xəstəlik yoxdur, bütün xəstəlikləri qidanın, havanın, suyun və
faydalı hərəkətin köməyi ilə tam müalicə etmək, insanın ömrünü
bir neçə dəfə uzatmaq mümkündür. Xalqın təfəkkürünə və
əxlaqına müsbət təsir göstərən, onu mənən və cismən güclü edən
bu sistemin iqtisadi səmərəsi ağlasığmazdır. Professor Nişi sübut
downloaded from KitabYurdu.az
285
etdi ki, indikindən qat-qat az məsrəflə uzun illər tam sağlam və
gümrah yaşamaq mümkündür.Nişi Sistemini tətbiq etmək və
xalqımızın rifahını yüksəltmək, onun sağlamlığını qorumaq üçün
Azərbaycanda çox gözəl təbii şərait vardır.
Möcüzəli Nişi Sistemini açıqlayan elmi-publisistik
əsərimi diqqətinizə təqdim etməkdən böyük qürur duyuram. Tam
əminəm ki,mənim Azərbaycanda Nişi Sistemi ilə işləyən Natural
Gigiyena Mərkəzi yaratmaq ideyamı bəyənəcək və bu işdə öz
xeyr-duanızı məndən əsirgəməyəcəksiniz. Çünki, mənim xoş
məramım Sizin Xəzərin sahillərini İstirahət və Sağlamlıq
zonasına çevirmək arzunuz və planınızla tam üst-üstə düşür.
Dərin hörmətlə:
Ərşad Əzimzadə,
“Azərbaycan” qəzetinin bölgə müxbiri,
Yazıçı-jurnalist, K.Nişinin ardıcılı.
07.01.1997.
Azərbaycan Respublikasının prezidenti
Zati-Aliləri Heydər Əliyev cənablarına
Zati- Aliləri!
Bəşər tarixinə dərindən nəzər salan hər kəs bir qəribəliyin
şahidi olar: dövlətin ibtidai forması təşəkkül tapan ilk gündən ta
indiyədək hər bir ölkə başçısı xalqını xoşbəxt etməyə çalışır.
Fəqət heç bir padşah, heç bir kral, heç bir prezident du istəyinə
nail ola bilmir. Uğursuzluğun kökünü hərə bir şeydə axtarır, əsas
səbəb isə dünyanın bütün tədqiqatçılarının gözündən yayınıb.
Ümümbəşəri uğursuzluğun əsas səbəbi budur ki, bəzi hökmdar-
lar xoşbəxtliyi təmin etməyin yeganə yolunu bolluq yaratmaqda,
downloaded from KitabYurdu.az
286
bəziləri bolluq-azadlıq-demokratiya formulunda görüb.Beləliklə
də,bir hökmdar özgə torpaqlarını zədt edib,dünyanın var-
dövlətini öz məmləkətinə daşıtdırıb, o biri-istehsal həcmini
durmadan artırıb,üçüncüsü-yerin altını,üstünü ölüm silahı ilə
doldurur,dördüncü-çoxlu xəstəxana,əczaxana,məktəb, mədəniy-
yət ocaqları,idman sarayları tikdirib, mətbuat bolluğu yaradıb...
Fəqət onlardan heç biri xalqı xoşbəxt edə bilməyib. Nə üçün?
Ümumdünya Gigiyena hərəkatının korifeyləri-Herbert
Şelton,Pol Breqq,Katsudzo Nişi, Birher-Benner, Nordbert Uoker,
Abram Zalmanov və bir çox başqa naturopat alimlər uzun illər
araşdırmalar apararaq,tam əmin olublar ki,xoşbəxtlıyın təməli-
sağlamlıqdır.Sağlam olmayan insan-xoşbəxt ola bilməz. Sağlam
olmayan insan xoşbəxt ola bilmədiyi üçün,xəstə ailə, xəstə
millət, nəhayət, bütövlükdə cəmiyyət də xoşbəxt ola bilmir.
Heç kəsin təkzib edə bilmədiyi bir həqiqət var:İnsanın hər
şeyi ola bilər-zəngin sarayı,yüksək vəzifəsi və rütbəsi, güclü
nüfuzu,gözəl ailəsi,hədsiz miqyasda var-dövləti, lakin xəstəliklər
bütün bunları bircə anın içində puç edə bilir. Xəstə adamın
gözündə hər şey, hətta, həyatın özü də mənasını itirir. Bir vaxtlar
həyat mənim üçün də mənasını itirmişdi. Səbəbi də bu idi ki, 30
yaşa çatanda ağır xəstələndim,40 yaşımda iş qabliyyətimi tamam
itirərək,I qrup əlil kimi, “Molodyoj Azerbaydjana” qəzetindən
pensiyaya çıxdım,uzun illər Bakıda,Moskvada və xaricdə
müalicə alsam da sağlamlığımı bərpa edə bilmədim,əksinə,
yüksək dozalarla qəbul etdiyim güclü preparatlar daxili
orqanlarımı bir-bir sıradan çıxartdı.Son nəticədə,bir xəstəliyin
üstünə 7 “sağalmaz” (tibb elminin fikrincə) azar gəldi. 1993-cü
ildə şəkərli diabet xəstəliyinə tutularaq, görmə qabliyyətimi
itirəndə əlim yerdən-göydən üzüldü. Lakin 1995-ci ildə, 60
yaşım tamam olanda əsl möcüzə baş verdi: qüdrətli yapon alimi
K.Nişinin Sağlamlıq Sistemi ilə tanışlıq təkcə sağlamlığımı
deyil, gəncliyimi, daxili enerjimi, həyat eşqimi, yazıb-yaratmaq
və insanlara xidmət etmək həvəsimi də qaytardı. Bu gün, Allahın
rizası ilə, ən azı 150 il sağlam yaşamaq proqramı üzərində uğurla
downloaded from KitabYurdu.az
287
işləyirəm. Sidqi-dildən inandığım Nişi Sistemi möcüzə
yaratmağa qadirdi. Elə buna görə də işıq üzü görmüş elmi-
publisistik əsərimə “Möcüzəsiz möcüzə” adı verdim. Kitabın bir
neçə nüsxəsini 1997-ci ilin yanvarında və sonralar məktubla
bərabər Sizə göndərmişəm.Çox güman ki, onları Sizə çatdırma-
yıblar.Bu gün Sizə yenidən məktubla müraciət etməyimin səbəbi
də budur.Fikirləşdim ki, bəlkə bu dəfə Allah məmurlarin ürəyinə
insaf saldı, bu məktubu Sizə çatdırdılar.
Dünyanın tanınmış naturopat alimləri elmi dəlillərlə
sübut ediblər ki, bütün xəstəliklərin səbəbi qeyri-sağlam həyat
tərzidir.Heç təsadüfi deyil ki, görkəmli Amerika alimi professor
Pol Breqq yorulmadan təkrar edirdi: “Bizi öldürən qocalıq
deyil, pis vərdişlərdir”. Insanı min dərdə mübtəla edən ən
zərərli vərdiş isə qidalanma qaydalarının pozulmasıdır. Bu da
maraqlıdır ki, XX əsr alimlərinin gəldiyi bu qənaət Məhəmməd
peyğəmbərə hələ VII əsrdə bəlli idi. Peyğəmbərimiz buyuyurdu:
“Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi
pəhrizdir”.Peyğəmbərimiz mədə dedikdə, heç şübhəsiz, mədəyə
daxil olan qidanı nəzərdə tuturdu. Böyük alim Pol Breqq bu fikri
belə ifadə edib: “Biz- nə yeyiriksə, oyuq”.
Oxuduğum çoxsaylı təlimləri və sistemləri öz üzərimdə
və yaşamaq ümidini itirmiş ağır xəstələrin üzərində tətbiq
edərək, naturalist alimlərin bir dahiyanə fəlsəfəsinə şərik çıxdım:
sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var. Mənim
həyatım buna canlı sübutdur.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm: ecazkar Nişi
Sistemi xəstədən daha çox sağlam adama gərəkdir-heç vaxt
xəstələnməmək,uzun illər (300-400 il və daha çox) tam sağlam
və bəxtiyar yaşamaq üçün.Naturopat alimlər tam sübuta yetirib-
lər ki,pis vərdişlərin köməyi ilə ömrünü gödəldən insan, ona
Allah tərəfindən ayrılmış ömrün heç onda birini də yaşamır,
üstəlik, bu gödək həyatı da əzab, işgəncə içində başa vurur. Nişi
Sisteminin qüdrəti ondadır ki,o,təkcə ömrü uzatmır,həm də
insanın təfəkkürünü,zəkasını,yaddaşını gücləndirir,insanın əxla-
downloaded from KitabYurdu.az
288
qını cilalayır,hər bir fərdi və bütövlükdə milləti həm cismən,
həm də mənən güclü edir.
Dünyada alternativi olmayan Nişi Sisteminin tətbiqi-
istehsal həcmini artırmadan gümrah və firavan yaşamağa zəmin
yaradır. Çünki müasir insan qəbul etdiyi qidanın yalnız 18-20
faizini mənimsəyə bilir, qalan 80 faiz qida həzm olunmur, şlaka
(zir-zibilə) çevrilib orqanizmə yığılır, bakteriyalar üçün zəngin
yem bazası yaradır, çeşidli xəstəliklərin törəməsinə xidmət edir.
Güclü nəfs insana unutdurub ki, orqanizmə daxil olan hər qram
artıq zülal toksik materiala (zəhərə) çevrilir və qanı zəhərləyir.
Insanların əksəriyyəti ağlın hökmü ilə deyil, mədənin diqtəsi
altında hərəkət edir, fiziki təlabat olmadığı halda, nəfsin və
nadanlığın əmrilə səhərdən axşamacan qida qəbul edir, buna
görə də həmişə xəstə olur.
Diqqətinizi belə bir vacib məqamə cəlb etmək istəyirəm
ki, zəngin təbii şəraitə malik olan məmləkətimizdə natural
qidaları ən güclü dərman sayan Nişinin ecazkar Sisteminı tətbiq
etmək üçün böyük imkanlar var.Respublikamızda bütün il boyu
vitaminlərlə və mikroelementlərlə zəngin olan meyvə-tərəvəz
yetişdirmək,dəniz məhsulları və bal tapmaq mümkündür. Bu
mənada Azərbaycan xərçəng xəstəliyini qida ilə sağaldan
“Vatanabe” (Tokio) hospitalından çox şanslıdır. Biz XXI əsrdə
Azərbaycanı tayı-bərabəri olmayan möhtəşəm sağlamlıq diyarına
çevirə və şəfa “sataraq” külli miqdarda gəlir götürə bilərik. Həm
də tarix bizə lüzumsuz “qonaqpərvərliyi” və “süfrəsinin
zənginliyi” ilə qürrələnən millətimizi qarınqululuq azarından
(azarların ən dəhşətlisidir!) xilas etmək, normal həyat tərzi sürən
millətə çevrilmək şansı vermişdir. Mənim üçün minumum şərait
yaradılsa, bu istiqamətdə böyük işlər görə bilərəm.
Mən, təkcə Azərbaycan xalqını deyil, bütün Türk
dünyasını müdrük, güclü, çevik və basılmaz görmək istəyən,
bunun yolunu bilən bir ziyallı kimi, böyük ümid və inamla Sizə
üz tutaraq bildirirəm ki, meydanda tək qalmışam, insanlara gözəl
vərdişlər aşılamaq və onları bəladan qurtarmaq cəhdim, Sizin
downloaded from KitabYurdu.az
289
himayəniz olmadan, heç bir səmərə vermir. Yolumda güclü
maneələr var. Odur ki, Sizdən artıq dərəcədə rica edirəm, beş-on
dəqiqə məni dinləyin, arqumenlərimlə və planlarımla tanış olun,
mənə bu böyük işdə öz xeyr-duanızı verin.
Dərin hörmətlə:
ƏrşadƏzimzadə,
“Ana Təbiət” Natural Gigiyena
Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
10.05.2000
Azərbaycan Respublikasının
Milli Məclisinə
Cənab sədr! Hörmətli millət vəkilləri!
Qiymətli vaxtınızı alıb, diqqətinizi xalqın taleyi ilə bağlı
olan çox vacib bir məsələyə cəlb etməyi özümə borc bildim.
Hamıya bəllidir ki, insan yarandığı gündən bütün əsrlər boyu,
əlində çıraq, xoşbəxtlik axtarıb.Fəqət, həmişə yanlış yolla getdiyi
üçün, onu tapa bilməyib. İnsan xoşbəxtliyi-hamının ordusuna
qalib gələ biləcək qüdrətli ordu yaradaraq, onun vasitəsilə ələ
mümkün qədər çox torpaq keçirməkdə, var-dövlət yığmaqda, bol
məhsul istehsal etməkdə,doyunca yeyib-içməkdə,yaxşı geyinmə-
kdə və eyş-işrətdə axtarıb.Təəccüblü olsa da, hətta, bunların
hamısını əldə edən xalqlar da özlərini xoşbəxt edə bilməyiblər,
nə geniş ərazi, nə zənginlik, nə də yüksək kalorili qida heç bir
xalqın, heç bir cəmiyyətin, heç bir ailənin və fərdin xoşbəxtliyini
təmin edə bilməyib. Və edə bilməz də! Çünki sağlam olmadan–
xoşbəxt olmaq mümkün deyil. Əfsuslar olsun ki, danılması
mümkün olmayan bu adi həqiqət əsrlər boyu ya unudulub, ya da
arxa plana atılıb. İnsanları düz yola dəvət edən ayrı-ayrı
downloaded from KitabYurdu.az
290
zəkaların, vicdanlı Planet Vətəndaşlarının səsini çox az adam
eşidib. Belə laqeydliyin, biganəliyin məntiqi nəticəsi və mükafatı
- sayı gündən-günə çoxalan “sağalmaz” xəstəliklər olub.
Bu gün sizin böyük zəhmət və enerji hesabına hasilə
yetirdiyiniz çoxsaylı qanunlar insanın,konkret olaraq Azərbaycan
vətəndaşlarının xoşbəxtliyini təmin etmək kimi nəcib bir məqsəd
güdür.Mən sizin xoş məramınıza zərrə qədər də şəkk gətirmədən,
ağır zəhmətinizin üstünə kölgə salmadan, göz qabağında olan bir
həqiqəti xüsusi vurğulamaq istəyirəm: istehsalı gücləndirmək,
məmləkətdə bolluq yaratmaq, maddi-rifahi yüksəltmək, asayişi
qorumaq, səhiyyənin işini yaxşılaşdırmaq məqsədi ilə qəbul
olunan qərarlar və bu sahələrə xərclənən vəsait bizi xoşbəxt edə
bilməz. Mən bunu 30 il 8 “sağalmayan”, çarəsiz sayılan ağır
xəstəliyin “çələngini” gəzdirən, uzun illər 3-cü, 2-ci, nəhayət, 1-
ci qrup əlil kimi pensiya alan, gənc vaxtı iş qabliyyətini itirib,
gərəksiz bir adama çevrilən, nəhayət, dahi yapon alimi Katsudzo
Nişinin yaratdığı ecazkar Sağlamlıq Sisteminin köməyi və
Allahın iradəsi ilə özünü müalicə edən, öz xoşbəxtliyini tapan bir
canlı şahid kimi tam məsuliyyətlə ərz edirəm. Öz təcrübəmdən
bilirəm ki, insanların həyat tərzini dəyişmədən, onları pis
vərdişlərdən təmizləmədən, istehsalı nə qədər artırsanız da,
ərzağı nə qədər bol etsəniz də, asayişi nə qədər möhkəm
qorusanız da, səhiyyənin işinə nə qədər can yandırsanız da,
taleyini sizə tapşırmış seçicilərinizin, bütün cəmiyyət üzvlərinin
xoşbəxtliyini təmin edə bilməzsiniz. Çünki mətləb nə qədər
yeməkdə deyil, nə yeməkdə və necə yeməkdədir. Heç təsadüfi
deyil ki, hələ 1977-ci ildə ABŞ Senatındakı xüsusi komissiyanın
sədri senator Makqovern müzakirə üçün Senata təqdim etdiyi
geniş məruzədə bəyan etmişdir ki, qeyri-sağlam qidalanma əsrin
bir çox populyar xəstəliklərinin (ürək-damar, xərçəng, şəkərli
diabet, piylənmə, hipertoniya, artrit və s.) baisdir. Senator yazırdı
ki, tibb elmi onkoloji xəstəliklərlə qida arasında mövcud olan
əlaqəni uzun illər inkar etmişdir, odur ki, xərçəng xəstəliyini
dieta vasitəsilə müalicə etmək təklifinə xor baxır.
downloaded from KitabYurdu.az
291
Dünya şöhrətli təbib, professor Riçard Dell “xərçəngin
səbəbləri” adlı əsərində yazır ki, bu xəstəliyin 35 faizi düzgün
qidalanmamaqdan yaranır. Professor Nişi bu məsələdə daha
dərinə gedərək, bütün xəstəliklərin 3 nadanlıq “kökü” üzərində
“bitdiyini” tam sübuta yetirmiş və hər cür xəstəlikdən, o
cümlədən, “əsrin bəlası” sayılan xərçəngdən dava-dərmansız
xilas olmağın yolunu tapmışdır. Yol budur:
1. Düzgün yataq.
2. Düzgün qidalanma.
3. Faydalı hərəkət.
Qədim Misir, qədim Yaponiya, qədim Çin, Tibet,
Filippin, Hindistan, Almaniya, ABŞ, Rusiya və bir sıra başqa
ölkələrin tibb elmini,fəlsəfəsini,dinini, tarixini dərindən öyrənən,
həmin ölkələrdə buraxılmış 70.000 ədəbiyyatı (aclıqla, hava və
su ilə, hərəkətlə, masaj vasitəsilə, yoq sistemi ilə və s. üsullarla
müalicəyə dair) oxuyan, bunlardan yalnız 362-sini seçib, öz
dahiyanə təlimini yaradan,bu təlimlə həm özünü, həm də
dünyanın hər yerindən axıb gələn yüzlərlə ağır xəstəni dava-
dərmansız müalicə edən Nişinin qoyub getdiyi zəngin irsdən bu
gün təkcə Yaponiyada deyil, ABŞ-da, Yeni Zellandiyada,
Almaniyada, Rusiyada və digər sivil ölkələrdə səmərəli istifadə
olunur. İndi Tokioda və Havay adalarında Nişinin adını daşıyan
Tibb İnstitutunun hospitalları tam gücü ilə işləyir. Nişinin qeyd-
şərtsiz qəbul etdiyi Natural Gigiyena hərəkatının 150 yaşı tamam
olmuşdur. Bu mütərəqqi hərəkat Amerikanın tərəqqi edib güclü
dövlətə çevrilməsində böyük rol oynamışdır. İkinci dünya
müharibəsi ərəfəsində azömürlülər ölkəsi sayılan Yaponiyanın
son vaxtlar orta yaş həddinə görə dünyada birinci yerə
çıxmasında,ABŞ kimi qüdrətli ölkəni qabaqlamasında,şübhəsiz,
Nişi Sisteminin böyük rolu olmuşdur.
Qiymətli diqqətinizi belə bir vacib məqama cəlb etmək
istəyirəm ki, Nişinin Sağlamlıq Sistemi təkcə müalicə metodu
olaraq qalmır.Cism ilə ruhu tam, bölünməz və vahid şəkildə
götürən bu sistem, həm də kamillik, mətinlik və xeyirxahlıq
downloaded from KitabYurdu.az
292
sistemidir. O, bədənlə bərabər, ruhu, psixikanı, hətta, təfəkkürü
və əxlaqı da formalaşdırır, insanı həm cismən, həm də ruhən
güclü, rəhimdil, ədalətli və xeyirxah edir. Xüsusi vurğu ilə qeyd
etmək istəyirəm ki, nəyi və necə yeməyi öyrədən bu sistem həm
də iqtisadi cəhətdən çox sərfəlidir. Bu da ehtiyac içində
çabalayan, yığılıb qalmış vacib problemərin həlli üçün vəsait
tapa bilməyən hər bir dövlətə yardımçı olmaq baxımından
faydalıdır. Təkcə bir faktı qeyd edim ki, biz indiki halda,
qidalanma qaydalarını pozduğumuz üçün, qəbul etdiyimiz
ümumi qidanın yalnız 20 faizini mənimsəyə bilirik, qalan 80 faiz
kütlə yanmadan çürüyür, yığışıb bədəndə qalır, şlaklara çevrilir,
mikrblar üçün zəngin yem anbarı rolunu oynayır, müxtəlif
xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Nişi Sistemini
tətbiq etməklə, biz millətimizi qarınqululuq azarından xilas
edərik,bununla da ərzaq istehsalına və ərzağın kənardan gətiril-
məsinə çəkilən xərcləri qat-qat azalda bilərik.
Otuz il 8 ağır xəstəlikdən əzab çəkdikdən sonra sağlamlı-
ğını qaytaran keçmiş əzabkeş kimi,öz xalqının taleyi üçün
məsuliyyət daşıyan yazıçı-jurnalist kimi, nəhayət, bir seçici kimi,
Sizə müraciət etməyi və qiymətli diqqətinizi dünyada analoqu və
alternativi olmayan Sağlamlıq Sisteminə cəlb etməyi özümə borc
bildim.Məlumunuz olsun ki,təməlinə Nişi Sistemi,digər mütərəq-
qi müalicə üsulları,həmçinin,öz təcrübəm,müşahidələrim və
mülahizələrim qoyulmuş “Möcüzəsiz möcüzə” adlı elmi-
publisistik əsərim ölkəmizdə və onun hüdudlarından kənarda o
zaman kütləviləşir, qəlblərə və beyinlərə sahib kəsilir ki, ona
yüksək dövlət səviyyəsində yanaşılsın.Bu baxımdan, rica edirəm,
sağlamlıq problemləri ilə bağlı məsələni Milli Məclisin
gündəliyinə daxil edəsiniz.Çox hörmətli xalq elçilərinin qarşısı-
nda çıxış etməyə, sağlamlıq və istehsalla bağlı konkret təkliflə-
rimi verməyə hazıram.
Sözümü Qurani-Kərimin Əl-leyl (“Gecə”) surasinin 12-ci
ayəsi ilə bitirmək istəyirəm. Orada deyilir: “Bizim öhdəmizə
düşən yalnız doğru yolu göstərməkdir! Mömin və ya kafir olmaq
downloaded from KitabYurdu.az
293
isə hər kəsin öz işidir”.Biz sizinlə xalqımıza doğru yolu göstərək,
sağlam, yaxud xəstə olmaq - hər kəsin öz işidir.
KONKRET TƏKLİFLƏR
I. Tibb sahəsində
1. Tibb elminin və səhiyyə sisteminin əsas vəzifəsi,
dünyanın bir çox inkişaf etmiş ölkələrində vətəndaşlıq hüququ
qazanmış olan mütərəqqi Natural Gigiyena hərəkatının və yapon
alimi, professor Katsudzo Nişinin yaratdığı mütərəqqi Sağlamlıq
Sisteminin tələbləri əsasında müəyyənləşdirilsin. Zəkanın, tibb
elminin, səhiyyə sisteminin potensial imkanları, bu sahəyə
ayrılan vəsaitin əsas hissəsi ayrı-ayrı xəstəliklərin müalicəsinə
deyil, orqanizmin tamlığı və bütövlüyü uğrunda, insanın uzun
illər (150-200-300 il və daha çox) xəstələnmədən yaşaması
uğrunda mübaizəyə yönəldilsin.Bu zaman belə bir təkzibedilməz
fəlsəfə və məntiq əsas tutulsun ki,səbəbi aradan qaldırmadan
nəticəni ləğv etmək qeyri-mümkündür.
2. Bəşəriyyəti zəhərliyən, İnsanların sağlamlığına böyük
zərbə vuran farmokoloji-terapiyanın əhatə dairəsi tədricən
məhdudlaşdırılsın, dərmandan yalnız ekstremal situasiyalarda,
xəstələri kritik vəziyyətdən çıxartmaq məqsədilə istifadə
olunsun. Poliklinikalarda, klinikalarda, pansionatlarda, sanatori-
yalarda və digər sağlamlıq ocaqlarında naturopatik mərkəzlər
açılsın,sağlamlıq uğrunda mübarizənin ağırlıq mərkəzi müalicə-
xanalardan-ailələrə,uşaq bağçalarına,təhsil ocaqlarına və iş
yerlərinə köçürülsün.
3. Respublika Səhiyyə nazirliyində Natural Gigiyena
məsələləri ilə bilavistə məşqul olan xüsusi şöbə yaradılsın.
downloaded from KitabYurdu.az
294
II. Təhsil sahəsində
1. Ümumdünya Natural Gigiyena hərəkatı və K. Nişinin
Sağlamlıq Sistemi əsasında ibtidai, orta və ali məktəblər üçün
xüsusi dərsliklər hazırlansın və Natural Gigiyena (yaxud
sağlamlıq) fənni mühüm təlim kimi tədris edilsin.
2. Təbiət Qanunlarının, Sağlam Həyat Tərzinin, düzgün
qidalanma və davranış qaydalarının, faydalı hərəkətlərlə, hava və
su ilə, özünütəqlid yolu ilə müalicə metodlarının uşaqlara
erkən,ailədə, məktəbəqədər müəssisələrdə, aşağı siniflərdə dərin
aşılanması üçün lazımi tədbirlər görülsün.
III. İqtisadiyyat sahəsində
1.İnsanların sağlamlığını əlindən alan, ailə büdcəsinə
böyük zərbə vuran papirosun, spirtli içkilərin, çayın, kofenin,
şokoladın, şirniyyatın, kolbasanın, konservlərin və digər “ölü”
qidaların istehsalı və ölkəyə gətirilməsi tədricən azaldılsın, sonda
heçə endirilsin,ət,yağ,çörək istehsalı maksimum məhdudlaş-
dırılsın.
2.Orqanizm üçün zəruri olan Günəş enerjisini, vitaminlə-
ri,üzvi duzları, mikroelementləri bədənə daşıyan meyvə, tərəvəz,
şülul (yabanı meyvələr), göyərti-sağlamlığı və uzunömürlülüyü
təmin edən əsas qida növləri kimi təqdir edilsin və onların
istehsalı genişləndirilsin.Qoz,fındıq,badam,püstə,şabalıd, zeytun,
iydə, innab kimi bitkilərin inkişafına xüsusi diqqət verilsin, bu iş
dövlət əhəmiyyətli məsələ kimi qiymətləndirilsin. Dövlətin aqrar
siyasətində arıçılığın inkişafına geniş yer verilsin, bir çox
mineral maddələrlə zəngin olan, qidalar arasında analoqu
tapılmayan bal istehsalının təşkili-ümumxalq əhəmiyyətli vəzifə
hesab edilsin.
3. İnsan orqanizminin 25 faizini təşkil edən, Kainatla
orqanizm arasında həm sərhəd, həm də kontakt - körpü rolunu
oynayan dərinin, uzunluğu 100 min kilometrə bərabər olan
downloaded from KitabYurdu.az
295
kapilyarların sağlamlıq üçün çox böyük əhəmiyyət kəsb etdiyini
nəzərə alaraq və onların öz funksiyalarını yaxşı yerinə
yetirmələri üçün münbit şərait yaratmaq məqsədi ilə, dərini və
kapilyarları boğan, bununla da bir çox xəstəliklər üçün zəmin
yaradan sintetik mallardan hazırlanan geyimlərin istehsalı, idxalı
məhdudlaşdırılsın və son anda dayandırılsın.Onların əvəzinə
kətan, pambıq,yun,dəri və digər təbii xammaldan hazırlanan
geyimlərin istehsalı genişləndirilsin.“Nəfəs almayan” material-
lardan tikilən mənzillərə və inzibati binalara qadağa qoyulsun.
Dostları ilə paylaş: |