada).

ÇANAXÇI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133, 279). 1914-cü ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qaradıqa kəndindən yaranmışdır [103, 154]. XIX əsrdə Qafqazda Çanaxçı adlı 8 kənd vardı [133, 279]. Dağlıq Qarabağda Çanaxçı (digər adı Avataran) kəndinin adı ilə mənaca eynidir. Çanaxçı “ağacdan çanax qabı düzəldənlər” mənasındadır.

ÇANAXÇI - 1727-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 13]. Həmin mənbədə deyilir ki, adam yaşamır, şiə olduqlarına görə köçüb gediblər (32, 276).

ÇANQLI  - İrəvan quberniyasının Novobayazid qəzasında Soyuqbulaq kəndinə məxsus yaylaq yerinin adı (136, 32). Türk dillərində çinq "300-350 m. yüksəklikdə sıldırım, dik yarğan", “sıldırım sahil” (143, III, 2, 2116) sözün-dəndir. Şəki r-nunda Çanqallar dağı.

ÇANQLI -İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133, 279).

ÇANDAR - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23, 99). “Başqa adı Başnəli” (yenə orada). Çandar tayfasının adındandır. Bax: Candar.

ÇANKİ DƏRƏSİ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170, 124]. Türk dillərində çanq “zirvə” (126, 607) və dərə sözlərindən ibarətdir.

ÇANKİTƏPƏ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23, 136).

ÇAPAXÇAY - İrəvan quberniyasının İrəvan qəzasında çay adı (133, 279).

ÇARBAQ - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində (XIX əsrdə İrəvan qəzasında)olan bu kəndin həm də Hürrəməbad adlandığı qeyd olunur [170, 38]. 1918-ci ildə Azərbaycanlı əhalisi  qovulduqdan sonra ermənilər yerləşdirilmişdir. 1925-ci ildə əhali geri qayıtmışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Türk dillərində car-”dərə” və bağ (“malikanə” mənasında) sözlərindən ibarətdir. Orta əsrlərdə Kürdüstanın Ərdalan əyalətində “Çarbaq” adlı hökmdar bağı haqqında bax: 120, 118. Orta əsrlərdə İsfahanda məşhur Çarbaq (farsca Çeharbaq) bağının (Bax: 65, II, 2) adı ilə adlanmışdır. Çarbaq “iri mülkədara, hökmdara məxsus bağ sahəsi” mənasını kəsb etmişdir (145, 246). Türkmənistanda (Qarrıqala  r-nunda) dərədə yerləşən “Çarbaq” adlı bağ barədə bax: S.Atanıyazov. Türkmənistanın qeoqrafik atlarının düşündirişli sözluqi. Aşqabat, 1980, s. 300).

ÇARDAQLI - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 293]. 1728-ci ildə Çardaklı kimidir [170, 92].

ÇARDAQLI QAYATƏPƏSİ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı (23, 97).

ÇARDAŞ - İrəvan quberniyasının İrəvan qəzasında dağ adı [133, 280]. Türk dillərində car-”dərə”, “sıldırım sahil”, “yarğanlı dərə” və daş (qaya) sözlərindən ibarətdir.

ÇAREKVAR - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23, 120). Orta əsrlərdə mövcud olmuş Çarek qalasının adından və farscə var “yer” sözündəndir. Dağlıq Qarabağda Çərəktar (yəni Çərəklər, yəni Çərəklilər) adı ilə mənşəcə eynidir.

ÇARIQLI - 1590-cı ildə Rəvan əyalətinin Abnik nahiyəsində məzrə adı [169, 257].

ÇARIQÇI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

ÇARIQÇILI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 15].

ÇARSALA - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı (133, 280).

ÇARXAÇ - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Dilican r-nunda) kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1949-cu ildə kənd Kuybışev adlandırılmışdır. “Xaçdaşlı car (dərə)” mənasındadır.

ÇATALÇINQIL - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo r-nunda) qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq dağılmışdır. Türk dillərində çatal "iki dağın birləşdiyi yer" və çınqıl “vulkan mənşəli daşlar” [126, 616] sözlərindən ibarətdir. Bax: Çinqil.

ÇATQIRAN - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində “Müsəlmanların yaşadığı Çatqıran kəndi” ifadəsi vardır (23, 82). 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz  forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidir [169, 268]. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilir [169, 62]. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdur [170, 3]. Toponimin birinci komponenti türk dillərində çat-”yarğanın kənarı (93, 431), “dağ beli”, “dağ çıxıntısı”, “qayalı yüksəklik”, “iki dərəni birləşdirən yer”, “yarğanları və dərələri olan alçaq sıra dağ, tirə” [126, 608-609] sözüdür; “çat” (yaxud “çad”) hissəsi hələ XIII əsrdə [82] Artsakda (Dağlıq Qarabağda) Çat-Çoran (ermənicə yazılışda Çat-Çorans) kənd adında vardı. XIX əsrdə Şimali Qafqazda Çat-Başı, Ter əyalətinin Nalçik dairəsində Özəngi Çat-Başı, Çat-Aman dağı, Qars əyalətinin Qars dairəsində Çat-Köy [133] və s. toponimlər məlumdur. Qırğızıstanda Çat-Bel, Sarı Çatı, Çat-Bazar dağ adları [bax: 126] da bu sıraya aiddir. Toponimin “qıran” hissəsi Azərbaycanda və Ermənistanda çoxmənalıdır. I. Bir qrup toponimdə “qırılan” (parçalanıb qopulan) mənasında. Bu, qaya adları üçün səciyyəvidir: məsələn, XIX əsrdə Tiflis quberniyasının Axalkalaki qəzasında Baş-Qıran dağının [133] adı; 2. Bəzi toponimlərdə “kəsilmiş” mənasında; məsələn, Xaçmaz r-nunda Pərdiqıran kəndinin adı (ev tikdikdə pərdi, yəni tir üçün palıd ağacları kəsilən yer); 3. Bəzi  toponimlərdə türk mənşəli Kiran tayfasının adını əks etdirir. Bu tayfanın adı “Kitabi Dədə Qorqud” eposunda çəkilir. Ehtimal ki, bu tayfanın adı ilə Tovuz r-nunda orta əsrlərdə Kiran qalası vardı ki, onun xarabalığı indi Ağcaqala adı ilə məlumdur. Bu qalanın adı həmin r-nda Xınna Kirən və Quşçu Kirən kənd adlarında qalmışdır. Yaqut Həməvi (XIII əsr) Təbrizlə Beyləqan arasında Kiran qalasının adını çəkir. 4. Bəzi toponimlərdə qıran sözü “sınmış” mənasındadır. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə İrəvan əyalətində Küpqıran kəndinin adı çəkilir [150, 116]. Bu kəndin adı təsərrüfat işləri zamanı “sınmış küp qəbir çıxan yer” mənasındadır. Görünür, “Küpqıran” adlı yerdə qışlaq yaranmış və sonra qışlaq kəndə çevrilmişdir. 5. Bəzi toponimlərdə “qıran” sözü “məhv olmuş”, “qırılmış” (sel, yaxud yanğından və s.) mənasındadır. Məsələn, Arıqıran (Gədəbəy r-nu). 6. Nəhayət, bir sıra toponimlərdə qıran sözü qədim türk dillərindəki kuren, quran, kuran, “hərbi düşərgə”, “müharibə vaxtı qoşunun yaşaması üçün yarı torpaqda ev, tikinti”, “hərbi hissə” (143, II, 1451) sözünün fonetik formasıdır (Bu söz barədə bax: Budaqov L.Z. göst. lüğəti, II, s. 124). Çadqıran, yaxud Çatqıran kəndinin adı da məhz “Çat yerdə quran (kuren), yəni düşərgə” mənasındadır. Ermənistanda XIX əsrdə Çatqıran adlı üç kənd vardı. Buradan belə nəticəyə gəlmək olar ki, bu kəndlərin ikisi üçüncüsündən yaranmışdır və deməli, iki Çatqıran toponimi əhalinin hərəkəti ilə aparılmadır.

ÇATQIRAN - İrəvan xanlığının Vedibasar mahalında kənd adı [159]. Kənd Çobankərə kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çudkənd (ehtimal ki, Çatkənd) və Qaraçorlu da adlanmışdır [20, 236]. 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və yerində ermənilər yerləşdirilmişdir. 1957-ci ildə kənd ermənicə Bazmavan, 1962-ci ildə Nor-Yexi adlandırılmışdır. Bax: Çatqıran.

ÇATQIRAN - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. 1918-ci ildə kəndin əhalisi qovulmuş, 1922-ci ildə bir hissəsi geri qayıtmışdır. XX əsrin 30-cu illərində kənd dağılmışdır. XVII əsrə aid mənbədə adı çəkilir [150, 358]. Orta əsrlərdə Səfəvi şahları tərəfindən Xor-Virab (bu ad barədə bax: Virabdal) monastırına bağışlanmışdır. Bax: Çatqıran.

ÇATQIRANI-ZİMMİ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 36). Bax: Zimmi.

ÇATILI DÜZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. XX əsrin əvvəllərində kənd dağılmışdır.

ÇATMA - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 281]. 1918-ci ildə kəndin əhalisi qovulmuş (11, 164) və Türkiyədən gəlmə yezidi kürdlər yerləşdirilmişdir. Ehtimal ki, türk dillərində çat (bax Çatqıran) sözündəndir. XIX əsrdə Tiflis quberniyasının Tiflis qəzasında Çatma dağ adı (133, 281) ilə mənaca eynidir.

ÇAXIRLI - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 281]. Başqa adı Qızılbulaq (yenə orada). 1918-ci ildə kənddə 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1978-ci ildə kənd Sovetakert adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Keçmişdə Qızılbulaq da adlanmışdır [20, 294]. Qazaxların Çaxırlı tayfasına [bax: 78] mənsub ailələrin Qızılbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Çaxırlı tayfası isə mənşəcə qədim türk mənşəli bulqarların Çakar tayfasına mənsubdur [78]. Qaraqoyunluların Çəkurlu tayfası da məlumdur. (34, 158).

ÇATALLAR - 1590-cı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı [169, 208]. Ehtimal ki, çat “qaya çıxıntısı” (bax: Murzaev G.M. İzbrannıe törkskaə qeoqrafiçeskaə leksika”. “Onomastika Vostoka”, M. 1964, S. 85) sözündəndir.

ÇAXKALI - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 281).

ÇAXKALI - İrəvan quberniyasının Aleksandropol qəzasında çay adı (133, 281).

ÇAXMAQ - Qars əyalətinin Qars dairəsində, indi Amasiya r-nunda kənd adı. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Orta əsrlərdən məlumdur [101, 158]. XIX əsrdə Qafqazda “çaxmaq” komponentli  çoxlu toponimdən biridir [133, 281].  Kəndin adı yaxınlıqda  “çaxmaq” adlı karxananın adı ilə bağlıdır.

ÇAXMA-YURT - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 278).

ÇAÇXAN - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı (133, 281).


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin